Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-114/2024 30.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı “vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışın ləğv olunması, miras paylarının müəyyən edilməsi, MM 1272, kəsici müddət) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı “vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)-406/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi:
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, dörd aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, X16 adına 06 fevral 2013- cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, Cavabdeh3 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X8ndan miras qalmış əmlakdan X9 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 1ində yaşayır. Həyətində 2 yaşayış evi vardır. Yaşayış evinin biri 1962-cı ildə tikilmişdir və həmin evdə mərhum X8 və X3 yaşamışdır. İkinci yaşayış evində isə atası yaşamışdır. Həmin mülkə dair atasının adına xx.xx.1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. X8 1987-ci ildə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, babası sağlığında nəyi varsa hamısını mərhumun oğlu X20 03 fevral 1982-ci ildə vəsiyyət etmişdir. X3 xx.xx.1982-ci ildə, X8 isə xx.xx.1987-ci ildə ölmüşdür. Hər ikisinə X9 baxmış, onların dəfnini yola salmış, onlara məxsus olan mirası qəbul etmiş və ölümünədək idarə etmişdir. X9 xx.xx.1994-cü ildə ölmüşdür. Atasının ölümündən sonra həmin miras əmlakı o qəbul edərək idarə etmişdir və hazırda da faktiki idarə edir. Qeyd edir ki, X8nun 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm, yaşayış sahəsi 39.8 kvm olan fərdi yaşayış evi olmuşdur. X8 27 fevral 1987-ci ildə vəfat etmiş, onun öldüyü məqamda onun sağ qalmış iki övladı X28 və X29 olmuşdur. X29 2012-ci ildə Zaqatala rayon Dövlət Notariat Kontoruna müraciət edərək X8ndan miras qalmış 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm, yaşayış sahəsi 39.8 kvm olan fərdi yaşayış evinin onun adına rəsmiləşdirilməsi və bununla bağlı 03 fevral 1982-ci il tarixli vəsiyyətnamə təqdim etmiş və babasının tam payından ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci ildə təsdiq edilən və reyestrdə 2/43 nömrə ilə qeydə alınan vəsiyyətnaməyə əsasən 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X21 vəsiyyətnamədə göstərilən əmlakı 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm, yaşayış sahəsi 39.8 kvm olan fərdi yaşayış evi tam hissədə X16 adına tam irs verilmişdir. X9 X8ndan qalmış mirası faktiki qəbul etdiyinə görə Notariat orqanına ərizə verməmiş, digər tərəfdən əmisi X29 isə miras əmlakda bir dəfə də olsun yaşamamış, mirası nə rəsmi, nə də qeyri rəsmi üsulla qəbul etməmişdir. Həmin halları sübut etmək üçün İƏD-də tərtib edilmiş Akt və Bələdiyyənin arayışını məhkəməyə təqdim edir. Zaqatala rayon Dövlət Notariat Kontoru X8ndan miras qalmış əmlaka X16 adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, miras əmlakı qəbul etmədiyi halda yalnız vəsiyyətnamə əsasında X20 tam hissədə miras payı müəyyən etmişdir. Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin özü də qüsurlu tərtib edilmiş, 22 iyun 1982-ci ildə vəfat etmiş X7 məxsus hər hansı əmlak qeydə alınmadığı və onun tərəfindən vəsiyyətnamə verilmədiyi halda, 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X21 vəsiyyətnamədə göstərilən əmlakına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X20 mirasdan tam irs verilmişdir. X29 06 fevral 2013-cü il tarixdə 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm, yaşayış sahəsi 39.8 kvm olan fərdi yaşayış evinə qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 05 sentyabr 2016-cı ildə X29 ölmüş, onun ölümündən sonra Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış, onun arvadı olan Cavabdeh3 Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun notariusu Gözəl İsgəndərova tərəfindən dörd aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh3 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh3 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1ində yerləşən DƏDRX-nin verdiyi RX seriyalı ******* və ******* saylı çıxarışlarda qeyd olunmuş 0.2202 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-8/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamənin özündən də görünür ki, X29 mirası qəbul etməmiş, orada yaşamamış, oradan istifadə etməmişdir. Qeyd etmək istəyir ki, Zaqatala rayon Dövlət Notariat Kontoru 27 fevral 1987-ci ildə vəfat etmiş X17 qalmış miras əmlakı bölüşdürərkən onun mirası qəbul etmiş digər vərəsələrini çağırmamış, mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etmiş şəxslər arasında mirasın bölüşdürüldüyü halda bunu etməyərək mərhum X21 mirasını qəbul etmiş X22 miras payından məhrum etmişdir. Hazırda 27 fevral 1987-ci ildə vəfat etmiş X8ndan miras qalmış əmlakdan X9 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payını tələb edir.
3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə ilə müraciət edərək, iddianın predmetində dəyişiklik etmək istədiyini bildirmiş və Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, dörd aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X16 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, X23 öz adma Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X8ndan miras qalmış əmlakdan X9 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə ərizəsi məhkəmənin icraatı qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamə əsasında verilmişdir. Həmin vəsiyyətnamə iddiaçı tərəfindən daha öncə Zaqatala Rayon Məhkəməsində mübahisələndirilmiş və iddiaçının tələbi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılmış və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. İddiaçı iddia tələbində özünün və atasının həmin evdə yaşadığını və təsərrüfatı idarə etdiyini bildirsə də, Yusif Musayev əvvələr Hürüy Musayeva ilə birgə, Hürüy Musayevanın ölümündən sonra isə ünvan 1ində yerləşən torpaq sahələrini və evi Yusif Musayev tək idarə etmişdir. Hesab edir ki, Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur və ümumiyyətli iddiaçının hazırki iddiası əsassız olduğundan iddia tələbi rədd edilməlidir.
8. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
10. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-406/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, Cavabdeh3 qarşı “Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Daşınmaz əmlakın Dövlət reyestrində 06 fevral 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X16 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Daşınmaz əmlakın Dövlət reyestrində 05 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X8ndan miras qalmış əmlakdan X9 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ünvan 1ində yerləşən 2200 kv.m həyətyanı torpaq sahəsi X24 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onunla yanaşı onun həyat yoldaşı X6 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən 1962-ci ildə inşa edilmiş, iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m, yaşayış sahəsi 39.8 kv.m olan fərdi yaşayış evi X21 mülkiyyətində olmuşdur. X14 22 iyun1983-cü il tarixdə, X36 27 fevral 1987-ci il tarixdə vəfat etmişlər. X36 ona məxsus olan ünvan 1ində yerləşən əmlakını, yəni iki mərtəbəli daşdan tikilmiş üstü karametlə örtülü dörd otaqlı evini və torpaq sahəsini oğlu X20 03 fevral 1982-ci il tarixli vəsiyyətnamə ilə vəsiyyət etmiş və 01 dekabr 2012-ci il tarixli 2V-821 nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X29 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X21 mülkiyyətində olmuş 0,2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m yaşayış sahəsi 39.8 kv.m olan fərdi yasavıs evindən ibarət miras əmlakdan tam pay almışdır. Həmin vəsiyyətnamə İddiaçı tərəfindən mübahisələndirilmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-389/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı Zaqatala rayon 1 saylı Notariat ofisi tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-201/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2914/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-201/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
12. Məhkəmə qeyd etmişdir ki, X16 ünvan 1ində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,2 kv.m olan fərdi yaşayış evi üzərində hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X29 05 sentyabr 2016-cı il tarixdə ölmüş və onun Cavabdeh3, X30 və X31 adında vərəsələri qalmışdır. X1 vərəsəsi olan Cavabdeh3 mirasqoyandan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Zaqatala rayonu 2 saylı dövlət notariat kontoruna müraciət etmiş və mirasqoyanın digər iki vərəsəsi olan X30 və X31 xx.xx.2017-ci il tarixli ərizələrlə miras əmlakda olan paylarından imtina etmişlər. Cavabdeh3 xx.xx.2016-cı il tarixdə ölmüş X16 vərəsəsi kimi onun mülkiyyətində olmuş Zaqatalla rayonu Aşağı Çardaxlar kəndində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,2 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan tam pay almasına dair Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli reyestrində 2V-202 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeylər aparılmaqla ünvan 1ində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,2 kv.m olan fərdi yaşayış evi tam pay olaraq xüsusi mülkiyyət kimi Cavabdeh3 adına qeydiyyata alınmışdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı mirasqoyan X21 vərəsəsi olan xx.xx.1994-cü il tarixdə vəfat etmiş X9nun X17 miras qalmış ünvan 1ində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini faktiki qəbul etməsini əsas gətirərək Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X16 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, Cavabdeh3 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X8ndan miras qalmış əmlakdan X9 vasitəsi ilə irsi transmissiva üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Əlavə olaraq məhkəmə müəyyən etmişdir ki, iddiaçının babası tərəfindən əmisi Abdulla Musayevə vəsiyyətnamə qoyması, vəsiyyətnamə qoyularkən və ondan sonra iddiaçının atasının sağ olması, bu müddətdə iddiaçının atasının mirasın qəbulu üçün müraciət etmədiyi, vəsiyyətnamə icra olunaraq A.Musayev tərəfindən mirasın qəbul olunması, onun vəfatından sonra isə onun həyat yoldaşı olan Cavabdeh3 mülkiyyətinə keçməsi işin müəyyən olunmuş hallarıdır. İşdə olan sənədlərə əsasən isə mübahisəli miras əmlakın iddiaçının atası tərəfindən qəbul edilməsi müəyyən edilmir. Miras açılarkən iddaçının atası sağ olmuş və mirası qəbul etmək imkanı olmuş, lakin o mirası qəbul etməmişdir. Vəsiyyətnamə qoyularkən isə iddiaçının özü yetkinlik yaşına çatmışdır. Odur ki, vəsiyyətnamənin tərtib olunduğu vaxtdan qırx ilə yaxın müddət keçəndən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qanunvericiliklə müəyyən olunmuş müddətdə hüquqlarından istifadə etməmişdir. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
15. Məhkəmə ilk öncə iddia tələbinin Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin X4 tərəfindən 3 fevral 1982-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə əsasında verilmişdir. xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş vəsiyyətnamənin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-389/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Bununla da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən Şəhadətnamə etibarlı əqd olan vəsiyyətnamə əsasında verilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. Məhkəmə daha sonra iddiaçının atası olan X18 X17 miras qalmış əmlakı qəbul edərək idarə etməsi və bu əsasla onun atasının mirası faktiki qəbul edən vərəsə olaraq mirasqoyan X25 məxsus ünvan 1ində yerləşən 0,22 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən pay almalı olduğu dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericilikdə miras qoyanın əmlakının vərəsələrə keçməsinin üç üsulu qeyd edilmiş və bunlardan biri qanun üzrə, digəri vəsiyyət üzrə və sonuncu olaraq hər iki üsulla, yəni həm qanun, həm vəsiyyətnamə üzrə keçməsidir. Eyni zamanda mülki qanunvericilikdə qanun üzrə vərəsəliyin qüvvədə olma şərtləri də qeyd edilmiş və həmin şərtlərdən biri mirasqoyanın vəsiyyətnamə qoymamasıdır.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki mülki işlə müəyyən edilmiş hallardan görünür ki, miras qoyan X36 tərəfindən mülkiyyətində olan ünvan 1ində yerləşən 0,22 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi barəsində vərəsəsi olan X16 xeyrinə vəsiyyətnamə qoyulmuş və həmin vəsiyyətnamə qüvvədədir.
19. Məhkəmə iddiaçının “Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən X8ndan miras qalmış əmlaka X16 adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməməsi, miras əmlakı qəbul etmədiyi halda yalnız vəsiyyətnamə əsasında X20 tam hissədə miras payı müəyyən etməsi” dəlilinə münasibətdə qeyd etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlayır və notariat fəaliyyətini tənzimləyən həmin qanunda və ümumiyyətlə mülki qanunvericilikdə vəsiyyətnamə olduğu halda mirası qəbul etmiş vərəsələrin dairəsinin notarius tərəfindən yoxlanılması tələbi qoyulmamışdır.
20. Məhkəmə, 22 iyun 1982-ci ildə vəfat etmiş X7 məxsus hər hansı əmlak qeydə alınmadığı və onun tərəfindən vəsiyyətnamə verilmədiyi halda, 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X21 vəsiyyətnamədə göstərilən əmlakına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X20 mirasdan tam irs verilməsi əsası ilə Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qüsurlu tərtib olunmasına dair iddiaçının fikrinə münasibətdə qeyd etmişdir ki, 22 iyun 1982-ci ildə vəfat etmiş X5 adına əmlak qeydə alınmadığı və onun tərəfindən vəsiyyətnamə verilmədiyi halda onun adının və ona məxsus əmlakın vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilməsi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş 27 fevral 1987ci ildə vəfat etmiş X25 məxsus əmlakdan X29 tərəfindən onun xeyrinə vəsiyyət edilmiş əmlakdan tam pay almasına təsir göstərmir.
21. Məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mülki qanunvericiliyin şərtlərini pozması halı müəyyən edilmədiyindən və qanunvericiliyə uyğun verildiyindən iddia tələbi həmin şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
22. Məhkəmə iddia tələbinin 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olduğundan təmin edilməməlidir.
23. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, həmin şəhadətnamə xx.xx.2016-cı il tarixdə vəfat etmiş X16 qanuni əsaslarla mülkiyyətində olmuş və ondan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 85,2 kv.m 2 otaqlı fərdi yaşayış evi və 0,2202 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka dair onun vərəsəsi olan Cavabdeh3 verilmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, miras qoyan X16 ölümündən sonra onun birinci növbədən olan üç vərəsəsi qalmış, miraqoyanın arvadı hazırki iş üzrə Cavabdeh3, oğulları X30 və X31. Mirasqoyanın ölümündən beş ay sonra xx.xx.2017-ci il tarixdə onun vərəsəsi olan hazırki iş üzrə Cavabdeh3 mirası qəbul etdiyi barədə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mirasqoyanın digər vərəsələri olan X31 və X32 xx.xx.2017-ci il tarixli ərizələrlə X15 miras qalmış əmlakdan imtina etmişlər. Cavabdeh3 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X16 mirası qəbul etmiş yeganə vərəsəsi kimi 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qoyanın mülkiyyətində olmuş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 85,2 kv.m 2 otaqlı fərdi yaşayış evi və 0,2202 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almışdır.
25. Göstərilənlərlə yanaşı, məhkəmə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir.
26. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
27. Məhkəmə qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
28. Məhkəmə hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməlidir.
29. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mərhum babasından və əmisindən miras qalmış əmlakı qəbul etməyə yönələn hərəkətləri etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın qəbul faktını rəsmiləşdirən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş imkanı itirmişdir (iddiaçının ən azından 2021- ci il tarixdən həmin şəhadətnamənin mövcudluğundan xəbəri olmuşdur, bundan qabaqki tarixlərdə də xəbəri olması istisna edilmir). Bu baxımdan iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti də ötürmüşdür.
30. Məhkəmə onu da qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və onun payı bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İddiaçı tərəfindən vəsiyyətnamə üzrə miras əmlakın qəbul edilmədiyi müəyyən edildiyindən, iddia tələbinin digər hissələrinə hüquqi qiymət verilə bilməz. Çünki, iddiaçının həmin tələblərlə bağlı subyektiv hüququ yaranmır. Digər tərəfdən mirası qəbul etmiş vərəsələr isə ölənin qanun üzrə birinci növbəli vərəsələridir və miras əmlak barəsində vərəsəlik şəhadətnaməsinin verildiyi vaxt onların arasında hər hansı bir mübahisənin olması barədə iş materiallarında heç bir sübut yoxdur.
31. Məhkəmə bu qənaətə gəlmişdir ki, etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilən Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu X11 tərəfindən verilmiş 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanun pozuntusuna yol verilmədiyindən iddia tələbi həmin şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində də təmin edilə bilməz.
32. Məhkəmə iddia tələbinin “X16 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, X23 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X8ndan miras qalmış əmlakdan X9 vasitəsi ilə irsi transmissiva üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “X16 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi” tələbi iddia tələbinin “Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsindən, “X23 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatak Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi” tələbi iddia tələbinin “04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsindən və son olaraq iddia tələbinin“27 fevral 1987-ci ildə vəfat etmiş X8ndan miras qalmış əmlakdan X9 vasitəsi ilə irsi transmissiva üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi” hissəsi iddia tələbinin digər hissələrindən törəmə tələblərdir.
33. Məhkəmənin qənaətinə görə, X16 adına 06 fevral 2013- cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılmasına və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, X23 adına 05 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılmasına və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmədən, ləğv edilməsi tələb olunan həmin çıxarışların mövcudluğu iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz.
34. Məhkəmə hesab etmişdir ki, iddiaçının ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir.
35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1159.1, 1159.1.1, 1159.1.3, 1160, 1166, 1167, 1168, 1177, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1262, 1268.1, 1272, 1273-1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57, 58 , 59, 60-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 8.0.3-cü maddələrinə, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyul 1997-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
36. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
37. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, Zaqatala rayon məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyriobyektiv və qərəzli qətnamə qəbul etmişdir. Qətnamədə işin halları sübut olunmamış, iddia tələbinin dəlillərinə tam hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına uyğun olmamamışdır. Hesab edir ki, Zaqatala rayon məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1159.1-ci, 1252, 1243-cü, 1273-1-ci maddələrinə uyğun olmamışdır.
38. Zaqatala rayon Dövlət Notariat Kontoru miras əmlakları bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməmiş, X20 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1273-1-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə mirasdan tam hissədə Abdulla Musayevə irs verməkdə haqlı olmamışdır. Belə ki, miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Belə ki, mərhumun iki nəfər övladları olsa da, onlardan X29 mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, cavabdeh tərəf mirası faktiki qəbul və idarə etdiyini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir. Belə olan halda Mülki Məcəllənin 1273-1-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
39. Qeyd edilməlidir ki, xx.xx.1987-ci il tarixdə mərhum X21 ölümü ilə Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1, 1252 və 1273- 1-ci maddələrinin tələblərini pozmuş, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan iddiaçının atası mərhum X28 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçını miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. xx.xx.1987-ci il tarixdə ölmüş mərhum X21 ölümündən sonra ona məxsus əmlakları X29 tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı bir sübut, dəlil iş materiallarında yoxdur. Eləcə də qeyd edilən halları təsdiq edən hər hansı dəlil Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2012-ci il tarixli vərəsəlik işində də mövcud deyildir.
40. Hazırki işdə X36 27 fevral 1987-ci il tarixdə öldüyündən onun vərəsəsi olan iddiaçının X9nun ona məxsus olmuş mirası faktiki sahiblik etmək və faktiki idarə etməklə mirası qəbul etdiyini bəyan etmiş, qeyd edilən hərəkətlər isə işdə iştirak edən İddiaçı, Cavabdeh3 tərəfindən etiraf olunmuş, eləcə də iş materiallarına əlavə edilmiş ünvan 1 İnzibati Ərazi Dairəsinin, Zaqatala rayonu X12 arayışları, aktları ilə, eyni zamanda iddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş ünvan 1 sakinlərinin məhkəmə iclasında verdikləri ifadələrlə, məhkəmə tərəfindən miras əmlaka baxış keçirilməsi ilə tam təsdiq olunur.
41. Birinci instansiya məhkəməsi tam, obyektiv və hərtərəfli araşdırma aparmadığına görə, mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən edilmədiyinə, miras əmlaka faktiki sahiblik və faktiki idarəçiliyin hansı vərəsəyə məxsus olmağını müəyyən etmədiyinə, tərəflərin təqdim etdikləri sübutları və iddia tələbinin dəlillərini araşdırmadığına, tərəflərə sübutları təqdim etmək üçün kifayət qədər şərait və imkan yaratmadığına, Mülki Prosessual Məcəllənin 9, 14, 76, 88-ci maddəsinin tələblərini pozduğuna, Mülki Məcəllənin 1151.1, 1159.1-ci, 1252, 1243-cü, 1273-1-ci maddələrinin tələbləri baxımından mülki işi ətraflı araşdırmadığına, arbitr funksiyasını yerinə yetirməyərək cavabdehin xeyrinə sübut toplamaqla, sonuncu məhkəmə iclasında cavabdeh iştirak etsə də, işin hallarını onunla araşdırmadığına, cavabdehin əsəbiləşməsi səbəbindən ona sualların verilməsinə iddiaçı tərəfə icazə vermədiyinə, işi obyektiv, tam və hərtərəfli araşdırmadığına görə qəbul edilmiş qətnaməni əsassız hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda göstərilən halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir.
42. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
43. İş materiallarından və qətnamədən göründüyü kimi hazırki işə baxan məhkəmə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırılmamış, iddiamı İddiaçı tərəfindən təqdim edilən sübutları araşdırmamış və qətnamədə həmin sübutları qiymətləndirməmiş, iddiaçının göstərdiyi halları öz mülahizəsinə görə işin faktiki hallarına uyğunlaşdıraraq işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir.
44. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi ləğv edilərək iddiaçının verdiyi iddia tələbi təmin edilməlidir.
45. İşdən də göründüyü kimi, maddi hüquq normasını düzgün tətbiq etməməklə iş mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.
46. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(033)- 406/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi xahiş olunmuşdur.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
47. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
49. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etsə də, Zaqatala rayon 2 saylı Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakının səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
5 0 . Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
51. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Yeni Məcəllə); 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
55. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.
56. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri 58.Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)-406/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
63. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ünvan 1ində yerləşən 2200 kv.m həyətyanı torpaq sahəsi X24 və onun həyat yoldaşı X6 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən 1962-ci ildə inşa edilmiş, iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m, yaşayış sahəsi 39.8 kv.m olan fərdi yaşayış evi X21 mülkiyyətində olmuşdur. X14 22 iyun1983-cü il tarixdə, X36 27 fevral 1987-ci il tarixdə vəfat etmişlər. X36 ona məxsus olan ünvan 1ində yerləşən əmlakını, yəni iki mərtəbəli daşdan tikilmiş üstü karametlə örtülü dörd otaqlı evini və torpaq sahəsini oğlu X20 03 fevral 1982-ci il tarixli vəsiyyətnamə ilə vəsiyyət etmiş və 01 dekabr 2012-ci il tarixli 2V-821 nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X29 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X21 mülkiyyətində olmuş 0,2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m yaşayış sahəsi 39.8 kv.m olan fərdi yasavıs evindən ibarət miras əmlakdan tam pay almışdır. Həmin vəsiyyətnamə İddiaçı tərəfindən mübahisələndirilmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-389/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı Zaqatala rayon 1 saylı Notariat ofisi tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 201/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2914/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-201/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin X16 mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməməsi, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməməsi, cavabdeh tərəfin mirası faktiki qəbul və idarə etdiyini məhkəməyə sübut etməməsi, xx.xx.1987-ci il tarixdə ölmüş mərhum X21 ölümündən sonra ona məxsus əmlakların X29 tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı bir sübutun, dəlilin iş materiallarında, eləcə də Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli vərəsəlik işində mövcud olmaması, Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsinin müəyyən edilməməsi, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan iddiaçının atası mərhum X28 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçını miras payından məhrum etməsi, hazırki işdə X36 27 fevral 1987-ci il tarixdə öldüyündən onun vərəsəsi olan iddiaçının X9nun ona məxsus olmuş mirası faktiki sahiblik etmək və faktiki idarə etməklə mirası qəbul etdiyini bəyan etməsinə dair dəlillərini əsaslı hesab etmir.
65. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamənin məzmununa diqqət yetirildikdə birinci instansiya məhkəməsi işdə olan sənəd qismində həmçinin hazırda iddiaçının mübahisələndirdiyi Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin də mövcudluğunu qeyd etmişdir. Hansı ki, İddiaçı həmin qətnamə ilə tanış olub razılaşmadığından Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-201/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
66. Göründüyü kimi, iddiaçı Musayev X10 rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin mövcudluğundan ən geci Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilənədək xəbərdar olmuşdur.
67. Beləliklə iddiaçı Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin mövcudluğundan Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsindən verilmiş şikayət üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-201/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilənədək xəbərdar olduğundan, iddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 24 fevral 2023-cü il tarixdə elektron qaydada təqdim edilməklə artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür.
68. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
69. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
70. “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
71. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
72. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
73. Bu baxımdan, vərəsəlik hüququ haqqında şəhadətnamənin etribarsızlığı barədə iddia tələbinin mahiyyəti üzrə əsaslılığı yoxlanılmamışdan əvvəl, iddiaçının əqdi mübahisələndirmək hüququnu müddətlər nöqteyi-nəzərindən itirib ititrməməsi müəyyən olunmalıdır.
74. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının qanunda müəyyən edilmiş 2 aylıq müddəti ötürməklə xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququnu itirməsi, bundan sonrakı tələblərin də ilkin tələbdən törəmə tələblər olmaqla ümumilikdə iddianın rədd edilməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.
75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mülki Məcəllənin 1273-1-ci maddəsinin tətbiq edilməli olmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq etməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması, sübutların tam araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə sübutlarım qiymətləndirilməməsi, qətnamədə işin hallarının sübut olunmaması, iddia tələbinin dəlillərinə tam hüquqi qiymət verilməməsi, işin həqiqi hallarına uyğun olmayan qətnamə qəbul edilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
77. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)-406/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
78. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(033)- 406/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.