Məhkəmə qərarları › İş №2(107)-1150/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1150/2023

05.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1150/2023 05.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi, ləğv, qaytarma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X5 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə Balakən Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(019)-165/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X3 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-485 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X3 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-486 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X3 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019- cu il tarixdə verilmiş 2V-487 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlı torpaq sahəsinin mərhum X3 çatacaq hissəsinin 1/2 hissəsi üzrə İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş 2V-488 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ümumi sahəsi 0,2576 ha olan **********3 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, ümumi sahəsi 0,1215 ha olan xx.xx.2019-cu il tarixdə **********2 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, ümumi sahəsi 0,4002 ha olan **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, ümumi sahəsi 0,129 ha olan **********0 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, həmin çıxarışlar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin ləğv edilməsi, miras əmlakın vəsiyyətnamə üzrə bölüşdürülməsi, mərhum X1 miras qalmış əmlakların 3/4 hissəsi üzrə, ümumi əmlakın isə 7/8 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(019)-165/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən edilməsi tələbinə dair e-2(019)-165/2023 saylı mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-5/2022 nömrəli qətnaməsi olduğundan xitam verilməsi, tərəflərə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun hazırki qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alnımışdır. İddiaçı həmin qərardaddan şiakyət vermişdir. Balakən Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(019)-165/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(019)- 165/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən edilməsi tələbinə dair e-2(019)-165/2023 saylı mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-5/2022 nömrəli qətnaməsi vardır. Həmin Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-5/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, reyestr nömrəsi **********93, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X4 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 payına düşən 1/4 hissəsinin, reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X4 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin X6 payına düşən 1/4 hissəsinin, reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X4 və İddiaçı ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 payına düşən 1/4 hissəsnin və reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla X4 və İddiaçın ümumi paylı mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən 0.4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 payına düşən 1/4 hissəsinin hazırki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/1574 №-li ekspertiza rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun naturada ayrılması, cavabdeh İddiaçı həmin 0.2576 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 düşən 1/4 hissəsindən, 0.129 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin X6 payına düşən 1/4 hissəsindən, 0.1215 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 payına düşən 1/4 hissəsindən və 0,4002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 payına düşən 1/4 hissəsindən çıxarılması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq, iddiaçı X7 ödənilməsi, iş üzrə ödənilmiş 596 manat mütəxəssis xərcinin İddiaçı alınıb iddiaçı X7 verilməsi, iş üzrə 150 manat ekspertiza xərcinin cavabdeh İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Hazırki mülki iş üzrə tərəflər qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-5/2022 saylı qətnaməsinin qəbul edildiyi mülki işin tərəfləri ilə eynidir, həmin iddiaların predmetləri və əsasları da eynilik təşkil edir. Belə ki, əvvəlki iddia üzrə X6 cavabdeh İddiaçı qarşı miras əmlaklardan payın naturada ayrılması və həmin paylardan cavabdehin çıxarılması tələbi İddiaçı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və reyestrdəki qeydin ləğv edilməsi, miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən edilməsi tələbini özündə ehtiva edir, məzmun və mənasına, predmet və əsaslarına görə eynidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(019)-165/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, hazırda tərəflər arasında yaranmış mübahisə hazırki iş üzrə iddiaçının atası X2 15 sentyabr 2005-ci il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsində tərtib etdirdiyi vəsiyyətnaməyə əsaslanır və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin ləğv edilməsi barədədir. Halbuki, birinci instansiya məhkəməsinin istinad etdiyi Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-5/2022 saylı qətnaməsi ilə baxılmış iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X6 mübahisəli torpaq sahələrində olan payının naturada ayrılması ilə bağlı olmuşdur. Göründüyü kimi, hər iki iddianın əsasları və predmetləri tamamilə fərqlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin əhatə dairəsinə daxil olmur. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki qərardadında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin maddə preyudisiallıq barədə olmaqla, iddiaya mahiyyəti üzrə baxılan zaman mübahisələndirilməyən və sübut olunmalı olmayan məsələləri müəyyən edir. Preyudisiallıq işin hallarından asılı olaraq iddianın təmin və ya rədd edilməsi üçün birbaşa əsas ola bilsə də, icraata xitam verilməsi üçün əsas deyildir. Ona görə də, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(019)-165/2023 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(019)-165/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar