Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1137/2022 14.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi və AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi və AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(051)-1847/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi və AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin və çıxarışın ləğv edilməsi və sair tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(051)-1847/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi və AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(051)-1847/2022 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(051)-1847/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(051)- 1847/2022 saylı qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin mümkünlüyünə dair digər məsələlərə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul etməkdən imtina edilməsi qərarını belə əsaslandırmışdır ki, MPM-in 33-cü maddəsinə görə birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi Məcəllənin İV fəsli ilə müəyyən olunur. MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Mülki işin materiallarından görünür ki, hazırki iş üzrə iddia ərizəsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi haqqındadır ki, həmin tələb MPM-in 39.1-ci maddəsinin təsiri altına düşmür. Belə olduğu halda, hazırki iş ərazi aidiyyatı ilə bağlı ümumi normalar tətbiq edilməlidir. MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. MPM-in 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Hazırki iş üzrə iddia ərizəsində Cavabdeh2, Cavabdeh3, Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi və AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi, 17 saylı Yevlax Ərazi İdarəsi olmaqla dörd cavabdeh göstərilmişdir. Onlardan birinin - Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin hüquqi ünvanı Mingəçevir şəhər H.Əliyev prospekti 380 ünvanındadır. Belə olan halda, iddia ərizəsini həmin cavabdehin hüquqi ünvanı üzrə məhkəməyə vermək iddiaçının prosessual hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(051)-1847/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(051)-1847/2022 saylı qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin mümkünlüyünə dair digər məsələlərə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(051)-1847/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin mümkünlüyünə dair digər məsələlərə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-1137/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1137/2022
14.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver