Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1139/2023 18.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fəttahov Məzahir Yusif oğlunun cavabdeh Hüseynova Durna Mahmud qızına və qeyrilərinə qarşı cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinə dair alqısatqı müqavilələrinin bağlanmış hesab edilməsi və həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ləğv, icraatdan çıxarılma, 384.0.6) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı Fəttahov Məzahir Yusif oğlunun, cavabdehlər İsrəfilov Əlövsəd Əjdər oğlunun, İsrəfilov Əjdər Səfdər oğlunun, İsrəfilov Sərdər Əjdər oğlunun, Əhmədov Aqşin Elbrus oğlunun, Abdullayev Yadigar Sayad oğlunun, Seyfəddinov Niyaməddin Nüsrət oğlunun, Kərimov Oktay Mayıl oğlunun, Həsənov Bürhan Xanlar oğlunun iştirakları ilə, İddiaçı Fəttahov Məzahir Yusif oğlunun cavabdeh Hüseynova Durna Mahmud qızına və qeyrilərinə qarşı cavabdehlərin mülkiyyətində olan 45,02 ha torpaq sahəsinə dair alqısatqı müqavilələrinin bağlanmış hesab edilməsi və həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli 2(046)-1464/2014 nömrəli qətnaməsindən cavabdeh İsrəfilov Əlövsəd Əjdər oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Fəttahov Məzahir Yusif oğlu məhkəmədə iddia qaldıraraq, Göyçay rayonu Qaraxıdır kənd sakini Hüseynov Saday Həsən oğlunun və onun ailə üzvləri Hüseynova Durna Mahmud qızının, Hüseynov Veysəl Saday oğlunun və Hüseynov Şahmar Saday oğlunun mülkiyyətinə verilmiş 0,71 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Behbud Yusif oğlunun və onun ailə üzvləri - Mahmudova Güllü Süleyman qızının və Mahmudov Kamil Behbud oğlunun mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Mirsahab Behbud oğlunun və onun ailə üzvləri - Mahmudova Ahilə Məhəmmədəli qızının, Mahmudov Raqib Mirsahab oğlunun və Mahmudova Mülayim Mirsahab qızının mülkiyyətinə verilmiş 0,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Əbülfət Behbud oğlunun və onun ailə üzvləri - Mahmudova Gülmayə Bilal qızının, Mahmudov Ramil Əbülfət oğlunun və Mahmudova Şəbnəm Əbülfət qızının mülkiyyətinə verilmiş 0,67 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Məbud Mahmud oğlunun və onun ailə üzvləri - Mahmudova Hicran Behbud qızının və Mahmudov Urfan Məbud oğlunun mülkiyyətinə verilmiş 0,61 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Həsənov İlham Xanlar oğlunun və onun ailə üzvləri - Həsənova Gülşən Ağabala qızının, Həsənova Zümrüd İlham qızının və Həsənov İlqar İlham oğlunun mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Həsənov Bürhan Xanlar oğlunun və onun ailə Üzvü Həsənova Xəyalə Mirsalik qızının mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mustafayev Ağamirzə Rza oğlunun vo onun ailə üzvləri - Mustafayeva Nazlı Müseyib qızının, Mustafayev Qafur Ağamirzə oğlunun, Mustafayeva Sura Ağamirzə qızının, Mustafayeva Leyla Səlim qızının, Mustafayev Azər Duman oğlunun, Mustafayeva Aysel Duman qızının və Mustafayev Duman Ağamirzə oğlunun mülkiyyətinə verilmiş 1,84 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mustafayev Aydın Ağamirzə oğlunun və onun ailə üzvləri - Mustafayeva Arzu Aydın qızının Mustafayeva Lamiyə Aydın qızının və Mustafayev Mirmustafa Aydın oğlunun mülkiyyətinə verilmiş 1,62 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mustafayev İldırım Ağamirzə oğlunun və onun ailə üzvləri – Mustafayeva Rəna Nadir qızının, Mustafayev İlqar İldırım oğlunun və Mustafayev Elyar İldırım oğlunun mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Kərimov Malik Mayıl oğlunun və onun ailə üzvləri - Kərimova Aidə Saleh qızının, Kərimova Sədatə Malik qızının, Kərimov Tural Malik oğlunun, Kərimov Mayıl Malik oğlunun va Kərimov Bəxtiyar Malik oğlunun mülkiyyətinə verilmiş 1,78 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Şaban Xəlil oğlunun və onun ailə üzvləri - Abdullayeva Tamilla Əhəd qızının, Abdullayev Elnur Şaban oğlunun va Abdullayeva Gülnar Şaban qızının mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Rizvan Xəlil oğlunun və onun ailə üzvləri - Abdullayeva Nurcahan Hümbət qızının, Abdullayeva Vüsalə Rizvan qızının, Abdullayeva Cəlalə Rizvan qızının və Abdullayeva Yasəmən Rizvan qızının mülkiyyətinə verilmiş 1,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Kərimov Oktay Mayıl oğlunun və onun ailə üzvləri - Kərimova Kutahi İslam qızının, Kərimova Səfayə Oktay qızının, Kərimova Gülbadam Oktay qızının va Kərimov Zəkəriyyə Oktay oğlunun mülkiyyətinə verilmiş 1,83 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Kərimov Zəmixan Qara oğlunun və onun ailə üzvləri - Kərimova Validə Abdulla qızının, Kərimova Səməngül Zəmixan qızının, Kərimova Bahar Zəmixan qızının və Kərimov İsgəndər Zəmixan oğlunun mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hüseynov Həsənağa Sərxan oğlunun və onun ailə üzvləri - Hüseynova Nərgiz Paşa qızının, Hüseynov Rəşad Həsənağa oğlunun, Hüseynov Elşad Həsənağa oğlunun və Hüseynov Ceyhun Həsənağa oğlunun mülkiyyətinə verilmiş 2,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Şıxalıyev Elman Şıxalı oğlunun və onun ailə üzvləri - Əliyeva Rəsmiyə Sadıq qızının, Şıxalıyev Vasif Yusif oğlunun, Şıxalıyeva Güllü Elman qızının və Şıxalıyeva Gülşən Elman qızının mülkiyyətinə verilmiş 1,79 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Şıxalıyev Məsim Yusif oğlunun və onun ailə üzvləri - Şıxalıyeva Zülfirə Əvəz qızının, Şıxalıyeva Zəkiyə Məsim qızının və Şıxalıyev Telman Məsim oğlunun və Şıxalıyeva Könül Məsim qızının mülkiyyətinə verilmiş 2,03 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Əhmədov Elbrus Mayıl oğlunun və onun ailə üzvləri - Əhmədova Rəna Qasım qızının, Əhmədov Ruslan Elbrus oğlunun, Əhmədova Rəvanə Elbrus qızının, Əhmədov Aqşin Elbrus oğlunun və Əhmədov Nurlan Elbrus oğlunun mülkiyyətinə verilmiş 1,50 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Seyfəddinov Fəxrəddin Şərif oğlunun və onun ailə üzvləri - Seyfəddinova Şahnaz Hacı qızının, Seyfəddinova Ülviyyə Fəxrəddin qızının və Seyfəddinova Könül Fəxrəddin qızının mülkiyyətinə verilmiş 1,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Urfan Xəlil oğlunun mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hacıyeva Dursun Əhməd qızının və onun ailə üzvləri – Hacıyeva Gülayət Qərib qızının, Hacıyeva Hökümə Qərib qızının və Hacıyev Məzahir Zahir oğlunun mülkiyyətinə verilmiş 0,36 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hacıyeva Səmayə Mehdi qızının və onun ailə üzvü Hacıyev Səyavuş Mahir oğlunun mülkiyyətinə verilmiş 0,73 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Babaşov Nəzarət Ələddin oğlunun və onun ailə üzvləri - Babaşova Zeynəb Seyfəddin qızının, Babaşova Gülmirə Nəzarət qızının, Babaşov Fariz Nəzarət oğlunun, Babaşova Nuranə Nəzarət qızının və Babaşov Pərviz Nəzarət oğlunun mülkiyyətinə verilmiş 1,33 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Sabir Mahmud oğlunun və onun ailə üzvləri – Mahmudova Asudə Sabir qızının, Mahmudova Əsmər Sabir qızının və Mahmudov Mahmud Sabir oğlunun mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hüseynova Nazilə Ələkbər qızının və onun ailə üzvü Hüseynova Güllübəyim Sərxan qızının mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Yadigar Sayad oğlunun və onun ailə üzvləri - Abdullayeva Roza Həmid qızının, Abdullayevə Aytən Yadigar qızının və Abdullayeva Gövhər Yadigar qızının mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Zülfüqarova Rüxsarə Yaralı qızının vo onun ailə üzvləri - Zülfüqarova Pərvin Zülfüqar qızının və Zülfüqarov Emin Zülfüqar oğlunun mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini İsrəfilov Əjdər Səftər oğlunun və onun ailə üzvləri - İsrəfilova Zeynəb Yusif qızının, İsrəfilov Sərdar Əjdər oğlunun, İsrəfilov Əlövsəd Əjdər oğlunun və İsrəfilov Mehrab Əjdər oğlunun mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Xəlil Cəlil oğlunun və onun ailə üzvləri - Abdullayeva Telli Süleyman qızının, Abdullayev Alxan Xəlil oğlunun və Abdullayeva Fərqanə Xəlil qızının mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Mehman Fərman oğlunun və onun ailə üzvləri - Abdullayeva Tehranə İbadulla qızının, Abdullayeva Günəş Mehman qızının və Abdullayev Ömər Mehman oğlunun mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini İbadov İbad Məcid oğlunun və onun ailə üzvləri - İbadova Pərmanə Salman qızının və İbadova Saabxanım İbad qızının mülkiyyətinə verilmiş 0,97 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Seyfəddinov Niyaməddin Nüsrət oğlunun mülkiyyətinə 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayeva Münəvvər Soltan qızının və onun ailə üzvü Abullayev Fərman Mehman oğlunun mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mustafayev Rövşən Ağamirzə oğlunun mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Bəxtiyar Sayad oğlunun və onun ailə üzvləri - Abdullayeva Bəxtilə Mirəddin qızının, Abdullayev İxtiyar Bəxtiyar oğlunun, Abdullayeva Samirə Bəxtiyar qızının və Abdullayev Şəmistan Bəxtiyar oğlunun mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Həmidov Paşa Səməd oğlunun və onun ailə üzvləri - Həmidova Leyli Niftalı qızının, Həmidov Teymur Paşa oğlunun, Həmidova Gilas Eyvaz qızının və Həmidov Elvin Teymur oğlunun mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Həsənov Xanlar Gəncimalı oğlunun və onun ailə üzvləri - Həsənova Güləbatın Abas qızının, Həsənova Nəzakət Xanlar qızının, Həsənova Mükafat Xanlar qızının və Həsənov Teymur Xanlar oğlunun mülkiyyətinə verilmiş 1,32 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hacıyev Mahir Qərib oğlunun və onun ailə üzvləri - Hacıyeva Əntiqə Məmməd qızının və Hacıyev Mənsur Mahir oğlunun mülkiyyətinə verilmiş 0,79 ha torpaq sahəsinə və Göyçay rayonu Qaraxıdır kənd sakini Seyfəddinov Nüsrət Şərif oğlunun və onun ailə üzvləri - Seyfəddinova Əsli Rəşid qızının, Seyfəddinov Seyfəddin Nüsrət oğlunun və Seyfəddinov Səyavuş Nüsrət oğlunun mülkiyyətinə verilmiş 0,44 ha torpaq sahəsinə dair onunla alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi və Göyçay rayonunun Qaraxıdır kəndində yerləşən cəmi 45,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(046)-1464/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay rayonu Qaraxıdır kənd sakini Hüseynov Saday Həsən oğlunun və onun ailə üzvləri Hüseynova Durna Mahmud qızının, Hüseynov Veysəl Saday oğlunun və Hüseynov Şahmar Saday oğlunun mülkiyyətinə verilmiş 0,71 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Behbud Yusif oğlunun və onun ailə üzvləri - Mahmudova Güllü Süleyman qızının və Mahmudov Kamil Behbud oğlunun mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Mirsahab Behbud oğlunun və onun ailə üzvləri - Mahmudova Ahilə Məhəmmədəli qızının, Mahmudov Raqib Mirsahab oğlunun və Mahmudova Mülayim Mirsahab qızının mülkiyyətinə verilmiş 0,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Əbülfət Behbud oğlunun və onun ailə üzvləri - Mahmudova Gülmayə Bilal qızının, Mahmudov Ramil Əbülfət oğlunun və Mahmudova Şəbnəm Əbülfət qızının mülkiyyətinə verilmiş 0,67 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Məbud Mahmud oğlunun və onun ailə üzvləri - Mahmudova Hicran Behbud qızının və Mahmudov Urfan Məbud oğlunun mülkiyyətinə verilmiş 0,61 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Həsənov İlham Xanlar oğlunun və onun ailə üzvləri - Həsənova Gülşən Ağabala qızının, Həsənova Zümrüd İlham qızının və Həsənov İlqar İlham oğlunun mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Həsənov Bürhan Xanlar oğlunun və onun ailə Üzvü Həsənova Xəyalə Mirsalik qızının mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mustafayev Ağamirzə Rza oğlunun vo onun ailə üzvləri - Mustafayeva Nazlı Müseyib qızının, Mustafayev Qafur Ağamirzə oğlunun, Mustafayeva Sura Ağamirzə qızının, Mustafayeva Leyla Səlim qızının, Mustafayev Azər Duman oğlunun, Mustafayeva Aysel Duman qızının və Mustafayev Duman Ağamirzə oğlunun mülkiyyətinə verilmiş 1,84 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mustafayev Aydın Ağamirzə oğlunun və onun ailə üzvləri - Mustafayeva Arzu Aydın qızının Mustafayeva Lamiyə Aydın qızının və Mustafayev Mirmustafa Aydın oğlunun mülkiyyətinə verilmiş 1,62 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mustafayev İldırım Ağamirzə oğlunun və onun ailə üzvləri – Mustafayeva Rəna Nadir qızının, Mustafayev İlqar İldırım oğlunun və Mustafayev Elyar İldırım oğlunun mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Kərimov Malik Mayıl oğlunun və onun ailə üzvləri - Kərimova Aidə Saleh qızının, Kərimova Sədatə Malik qızının, Kərimov Tural Malik oğlunun, Kərimov Mayıl Malik oğlunun va Kərimov Bəxtiyar Malik oğlunun mülkiyyətinə verilmiş 1,78 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Şaban Xəlil oğlunun və onun ailə üzvləri - Abdullayeva Tamilla Əhəd qızının, Abdullayev Elnur Şaban oğlunun va Abdullayeva Gülnar Şaban qızının mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Rizvan Xəlil oğlunun və onun ailə üzvləri - Abdullayeva Nurcahan Hümbət qızının, Abdullayeva Vüsalə Rizvan qızının, Abdullayeva Cəlalə Rizvan qızının və Abdullayeva Yasəmən Rizvan qızının mülkiyyətinə verilmiş 1,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Kərimov Oktay Mayıl oğlunun və onun ailə üzvləri - Kərimova Kutahi İslam qızının, Kərimova Səfayə Oktay qızının, Kərimova Gülbadam Oktay qızının va Kərimov Zəkəriyyə Oktay oğlunun mülkiyyətinə verilmiş 1,83 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Kərimov Zəmixan Qara oğlunun və onun ailə üzvləri - Kərimova Validə Abdulla qızının, Kərimova Səməngül Zəmixan qızının, Kərimova Bahar Zəmixan qızının və Kərimov İsgəndər Zəmixan oğlunun mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hüseynov Həsənağa Sərxan oğlunun və onun ailə üzvləri - Hüseynova Nərgiz Paşa qızının, Hüseynov Rəşad Həsənağa oğlunun, Hüseynov Elşad Həsənağa oğlunun və Hüseynov Ceyhun Həsənağa oğlunun mülkiyyətinə verilmiş 2,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Şıxalıyev Elman Şıxalı oğlunun və onun ailə üzvləri - Əliyeva Rəsmiyə Sadıq qızının, Şıxalıyev Vasif Yusif oğlunun, Şıxalıyeva Güllü Elman qızının və Şıxalıyeva Gülşən Elman qızının mülkiyyətinə verilmiş 1,79 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Şıxalıyev Məsim Yusif oğlunun və onun ailə üzvləri - Şıxalıyeva Zülfirə Əvəz qızının, Şıxalıyeva Zəkiyə Məsim qızının və Şıxalıyev Telman Məsim oğlunun və Şıxalıyeva Könül Məsim qızının mülkiyyətinə verilmiş 2,03 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Əhmədov Elbrus Mayıl oğlunun və onun ailə üzvləri - Əhmədova Rəna Qasım qızının, Əhmədov Ruslan Elbrus oğlunun, Əhmədova Rəvanə Elbrus qızının, Əhmədov Aqşin Elbrus oğlunun və Əhmədov Nurlan Elbrus oğlunun mülkiyyətinə verilmiş 1,50 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Seyfəddinov Fəxrəddin Şərif oğlunun və onun ailə üzvləri - Seyfəddinova Şahnaz Hacı qızının, Seyfəddinova Ülviyyə Fəxrəddin qızının və Seyfəddinova Könül Fəxrəddin qızının mülkiyyətinə verilmiş 1,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Urfan Xəlil oğlunun mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hacıyeva Dursun Əhməd qızının və onun ailə üzvləri – Hacıyeva Gülayət Qərib qızının, Hacıyeva Hökümə Qərib qızının və Hacıyev Məzahir Zahir oğlunun mülkiyyətinə verilmiş 0,36 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hacıyeva Səmayə Mehdi qızının və onun ailə üzvü Hacıyev Səyavuş Mahir oğlunun mülkiyyətinə verilmiş 0,73 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Babaşov Nəzarət Ələddin oğlunun və onun ailə üzvləri - Babaşova Zeynəb Seyfəddin qızının, Babaşova Gülmirə Nəzarət qızının, Babaşov Fariz Nəzarət oğlunun, Babaşova Nuranə Nəzarət qızının və Babaşov Pərviz Nəzarət oğlunun mülkiyyətinə verilmiş 1,33 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mahmudov Sabir Mahmud oğlunun və onun ailə üzvləri – Mahmudova Asudə Sabir qızının, Mahmudova Əsmər Sabir qızının və Mahmudov Mahmud Sabir oğlunun mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hüseynova Nazilə Ələkbər qızının və onun ailə üzvü Hüseynova Güllübəyim Sərxan qızının mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Yadigar Sayad oğlunun və onun ailə üzvləri - Abdullayeva Roza Həmid qızının, Abdullayevə Aytən Yadigar qızının və Abdullayeva Gövhər Yadigar qızının mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Zülfüqarova Rüxsarə Yaralı qızının vo onun ailə üzvləri - Zülfüqarova Pərvin Zülfüqar qızının və Zülfüqarov Emin Zülfüqar oğlunun mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini İsrəfilov Əjdər Səftər oğlunun və onun ailə üzvləri - İsrəfilova Zeynəb Yusif qızının, İsrəfilov Sərdar Əjdər oğlunun, İsrəfilov Əlövsəd Əjdər oğlunun və İsrəfilov Mehrab Əjdər oğlunun mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Xəlil Cəlil oğlunun və onun ailə üzvləri - Abdullayeva Telli Süleyman qızının, Abdullayev Alxan Xəlil oğlunun və Abdullayeva Fərqanə Xəlil qızının mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Mehman Fərman oğlunun və onun ailə üzvləri - Abdullayeva Tehranə İbadulla qızının, Abdullayeva Günəş Mehman qızının və Abdullayev Ömər Mehman oğlunun mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini İbadov İbad Məcid oğlunun və onun ailə üzvləri - İbadova Pərmanə Salman qızının və İbadova Saabxanım İbad qızının mülkiyyətinə verilmiş 0,97 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Seyfəddinov Niyaməddin Nüsrət oğlunun mülkiyyətinə 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayeva Münəvvər Soltan qızının və onun ailə üzvü Abullayev Fərman Mehman oğlunun mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Mustafayev Rövşən Ağamirzə oğlunun mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Abdullayev Bəxtiyar Sayad oğlunun və onun ailə üzvləri - Abdullayeva Bəxtilə Mirəddin qızının, Abdullayev İxtiyar Bəxtiyar oğlunun, Abdullayeva Samirə Bəxtiyar qızının və Abdullayev Şəmistan Bəxtiyar oğlunun mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Həmidov Paşa Səməd oğlunun və onun ailə üzvləri - Həmidova Leyli Niftalı qızının, Həmidov Teymur Paşa oğlunun, Həmidova Gilas Eyvaz qızının və Həmidov Elvin Teymur oğlunun mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Həsənov Xanlar Gəncimalı oğlunun və onun ailə üzvləri - Həsənova Güləbatın Abas qızının, Həsənova Nəzakət Xanlar qızının, Həsənova Mükafat Xanlar qızının və Həsənov Teymur Xanlar oğlunun mülkiyyətinə verilmiş 1,32 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Hacıyev Mahir Qərib oğlunun və onun ailə üzvləri - Hacıyeva Əntiqə Məmməd qızının və Hacıyev Mənsur Mahir oğlunun mülkiyyətinə verilmiş 0,79 ha torpaq sahəsinə və Göyçay rayonu Qaraxıdır kənd sakini Seyfəddinov Nüsrət Şərif oğlunun və onun ailə üzvləri - Seyfəddinova Əsli Rəşid qızının, Seyfəddinov Seyfəddin Nüsrət oğlunun və Seyfəddinov Səyavuş Nüsrət oğlunun mülkiyyətinə verilmiş 0,44 ha torpaq sahəsinə əsasən iddiaçı Fəttahov Məzahir Yusif oğlu ilə alqı-satqı müqavilələrin bağlanmış hesab edilməsi və iddiaçı Fəttahov Məzahir Yusif oğlunun Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 45,02 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İsrəfilov Əlövsəd Əjdər oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş Şəki Аpellyаsiyа Məhkəməsinə daxil olmuş və mülki kollegiyanın 15 sentyabr 2023cü il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən həmin şikayətə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. İlk olaraq, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Belə ki, apellyasiya şikayətinin mümkünlüyünü araşdıran məhkəmə həmin şəxsin müvafiq prosessual hüquqa malik olub-olmamasını, qanunvericiliyin tələblərinə əməl edib-etməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.3-cü maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Apellyator olan cavabdehə və digər cavabdehlərə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-nin 227.3-cü maddəsində göstərilən müddətlərdə təqdim olunması (alınması) və ya rəsmi qaydada verilməsi barədə sübut yoxdur. Lakin hazırki işin vəziyyəti, apellyasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər atraflı araşdırma aparılmasını tələb edir. Mülki işin İİ cildində olan məhkəmə bildirişlərindən görünür ki, birinci instansiya məhkəməsi 28 oktyabr 2014-cü ilə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə, 11 noyabr 2014-cü ilə təyin edilmiş baxış iclası barədə, 25 noyabr 2014-cü ilə təyin edilmiş baxış iclası barədə məhkəmə bildirişlərini cavabdehlərə təqdim etmək üçün Göyçay rayon Qaraxıdır Bələdiyyəsinə göndərmişdir. 25 noyabr 2014-cü ildə keçirilmiş məhkəmə iclasında cavabdehlərdən Həsənov Bürhan Xanlar oğlu, Abdullayev Elnur Şaban oğlu və Mahmudov Məbud Mahmud oğlu izahat verərək 2003-cü ildə onlara və ailə üzvlərinə məxsus torpaq sahəsini Nəzərov Mehman Həsən oğluna satdıqlarını, həmin torpaq sahələrinə aid dövlət aktlarını sonuncuya verdiklərini, hal-hazırda torpaq sahələrinin iddiaçının mülkiyyətinə keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin məhkəmə iclasında iştirak etmiş iddiaçı Fəttahov Məzahir Yusif oğlu və şahid Nəzərov Mehman Həsən oğlu da cavabdehlərlə eyni məzmunlu izahat vermişlər. Cavabdehlərdən 21 nəfərinin məhkəmə iclasında iştirak etmiş cavabdehlərin izahatları ilə oxşar məzmunlu ərizələri mülki işin İİ cildinin 167-188-ci vərəqlərində yer almışdır. Cavabdehlərin hamısı eyni - Qaraxıdır kəndinin sakinləri olmasına baxmayaraq onlardan 3 nəfəri məhkəmə iclasında iştirak etmiş, digərləri isə məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdehlərin hər birinə aid sənədlər, o cümlədən şəxsiyyət vəsiqələrinin surətləri, yaşayış yerindən arayışlar, notariat kontoruna ünvanlanmış məktublar, torpağa mülkiyyət hüququna dair dövlət aktları mülki işin materiallarında yer almışdır. Həmçinin, apellyator olan - torpağa mülkiyyət hüququna dair dövlət aktında adı Əlövsət kimi yazılmış, İsrəfilov Əlövsəd Əjdər oğluna və onun ailə üzvlərinə aid JN-349 nömrəli dövlət aktı, xx.xx.2014-cü il tarixli 1121 nömrəli yaşayış yerindən ailə tərkibi barədə arayış, ailə üzvlərindən 4 nəfərə məxsus şəxsiyyət vəsiqələrinin surətləri və bir nəfərə məxsus doğum haqqında şəhadətnamənin surəti mülki işin İİ cildinin 82-91-ci vərəqlərində yer almışdır. Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehlərdən Kərimov Oktay Mayıl oğlu izahat verərək həqiqətən ona və ailə üzvlərinə məxsus torpaq sahəsini iddiaçıya satdıqlarını, torpağın pulunu aldıqlarını, hazırki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə prosesində iştirak edərək izahat verdiyini, digər cavabdehlərlə eyni kənddə yaşadığını, onların da məhkəmə iclası barədə məlumatlı olduqlarını, məhkəmənin qətnaməsini aldığını, qətnamə ilə razı olduğundan apellyasiya şikayəti vermədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərdən Həsənov Bürhan Xanlar oğlu və şahid Mahmudov Tufan Məbud oğlu cavabdeh Kərimov Oktay Mayıl oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında apellyator İsrəfilov Əlövsəd Əjdər oğlu izahat verərək bildirmişdir ki, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi yaşadıqları kənddən çox uzaqda yerləşdiyi üçün istifadə edə bilməmişlər. Həmin torpaq sahəsi 1998ci ildə atası Əjdər tərəfindən Nəzərov Mehman Həsən oğluna icarəyə verilmişdir. Mehman bir neçə il icarə haqqını onlara taxıl verməklə ödəmiş, daha sonra isə heç bir ödəniş etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər İsrəfilov Əjdər Səfdər oğlu, İsrəfilov Sərdər Əjdər oğlu, Əhmədov Aqşin Elbrus oğlu, Abdullayev Yadigar Sayad oğlu və Seyfəddinov Niyaməddin Nüsrət oğlu apellyator İsrəfilov Əlövsəd Əjdər oğlu ilə eyni məzmunlu izahat vermişlər. Onlar, həmçinin, hal-hazırda da mülkiyyətlərində olan torpaq sahələrinin kimin istifadəsində və ya sahibliyində olması barədə məlumatsız olduqlarını bildirdilər. Hazırki işdə apellyator şikayətində qeyd etmişdir ki, hazırda mübahisələndirilən məhkəmə qətnaməsindən ona və ailə üzvlərinə məxsus 1.46 ha torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınması məqsədilə inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Kollegiya hesab edir ki, apellyatyorun göstərdikləri inandırıcı deyildir. Belə ki, məhkəmə kollegiyasının arşadırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı Fəttahov Məzahir Yusif oğlu 16 yanvar 2018-ci ildə həmin torpaq sahəsini öz adına dövlət reyestrində qeydiyyata aldırmışdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçərkən müvafiq mütəxəssislər tərəfindən yerində ölçmə işlərinin aparılması mütləqdir. Əgər torpaq sahəsi faktiki olaraq onun istifadəsində deyildisə, ona və ailəsinə məxsus olmuş torpaq sahəsinin faktiki olaraq kimin istifadəsində olduğu ilə 23 il boyunca maraqlanmadan torpaq sahəsini adına dövlət qeydiyyatına aldırmaq üçün müraciət etməsi də inandırıcı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 357.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.4-ci maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Belə оlаn hаldа məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də, hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apelyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı Fəttahov Məzahir Yusif oğlunun cavabdeh Hüseynova Durna Mahmud qızına və qeyrilərinə qarşı cavabdehlərin mülkiyyətində olan 46,43 ha torpaq sahəsinə dair alqısatqı müqavilələrinin bağlanmış hesab edilməsi və həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair 2(107)-1139/2023 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1139/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1139/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver