Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1127/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "İnter” MMC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(075)-1480/2024 nömrəli qətnaməsindən cavabdeh "İnter” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m2 və 80 m2 olan çoxmənzilli yaşayış binasından mənzil almışdır. Cavabdeh "xxxx" MMC həmin mənzilləri digər şəxslərə satmışdır. Cavabdeh MMC-nin göstərilən mənzilləri başqa şəxslərə satdığını və buna görə də həmin mənzillərin müqabilində ona həmin binanın 5-ci mərtəbəsində 189 m2 və 4-cü mərtəbəsində 109 m2 ölçüdə mənzillər verilməsini təklif etmişdir. Bununla bağlı olaraq özünü Cavabdeh MMC-nin hüquqşünası kimi təqdim edən şəxs ona iki ədəd, hər biri iki səhifədən ibarət olan müqavilə təqdim etmişdir. Hər iki müqavilənin birinci səhifəsində qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 -ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m2 olan mənzilin əvəzinə ona həmin binanın 5- ci mərtəbəsində 189 kvm, 80 m2 olan mənzilin əvəzində isə 4-cü mərtəbədə 109 m2 mənzil verilir. Göstərilənləri nəzərə alaraq müqavilənin hər iki səhifəsinin alt hissəsini imzalamışdır. Sonradan həmin müqaviləyə baxış keçirmiş və hər iki müqavilənin 2-ci səhifəsində olan 3-cü bənddə göstərilmişdir ki, "tərəflər razılaşırlar ki, bu müqavilə üzrə verilmiş yaşayış sahələri "Podratçı" tərəfindən satılaraq satış dəyəri "Sifarişçiyə" ödəniləcəkdir. Həmin müqavilə dəyişdirilərək saxtalaşdırılmışdır. Odur ki, həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, Cavabdeh MMC ilə onun arasında güya bağlanmış olan 20 noyabr 2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” hər iki müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını və Cavabdeh MMC tərəfindən müqavilə saxtalaşdırıldığından, əmələ hüquqi qiymət verilməsi üçün materialların Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 -ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m2 və 80 m2 olan çoxmənzilli yaşayış binasından ev almışdır. Lakin cavabdeh şirkət həmin evi iddiaçıya rəhvil verməmişdir. İddiaçı iddia ərizəsinə əsasən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinmin xx.xx.2022-ci il tarixli, 2(011)-3790/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m2 və 80 m2 olan mənzillərin mənə təhvil verilməsi, həmin mənzillərə dair sahiblik və istifadə hüquqularımın həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi qərara alınmışdır. Cavabdeh MMC tərəfindən verilmiş şikayətlərə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin, xx.xx.2023-cü il tarixli 2(103)-2347/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2915/2023 saylı qərarı ilə qətnamə qüvvəsində saxlanaraq icraya yönəldilmişdir. Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərara qəbul olunmuş, qətnamənin könüllü olaraq icra olunması Cavabdeh MMC-yə tarşırılmışdır. "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, göstərilən mənzillər başqa şəxslərə satılmış, buna görə də həmin mənzillərin müqabilində ona həmin binanın 5-ci mərtəbəsində 189 m2 və 4-cü mərtəbəsində 109 m2 ölçüdə mənzillər versinlər. Göstərilən təklif iddiaçını qane etməsə də, Cavabdeh MMC-nin və ev verilmiş şəxsin vəziyyətini nəzərə alaraq bununla razılaşmalı olmuşdur. Baxmayaraq ki, 5-ci mərtəbədə yerləşən mənzilin dəyəri ilə 22-ci mərtəbədə yerləşən mənzilin dəyərində əsaslı fərq vardır. Bununla bağlı olaraq özünü Cavabdeh MMC-nin hüquqşünası kimi təqdim edən şəxs iddiaçıya iki ədəd, hər biri iki səhifədən ibarət olan müqavilə təqdim etmişdir. Hər iki müqavilənin birinci səhifəsində qeyd olunmuşdur ki, məhkəmənin qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A- 1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 m2 olan mənzilin əvəzinə ona həmin binanın 5-ci mərtəbəsində 189 m2, 80 m2 olan mənzilin əvəzində isə 4-cü mərtəbədə 109 m2 mənzil verilir. Göstərilənləri nəzərə alaraq müqavilənin hər iki səhifəsinin alt hissəsini iddiaçı imzalayır. Müqaviləni imzaladıqdan sonra özünü hüquqşünas kimi təqdim etmiş şəxs müqavilələri MMC-nin rəhbərliyinə imzalatmaq üçün aparmış və qayıdaraq qatlanmış və fayla yerləşdirilmiş vəziyyətdə müqavilələri ona təqdim etmişdir. İddiaçı onlara etdiyim güzəşti nəzərə alaraq insanlıq göstərib təkrar müqavilələri oxumamış və baxmadan ofisdən ayrılmışdır. Sonradan müqavilələri nəzərdən keçirərkən aydın olmuşdur ki, müqavilələr onunla bağlanmış müqavilə deyil, müqavilələrin səhifələri dəyişdirilmiş və Cavabdeh MMC tərəfindən müqavilələri onun hüquqlarını kobud şəkildə pozan bəndlər əlavə olunmuşdur. Belə ki, hər iki müqavilənin 2-ci səhifəsində olan 3-cü bənddə göstərilmişdir ki, “tərəflər razılaşırlar ki, bu müqavilə üzrə verilmiş yaşayış sahələri “Podratçı” tərəfindən satılaraq satış dəyəri “Sifarişçiyə” ödəniləcəkdir. Cavabdeh MMC-nin rəhbəri Qabil Əliyevin isə bütün səhifələrdə imzalarının olması tam sübut edir ki, onun imzaladığı əvvəlki səhifələr dəyişdirilmiş, müqavilələr saxtalaşdırılmışdır. O könüllü olaraq, öz iradə ifadəsinə uyğun müqavilə bağlayırdısa müqavilələrin bütün səhifələrində imzaları olardı. Onun razılaşaraq imzaladığı müqavilənin bütün səhifələrində imzaları olmuşdur. Hesab edir ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilələrin əvvəlki 2 səhifəsi sonradan Cavabdeh MMC tərəfindən dəyişdirilərək, başqa məzmunlu səhifələr əlavə edilərək saxtalaşdırıldığından, onun hüquqları kobud şəkildə pozulmuşdur ki, hər iki müqavilə etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq tərəfindən Cavabdeh MMC-nə müqavilənin saxta olması, vərəqələrin dəyişdirilməsi barədə xəbərdarlıq məktubu yazılmış, lakin cavab alınmamışdır. Şəki Rayon Məhkəmənin 09 iyul 2024-cü il tarixli, 2(075)-1480/2024 nömrəli qətnaməsi ilə, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilələr etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən verilmiş mənzillərin müqabilində həmin ünvanda yerləşən yüksəkmərtəbəli binadan 189 m2 və 109 m2 mənzillərin verəcəyini bildirmişdir. Lakin müqavilələrdən də göründüyü kimi, İddiaçı Cavabdeh MMC tərəfindən aldadılaraq onlar arasında bağlanmış "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" 23 noyabr 2023-cü il tarixli hər iki müqavilənin 1-ci və 2-ci səhifələri dəyişdirilmişdir. Müqavilənin üç səhifədən ibarət olmasına və hər səhifəsində "İnter” MMC-nin direktortu X4 imzasının olmasına baxmayaraq, İddiaçı tərəfindən yalnız sonuncu səhifə imzalanmışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında bağlanılmış müqavilələr cavabdeh tərəfindən saxtalaşdırılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilələr etibarsız hesab edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 339.2, 339.3, 389.1, 389.2, 405.1, 421.1, 421.2, 423.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "İnter” MMC apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-1480/2024 qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının da məhkəməyə təqdim etdiyi, məhkəmə qərarlarından görünür ki, həmin vaxt cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı ilə bağlanılmış əvvəlki müqavilələr girov olaraq bağlanılmışdır. Belə ki, dostu olan Nəbi adlı şəxs Mahmud adlı şəxsdən tikinti materialları götürmüş və həmin materilların dəyəri olan 115.000 (bir yüz on beş min) ABŞ dolları borcu yaranmışdır. Lakin həmin borcu qaytara bilmədiyi üçün Mahmudla Nəbinin arasında narazılıq yaranmışdır. Sonradan Nəbinin dostu olaraq, onun borcu barədə Mahmudla danışıq aparan zaman, Mahmud borcun qarşılığı qismində girov olaraq, mübahisə predmeti olan müqavilə ilə ləğv edilmiş müqavilələri imzalamağı cavadehdən istəmişdir. Onlarda Nəbi ilə Mahmud arasında olan borc münasibətlərini pərdələmək adı ilə yuxarıda qeyd olunan müqavilələri imzalamışdır. Aralarında da razılaşmışdırlar ki, qeyd olunan müqavilələr girov olaraq imzalanır. Sonradan araşdırma zamanı məlum oldu ki, X1 həyat yoldaşıdır. Qeyd olunan müqavilələrin dəyərinə nəzər yetirdikdə də məlum olur ki, həmin müqavilələr 115000 (bir yüz on beş min) ABŞ dollarının dəyəri olaraq qiymətləndirilmişdir. Belə ki, hər iki müqavilə üzrə olan mənzillərin dəyəri də manat-dollar ekvivalenti ilə 115000 (bir yüz on beş min dollar) məbləğində qeyd olunmuşdur. Halbuki, müqavillərdə qeyd olunan qiymətə, cavabdehin tikintinin yerləşdiyi ərazidə mənzil tapmaq qeyri-mümkündür. Məhkəmələrə dəfələrlə qeyd olunan halı bildirsələrdə məhkəmlər işin bu halına qiymət verməmişlər. Sonradan, qeyd olunan məhkəmlərin sonucu olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul olunmuş və icraya yönəldilmişdir. Bu əsnada, “İnter" MMC-nin direktoru ilə iddiaçının həyat yoldaşı olan Mahmud adlı şəxs görüşmüşdür. Görüşdə, həqiqətəndə qeyd olunan müqavilələrin borc pulun müqabilində girov olaraq yazılması nəzərə alınaraq, qeyd olunan müqavilələr imzalanmışdır. Qeyd edək ki, iddiaçı və birinci instansiya məhkəməsi mübahisə predmeti olan müqavilələrdə olan mənzillərin dəyərinin əvvəlki müqavilədə olan mənzillərin dəyəri kimi yazılmasını qanunsuz sayır. Lakin tərəflər arasında olan müqavilədən də göründüyü kimi, tərəflər arasında olan digər müqavilə ləğv olunmuş və yeni müqavilə imzalanmışdır. Əlbətdə ki, yeni müqavilənin dəyəri əvvəlki müqavilənin dəyəri kimi qeyd olunmalıdır. Həmçinin iddiaçı qeyd edir ki, mübahisə predmeti olan müqavilənin 3-cü bəndində qeyd olunmuş “yaşayış sahələrinin “podratçı" tərərfndən satılaraq, dəyərinin “Sifarişçi"yə ödənilməsi" şərti onu göstərir ki, müqavilə “İnter" MMC tərərfndən saxtalaşdırılmışdır. Buna görə də yeni “Sifarişçi’yə qeyd olunan sahələrlə bağlı maliyyə arayışı verilir. Bundan sonra həmin məbləğə dair olan vergi öhdəlikləri yerinə yetirildikdən sonra, həmin məbləğ əvvəlki “Sifarişçi’yə geri qaytarılır. Buna görə də müqavilədə bu qayda şərtləndirilmişdir. Əsas məqam isə müqavilənini iddiaçı tərərfndən də imzalanmış 3-cü səhifəsidir ki, həmin səhifədə olan 8.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə ilə verilmiş sahələr girov olaraq yazılır. İddiaçı iddia edir ki, mübahisə predmeti olan müqavilənin əvvəlki sahifələri bizim tərəfimizdən saxtalaşdırılmışdır. Bəs iddiaçı sonuncu səhifəyə nə deyir? Həmçinin əgər müqavilənin sözügedən səhifələri dəyişdirilmişdisə iddiaçı nəyə görə 6-7 ay sonra bunu bildi və bundan sonra iddia etmişdir? Qeyd olunan hallar məhkəmədə araşdırılmamışdır. Həmçinin mübahisə predmeti olan müqavilə ilə eyni tarixdə verilmiş maliyyə arayışları iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuşdur. Həmin arayışlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmin arayışlara münasibət bildirməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Tərəflər arasında ilkin müqavilə əslində başqa şəxsin iddiaçıya olan 115000 ABŞ dolları borcunu pərdələmək üçün bağlanmışdır. "İnter” MMC bu gün həmin pulu ödəyərək borcunu qurtara bilər, lakin qarşı tərəf razılaşmır. Qarşı tərəf bildirir ki, müqavilənin bəndləri dəyişdirilmişdir. Müqavilənin hansısa bəndinin dəyişdirilməsi onun tamamilə ləğv edilməsinə və etibarsızlığına əsas olan bilməz. Qarşı tərəfə əvvəl iki mənzill verilməli olduğuna görə onların təkidi ilə "İnter” MMC iki mənzil üzrə müqavilə bağlayıb razılığıa gəlmişdir ki, mənzilləri "İnter” MMC satıb 115000 dollar borcunu ödəsin. Onlarda müqavilənin bu bəndləri ilə razılaşmamış və məhkəmədə mübahisələndirmişlər. Əlavə olaraq bildirdi ki, iddiaçıya əvəz olaraq verilmiş hər iki mənzil faktiki olaraq mövcud olmuşdur. Mənzillərin 2019-cu il dəyərləri ilə satılmasına iddiaçının razılığı olub. Tərəflər arasında 2023-cü ildə bağlanmış müqavilə notarial qaydada təsdiq edilməmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, müqavilə bağlamaqda iddiaçının əsl məqsədi pul almaq yox, mənzil əldə etmə olmuşdur. İddiaçı qətnamələrinin icra edilməsi və mübahisənin həll edilməsi üçün xoş niyyət göstərərək mənzillərin əvəz edilməsinə razılıq vermişdir. Lakin, 2023-cü ildə müqavilələr bağlanandan sonra, mənzillərin iddiaçıya təhvil verilməsi yubadılmışdır. Artıq tərəflər arasında münasibətlər yenidən pozulduqdan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəf müqavilə bağlayan zaman onu aldatmışdır. Necə ola bilər ki, iddiaçı razılıq verirki aralarında müqavilə bağlanılır və həmin mənzilləri qarşı tərəf satır. İddiaçı mənzilləri özü sata bilmirdi ya qiymətlərdən xəbərsiz idi. Bu gün həmin mənzillərin birinin dəyəri 115000 dollardan artıqdır. Qarşı tərəf isə istəyirki hər iki mənzili özləri satsın və 2019-cu il qiymətləri ilə həmin məbləği ödəsin. Hazırki müqavilənin ayrı-ayrılıqda hər hansı şərti yox, müqavilənin özü aldatma yolu ilə bağlandığından etibarsızdır. Odur ki, məhkəmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanmış olan 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" hər iki müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisə müqavilə bağlanan zaman bir tərəfin digər tərəfi aldatması ilə bağlıdır. İddiaçı hesab etmişdir ki, hazırki halda onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. İddia tələbindən görünür ki, iddiaçı bağlanılmış müqavilə əsasında mülkiyyət hüquqlarının pozulduğunu bildirir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllə 324.4.). Müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (Mülki Məcəllə 337.1 və 337.2). Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə 389.1). Əqdin arzu olunan hüquqi nəticəni yaratması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarsızlığı, əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: - əqdin subyektiv tərkibinə aid edilən şərt; - əqdin məzmununa aid edilən şərt; - əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; - əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yəni, qanunvericinin tələblərinə əsasən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Kollegiya qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337-ci maddəsində etibarsızlıq hallarının iki növü göstərilmişdir, bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur (Mülki Məcəllənin 337.2). İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). İradə ifadəsinin zədələnmiş olduğu hallarda əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Əhəmiyyətsiz əqd isə, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllə 337.3). Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Yəni, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Məhkəmə kollegiyası qeyd edir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Məhkəmələr isə yalnız tərəflər arasında etibarsızlığ və ya onun nəticələri ilə bağlı mübahisə olduqda əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq edərək hüquqi mübahisəni həll edir. Kollegiya eyni zamanda da qeyd edir ki, məhkəmələr əqdin etibarsızlığını irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Yəni, əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022ci il 14 iyun tarixli, 02/2022 saylı qərardadında da qeyd edilmişdir ki, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılan zaman əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallarını dəqiq müəyyən etməli, etibarsızlığa əsas verən hallar sübuta yetirilməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanun normasını, eləcə də etibarsızlığın növünü təsbit etməlidir. Məhkəmə kollegiyası bildirir ki, etibarsızlıq halını yaradan səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Hazırki işdən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə mübahisə edilən əqdlərə aiddir. Yəni, bir tərəf digər tərəfi aldadaraq sənədləri (müqavilə şərtlərini dəyişməklə) dəyişdirməklə hazırki müqaviləni imzalatmışdır. Belə ki, aldatma dedikdə, istənilən hər hansı elə bir davranış başa düşülür ki, bunun nəticəsində qəsdən başqa şəxsdə yalnış təsəvvür yaranır. Yəni, aldatma başqa şəxsi yanıltmaq üçün edilən elə bir qanunsuz hərəkətdir ki, bunun nəticəsində həmin şəxs iradəsini yanlışda olsa ifadə edir. Bundan başqa kollegiya qeyd edir ki, aldadan tərəfin aldatmadan maddi fayda götürmək və ya qarşı tərəfə zərər vurmaq kimi məqsəd güdməsinin əqdin etibarsız sayılması üçüb əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MMc ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Cavabdeh MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m və 80 kv.m olan mənzillərin payçıya verməsini, payçı isə müqavilənin dəyərini Cavabdeh MMC-nə ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, 2019-cu ildə tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər tam olaraq yerinə yetirilmiş, lakin cavabdeh həmin mənzilləri iddiaçıya verməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3759/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, "İnter” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən "A-1" binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m və 80 kv.m. olan mənzillər İddiaçı təhvil verilməsi, “İnter' MMC-nə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 -ci məhəllədə inşa edilən "A-1" binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m. və 80 kv.m. olan İddiaçı təhvil veriləcək mənzillərə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2347/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3759/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2915/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarında əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2347/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh öhdəliklərini yerinə yetirməməsi ilə bağlı tərəflər arasında uzun illər məhkəmə mübahisələri olmuş və sonunda iddiaçı mübahisəli mənzillərin özünə məxsus olmasını və həmin mənzillərin ona təhvil verilməsinə nail olmuşdur. İşdən daha sonra müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 20 noyabr 2023-cü il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən, ilkin mənzilin əvəzinə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli yaşayış binasının A 5 blokunun 4-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m olan yaşayış sahəsi iddiaçıya verilməli, eyni zamanda da, həmin mənzil “Podratçı” tərəfindən satılaraq, satış dəyəri “Sifarişçi”-yə ödənilməlidir. Eyni zamanda, İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 20 noyabr 2023cü il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə əsasən, ilkin mənzilin əvəzinə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli yaşayış binasının C blokunun (A1) 5-ci mərtəbəsində yerləşən, sahəsi 189 kv.m olan yaşayış sahəsi iddiaçıya verilməli, eyni zamanda da, həmin mənzil “Podratçı” tərəfindən satılaraq, satış dəyəri “Sifarişçi”-yə ödənilməlidir. Göründüyü kimi, 2019-cu ildə bağlanmış müqavilələr əsasında alınmış mənzillərin məhkəmələr tərəfində iddiaçıya qaytarılması qət edilmişdir. Bundan sonra, 2019-cu ildə müqavilə predmeti olan mənzillər başqa şəxslərə satıldığından (vəya iddiaçıya təhvil verilmədiyindən) cavabdeh məhkəmə qətnamələrini icra etmək üçün iddiaçıya həmin mənzilləri başqa mənzillərlə əvəz edilməsini təklif etmişdir. İşdən daha sonra müəyyən edilir ki, iddiaçı mənzillərin əvəz edilməsini qəbul etdiyindən 20 noyabr 2023-cü il tarixli müqavilələri bağlamağa razı olmuşdur. Lakin, hazırki iş üzrə cavabdeh tərəf mənzillərin başqa mənzillərlə əvəz edilməsinə dair müqavilə bağlayan zaman idiaçını aldadaraq müqavilə şərtlərini dəyişdirmişdir. Cavabdeh tərəfin iddiaçını aldatması və müqavilə şərtlərini dəyişdirməsi aşağıda sadalanan hallarla öz təsdiqini tapır. Belə ki, məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hər iki müqavilə 3 (üç) səhifədən ibarət olmuşdur. Həmin müqavilələrin hər üç səhifəsi cavabdeh tərəfin məsul şəxsi tərəfindən imzalansa da, iddiaçı ancaq sonuncu səhifəni imzalamışdır. Kollegiya qeyd edir ki, qəbul edilmiş təcrübəyə (kredit müqavilələri və s. müqavilələr) əsasən, ya tərəflər müqavilənin sonuncu səhifəsini imzalayır, yadaki tərəflər müqavilənin bütün səhifələrini hər ikisi imzalayırlar. Hazırki müqavilələr isə iddiaçı tərəfindən ancaq sonuncu səhəfəsi imzalansa da, cavabdehin nümayəndəsi bütün səhifələri imzalamışdır. Bu hal da iddiaçının haqlı narazılığına səbəb olmuşdur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, bağlanmış müqavilələrin 2-ci bəndinə görə, tərəflərin müqavilələr üzrə qeyd olunan yaşayış sahələrinin dəyəri, tərəflərin razılığı ilə ləğv olunmuş, 19 aprel 2019-cu il tarixli müqavilələrdə qeyd olunan sahələrin dəyəri kimi qəbul edilməsinə razılşadıqları göstərilmişdir. Yəni, müqavilənin 2-ci bəndindən belə anlaşılır ki, keçən dörd il ərzində ölkə üzrə daşınmaz əmlakın qiymətinin artmasına baxmayaraq əvəz edilmiş mənzillər 2019-cu ildə olan qiymətlə satılacaqdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, uzun illər baş tutmuş məhkəmə çəkişmələrindən sonra hazırki iş üzrə iddiaçının mübahisəli mənzilləri satmaq istəməsi, ən əsası isə həmin mənzilləri cavabdehin vasitəsi ilə və 2019-cu il qiymətləri ilə yəni, mənzillərin ilkin satın alındığı qiymətə satılmasına razılıq verməsi inandırıcı deyildir. Bu hal da, öz-özlüyündə həmin müqavilələrin cavabdeh tərəfindən dəyişdirildiyi qənaətinə gəlinməsi üçün əsaslardan sayıla bilər. Bundan başqa, ən vacib məqamlardan biri də ondan ibarət olmuşdur ki, müqavilələrlə iddiaçının iradə ifadəsi zədələnmişdir. Belə ki, hər hansı əqdin, o cümlədən hazırki iş üzrə müqavilələrin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Yəni, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə 404.2). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli qərarlar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Bu kontekstdə, apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə 2019-cu il müqaviləsinin predmeti olan məzinllərin iddiaçıya qaytarılması qərara alınmışdır. Belə olan halda, iddiaçı heç zaman mənzillərin 2019-cu il qiymətləri ilə satılmasına razılıq verməzdi. Bu halda bir daha onu göstərir ki, iddiaçının iradə ifadəsi və niyyəti mənzilləri satmaq üçün cavabdeh tərəfə vermək yox, qanuni qüvvəyə minmiş qərarla ona qaytarılmalı olan mənzillərin artıq mövcud olmadığından həmin mənzillərin başqa mənzillər ilə əvəz etmək olmuşdur. Yəni, iddiaçının əsl niyyəti pul almaq yox, mənzil almaq olmuşdur. Əgər, cavabdeh tərəfin iddia etdiyi kimi iddiaçının niyyəti doğrudanda 115000 ABŞ dolları (hərçənd bu hal iş materialları ilə öz təsdiqini tapmı) pulun geri qaytarılması olmuşsa onda nə üçün 2023-cü ildə iddiaçıya əvəz olaraq iki mənzil verilmişdir. Məlum olduğu kimi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində mənzillərin qiyməti kifayət qədər yüksəkdir. Belə olan halda isə, 115000 ABŞ dollarını əvəzi olaraq iddiaçının adına ancaq 1 mənzilin keçirilməsi yetərli idi. Göründüyü kimi, cavabdeh irəli sürdüyü dəlilləri sübuta yetirə bilməmişdir. Bundan başqa, mübahisəli müqavilələr ilə, həm 2019-cu ildə olan mənzillər yeni mənzillərlə əvəz edilmiş, eyni zamanda da guya iddiaçı mənzillərin 2019-cu il qiymətləri ilə satılmasına razılıq vermişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən isə, tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Yəni, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilələrindəki bir-birini tamamlamayan yəni, həm mənzilin əvəz edilməsi həm də satılmasına razılıq verilməsi ilə bağlı şərtlər isə iddiaçının iradəsinin zədələnməsinə səbəb olmuşdur. 20 noyabr 2023-cü il tarixli "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" müqavilələri bağlamaqda iddiaçının arzusu qətnamə ilə ona qaytarılmalı olan mənzillərin heç olmasa başqa mənzillərlə əvəz edilməsi olsa da, mənzillərin satılması, həm də 2019-cu il qiymətləri ilə satılması ilə, iddiaçı arzu etdiyi hüquqi nəticəni əldə etməmişdir. Yəni, iddiaçının əsl niyyəti mənzil əldə etmək olmuşdur. Beləliklə işdən müəyyən edilir ki, cavabdeh tərəf iddiaçını aldatmaqla hazırki müqavilləri bağlamışdır. Mülki Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Burada söhbət o əqdlərdən gedir ki, bu əqdlərin iştirakçılarından biri onun üçün sərfəli olan əqdi bağlamaq məqsədilə digər iştirakçını aldadır. Burada iştirakçının mənafeyi üçün aldatmanı üçüncü şəxs də həyata keçirə bilər. Aldatma, əqd iştirakçısının (kontragentin) öz (və ya üçüncü şəxsin) mənafeyi üçün qəsdən edilmiş elə hərəkətdir ki, bu hərəkət nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, əqdin bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində qeyri-düzgün təsəvvür yaranır. Yəni, aldatma nəticəsində zərərçəkənin daxili iradəsi düzgün şəkildə formalaşmır və bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərdən birinin kobud surətdə pozulmasıdır. Yuxarıda sadalanan qanunvericiliyin normalarında əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Odur ki, Mülki Məcəllənin 339.6-cı maddəsinə əsasən iddiaçı əqdin etibarsızlığı faktının mövcudluğu ilə bağlı məhkəmədə haqlı olaraq iddia qaldırmışdır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. Məlum olduğu kimi, bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma (vacib əhəmiyyətli yanılma) halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddətləri - isə bir qayda olaraq, tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə, maddə 375.2). İddia müddəti dayandırıla (Mülki Məcəllə, maddə 379), kəsilə (Mülki Məcəllə, maddə 380) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllə, maddə 382) bilər. Hazırki işdən isə görünür ki, əqdi mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş müddət də keçməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilkin müqavilələrin iddiaçı ilə başqa bir şəxsin arasında olan borcu pərdələmək məqsədilə bağlanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, apellyasiya şikayətində qeyd edilmiş həmin hallarla bağlı iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İş materiallarına əlavə edilmiş və artıq qanuni qüvvəsini almış üç instansiya məhkəməsinin qətnamələri ilə, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən A-1 binasının (A-1 blokunda) 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m və 80 kv.m olan mənzillərin 2019-cu ildə cavabdeh tərəfindən iddiaçıya satılması və həmin mənzillərin iddiaçıya məxsus olması müəyyən edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdehin apellyasiya şikayətində ilkin müqavilələrin iddiaçı ilə başqa bir şəxsin arasında olan borcu pərdələmək məqsədilə bağlanması ilə bağlı dəlillərinə hüquqi qiymət verilmişdir. Bundan başqa, cavabdeh tərəf müqaviləni hansısa borcu (həmdə cavabdehə məxsus olmayan borcu) pərdələmək məqsədilə bağladıqlarını bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə sübut olan maliyyə arayışlarına qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş 20 noyabr 2023-cü il tarixli maliyyə arayışları ilə İddiaçı Əlövsət qızının Cavabdeh MMC-yə borcu olmadığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, doğrudan da, İddiaçı Əlövsət qızının həmin tarixə iddiaçıya heç bir borcu ola bilməzdi. Belə ki, 2019-cu ildə alınmış mənzillərin pulu tam olaraq ödənildiyindən məhkəmələr tərəfindən həmin mənzillərin iddiaçıya verilməsi qət edilmişdir. 2023-cü ildə əvəz edilmiş mənzillər üzrə isə iddiaçı cavabdehə heç bir ödəniş etməməli idi, sadəcə olaraq 2019-da müqavilə predmeti olan mənzillər 2023-cü ildə başqa şəxslərə satıldığından cavabdeh tərəf qətnamələri icra etmək üçün üzərinə öhdəlik götürərək iddiaçıya əvəz olaraq başqa mənzillər vermişdir. Belə olan halda isə, iddiaçının cavabdehə heç bir borcu yarana bilməzdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin heç bir maddi norma ilə əsaslandırılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin hakimi mübahisə ilə bağlı qətnamə qəbul edilən zaman Mülki Məcəllənin 337, 339 və s. maddələrinə istinad etmiş və müqavilələrin aldatma nəticəsində bağlandığını müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yalnız cavabdeh tərəfin şifahi qaydada bildirdikləri əsasında onun hazırki iş üzrə qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlərdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh "İnter” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(075)-1480/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.