Məhkəmə qərarları › İş №2(107)-1147/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1147/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1147/2023 02.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi zərər tələbinə dair (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi zərər tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(033)-980/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdə anadan olmuş Cavabdeh1 və "xxxx" ASC-dən 4150 manat maddi zərərin, 61,50 manat ödənilən dövlət rüsumunun və 50 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehlərdən alınaraq mənə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(033)-980/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərər” tələbi barədə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 4 sentyabr 2023-cü il tarixli 2(033)-980/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(033)-980/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, iddiaçı öz tələbinin Xalq Sığorta ASC qarşı hissəsində, yəni hansı əsasla Xalq Sığorta ASC qarşı pul tələb etdiyini iddia ərizəsinin əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-149.2-ci maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunmuşdur ki, avtomobilə dəymiş zərər mütəxəssis rəyi ilə müəyyən olunaraq cəmi 4150 manat təşkil edir. Lakin həmin zərərin yalnız 1670 manatını sığorta şirkəti ödəyəcəyini bildirir. O isə bu rəqəmlə razı deyil. Sığorta şirkətindən vurulmuş zərəri tələb etməyinin əsası iddia ərizəsinə əlavə edilmiş, sığorta şirkəti ilə bağlanmış xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsidir. Bundan başqa sığorta təşkilatından tələbinin əsası "xxxx" ASC-dən onun istifadəmdə olan mobil telefonuna göndərdiyi SMS mesajlarıdır ki, həmin mesajlarda qeyd olunmuşdur ki, onun istifadəsində olan ** DR *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəymiş zərərin məbləği 1670 manat qiymətləndirilmişdir. Həmin 1670 manatı 3 iş günü müddətində o müraciət etdiyi halda ala bilər. Qeyd olunanların məcmusundan belə qərara gəlmək mümkündür ki, "xxxx" ASC-nin dəymiş ziyanla bağlı bağlanmış müqavilə əsasında onun qarşısında öhdəliyi vardır. Lakin dəymiş ziyanı düzgün qiymətləndirmir və dəymiş ziyanı tam şəkildə ödəmək istəmədiyinə görə onu məhkəməyə vermişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsinin məzmununda iddiaçının zərərin 1670 manatının sığorta şirkəti tərəfindən ödəniləcəyi ilə razı olmadığı və zərərin əslində 4150 manat təşkil etdiyi göstərilmiş, lakin göstərilən pulun hansı cavabdehdən alınıb iddiaçıya verilməsinin tələb edilməsi qeyd edilməmişdir. Əgər iddiaçı şikayətində göstərdiyi kimi "xxxx" ASC-nin qiymətləndirməsindən narazı olmaqla, həmin pulu "xxxx" ASC-dən tələb etmişdirsə, belə olan halda Cavabdeh1 qarşı irəli sürülən tələbin nədən ibarət olması qeyri-müəyyən qalır. Bu da iddia ərizəsinin qaytarılması üçün əsasdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı hər iki cavabdehin onun qarşısında birgə öhdəlik daşıdığı barədə də hər hansı sübut və ya dəlil təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2023cü il tarixli 2(033)-980/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(033)-980/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(033)-980/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar