Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1147/2025 12.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı оğlunun cаvаbdеh Cavabdeh оğlunа qarşı torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılaraq bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılaraq bölünməsi tələbi, rədd) X1 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiаçı İddiaçı оğlunun və cаvаbdеh Cavabdeh оğlunun iştirakları ilə, İddiаçı İddiaçı оğlunun cаvаbdеh Cavabdeh оğlunа qarşı torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılaraq bölünməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(046)-641/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. İddiаçı İddiaçı оğlu cаvаbdеh Cavabdeh оğlunа qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, 3000 manat kompensasiya ğdənilməklə cavabdehin Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində 1/14 hissəsindəki payına mülkiyyət hüquqlarının itirilmiş hesab edilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Sonradan iddiаçı İddiaçı оğlu iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun cavabdehlə onun payına mütənasib surətdə aralarında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-877/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaql fərdi yaşayış evinin X6 məxsus məxsus miras əmlak olan 3/4 hissənin 1/14 hissəsinə Cavabdeh, 1/14 hissəsinə X3 və 12/14 hissəsinə isə İddiaçı payının müəyyən edilməsi, eləcə də həmin əmlak üzərində onların paylarına uyğun vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış, icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsi əsasında DƏDRX PHŞ 16 saylı ünvan 2 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh 1/14, X3 1/14, onun isə 12/14 hissəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehin payı müəyyən edilsə də, lakin cavabdeh heç bir əsas olmadan onun payına düşən hissədən də istifadə edir. Bu barədə aralarında mübahisələr yaranmış, hələdə cavabdeh öz qanunsuz hərəkətlərini davam etməkdə israrla dayanmışdır. Mülkiyyətində olan evdən cavabdehin yaratdığı maneələr səbəbindən təyinatı üzrə istifadə edə bilmir. Cavadehlə paylı mülkiiyyətdə olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət edilmişdir. Göyçay rayon Məhkəməsinin 16.01,2025-ci il tarixli 2(046)-50/2025 saylı qətnaməsi ilə Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiamın təmin edilməməsinə əsas kimi məhkəmə Azərbaycan Respublikası yə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyinə görə mülkiyyətində olan 12/14 payın naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddənin tələbindən görünür ki, yalnız cüzi payı olan mülkiyyətçi digər mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Buradan da belə anlaşılır ki, kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi tələbini yalnız cavabdeh irəli sürə bilər. Buna görə də, aşağıdakı məzmunda iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiаçı İddiaçı оğlu məhkəmə iclаsındа iddiа tələbini müdаfiə еdərək, iddiа ərizəsinin məzmununа uyğun izаhаt vermiş və məhkəmədən iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir.
4. Cаvаbdеh Cavabdeh оğlu iddiаnı qəbul etməyərək göstərmişdir ki, Göyçay şəhəri 20 Yanvar küçəsi 51 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı 260.9 m2 ibarət fərdi yaşayış evinin 1/14 hissəsi onun xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin 18 m2 hissəsi onun payına düşməsinə baxmayaraq, lakin ailə üzvləri ilə birlikdə mübahisəli fərdi yaşayış evindən demək olar ki, yarısından istifadə edirlər. Fərdi yaşayış evindən istifadə ilə bağlı İddiaçıla tez-tez mübahisələri düşür, hətta bu barədə Göyçay rayon Polis şöbəsində araşdırma aparılmışdır. İddiaçı ona məktubla müraciət edərək, 12/14 hissədə mülkiyyətində olan evin dəyərinin ona ödəməsini təklif etmiş, lakin maddi imkanı olmadığından onun təklifini qəbul etməmişdir. Payının az olmasına baxmayaraq iddiaçıya kompensasiya ödəməyə razı deyildir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
5. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx.xx.2025-ci il tarixli, e- 2(037)-14/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında 0.0443 ha torpaq sahəsində yerləşən 260.9 m2 fərdi yaşayış evinin açıq hərracdan satılması, Daşınmaz əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, satış pulunun İddiaçı, X7, Cavabdeh və X3 hər birinin payına mütənasib surətdə aralarında bölünməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, ünvan 443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı 260.9 m2 fərdi yaşayış evi üzərində Cavabdeh 1/14, X3 1/14 və İddiaçı 12/14 hissəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Tərəflər arasında ünvan 443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı mübahisə yaranmışdır. İddiaçı Cavabdeh qarşı Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Ona görə ki, qeyd edilən mübahisəli fərdi yaşayış evinin real bölgüsü texniki cəhətdən mümkün olmamışdır. İddiaçı qeyd edilən fərdi yaşayış evinin çox hissəsinin onun mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh həmin evin yarısından istifadə etdiyini bildirmiş və onunla birlikdə yaşamağının qeyri-mümkünlüyünü əsas gətirmişdir. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, ekspert tərəfindən həmin fərdi yaşayış evinin dəyəri 60.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı mülkiyyətində olan 12/14 hissə payının əvəzi kimi 51430 manat pulun ona kompensasiya kimi ödənilməsini cavabdehə təklif etmiş, cavabdeh kompensasiya ödənilməsi ilə razılaşmamışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 14 aprel 2022-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 saylı evdə hüquq subyektləri İddiaçı payı 12/14, X7 payı ¼, Cavabdeh payı 1/14 və X3 payı 1/14-dir. Azərbaycan Respublikası Əmlka Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 saylı fərdi yaşayış evində İddiaçı payı 12/14 hissə və 12/14 hissə torpaq sahəsi, X7 fərdi yaşayış evində 1/4 hissə və torpaq sahəsində 1/4 hissə, Cavabdeh fərdi yaşayış evində payı 1/14 hissə və torpaq sahəsi 1/14 hissə, X3 fərdi yaşayış evində payı 1/14 hissə, torpaq sahəsi 1/14 hissədir. Qanuni qüvvəsini almış Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində sübut kimi tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli 10/8409 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri o cümlədən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, fərdi yaşayış evinin və köməkçi tikililərin torpaq sahəsində yerləşmə vəziyətini, yardımçı tikililərin sayını, otaqların yerləşmə vəziyyətini nəzərə alaraq, həmin fərdi yaşayış evindən və torpaq sahəsindən İddiaçı mülkiyyətində olan 12/14 hissəsinin naturada ayrılmasının, eyni zamanda yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun real bölgüsünün “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanlanmış təklifdən görünür ki, ünvan 443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaql fərdi yaşayış evi üzərində Cavabdeh 1/14, X3 1/14 və mənim isə 12/14 hissəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı mübahisə vardır. Bu məqsədlə payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 2(046)-50/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Buna səbəb kimi məhkəmə qətnaməsində göstərilmişdir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evini texniki cəhətdən naturada bölmək mümkün deyil. Bundan sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun payına mütənasib surətdə aramızda bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət edilmişdir. İddia tələbi üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy alınmışdır. Həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2025-ci ilə bazar qiyməti 60.000 manat müəyyən edilmişdir. Mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə fərdi yaşayış evinin real bazar qiymətinin 12/14 hissəsinin əvəzi kimi 51430 manat pulun ona ödənilməsi və bununla da evin mülkiyyətinizə keçirilməsi təklif edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Göyçay şəhəri 20 yanvar küçəsi ev 51 də yerləşən Fərdi yaşayış evinin 11 İyun 2025-ci il tarixinə bazar dəyəri 60.000 manat təşkil edir. İşin hallarından görünür ki, İddiaçı paylı mülkiyyətdə olan əmlakdan istifadə edə bilmədiyindən payının (12/14) naturada ayrılmasını tələb etmiş, lakin texniki cəhətdən əmlakı naturada bölmək mümkün olmadığından iddia tələbi təmin edilməmiş, qəbul edilən qətnamə mübahisələndirilməmişdir. İddiaçı mərhələ üzrə sonra paylı mülkiyyətdə olan əmlakda ona çatası payın dəyərinin ödənilməsi və bunun müqabilində mülkiyyət hüquqlarına xitam verilməsi barədə təkliflə Cavabdeh müraciət etmiş, lakin cavabdeh təklifə heç bir münasibət bildirməsə də, lakin məhkəmə iclasında maddi imkanı olmadığından iddiaçıya mülkiyyətində olan payın dəyərini ödəmək imkanının olmadığını bildirmişdir. Bundan sonra növbəti mərhələ üzrə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə bu sahəni nizama salan maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinə cəhd göstərsə də, lakin hazırki iddia tələbinədək istəyinə nail ola bilməmişdir. Yuхаrıdа istinаd еdilən mаddi hüquq nоrmаlаrının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında, eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli Qərardadında sərgilənən hüquqi mövqeyi nəzərə alan məhkəmə hеsаb еdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək hеsаb еtmişdir ki, iddiа təmin еdilməli, ünvan 1 ünvanında 0.0443 ha torpaq sahəsində yerləşən 260.9 m2 fərdi yaşayış evi açıq hərracdan satılmalı, daşınmaz əmlakın ilkin satış qiyməti 60.000 manat müəyyən edilməli, satış pulu İddiaçı, X7, Cavabdeh və X3 hər birinin payına mütənasib surətdə aralarında bölünməlidir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 72-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3, 220.6-cı maddələrinə, Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı və 13-cü maddəsinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014- cü il 4 aprel tarixli qərarına və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normalarının tələbləri pozulduğu üçün sözügedən qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə işə baxarkən digər payçıların X7, X3 məhkəmədə iştirakları təmin edilməmiş, onların iddia tələbinə dair münasibətləri öyrənilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, paylı əmlakın mülkiyyətçiləri X7, X3 maraqlı şəxs kimi məhkəmədə iştirakını təmin edilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. İddiaçının pul kompensasiyası tələb etməsi əsassızdır. İddiaçı bunu Göyçay Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə yuxarıda göstərilən evdə onun mövcud payının naturada ayrılmasının mümkün olmaması ilə bağlı olduğuna əsaslanmışdır. Halbuki, sözügedən şəxslər tərəfindən paylarının mənə bağışlanması həyata keçirildikdən sonra əmlak vəziyyəti əhəmiyyətli dərəcədə dəyişilməsinə gətirib çıxardaraq naturada bölünməsinə imkan yaradacaqdır.
11. Odur ki, Göyçay Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(046)-641/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdеh Cavabdeh оğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını Göyçay Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(046)-641/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı оğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(046)-641/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən X9 həmin evdə qardaşı ilə birgə yaşadığını və təqaüdçü olduğunu bildirdi. Evin satılmasını istəmir. Qardaşı olan Cavabdeh оğlu ilə razıdır.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X15, X17 və X2 və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 72-ci maddəsinə əsаsən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, həmçinin mübahisənin predmeti bölünməz olduğundan kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
25. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
27. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
28. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
29. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
30. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
31. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
32. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
33. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
34. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan Göyçay Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(046)-641/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
36. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2022-ci il tarixində vəfat etmişdir.
37. Azərbaycan Respublikası Əmlka Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 saylı fərdi yaşayış evində İddiaçı payı 12/14 hissə və 12/14 hissə torpaq sahəsi, X7 fərdi yaşayış evində 1/4 hissə və torpaq sahəsində 1/4 hissə, Cavabdeh fərdi yaşayış evində payı 1/14 hissə və torpaq sahəsi 1/14 hissə, X3 fərdi yaşayış evində payı 1/14 hissə, torpaq sahəsi 1/14 hissədir.
38. İşdə olan Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, X19 xx.xx.2022-ci il tarixində vəfat etmiş və X18, X17, X10 və X15 onun ailə üzvləridir.
39. İşdə olan Göyçay rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X18, X17, X10 və X15 mərhum X11 vərəsələridir və onların hər biri miras əmlakdan ¼ irs almalıdır.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
41. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, X11 vərəsələri olan X18, X17, X10 və X15 apellyasiya instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
42. İşdə olan üçüncü şəxs X18 tərəfindən göndərilmiş teleqramdan görünür ki, ünvan 1 saylı ünvanda yerləşən mülkdən onlara düşən hissələri mərhum yoldaşının vəsiyyətinə uyğun olaraq Cavabdeh verilməsinə etiraz etmirlər.
43. İşdə olan X15 tərəfindən göndərilmiş ərizədə qeyd edilmişdir ki, 2019-cu ildə əmlakda payı olan şəxslər arasında olan razılaşmaya əsasən İddiaçı оğlunun Cavabdeh оğlunа 2 sot torpaq verməsi və həmin torpaq sahəsində iki otaqlı ev inşa etməsi və X3 İddiaçı оğlu ilə qalması şərtilə X19 öz payına düşən hissəni İddiaçı оğluna verəcək, lakin İddiaçı оğlu razılaşmaya əməl etməsə X19 öz payını Cavabdeh оğlunа verəcək. Həmin razılaşmanın üstündən yeddi il keçməsinə baxmayaraq əməl edilməmişdir. O, X11 vərəsəsi olaraq razılaşmanın tərəfdarıdır. Əgər əməl olunmayacaqsa o öz payının X3 Cavabdeh оğlu ilə qalması şərti ilə Cavabdeh оğluna verilməsinə etiraz etmir.
44. İşdə olan X10 da X15 ilə eyni məzmunda ərizə göndərərək bildirmişdir ki, razılaşmaya əməl olunmayacaqsa öz payının X3 Cavabdeh оğlu ilə qalması şərti ilə Cavabdeh оğluna verilməsinə etiraz etmir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməsi, prosessual hüquq normasının tələblərinin pozulmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadının 30-cu bəndində göstərilmişdir ki, bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır.
47. Həmin Qərardadın 32-ci bəndinə əsasən ddia tələbləri natamam olduqda və ya aydın olmadıqda məhkəmə MPM-in 14.1 və 167.1-ci maddələrinə əsasən tərəflərlə bu iddiaların predmeti, həmin predmet çərçivəsində araşdırmanın qanunla müəyyən edilmiş məcburi mərhələləri barədə müzakirə aparmalı, bunların hüquqi nəticələrini tərəflərə izah etməli və tələb üzrə yekun arzu olunan nəticənin nədən ibarət olmasını dəqiqləşdirməlidir.
48. Həmin Qərardadın 33-cü bəndinə əsasən müzakirənin nəticəsində iddiaçı tələb üzrə araşdırmanın Mülki Məcəllənin 220 və 221-ci maddələrində göstərilən müvafiq ardıcıllıqla aparılmasına etiraz etməzsə, məhkəmə iddia tələbinin “payın ayrılması”, “paylı mülkiyyətdə olan əşyanın bölünməsi”, “payın dəyərinin ödənilməsi”, “əşyanın hərracdan satılması” və s. kimi ifadə olunduğu bütün hallarda qanunla müəyyən edilmiş ardıcıllıq üzrə yoxlama aparmalıdır.
49. İşdə olan iddiаçı İddiaçı оğlunun cаvаbdеh Cavabdeh оğlunа qarşı paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(046)-50/2025 nömrəli qətnaməsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddiаçı İddiaçı оğlunun iddiası təmin edilməmişdir.
50. Lakin iş materialları və məhkəmə araşdırması nəticəsində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin digər mülkiyyətçiləri də vardır.
51. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli yeni alınmış çıxarışından görünür ki, ünvan 1 saylı fərdi yaşayış evində İddiaçı payı 36/56 hissə və 36/56 hissə torpaq sahəsi, Cavabdeh fərdi yaşayış evində 3/56 hissə və torpaq sahəsində 3/56 hissə, X12 fərdi yaşayış evində payı 1/16 hissə və torpaq sahəsində 1/16 hissə, X3 fərdi yaşayış evində payı 3/56 hissə və torpaq sahəsində 3/56 hissə, X4 fərdi yaşayış evində payı 1/16 hissə və torpaq sahəsində 1/16 hissə, X8 fərdi yaşayış evində payı 1/16 hissə və torpaq sahəsində 1/16 hissə, X13 fərdi yaşayış evində payı 1/16 hissə və torpaq sahəsində 1/16 hissədir.
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bütün mülkiyyətçilərə münasibətdə Mülki Məcəllənin 220 və 221-ci maddələrində göstərilən müvafiq ardıcıllıqla araşdırma və yoxlama aparmadan iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir.
53. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(046)-641/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiаçı İddiaçı оğlunun cаvаbdеh Cavabdeh оğlunа qarşı torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılaraq bölünməsi tələbinə dair iddiası rədd edilməlidir.
54. Kollegiya qeyd etməyi vacib hesab edir ki, hazırkı vəziyyətdə iddianın rədd edilməsi, iddiaçının mübahisənin mərhələli həll proseduruna riayət edildikdən sonra yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanlarını aradan qaldırmır.
55. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(046)-641/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı оğlunun cаvаbdеh Cavabdeh оğlunа qarşı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun cavabdehlə onun payına mütənasib surətdə aralarında bölüşdürülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.