Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1118/2022 20.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs X7 qarşı «mirasdan payın müəyyən edilməsinə» dair mülki iş üzrə (Açar sözlər: miras əmlaka payın müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs X7 qarşı «mirasdan payının müəyyən edilməsi» tələbinə dair Yevlax Rayon Məhkəməsinin 2(039)- 716/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mirasdan payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışına əsasən (xx.xx.2013-cü il tarixdə vəfat etmiş babası) X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha torpaq sahəsinə və JN 101 kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 və onun ailə üzvlərinə məxsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə onun 1/4 hissədə mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun babası X10 03 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 məxsus torpaq sahəsinə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli , 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə mirasdan paylar müəyyən edilmiş və qanun üzrə birinci növbəli vərəsələr aşağıdakı şəxslər hesab edilmişdir: Cavabdeh3 – iddiaçının xalası, X14 – iddiaçının dayısı, Cavabdeh2 – iddiaçının dayısı və İddiaçı. Lakin yuxarıda adları qeyd edilən vərəsələr arasında mübahisə vardır. İddiaçı mirasdan payının əldə edilməsi üçün aidiyyəti üzrə Yevlax Rayon 1 saylı notariat ofisinə müraciət etsə də xüsusi notarius G.Baxışova miras şərikləri arasında mirasın bölüşdürülməsinə dair mübahisə olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Yuxarıda qeyd edilən daşınmaz miras əmlaka dair payların müəyyən edilməsi ilə bağlı aşağıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir: İddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, X4, Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və X5 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 26 sentyabr 2019-cu il tarixli, 2(039)- 1630/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MN seriyalı ******* №li çıxarışa əsasən X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 saylı 90107018 kodlu “torpağın mülkiyyətə verilməsi”nə dair Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı müəyyən edilmiş və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən iddiaçı Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(107)-625/2020 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2020- ci il tarixli 2(107)-625/2020 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə aktı maraqlarına toxunan İddiaçı, X12 və vəkil X13 verdikləri ərizə əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin verdiyi təqdimata əsasən işə kassasiya qaydasında baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli 2(102)-1192/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(107)-625/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(039)- 1630/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə Cavabdeh3 ¼ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş 4 vərəsədən biri iddiaçıdır (mərhum anası Əliyeva (Abışova) Xuraman Əhmədxan qızının övladı olaraq, Azərbaycan Respublikası mülki məcəlləsinin 1159.1.3- cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölmüş valideynimə çatası payı əldə etməlidir). Qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının mərhum babası X2 qalmış mirasın kütləsinə ¼ hissədə vərəsə hesab edilməyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 2(039)-716/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışına əsasən 03 aprel 2013-cü il tarixdə vəfat etmiş X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha torpaq sahəsinə və JN 101 kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 və onun ailə üzvlərinə mənsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə iddiaçının 1/4 hissədə mirasdan payının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X10 03 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 məxsus torpaq sahəsinə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə mirasdan paylar müəyyən edilmiş və qanun üzrə birinci növbəli vərəsələr aşağıdakı şəxslər hesab edilmişdir: Cavabdeh3, X6, Cavabdeh2 və İddiaçı. Lakin yuxarıda adları qeyd edilən vərəsələr arasında mübahisə vardır. İddiaçı mirasdan payının əldə edilməsi üçün aidiyyəti üzrə Yevlax Rayon 1 saylı notariat ofisinə müraciət etsə də miras şərikləri arasında mirasın bölüşdürülməsinə dair mübahisə olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(107)-1080/2021 saylı qətnaməsində məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərinə və işin faktiki hallarına uyğun qiymət verərək hesab etmişdir ki, mərhum Əhmədxan Əliyevdən miras qalmış torpaq sahəsindən iddiaçı Cavabdeh3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum Xuraman Əliyevanın hər birinin ¼ payı vardır. Digər övladları Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, Rəziyə Əliyeva, Nizami Əliyev və Muğan Əliyevin isə payı yoxdur. İddiaçı və Azər Abışovun qanun üzrə vərəsəlik zamanı onların ölmüş anaları Xuraman Abışovaya miras torpaq sahələrindən ona çatası paydan bərabər miras almaq hüquqları vardır. Belə ki, sözügedən torpaq sahələrinə mirasın açıldığı vaxt mirası qoyanlar Əhmədxan Əliyev və Həmilə Əliyevanın vərəsələri olacaq onların anaları Xuraman Abışova sağ olmayıb və sonuncu 25 may 1990- cı ildə ölüb qeyd edilmişdir . Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışına əsasən 03 aprel 2013-cü il tarixdə vəfat etmiş X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha torpaq sahəsinə və JN 101 kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 və onun ailə üzvlərinə mənsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə iddiaçının 1/4 hissədə mirasdan payının müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1159.1.1, 1291-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.1, 82.3, 82.4, 88, 106.1, 217.4 maddəsi əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 xx.xx.2013-cü ildə vəfat etmişdir. Atasının ölümündən sonra ondan miras qalmış həmin mirası onlar idarə eləmişlər. Hazırki iddiaçının həmin miras əmlakında heç bir payı yoxdur. Atasının ölümündən sonra onun vərəsələri Cavabdeh3 Cavabdeh1, X8 adlarında varisləri qalmışdır. Həmin mirasda həmin vərəsələr arasında bölünmüşdür. Məhkəmə qətnaməsi ilə miras qalmış 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə Cavabdeh3 1/3 hissəsinə Cavabdeh1 Əhməd oğlu və X9 payları müəyyən edilmişdir. İddiaçı Nürəddin oğlunun heç bir halda mirası qəbul etmədiyi halda əsassız olaraq onun da payı müəyyən edilmişdir. Bu səbəbdən də onlar hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, mirasdan onun da payını müəyyən etmişdir. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə tərəfindən sübutlar tam və hər tərəfli araşdırılmadır. Belə ki, onun və digər vərəsənin mövqeyləri və fikirləri obyektiv olaraq dəyərləndirməlidir. Şəxsin heç bir hüququ olmadığı halda məhkəmə onun payını müəyyən etdi. Nəticədə onun və digər vərəsələrin atalarının əmlakı əsassız olaraq İddiaçı nisbətdə bölündü. Məhkəmə bununla onların sübutlarına obyektiv qiymət vermədi. Bir subuta önəm vermək digər sübuta isə dəyər verməmək, hesab edir ki, ciddi qanun pozuntusudur. Məhkəmə hazırki işi obyektiv araşdırmamışdır. Bütün bunlar onun nəticəsidir ki, qeyri obyektiv qərar qəbul edilmişdir. Bu səbəbdən də onların ata mirasıları əsassız olaraq Ceyhuna münasibətdə də bölündü. Birinci instansiya məhkəməsi işi obyektiv araşdırmadığından işin nəticəsi real olmamışdır. Ona görə də işdə mirası qəbul etməyən şəxs əsassız olaraq miras əmlakından pay almışdır. Məhkəmə müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Onların gətirdiyi sübutlar qiymətləndirilməmiş, bu səbəbdən də səhv qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 2(039)-716/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Yevlax Rayon Məhkəməsinin 2(039)-716/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamənin mübahisələndirilən hissəsi üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-716/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X10 03 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 məxsus torpaq sahəsinə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə mirasdan paylar müəyyən edilmiş və qanun üzrə birinci növbəli vərəsələr aşağıdakı şəxslər hesab edilmişdir: Cavabdeh3, X6, Cavabdeh2 və İddiaçı. Lakin yuxarıda adları qeyd edilən vərəsələr arasında mübahisə vardır. İddiaçı mirasdan payının əldə edilməsi üçün aidiyyəti üzrə Yevlax Rayon 1 saylı notariat ofisinə müraciət etsə də miras şərikləri arasında mirasın bölüşdürülməsinə dair mübahisə olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(107)-1080/2021 saylı qətnaməsində məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərinə və işin faktiki hallarına uyğun qiymət verərək hesab etmişdir ki, mərhum Əhmədxan Əliyevdən miras qalmış torpaq sahəsindən iddiaçı Cavabdeh3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum Xuraman Əliyevanın hər birinin ¼ payı vardır. Digər övladları Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, Rəziyə Əliyeva, Nizami Əliyev və Muğan Əliyevin isə payı yoxdur. İddiaçı və Azər Abışovun qanun üzrə vərəsəlik zamanı onların ölmüş anaları Xuraman Abışovaya miras torpaq sahələrindən ona çatası paydan bərabər miras almaq hüquqları vardır. Belə ki, sözügedən torpaq sahələrinə mirasın açıldığı vaxt mirası qoyanlar Əhmədxan Əliyev və Həmilə Əliyevanın vərəsələri olacaq onların anaları Xuraman Abışova sağ olmayıb və sonuncu 25 may 1990- cı ildə ölüb qeyd edilmişdir . Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, X1 xx.xx.2013-cü ildə vəfat etmişdir. Atasının ölümündən sonra ondan miras qalmış həmin mirası onlar idarə eləmişlər. Hazırki iddiaçının həmin miras əmlakında heç bir payı yoxdur. Atasının ölümündən sonra onun vərəsələri Cavabdeh3 qizina Cavabdeh1, X8 adlarında varisləri qalmışdır. Həmin mirasda həmin vərəsələr arasında bölünmüşdür. Məhkəmə qətnaməsi ilə miras qalmış 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə Cavabdeh3 1/3 hissəsinə Cavabdeh1 Əhməd oğlu və X9 payları müəyyən edilmişdir. İddiaçı Nürəddin oğlunun heç bir halda mirası qəbul etmədiyi halda əsassız olaraq onun da payı müəyyən edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan 02 sentyabr 2022-ci il tarixli 2(107)-1080/2021 saylı qətnaməsindən görünür ki, mərhum Əhmədxan Əliyevdən miras qalmış 4,52 ha torpaq sahəsindən iddiaçı Cavabdeh3 və cavabdehlər Cavabdeh1, Füzuli Əliyev və mərhum Xuraman Əliyevanın hər birinin ¼ payı vardır. Digər övladları Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, Rəziyə Əliyeva, Nizami Əliyev və Muğan Əliyevin isə payı yoxdur. Eyni zamanda həmin qətnamədən görünür ki, İddiaçı və Azər Abışovun qanun üzrə vərəsəlik zamanı onların ölmüş anaları Xuraman Abışovaya miras torpaq sahələrindən ona çatası paydan bərabər miras almaq hüquqları vardır. Belə ki sözügedən torpaq sahələrinə mirasın açıldığı vaxt miras qoyanlar Əhmədxan Əliyev və Həmilə Əliyevanın vərəsələri olacaq onların anaları Xuraman Abışova sağ olmayıb və sonuncu 25 may 1990-cı ildə ölüb. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə İddiaçı mərhum anası Xuraman Abışovaya miras qalmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X3 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X3 məxsus 4,52 ha torpaq sahəsindən 2/6 hissəsinə ¼ hissədə pay hüququ vardır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mülki iş kifayət qədər araşdırılmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 2(039)-716/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 2(039)-716/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1118/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1118/2022
20.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver