Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1138/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X11 qarşı mirasın qəbul üçün müddətin uzadılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul üçün müddətin uzadılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, üçüncü şəxslər X8 və X9 iştirakları ilə, İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X11 qarşı mirasın qəbul üçün müddətin uzadılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 8 iyul 2022ci il tarixli 2(019)-434/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı X6 1988-ci ildə onun X7 ilə rəsmi nikah bağlanmaqla evlənmiş, birgə nikahlarından xx xxxx 1989-cu ildə İddiaçı anadan olmuşdur. Onlar 1991-ci ilə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. 1991-ci ildə iddiaçının valideynləri ayrılmışlar. X6 iddiaçını da götürüb yaşadıqları evdən çıxıb getmiş və başqa ünvanda yaşamışdır. X3 Federasiyasına getmiş və orada yaşamışdır. Muhuma Mamedov 06 sentyabr 2007-ci il tarixdə Rusiya Federasiyasinda ölmüş, onun meyidini Balakənə gətirilib orada dəfn edilmişdir. Muhuma Mamedovun ölümündən sonra ünvan 2 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı yaşayış sahəsi olan fərdi yaşayış evi və Balakən Rayon AİK-ın 23 noyabr 2004-cü il tarixli 02 saylı qərarı ilə mərhuma verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi miras qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Balakən regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X11 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum X7ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 hektar torpaq sahəsinə dair mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən şəhəri F.Əmirov küçəsi dalan 3 ev 3-də qeydiyyatdadır. X6, atası isə X17r. X7 ilə X6 1988- ci il tarixdə rəsmi nikahla evlənmiş, birgə nikahlarından o, anadan olmuşdur. Valideynləri 1991-ci ilə kimi birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. 1991-ci ildə valideynləri ayrılmışlar. Anası onu da götürüb atasına məxsus evdən çıxmışdır.Bir müddət sonra atası X3 Federasiyasına getmiş və orada yaşamışdır.O,isə anasının yanında yaşamışdır. X44 06 sentyabr 2007-ci il tarixdə Rusiya Federasiyasinda ölmüşdür. Onun meyidini Balakənə gətirib burada dəfn etmişlər. Atasının bacıları bu barədə ona məlumat verməmişlər və bu səbəbdən atasının dəfnində və yas mərasimlərində iştirak etməmişdir. Mərhum X44un ölümündən sonra ünvan 2 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı yaşayış sahəsi olan fərdi yaşayış evi və Balakən Rayon AİK-ın 23 noyabr 2004-cü il tarixli 02 saylı qərarı ilə mərhuma verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi miras qalmış, miras qoyanın yeganə varisi özü olmuşdur.Atasının ölümündən sonra Balakən rayonu dövlət notariat kontoruna miras əmlaka vərəsəlik işi açılması üçün şifahi müraciət etmiş, lakin mərhumun ölüm haqqında şəhadətnaməsi olmadığına görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən təqdim etdiyi sənədlər qəbul olunmamışdır.O, 2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidentinin yanında X16 Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuş və 2011-ci ildə həmin Akademiyanı bitirmişdir. Sonra isə magistraturada oxumuşdur. Bu səbəblərdən 2013-cü ilə kimi o, mirasın qəbulu ilə bağlı zəruri hərəkətləri edə bilməmişdir. Həmçinin üçüncü şəxslər onun ata mülkündə yaşamasına imkan verməmişlər. Bu səbəbdən mirası faktiki də qəbul edə bilməmişdir. 2013-cü ildə o, yenidən notariat kontoruna müraciət etmiş, atasının ölüm haqqında şəhadətnaməsi olmadığından sənədlər onun özünə qaytarılmış və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, atasının ölüm faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 29 mart 2013-cü il tarixli 2(019)-80/2013 saylı qətnaməsi ilə mərhum X13 06 sentyabr 2007-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilmişdir. Bundan sonra o, 04 may 2013cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsindən mərhum X18 ölüm haqqında şəhadətnamə almışdır. Sonra ona məlum olmuşdur ki, mərhum X12 miras qalmış 0.10 ha həyətyanı torpaq sahəsindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmalıdır. Bundan sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınması ilə əlaqədar Balakən Rayon Dövlət Notariat Kontoruna müraciət etmiş, Balakən Rayon Dövlət Notariat Kontoru miras əmlakın qəbulu müddətinin buraxılmasını əsas gətirərək miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Eyni zamanda o atasından miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinin torpaq və əmlak vergisini 2007-ci ildən 2013-cü ilə qədər o, ödəmişdir. Bununla bağlı arayışı iddia ərizəsinə əlavə edir. O,atasının mirasının qəbulu ilə bağlı notariat orqanına müraciət etməklə və digər hərəkətləri ilə mirasın qəbulu ilə bağlı qanunauyğun hərəkətləri etmişdir. Muhuma Məmmədovun ölümündən sonra isə yeganə birinci növbəli vərəsəsi o, olmuşdur. Üçüncü şəxslər isə uzun illər əvvəl ərə gedərək ata evindən köçmüş, özlərinə məxsus ayrıca təsərrüffatları olmuşdur. Onlar ata evindən köçdükdən sonra həmin evdə bir daha yaşamamışlar. O cümlədən, X19 1980-ci ildə ailə qurub atasına məxsus evdən köçmüş, 1990-cı illərin əvvəllərindən Bakı şəhərində qeydiyyatdadır. Eyni zamanda X19 və digər şəxslər mirasın qəbulu üçün notariat orqanına ərizə verməmişlər. 2013-cü ildə o, mərhum X18 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək onun mərhum X18 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması qərara alınmışdır.Bundan sonra o, miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında miras əmlak daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. 2019-cu ildə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər X19, X14 və X20 tərəfindən apaellyasiya şikayəti verilmiş, verilmiş apellyasiya şikayətinə 11 dekabr 2019-cu il tarixdə baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(107)-3075/2019 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər X19, X14 və X20 tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(107)-3075/2019 nömrəli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşə yenidən apellyasiya məhkəməsində baxılaraq ərizənin xüsusi icraat qaydasında verilməsi əsası ilə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanması barədə qərardad qəbul edilmişdir. Bundan sonra X19 və X20 ona, Balakən 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon 2 saylı Notariat Kontoru tərəfindən ona verilmiş xx.xx.2013-cü il tarixli, 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayon 2 saylı Notariat Kontoru tərəfindən ona verilmiş xx.xx.2013-cü il tarixli, 2V-368 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Bundan sonra o hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. O,mirasın qəbulu müddətini üzürlü səbəbdən, yəni ali məktəbdə oxuması səbəbindən buraxmışdır. Ona görə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verib iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında göstərdi ki, İddiaçı onun qardaşı qızıdır. X2 1988-ci ildə iddiaçının X6 ilə evlənmiş, birgə nikahlarından İddiaçı doğulmuşdur. Qardaşı Muhuma ailəsi ilə birlikdə atasına məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. X25 ilə X24 1991-ci ilə kimi birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. 1991-ci ildə onlar ayrılmışlar. O vaxtdan da anası iddiaçını da götürüb yaşadıqları evdən getmişdir. Həmin vaxtdan sonra iddiaçı heç vaxt həmin evdə, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır. X25 isə Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daim onların nəzarətində olmuşdur.Muhuma Mamedov 06 sentyabr 2007-ci il tarixdə Rusiya Federasiyasinda ölmüşdür. Onun meyidini özləri Balakən rayonuna gətirib burada dəfn etmişlər. İddiaçı atasının dəfnində və yas mərasimində belə iştirak etməmişdir.İddiaçı 2013-cü ildə onların xəbəri olmadan mərhum X18 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək onun mərhum X18 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması qərara alınmışdır. Bundan sonra iddiaçı miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında miras əmlak daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. 2019-cu ildə onlar Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər və Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(107)-1707/2020 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)- 510/2013 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanması barədə qərardad qəbul edilmişdir. Bundan sonra o və bacısı X20 iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli, 2V-368 nömrəli vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 07 may 2021ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsi ilə iddiaları təmin edilmiş, Balakən rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli, 2V-368 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013- cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun atasına məxsusdur. O, evi Muhuma tikdirməmişdir, o, evin Muhumaya məxsus olmasına dair heç bir sənəd yoxdur. Muhuma həmin evdə qeydiyyatda olduğundan torpaq islahatı zamanı şəhadətnamə onun adına işlənmişdir. İddiaçı mirası qəbul etməmiş, mirasın qəbulu müddətini də üzürsüz səbəbdən buraxmışdır.İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 məhkəmə iclasında üçüncü şəxs X19 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı X6 1988-ci ildə onun X7 ilə rəsmi nikah bağlanmaqla evlənmiş, birgə nikahlarından xx xxxx 1989-cu ildə İddiaçı anadan olmuşdur. Onlar 1991-ci ilə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. 1991-ci ildə iddiaçının valideynləri ayrılmışlar. Anası iddiaçını da götürüb yaşadıqları evdən çıxıb getmiş və başqa ünvanda yaşamışdır. X3 Federasiyasına getmiş və orada yaşamışdır. Muhuma Mamedov 06 sentyabr 2007-ci il tarixdə Rusiya Federasiyasinda ölmüşdür. Onun meyidini Balakən rayonuna gətirib burada dəfn etmişlər. İddiaçı atasının dəfnində və yas mərasimlərində iştirak etməmişdir. X40 ünvan 2 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı 2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidentinin yanında X16 Beynəlxalq münasibətlər fakultəsinə daxil olmuş və 2011-ci ildə həmin Akademiyanı bitirmişdir. İddiaçı 2013-cü ilə kimi mirasın qəbulu ilə bağlı zəruri hərəkətləri etməmiş, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Muhuma Mamedovun ölümü haqqında Rusiya Federasiyası Krasnodar diyarı VVAQ idarəsinin Krasnodar ş.VVAQ şöbəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş İİ-AQ seriyalı 884528 nömrəli ölüm haqqında şəhadətnamənin olmasına baxmayaraq İddiaçı 2013-cü ildə ölüm faktının təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 29 mart 2013-cü il tarixli 2(019)-80/2013 saylı qətnaməsi ilə mərhum X13 06 sentyabr 2007-ci il tarixdə ölüm faktı müəyyən edilmişdir. Bundan sonra iddiaçı 04 may 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsindən mərhum X18 ölüm haqqında şəhadətnamə almışdır. Daha sonra o, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınması ilə əlaqədar Balakən Rayon Dövlət Notariat Kontoruna müraciət etmiş, Balakən Rayon Dövlət Notariat Kontoru miras əmlakın qəbulu müddətinin buraxılmasını əsası ilə miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı 2013- cü ildə mərhum X7na məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək onun mərhum X18 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması qət edilmişdir. Bundan sonra iddiaçı miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında miras əmlak daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. 2019-cu ildə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər X19, X14 və X20 tərəfindən apellyasiya şikayəti verilmiş, verilmiş apellyasiya şikayətinə 11 dekabr 2019-cu il tarixdə baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(107)-3075/2019 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər X19, X14 və X20 tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(107)- 3075/2019 nömrəli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşə yenidən apellyasiya məhkəməsində baxılaraq ərizənin düzgün olmayaraq xüsusi icraat qaydasında baxılması əsası ilə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanması barədə qərardad qəbul edilmişdir. Bundan sonra X19 və X4 Mamedovaya , Balakən Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2V-368 nömrəli vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 07 may 2021- ci il tarixli, 2(019)-336/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş xx.xx.2013cü il tarixli, 2V-368 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Bundan sonra iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
9. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
10. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
11. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı X44dan miras olaraq yalnız ünvan 2 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı həmin ünvanda yerləşən fərdi yaşayış evinin də atasından miras qaldığını iddia etsə də həmin evin X44un mülkiyyətində olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edildi ki, mərhum Muhuma Mamedovun birinci dərəcəli vərəsəsi qızı- İddiaçıdır. İddiaçı isə atasından qalan mirası nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. İddiaçı mirasın qəbulu müddətinin ötürülməsini üzürlü səbəb olaraq 2007-ci ilin sentyabr ayından 2011-ci ilə kimi Azərbaycan Respublikasının Prezidentinin yanında X16 Beynəlxalq münasibətlər fakultəsində, sonra isə magistraturada oxuması ilə əsaslandırır. Məhkəmə öncə onu qeyd edir ki, iddiaçı 2011- 2013-cü illərdə magistraturada oxuduğunu bildirsə də bu barədə heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmənin qənaətinə görə İddiaçı 2007-ci ilin sentyabr ayından 2011-ci ilə kimi Azərbaycan Respublikasının Prezidentinin yanında X16 Beynəlxalq münasibətlər fakultəsində təhsil alması mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsi üçün üzürlü səbəb hesab oluna bilməz. Çünki müddətin ötürülməsi o zaman üzürlü hesab oluna bilər ki, bu geçikdirilmə şəxsin iradəsindən asılı olmadan baş versin, yəni şəxs ediləcək hərəkəti yerinə yetirmək imkanından məhrum olsun. İddiaçı ali təhsil aldığı müddətdə mirasın qəbulu üçün zəruri hərəkətləri etmək imkanına malik olmuş, lakin özünün təqsirindən bunu etməmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin geçikdirilməsi üzürsüz səbəbdən olmuşdur, müddətin uzadılması üçün əsas yoxdur, ona görə də iddia təmin edilməməlidir.
12. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X11 qarşı mirasın qəbul üçün müddətin uzadılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
13. Balakən Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli 2(019)-434/2022 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X11 qarşı mirasın qəbul üçün müddətin uzadılması tələbinə dair iddiasının təmin edilməməsi, 100 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1151, 1159, 1243 və 1248-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
15. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 may 2013-cu il tarixdə verilmiş 607857 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 06 sentyabr 2007-ci ildə ölmüşdür.
16. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 125618 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1989-cu il tarixdə anadan olmuş, X7 , X6 göstərilmişdir.
17. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2013-cü il tarixdə İddiaçıyevnaya ünvanlanmış 174 nömrəli məktubda göstərilmişdir ki, “ünvan 3vanında qeydiyyatda olmuş xx.xx.2007-ci il tarixdə vəfat etmiş X12 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətətnamə almaq üçün təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildiririk ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunmalıdır və vərəsəliyin qəbulu müddətini ötürmüşsünüz. Mülkiyyəti təsdiq edən sənəd olmadığı və vərəsəliyin qəbulu müddətini ötürdüyünüz üçün Sizdən həmin sənədi almaq və vərəsəliyin qəbulu müddətini bərpa etmək üçün məhkəməyə müraciət etməyiniz xahiş olunur”
18. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Bələdiyyəsi tərəfindən 22 avqust 2013-cü il tarixdə verilmiş 416 nömrəli arayışdan görünür ki, Cirinqov küçəsi ev 3də olan, 0.10 ha torpaq və əmlak mərhum X7nun adınadır. 2007-ci ildən 2013-cu ilə qədər Torpaq və Əmlak vergisini mərhumun qızı İddiaçı ödəmişdir.
19. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-3075/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən maraqlarına toxunan şəxslər X19, X14 və X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli 2(019)-510/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(107)-3075/2019 nömrəli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
20. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 218 nömrəli arayışdan görünür ki, Balakən şəhəri, Cirinqov küçəsi ev 3-də yerləşən mərhum atasına məxsus evin və torpağın, bütün kommunal xərcləri 2003-cü ildən X5 qızları X21 və X22 tərəfindən ödənilmişdir.
21. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 218 nömrəli arayışdan görünür ki, Balakən şəhəri, Cirinqov küçəsi ev 3-də əmlak və torpaq vergiləri 2016-cı ildən 2020-ci ilə qədər X19 tərəfindən ödənilmişdir.
22. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 217 nömrəli arayışdan görünür ki, Balakən şəhəri, Cirinqov küçəsi ev 3-də əmlak və torpaq verigiləri 2007-cı ildən 2012-ci ilə qədər X41 tərəfindən ödənilmişdir.
23. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən 26 oktyabr 2007-ci il tarixdə verilmiş 663 nömrəli arayışdan görünür ki, X32 babası X1 adına Balakən şəhəri may küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi DƏDRX-nin Zaqatala Rayon Ərazi idarəsində 1 nömrəli Reyestr kitabının 174-cü səhifəsində inventar uçotuna alınmışdır.
24. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Krasnodar diyarı VVAQ idarəsinin Krasnodar ş.VVAQ şöbəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş İİ-AQ seriyalı 884528 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X25 06 sentyabr 2007-ci ildə ölmüşdür.
25. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.10 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır.
26. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş B 203150 nömrəli ali təhsil haqqında diplomun surətindən görünür ki, İddiaçı 2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidentinin yanında X16 Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuş və 2011-ci ildə həmin Akademiyanı bitirmişdir.
27. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti 18 saylı ərazi idarəsi tərəfindən 09 fevral 2016-cı il tarixli inventar nömrəsi 3220 olan fərdi yaşayış evinin texniki pasportu İddiaçı adınadır.
28. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1301A KOD 40101004 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə X15 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir.
29. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı 0264511nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.10 həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır.
30. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)1707/2020 nömrəli qərardadından görünür ki, həmin qərardadla maraqlarına toxunan şəxslər X19, X14 və X20 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)- 510/2013 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizəçi X29 maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır.
31. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)- 336/2021nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçıyevnaya verilmiş xx.xx.2013-cü il tarixli 2V-368 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin18 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ******* nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir.
32. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
33. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı mərhum Muhuma Məmmədovun birinci növbədən olan yeganə vərəsəsidir. Bundan sonra iddiaçı atasının ölüm faktının müəyyən olunması ilə bağlı Balakən Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin 29 mart 2013-cü il tarixli qətnaməsi ilə mərhum Muhuma Məmmədovun 06 sentyabr 2007-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilmişdir. O, atasından miras qalmış əmlakı vərəsə kimi qəbul etməsi üçün mirasın açıldığı yer üzrə Balakən rayon Notariat Kontoruna ərizə vermiş, lakin Notariat Kontoru vərəsəliyin qəbulu üçün müddəti ötürdüyünü bildirərək vərəsəliyin qəbulu müddətini bərpa etmək üçün məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. Göründüyü kimi, iddiaçı notariat orqanına müraciət etməklə və digər hərəkətləri ilə mirasın qəbulu ilə bağlı qanunauyğun hərəkətləri etmişdir. Bundan başqa Balakən Bələdiyyəsi tərəfindən 22 avqust 2013-cü il tarixdə verilmiş 416 saylı arayışdan görünür ki, miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinin torpaq və əmlak vergisi 2007-ci ildən 2013-cü ilə qədər mərhumun qızı İddiaçı tərəfindən ödənilmişdir. Mübahisəli ev cavabdehlərin atalarından miras qalsa da, həmin əmlakı yalnız qardaşları Muhuma qəbul etmiş, mərhum Muhuma evin ən kiçik övladı kimi həmin evdə yaşamış, digər bacı və qardaşlar isə atalarının ölümündən əvvəl ailə qurub həmin təsərrüfatdan ayrılaraq özlərinə məxsus olan evlərdə yaşamışlar. Muhuma Məmmədovun ölümündən sonra isə Mülki Məcəllənin 1159.1.1-ci maddəsinin mənası baxımından yeganə birinci növbəli vərəsəsi qızı Lalə olmuşdur. Cavabdehlər isə üzün illər əvvəl ərə gedərək ata evindən köçmüş, özlərinə məxsus ayrıca təsərrüfatları olmuşdur. Onlar ata evindən köçdükdən sonra həmin evdə bir daha yaşamamışlar. O cümlədən, X19 1980-ci ildə ailə qurub atasına məxsus evdən köçmüş, 1990-ci illərin əvvəllərindən Bakı şəhərində qeydiyyatdadır. Eyni zamanda X19 və digər maraqlı şəxslər mirasın qəbulu üçün notariat orqanına ərizə verməmişlər. Onların miras əmlakı faktiki sahiblik etməklə qəbul etmələri ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.
34. İddiaçının qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbulu ilə bağlı ərizə verməməsinin səbəbi atasının Rusiya Federasiyasında ölməsi, həmin vaxt ölüm şəhadətnaməsini əldə edə bilməməsi, 2007-ci ildən 2013-cü ilədək ali təhsil alması ilə bağlı Bakı şəhərində olması, ali təhsilini başa vurduqdan sonra ölüm faktı ilə bağlı 2013-cü ildə Balakən rayon məhkəməsinə müraciət etməsi, bundan sonra miras əmlakla bağlı sənədləşmə işlərinin aparılmasından ibarət olmuşdur.
35. Ona görə də, Balakən Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli 2(019)- 434/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X19 və X20 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli 2(019)-434/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
38. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159-cu maddəsinə görə: 1159.1 Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
40. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
43. İddiaçı Balakən Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli 2(019)-434/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
45. Məhkəmə kolelgiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətində bu qətnamənin 34-cü bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 11-ci bəndində göstərilmiş əsaslarla iddiaçının təhsil almasının onu mirasın qəbulu ilə bağlı zəruri hərəkətləri etmək imkanından məhrum etməməsi və bu səbəbdən də müddətin uzadılmasına əsas olmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. İddiaçı X44dan miras olaraq yalnız ünvan 2 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. O, həmin ünvanda yerləşən fərdi yaşayış evinin də atasından miras qaldığını iddia etsə də, həmin evin X44un mülkiyyətində olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, mərhum Muhuma Mamedovun birinci dərəcəli vərəsəsi qızı- İddiaçıdır. İddiaçı isə atasından qalan mirası nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. İddiaçı mirasın qəbulu müddətinin ötürülməsini üzürlü səbəb olaraq 2007-ci ilin sentyabr ayından 2011-ci ilə kimi Azərbaycan Respublikasının Prezidentinin yanında X16 Beynəlxalq münasibətlər fakultəsində, sonra isə magistraturada oxuması ilə əsaslandırsa da, o, 2011- 2013-cü illərdə magistraturada oxuduğu barədə heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmənin qənaətinə görə İddiaçı 2007-ci ilin sentyabr ayından 2011-ci ilə kimi Azərbaycan Respublikasının Prezidentinin yanında X16 Beynəlxalq münasibətlər fakultəsində təhsil alması mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsi üçün üzürlü səbəb hesab oluna bilməz. Çünki müddətin ötürülməsi o zaman üzürlü hesab oluna bilər ki, bu geçikdirilmə şəxsin iradəsindən asılı olmadan baş versin, yəni şəxs ediləcək hərəkəti yerinə yetirmək imkanından məhrum olsun. İddiaçı ali təhsil aldığı müddətdə mirasın qəbulu üçün zəruri hərəkətləri etmək imkanına malik olmuş, lakin özünün təqsirindən bunu etməmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin geçikdirilməsi üzürsüz səbəbdən olmuşdur, müddətin uzadılması üçün əsas yoxdur, ona görə də iddia təmin edilməməlidir. Apellyasiya məhkəməsi apekllyatorun apellyasiya şiakyətnidəki yuxarıda göstərilən dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şiakyətində bu qətnamənin 33-cü bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 11 və 45-ci bəndlərində qeyd olunmuş əsaslarla iddiaçının hazırki iş üzrə miras əmlakı qəbul etməməsi və müddətin uzadılması üçün əsas olmaması sübut olunduğundan həmin miras əmlaka digər vərəsələrin hüquqlarının olub-olmamasının araşdırılması hazırki işin nəticəsi üçün önəm kəsb etmir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli 2(019)-434/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli 2(019)-434/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov