Məhkəmə qərarları › İş №2(107)-113/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-113/2020

14.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-113/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X4; Cavabdeh - Cavabdeh1 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-286/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tаrixli, 2(033)-286/2019 saylı qətnaməsi (hаkim Elbrus Məmmədov) ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı xx xxxx 2005-ci il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-84 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manatın İddiaçı1 tutularaq dövlət büdcəsi köçürülməsi qət edilmişdir İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3n və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı1 ərizəsini bununla əsaslandırmışdır ki, ailə ehtiyacları olduğu üçün ərinin dostu olan Abdulla Qurbanovun adamlarına 0.23 ha hesabı ilə 6 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.38 ha torpaq sahəsini satmaq qərarına gəlmişlər. Torpağın satılması ilə bağlı Abdulla Qurbanov razılaşdıırlmış 10.000.000 manatı onlara verməmişdir. Onlar dövlət aktının Abdullaya vermiş, sonradan eşitmişlər ki, alqı-satqı olub, lakin pulu ala bilməyiblər. Məhz belə olduğu üçün hazırki tələblə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, 2005-ci ildə həmin alqı-satqı müqaviləsi bağlanıb. İddiaçı tərəf 10 ildən artıq müddətdə müqaviləni mübahisələndirməyib. Son illər iddiaçı müqavilənin ləğvi barədə məhkəməyə iddia verib, iddia təmin olunmamışdır. Hazırda müqavilənin etibarsızlığına dair ərizə vermişdir. Digər iddiaçılar ona görə məhkəmə iclasına gəlməmişlər ki, onlar torpaq sahəsinin satılmasını və pulun alınmasını yaxşı bilirlər. İddiaçıların anası olan İddiaçı1 isə son illərdə artıq müqaviləni mübahisələndirir. Müqavilə bağlanılarkən pulun verilməsini iddia edən iddiaçı hazırda isə müqaviləyə imzanı atmadığını bildirir. Hesab edir ki, iddia əsassızdır və rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə iddiaçıların və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı1 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı ona və ailə üzvlərinə dövlət tərəfindən adam başına 0.23 ha hesabı ilə 1.38 ha əkinaltı və bağaltı torpaq sahəsi verilmişdir. xx xxxx 2001-ci ildə ailəsinə verilən torpaq sahəsinə JN 0093 saylı, 40201004 kodu olan Dövlət aktı verilmişdir. Həyat yoldaşı-X5 xəstəlikdən əziyyət çəkdiyi üçün ona və ailə üzvlərinə verilən torpağın satılması üçün tanışlara, qohumlara demişdir. Abdulla adlı torpaq alqı-satqısı ilə məşğul olan şəxs onun evinə gələrək ona və ailə üzvlərinə torpağa müştəri olduğunu və 10000 manat verəcəyini bildirmişdir. Sonra torpağın sənədini onlardan alaraq 10 dəqiqəyə gətirəcəyini demişdir. Həmin günü torpaq sənədi ilə geri qayıdaraq ona və ailə üzvlərinə boş kağıza imza çəkdirmiş və ad-familya yazdırmışdır. Bundan sonra o, dəfərlərlə X1 torpağın sənədini almaq istəmiş, hər dəfə sonuncu onu polisə verəcəyi ilə hədələmişdir. 2016-cı ildə ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsində sosial yardıma vermək üçün torpaq barədə arayış almaqdan məqsədi ilə gedəndə orda bildirmişlər ki, ona və ailə üzvlərinə məxsus 0093 nömrəli torpaq sahəsi Cavabdeh1 adına özəlləşdirilmişdir. Lakin Zaqatala Rayon Məhkəməsi işi araşdırmamış qətnamə qəbul etmişdir. O və ailə üzvləri alqı-satqı müqaviləsinə imza etməmişlər. Yalniz öz evlərində boş kağıza torpaq alqı-satqısı ilə məşğul olan Abdullanın iştirakı ilə imza etməmişlər. Onlar notariusda olmamış və notariusun alqı-satqı əməliyyatlarının qeyd edildiyi kitabında bu barədə imzaları yoxdur. Yəni o və ailə üzvləri alqı-satqı müqaviləsi bağlamamış və saxta alqı-satqı müqaviləsində göstərilən 10.000 manat pulu almamışlar. Torpağın kim tərəfindən alınmasını 10 ildən sonra, məhkəmə prosesi zamanı görmüşdür. Məhkəmə gedişatında imza ilə bağlı ekspertiza qeyri-obyektiv keçirilmişdir və nəticədə verilən rəydə imzanın ona aid olması göstərilmişdir. Lakin ailə üzvlərinin imzaları ilə bağlı heç bir ekspertiza keçirilməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-286/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-286/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-286/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər DƏDRX-nin 18 saylı Ərazi İdarəsi və Zaqatala rayonu 2 saylı Notariat ofisi məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Eyni zamanda işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)- 286/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. İş materiallarına əlavə edilmiş xx xxxx 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, iddiaçının mülkiyyətində olan 0.92 ha torpaq sahəsini Cavabdeh1 10.000.000 manata (AZM) satmışlar. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının əri X5 xx xxxxxx 2015-ci ilə tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(033)866/2016 saylı qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı mübahisələndiirlən torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsini ona verilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Hansı ki, sözügedən qətnamə Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1355/2016 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli, 8127 nömrəli ekspert rəyindən görünür ki, mübahisələndirilən xx xxxx 2005-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsindəki İddiaçı1 adının qarşısındakı imza onun özü tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş seriya MH ******* saylı Çıxarışdan görünür ki, həmin Çıxarış əsasında alqı-satqının predmeti olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabında 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2778/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Arxivində saxlanılan Zaqatala rayon dövlət Notariat kontorunda notariat hərəkətlərinin qeyd edilməsi üçün 4-Ə reyestri kitabının 84-cü sırasında, xx xxxx 2005-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqavilələrinin təsdiq edilməsi üçün “İddiaçı1” və “ana-İddiaçı1” sözlərinin qarşısında imzaların kim tərəfindən edilməsinin müəyyən edilməsi üçün məhkəməxətşünaslıq ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 27813 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zaqatala şəhər dövlət notariat kontorunun 4Ə (xx.xx.2005, № 1 - xx.xx.2005, № 134) reyestrli notariat kitabının 28-ci vərəqəsində “84” sıra nömrəsində “İddiaçı1 Qazangül” və “ana - İddiaçı1 Qazangül qəsəbəsi” yazılarının qarşısındakı imzalar - İddiaçı1 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyasının sorğusu ilə Zaqatala rayon Dövlət notariat kontorunda xx xxxx 2005-ci il tarixdə 4Ə-84 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti alınmış, notariat işinə baxış keçirilmiş və mülki iş materiallarına əlavə edilmişdir. Həmin notariat işindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 0.7828 ha torpaq sahəsini Cavabdeh1 satılmışlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2005-ci il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, iddiaçılar 10.000.0000 manat pul müqabilində sözügedən torpaq sahəsini cavabdehə satmışlar. Hazırda isə iddiaçı alqı-satqı müqaviləsini mübahisələndirərək etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 alqı-satqı müqaviləsində və müqavilənin qeydə alındığı 4-Ə reyestrli notariat kitabında olan imzaların ona məxsus olmadığını bidirsə də, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizaları nəticəsində sözügedən imzaların İddiaçı1 tərəfindən imzalndığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyilərinə hüquqi qiymət verilərək həmin rəylər sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası ekspertizanın verdiyi rəylərin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onlarla razılaşır. Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin normaları ilə tənzimlənir, alqı-satqı müqavilənin anlayışı isə Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulub. Həmin maddənin mənasına görə, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin alqı-satqı müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə- alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üstüstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqısatqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. Yalan əqd dedikdə başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd anlaşılır. Yalan əqd mahiyyətcə görünüş üçün bağlanır. Məhkəmə işin faktiki hallarına qeyd olunan hüquq normalarının tələbləri ilə müqayisəli və obyektiv şəkildə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçılar tərəflər arasında mübahisələndirilən torpaq sahəsini könüllü olaraq Cavabdeh1 satdıqlarından onların həmin mülkiyyətə dair huquqları özlərinin iradə ifadəsi (paylarını satması ilə) olaraq cavabdehə keçmişdir. Məhz bundan sonra cavabdeh, torpaq sahəsini tam hüquqi əsaslarla əldə etmişdir. İşdən görünür ki, iddiaçılar İddiaçı1 və qeyriləri mübahisəli kənd təsərrüfatı təyinatlıtorpaq sahəsinə dair sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 10 ildən artıq müddət keçdikdən sonra sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşlər. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar notarial qaydada təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öz mülkiyyətində olmuş torpaq sahəsini 10.000.000 manata (AZM) cavabdehə satıblar və bundan sonra həmin sahəsini boşaldaraq sonuncuya təhvil veriblər. xx xxxxxxxx 2009-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Göründüyü kimi, iddiaçıların alqı-satqı müqaviləsinin bağlandığı andan (xx xxxx 2005-ci il) məlumatlı olmuş, lakin iddiaçı 2019-cu ildə hazırkı iddianı qaldırmışdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunan əsaslara görə iddia tələbi əsassızdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçılarnın tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apelyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-286/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-286/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar