Məhkəmə qərarları › İş №2(107)-1140/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1140/2022

15.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1140/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Ələddin Məcidov Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(046)-1675/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üç azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsi ilə, iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1675/2021 saylı 16 dekabr 2021-cı il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)-1675/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadı ilə, ərizənin təmin edilməməsi, İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)- 1675/2021 saylı 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. 09 mart 2022-ci il tarixdə İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadından İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə tələb təmin edilməmişdir. Qətnamədən verdiyi apellyasiya şikayəti Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Qərardadın qəbul edilməsi barədə məlumat əldə etdikdən sonra, apellyasiya şikayətini yenidən məhkəməyə göndərmiş, müddəti bitmiş şəxsiyyət vəsiqəsini dəyişdirmiş və Ədliyyə Nazirliyi tərəfindən Elektron Kabinetlə bağlı yaradılmış 012-880 nömrəli Qaynar Xətti ilə əlaqə saxlamışdır. Oradan elektron kabineti aktivləşdirilmiş və apellyasiya şikayətini həmin kabinet vasitəsi ilə də Göyçay rayon Məhkəməsinə göndərmişdir. Daha sonra Şəki Apelyasiya Məhkəməsi ilə əlaqə saxlayıb, apellyasiya şikayətinə hansı tarixdə baxılacağını soruşmuş, oradan bildirmişlər ki, apellyasiya şikayəti elektron qaydada verilməmişdir. Daha sonra yenidən Ədliyyə Nazirliyi tərəfindən Elektron Kabinetlə bağlı yaradılmış 012-880 nömrəli Qaynar Xətlə əlaqə saxlamış və oradan bildirilmişdir ki, Asan İmza olmadığı üçün apellyasiya şikayətiniz imzalanmamış kimi qalmışdır. Belə olan halda Asan İmzanın hansı qaydada əldə edilməsini öyrənmiş və xx.xx.2022-ci il tarixdə Asan İmza almış, bir neçə gün sonra Asan İmza aktivləşmişdir. xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətini, arayışı və müddətin bərpa edilməsi barədə ərizəni elektron kabinetdən Göyçay rayon Məhkəməsinə göndərmişdir. Ötən vaxt ərzində müddətin bərpa edilməsi barədə ərizəsinə baxılacağı barədə məlumat gəlməmiş xx.xx.2022-ci il tarixdə yaşayış ünvanına Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı daxil olmuş, bu qərardadla daha əvvəl verdiyi apelyasiya şikayəti məhkəmə tərəfindən geri qaytarılıb, üstəlik məhkəmə tərəfindən izah olunur ki, şikayəti elektron kabinet vasitəsi ilə verilməlidir. Bundan sonra elektron kabineti açmış və qərardadın oraya yerləşdirildiyini görmüşdür. Qərardadın yerləşdirilməsi barədə məlumat göndərilmədiyi üçün bu haqda xəbərsiz olmuşdur. Bundan sonra apelyasiya şikayətinə prosessual müddətin bərpa edilməsi və məhkəmə sənədlərini və ya bildirişlərini elektron kabinetimə yerləşdirərkən bu haqda telefonuma e-mehkeme vasitəsi ilə sms (Tel: ***-***-**- **) göndərilməsi barədə ərizə ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəm rədd edilmişdir. Qərardad ünvana göndərilməmiş, iş üzrə xx.xx.2022-ci il tarixli başqa qərardad yaşayış ünvanına göndərildikdən sonra elektron kabinetə nəzər saldıqdan sonra iş üzrə xx.xx.2022-ci il tarixli başqa qərardad da var. Belə ki, qərardad elektron kabinetində olsa da, məhkəmə tərəfindən bu haqda mənə nə sms, və email vasitəsi ilə məlumat verilməmişdir. Cavabdehə məxsus fərdi yaşayış evinə köçmək onun üçün vacibdir, çünki başqa yaşayış yeri yoxdur, yaşayış vəziyyəti acınacaqlıdır. Atasının 2 otaqlı darısqal evində o, 2 uşağı, qardaşı və onun həyat yoldaşı, atası, anası və babası yaşayır, evdə yatmağa yer yoxdur. Buna görə də qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(046)-1675/2022 saylı qərardadının ləğvi barədə şikayət ərizəsinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-782/2022 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi, mülki işin Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadına hüquqi qiymət verilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1675/2022 saylı qərardadının ləğvi barədə şikayəti təmin edilməmiş, qərardaddan verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)- 1675/2021 saylı qərardadı ləğv edilməli və şikaayət vermə müddəti bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1675/2022 saylı qərardadının ləğv edilməsi üçün heç bir mötəbər sübut müəyyən edilmədiyindən İddiaçı qərardadın ləğvi barədə şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)- 1675/2021 saylı qərardadı ləğv edilməli və Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi barədə İddiaçı vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı qətnamədən şikayət vermə müddətinin buraxılmasının ASAN İmza ilə əlaqələndirməsi üzürlü səbəb kimi hesab edilə bilməz. Bundan başqa məhkəmə hesab etmişdir ki, göstərilən xüsusat həmin qətnamədən şikayət vermə müddətinin bərpası üçün əsas ola bilməz. Buna görə də məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddət İddiaçı tərəfindən üzürsüz səbəbdən ötürülmüş hesab edilməlidir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsinin rəsmi qaydada iddiaçı tərəfə təqdim edilməsinə dair xəbərnamədən məlum olmuşdur ki, sözügedən qətnamə 20 noyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən, imzası qeyd edilməklə alınmış, həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti isə 15 dekabr 2021-ci il tarixdə verilmişdir. Bundan başqa İddiaçı verdiyi apellyasiya şikayətində, texniki səbəblərin baş verməsi ilə bağlı şikayətin elektron qaydada məhkəməyə göndərilməsində problem yaşadığını göstərmişdir. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün ötürülən müddətin bərpa edilməsinə dair ərizəsində şikayətin elektron qaydada məhkəməyə verilməsi üçün ötürülən müddətin üzrlü sayılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi qeyd edilən texniki problemlərin baş verməsini müddətin ötürülməsi üçün üzrlü hesab etməmiş, yekun məhkəmə aktının qəbul edilməsində hüquqların pozulmasına şərait yaratmışdır. Ona görə də kollegiya hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi barədə İddiaçı vəsatəti təmin edilməlidir və müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 09 mart 2022-ci il ci il tarixli, 2(046)-1675/2021 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Vəsatət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddət bərpa edilsin. İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-1675/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin dəftərxanasına verilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar