Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1116/2025 18.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh X3 qarşı kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ləğv) X6 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh X3 qarşı kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə Yevlax Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tаrixli, 2(039)-2492/2025 nömrəli qərаrdаdındаn iddiaçı “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh X3 qarşı kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 4018 (dörd min on səkkiz) manat kommunal xidmətlərə görə borc məbləğinin və 60.18 manat məbləğində dövlət rüsumunun, cəmi 4078.18 (dörd min yetmiş səkkiz manat, on səkkiz qəpik) manat pulun tutularaq “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qaytarılmasna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tаrixli, 2(039)-2492/2025 nömrəli qərardadı ilə iddiaçı “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh X3 qarşı kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddia ərizəsini vermiş şəxsə qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmiş, ödənilmiş 60,18 (altmış manat on səkkiz qəpik) manat dövlət rüsumunun iddiaçı “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti şikаyət vermişdir. Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tаrixli, 2(039)-2492/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, qərardad qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Bildirmişlər ki, iddia ərizəsi Yevlax rayon məhkəməsinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda poçt vasitəsilə göndərilmişdir. İddiaçının iddianı elektron sistem vasitəsilə təqdim etməməsinin yeganə səbəbi cavabdehin eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) ona məlum olmamasıdır. Belə ki, iddiaçıya yalnız cavabdehin kimliyi (ad, soyad, ata adı) və qeydiyyat ünvanı məlumdur. Bu halda, iddianın yalnız kağız daşıyıcıda verilməsi mümkün olmuşdur və bu qanunla qadağan edilməmişdir. Həmçinin, iddia ərizəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilən arayış da əlavə edilmişdir. Həmin arayışda cavabdehin hal-hazırda Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olduğu göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş MAPS arayışı cavabdehin şəxsiyyətini və ünvanını müəyyən etmək üçün kifayət qədər məlumat təqdim edir. Bu isə, iddiaçı tərəfindən iddia ərizəsinin cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə verilməsi üçün yetərlidir və iddianın məhkəmə icraatına qəbul edilməsi üçün hüquqi əsas yaradır. Tərəflərindən eyni kateqoriya mübahisələr üzrə, yəni kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi barədə iddia ərizələri kağız daşıyıcıda poçt vasitəsilə aidiyyatı olaraq Bakı şəhəri və digər rayon/şəhər məhkəmələrinə göndərilib və işlər icraata götürülüb mahiyyəti üzrə baxılmaqdadır. Həmin işlər üzrə iddia ərizəsinə müvafiq MAPS arayışı əlavə edilib, iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) qeyd edilməyib və bu əsasla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmayıb. Bütün yuxarıda sadalanlara əsasən hesab edirlər ki, geri qaytarma barədə qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş icraata götürülməlidir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tаrixli, 2(039)-2492/2025 nömrəli qərardadını ləğv edib, iddia ərizəsinə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tаrixli, 2(039)-2492/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında iddia ərizəsində cavabdehin eyniləşdirmə məlumatlarının göstərilmədiyi qeyd edilsə də iş materiallarından xx xxx 1969cu il təvəllüdlü X2 Yevlax rayonu Aran qəsəbində qeydiyyatda olmasına dair DİN-in BPQMİ-nin MAPS arayışının iddia ərizəsinə əlavə edilməsi müəyyən edilmişdir. Hansı ki, həmin arayışa istinadən məhkəmə kollegiyası tərəfindən elektron məhkəmə informasiya sistemindən cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları əldə edilərək iş materiallarına əlavə edilmişdir. Kollegiya hesab edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin əksini tapdığı eyniləşdirmə məlumatlarının əldə edilməsi mümkün olduğu halda həmin əsasa istinadən iddia ərizəsinin geri qaytarılması əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olacaq hallar mövcud deyildir. Ona görə də, şikayət qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tаrixli, 2(039)-2492/2025 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı “Yasamal 71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tаrixli, 2(039)-2492/2025 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1116/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1116/2025
18.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver