Məhkəmə qərarları › İş №2(107)-1144/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1144/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1144/2024 26.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaqdan və evdən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaqdan və evdən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan və evdən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(025)-324/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la Cavabdeh mülkiyyətinə Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi verilmişdir. Bakı şəhəri 50 saylı notariat ofisində qeydə alınmış 7E-20587 reyetr nömrəli xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə “Satıcı” olaraq X12 (Cavabdeh əvəzinə AR-İİ 783443 nömrəli etibarnamə əsasında) Cavabdeh məxsus Qəbələ rayonu Daşlıca kəndində yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0,24 ha torpaq sahəsini 21500 manata “Alıcı” İddiaçı satmışdır. Müqavilə üzrə ödənilməli olan 21.500 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra 360 manat vergi öhdəlikləri (borcu) dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə əmlakın satış dəyərindən çıxıldıqdan sonra 21.140 manatının Cavabdeh adından çıxış edən X9 verilməsi üçün bankda olan AZ94AİİB******************** nömrəli depozit hesabına köçürülmüşdür. Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la hüquq sahibi olaraq İddiaçı adına mülkiyyətçi kimi qeydə alınmışdır. Hal-hazırda Cavabdeh fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxmır, müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini boşaldaraq iddiaçıya təhvil vermir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı "torpaqdan və evdən çıxarılma" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh xüsusi mülkiyyətində olan, Qəbələ rayonu Daşlıca kəndində yerləşən, sahəsi 86,4 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması, evin və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, satıcı Cavabdeh xüsusi mülkiyyətində olan Qəbələ rayonu Daşlıca kəndində yerləşən, sahəsi 86,4 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsini ona 21500 (iyirmi bir min beş yüz) manata satmışdır. Bununla bağlı ona 09 dekabr 2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Aralarında olan razılığa əsasən cavabdehə beş ay müddətində evdən çıxması üçün möhlət vermişdir. Lakin cavabdeh həmin müddətdə evdən çıxmamış və ondan xahiş etmişdir ki, ona bir-neçə ay da möhlət versin. Hətta aylıq kirayə haqqı da ödəyəcəyini bildirmişdir. Humanistlik göstərərək cavabdehin bu təklifinə etiraz etməmişdir. Artıq xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh ona məxsus mülkiyyətdən çıxmamış və heç bir kirayə haqqını da ödəməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək qısa müddətdə əmlakı təhvil verəcəyini bildirsə də heç bir nəticə yoxdur. Ona görə dəməcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la Cavabdeh mülkiyyətinə Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi verilmişdir. Bakı şəhəri 50 saylı notariat ofisində “Satıcı” olaraq X12 (Cavabdeh əvəzinə), “Alıcı” kimi İddiaçı ilə Cavabdeh məxsus Qəbələ rayonu Daşlıca kəndində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,24 ha torpaq sahəsinin 21500 manat 00 qəpiyə “Alıcı”ya satılması barədə razılığa gəlmişlər. Bu razılığa dair onların ərizəsi Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Bundan sonra Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış AR-İİ 783443 nömrəli etibarnamə əsasında həmin notariat ofisində “Satıcı” olaraq X12 (Cavabdeh əvəzinə), “Alıcı” kimi İddiaçı arasında AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” rəsmiləşdirilmiş və imzalanmış, Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Müqavilənin 4-cü bəndinə əsasən “Satıcı” daşınmaz əmlakı 21500 manat 00 qəpik qiymətinə “Alıcı”ya satmışdır. Bir sözlə, adı çəkilən müqaviləyə görə “Satıcı” Cavabdeh iradəsinin ifadəsi olaraq Qəbələ rayonu Daşlıca kəndində yerləşən ümumi sahəsi 86.4 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsini “Alıcı” İddiaçı mülkiyyətinə vermişdir. “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” rəsmiləşdirilən zaman əmlakın dəyəri kimi 21500,00 AZN məbləğində ödənişə dair bank şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli TT **********082215 nömrəli ödəniş qəbzi tərtib edilmişdir. Yəni, notariat əməliyyatı zamanı alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın dəyərinin tərəflər arasında ödənilməsi prosesi bank vasitəsi ilə həyata keçirilmişdir. Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu K.A.Rəhmanovun xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin 50 saylı notariat şöbəsinə ünvanladığı 2616 nömrəli məktuba əsasən İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 21.500 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra 360 manat vergi öhdəlikləri (borcu) dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə əmlakın satış dəyərindən çıxıldıqdan sonra 21.140 manatının Cavabdeh adından çıxış edən X9 verilməsi üçün bankda olan AZ94AİİB******************** nömrəli depozit hesabına köçürülmüşdür. Müqavilənin şərtlərinə görə “Satıcı” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2022-ci il tarixdən “Alıcı”nın faktik sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Bundan sonra Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində AN-İ ******* nömrəli ilə qeydə alınmış və Satıcı” olaraq X12 (Cavabdeh əvəzinə) ilə, “Alıcı” kimi İddiaçı arasında rəsmiləşdirilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə görə İddiaçı mülkiyyətinə keçmiş Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la hüquq sahibi olaraq İddiaçı adına mülkiyyətçi kimi qeydə alınmışdır. Buna baxmayaraq cavabdeh onun iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən heç bir hüquqi əsası olmadan çıxmır, müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini boşaldaraq iddiaçıya təhvil vermir.

5. Mülki işin mövcud halları ilə müəyyən edilir ki, tərəflər arasında mübahisələndirilən Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi İddiaçı mülkiyyətinə tam hüquqi əsaslarla keçmişdir.

6. Məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri 50 saylı notariat ofisində “Satıcı” olaraq X12 (Cavabdeh əvəzinə) ilə “Alıcı” kimi İddiaçı arasında 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində AN-İ ******* nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən xəbərinin olmadığını bildirsə də, iddia tələbinə etirazının əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Adı çəkilən alqısatqı müqaviləsindən sonra İddiaçı mülkiyyətinə tam hüqiqi əsaslarla keçmiş Qəbələ rayonu, Daşlıca kəndində ümumi sahəsi 86,40 kv.m təşkil edən fərdi yaşayış evi və 0,24 hektar yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsindən cavabdehin müqavilədən xəbəri olmaması və mahiyyətini dərk etməyərək iradə ifadəsi kimi imza etmələri əsası ilə çıxmaq istəməməsini məhkəmə tam olaraq əsassız hesab edir.

7. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X12 (Cavabdeh əvəzinə) ilə “Alıcı” kimi İddiaçı arasında 7E-20587 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində AN-İ ******* nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”də nəzərdə tutulmuş şərtlər sərçivəsində müqavilə öhdəliklərinə cavabdeh əməl etmədiyinə görə iddia tələbi təmin edilməli, 86,4 kv.m olan fərdi yaşayış ev və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsicavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

8. Qəbələ Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(025)-324/2024 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddianın təmin olunması, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Daşlıca kəndində yerləşən sahəsi 86,4 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi ümumi sahəsi 0,24 ha olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması, ev və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 324, 359, 362, 385, 567 və 646-cı maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış AR-İİ783443 nömrəli etibarnamə X5 (Cavabdeh əvəzinə) Bakı şəhəri 50 saylı notariat ofisində 8İ-15852 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış və notarat ofisinə yazdığı **********852 nömrəli ərizəsi X3 Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 8İ-10489 reyetr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış və notarat ofisinə yazdığı **********489 nömrəli ərizəsi xx.xx.2022-ci il tarixində Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu X13 tərəfindən Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə aldığı “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış” Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində qeydə alınmış “Satıcı” olaraq X5 (Cavabdeh əvəzinə), “Alıcı” kimi İddiaçı imzaladıqları ərizə Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu K.A.Rəhmanovun xx.xx.2022- ci il tarixdə "xxxx" ASC-nin 50 saylı notariat şöbəsinə ünvanladığı 2616 nömrəli məktubu "xxxx" ASC-nin 50 saylı notariat şöbəsinin xx.xx.2022-ci il tarixli TT **********082215 nömrəli ödəniş qəbzin Bakı şəhəri 50 saylı notariat ofisində 7E-20587 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydə alınmış AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində xx.xx.2022-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, oğlu Rəşad Məmmədovun həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün onun müalicəsi üçün ailəsinə təclli şəkildə pul lazım olduğundan oğlu Rəşad Məmmədov tanışı olan X6 ilə söhbət edərək ailəmizə pul lazım olduğunu ona bildirmişdir. Hüseynov Sübhan isə X14 ilə danışaraq oğlu Rəşada 21500 AZN pulun X4 borc alaraq verilməsi barədə razılığa gəldi. Bunun müqabilində Hüseynov Sübhan oğlum Rəşada borcun müqabilində hər hansısa əmlakın girov qoyulması lazım olduğunu bildirdi. Oğlu Rəşad isə ona məxsus Qəbələ rayonu Daşlıca kəndində yerləşən fərdi evini girov qoymaq fikrini ona bildirdikdə o çarəsiz qalaraq ona evini girov qoyması üçün etibarnamə verdi. Beləliklə də, ailə üzvlərinin hamısı X4 Hüseynov Sübhanın vasitəsi ilə 21500 AZN borc pul almaq üçün notarial qaydada evinin girov qoyulması barədə razılığı imzaladı. Bunun müqabilində Hüseynov Sübhanın vasitəsi ilə X14 oğlu Rəşada razılaşdığının əksinə olaraq 215000 AZN əvəzinə 19900 AZN pul verildi. Oğlu Rəşadla X1 Sübhanın iştirakı ilə 19900 AZN pul borcu ödənilib qurtaranadək hər ay müəyyən məbləğdə pulun oğlu Rəşad tərəfindən X10 ödənilməsi barədə razılığa gəldilər. Razılığa əsasən X7 göstərişi ilə oğlu Rəşad hər ay müəyyən məbləğdə pulu Hüseynov Sübhanın bank kartı hesabına ödəməli idi. 2023-cü ilin fevral ayından 2023-cü ilin iyul ayına qədər oğlum Rəşad tərəfindən Hüseynov Sübhanın bank kart hesabına ümumilikdə cəmi 8250 AZN pul ödənilmişdir. Bu pulun 4350 AZN məbləğinin qəbzlərini ətraflı açıqlama ilə məhkəməyə təqdim etmişdir. Qalan 3900 AZN pulun ətraflı açıqlama ilə çıxarışını bank ona verməkdən imtina edərək məhkəmə sorğusu əsasında həmin məlumatları verə biləcəyini dedi. X6 və onun tanışları olan Paşayev Rasim və Paşayev Qnyas ailəsinin çətin vəziyyətdə olduğundan və daşınmaz əmlakla bağlı əməliyyatlardan xəbərsiz olmağından istifadə edərək onunla girov müqaviləsi əvəzinə onları aldadaraq alqı-satqı müqaviləsi bağlamaları ailəsinə sonradan məlum oldu. Paşayev qardaşları və Hüseynov Sübhan 2022-ci ilin sentyabr ayında ona bildiriblər ki, “sənin evini borcun əvəzində satmışıq”. Onlarla söhbət zamanı onlara evini satmadığını, girov qoyaraq borc pul götürüb hər ay həmin borc qurtarana qədər pul ödəməyə razılaşdığını dəfələrlə deməyinə baxmayaraq onların onun evini onu aldadaraq savadsızlığından istifadə edib girov müqaviləsi kimi ona imzalatdırdıqları sənədin əslində alqı-satqı müqaviləsi olduğunu ona dedikləri andan aldadıldığını başa düşmüşdür. Guya o fərdi evini 21500 AZN pula X6 vasitəsi ilə Paşayev Rasim və Paşayev Qnyas qardaşlarına satmışdır. Əgər o evini alqı-satqı müqaviləsi əsasında bilərəkdən satmışdısa, hansı səbəbdən oğlu Rəşad tərəfindən 2023-cü ilin fevral ayından 2023-cü ilin iyul ayına qədər X10 Hüseynov Sübhanın bank kartı vasitəsi ilə 8250 AZN pul ödənilib? Daşınmaz əmlakın real bazar qiymətinin müəyyənləşdirilməsinə dair mənə verilmiş 01/02296 saylı arayışda onun fərdi evi 75400 AZN dəyərində qiymətləndirilmişdir. O heç vaxt heç bir halda bilərəkdən 75400 AZN dəyərində fərdi evini 21500 AZN (19900 AZN) dəyərinə satmaq fikrində olmamışdır. Onun fikri və məqsədi evini girov qoyaraq oğlunun həyat yoldaşının müalicəsi üçün borc pul alıb sonra həmin pulu onların istədiyi formada geri qaytarmaq olub.

13. O, qarşı tərəfin ailəsinin başına gətirdiyi dələduzluq əməlindən sarsıldığı üçün səhhətində yaranan problemi aradan qaldırdıqdan sonra qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək fikrində idi. Bu məqsədlə o, xx.xx.2024 tarixində məhkəməyə ərizə ilə müraciət edərək səhhətində yaranan problemlərlə bağlı məhkəməyə iclasının 15 gün sonraya təxirə salınmasını məhkəmədən xahiş etmişdi. Lakin məhkəmə tərəfindən ona xx.xx.2024 tarixində zəng edilərək məcburən onu məhkəməyə çağırdılar. Hakim onu dinləmədən və hər hansı sübut tələb etmədən işi məhkəmə baxışına təyin edib sonradan qərardad verərək onun qarşılıqlı iddia ərizəsində göstərdiyim əsaslı sübutları qəbul etməyərək qarşılıqlı iddia ərizəsini rədd etmişdir.

14. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(025)- 324/2024 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı ilə arasında bağlanmış xx.xx.2022 tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx.xx.2022 tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və Qəbələ rayonu Daşlıca kəndində yerləşən vaxtilə ona məxsus olan fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılaraq onun adına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lızamınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(025)- 324/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 12-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri cavabdehin birinci instansiya məhkəməsinə verdiyi iddiaya etirazının dəlilləri ilə eyni məzmunda olmaqla həmin dəlillərə məhkəmə tərəfindən bu qətnamənin 6-cı bəndində göstərilmiş dəlillərlə münasibət bildirilmişdir. Belə ki, cavabdeh müqavilənin əsl niyyətinin girov müqaviləsi olması ilə bağlı göstərdiklərini sübut edəcək hər hansı sübut və ya dəlili təqdim etməmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, Notariat haqqında Qanunun hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 35-ci maddəsinə görə notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Həmin Qanunun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Göründüyü kimi, əqdlərin notariat qaydasında təsdiqinin məqsədi əqdin tərəflərinin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətlərinin müəyyən edilməsi, imzalarının həqiqiliyinin müəyəyn edilməsi kimi məsələlərlə birlikdə, həmçinin əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunun da müəyyən edilməsidir. Hazırki halda notariusun təsdiq etdiyi əqd əmklakın girov qoyulması deyil, alqı-satqı edilməsi niyyətini ifadə etmişdir. Həmin Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 42-ci maddəsinə əsasən notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir. Təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurduqda, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs bu sənədi ekspertizaya göndərməlidir. Əgər tərəflərin niyyəti alqı-satqı deyil, girov olmuşdursa, onların notariusun hərəkətlərindən şikayət verilməsi hüquqları olmuşdur ki, belə bir şikayətin verilməsi də aşkar edilmir.

23. İş materiallarından görünür ki, Cavabdeh 25 noyabr 2022-ci il tarixdə oğlu X9 etibarnamə vermişdir. Həmin etibarnamə əsasında 26 noyabr 2022-ci ildə X12 atası olan cavabdehin adından mübahisəli fərdi yaşaşyış evini 21.500 manata hazırki iddiaçıya satmağa razılığa gəldikləri barədə ərizəni imzalamışdır. Bundan başqa, həmin tarixdə yenə X12 atası olan cavabdehin adından mübahisəli fərdi yaşayış evini satmaq istəməsi barədə Notariat Ofisinə ərizə verməklə həmin əmlakın üzərinə həbs qoyulub qoyulmaması barədə məlumatların dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının onun savadsızlığından istifadə etdiyini bildirsə də, alqı-satqı ilə bağlı hərəkətləri onun adından etibarnamə əsasında oğlu həyata keçirmişdir. Bundan başqa, yenə 26 noyabr 2022-ci ildə X8 “səlahiyyətli orqanlara” ərizə ünvanlayaraq əri Cavabdeh məxsus fərdi yaşayış evini öz mülahizəsinə görə, istənilən şərtlərə və qiymətə satılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh yuxarıda qeyd olunan sənədlərin həqiqiliyini mübahisələndirməmişdir.

24. Həmçinin, cavabdeh apellyasiya şikayətində Hüseynov Sübhanın bank kartı hesabına köçürülən pulları sübut olaraq təqdim etdiyini bildirir. Halbuki, hazırki işdə tərəf olmayan Hüseynov Sübhanın kart hesabına ödənilən pulların hazırki işə hansı əlaqəsi olması məlum deyildir. Cavabdehin iddia etdiyi borc və girov münasibətləri doğru olsaydı belə, hazırki işə əlaqəsi olması üçün həmin münasibətlər hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında yaranmış olmalı idi. Pul ödənişləri isə üçüncü şəxsin hesabına edilmişdir. Göründüyü kimi, həmin ödənişlər cavabdehin iddia etdiyi borc və girov münasibətlərinin sübutu kimi qəbul edilə bilməz.

25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 13-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi ilə bağlı məhkəmə qərarı mövcud deyildir. Qəbələ Rayon Məhkəməsinin hazırki iş üzrə 20 may 2024-cü il tarixli qərarı ilə Cavabdeh İddiaçı Qnyaz oğluna qarşı qarşılıqlı iddia ərizəsi qanunla müəyyən edilmiş vaxtda və qanunla müəyyən olunmuş formaya riayət edilmədən verildiyindən icraata qəbul edilməyərək geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət də verilməmişdir.

26. Ona görə də, birinci instansiya məhkəməsi notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə istinad etməklə, qətnamə qəbul etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin “İddiaçı ilə arasında bağlanmış xx.xx.2022 tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş xx.xx.2022 tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və Qəbələ rayonu Daşlıca kəndində yerləşən vaxtilə ona məxsus olan fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılaraq onun adına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi” tələbinə gəldikdə, MPM-in 372.4-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Hazırki halda cavabdehin qarşılıq iddiası geri qaytarıldığından və həmin qərardaddan şikayət verilməyərək qərardad qüvvədə olduğundan məhkəmənin icraatında belə bir tələb mövcud deyildir.

27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(025)-324/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(025)-324/2024 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar