Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1157/2020 01.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehlər Heydərova Zöhrə Salman qızının, X5 və cavabdeh X10 vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər Heydərova Zöhrə Salman qızına, X7, X12 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Mingəçevir Regional “Asan Xidmət” X19nə qarşı miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və yalnız onun vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-129/2020 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-129/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, X33 oğlundan miras qalmış, Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.09 ha torpaq sahəsinin ½ hissəsinin İddiaçı tərəfindən vəsiyyət üzrə, həmin fərdi yaşayış evinin ½ hissəsindən və 0.45 ha torpaq sahəsinin ¼ hissəsinin qanun üzrə qəbul edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlərə ataları X33 oğlundan miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi hissəsinin açıq saxlanılması qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Heydərova Zöhrə Salman qızına qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X33 oğlundan miras qalmış, Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evindən və ümumi birgə mülkiyyətdə olan 0.18 ha torpaq sahəsinin yarısı olan 0.09 ha torpaq sahəsindən ibarət miras əmlakının vəsiyyət üzrə onun tərəfindən qəbul edilməsinin, yalnız onun vərəsəlik hüququnun tanınması, bunun ona miras əmlaka bütöv şəkildə mülkiyyət hüququna dair çıxarışın verilməsinə əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən X14 və X23 işə cavabdeh kimi cəlb olunmuşlar. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Mingəçevir Regional “Asan Xidmət” X19 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ı̇ ddiaçı İddiaçı iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, mərhum X33 oğlu onun keçmiş əri olmuşdur. Salman Heydərov xx xxxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Ondan Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evi və qızı Heydərova Zöhrə Salam qızı ilə ümumi birgə mülkiyyətdə olan 0.18 ha torpaq sahəsi miras qalmışdır. X38 miras əmlakını xx xxxxxx 2009-cu ildən ona vəsiyyət etmişdir. Özü onun mülkiyyətində olan, Mingəçevir şəhəri, Bahar küçəsi, ev 52 ünvanda qeydiyyatdadır. Salman Heydərov vəfat edənə kimi onunla birlikdə həmin evdə yaşamış və hazırki vaxtda da qeyd olunan evdə yaşayır. Sözügedən ev tamamilə onun idarəçiliyindədir. Evin kommunal xərclərini özü ödəmişdir. Mərhum əriylə birgə nikah dövründə əldə etdiyi əmlakları özü iradə edir. Buna baxmayaraq notariat ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. X28 vəsiyyətnamə qoyduğundan Zöhrə Salmanovanın qanun üzrə vərəsəlik hüququ yoxdur. Vərəsələrdən heç biri mirasın qəbulu ilə bağlı hər hansı hərəkət etməmişlər. Buna görə də mərhum X33 oğlundan miras qalmış, Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evindən vəümumi birgə mülkiyyətdə olan 0.18 ha torpaq sahəsinin yarısı olan 0.09 ha torpaq sahəsindən ibarət miras əmlakının vəsiyyət üzrə onun tərəfindən qəbul edilməsinin, yalnız onun vərəsəlik hüququnun tanınması, bunun ona miras əmlaka bütöv şəkildə mülkiyyət hüququna dair çıxarışın verilməsinə əsas olması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X17 da İddiaçı izahatına oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Heydərova Zöhrə Salman qızı verdiyi izahatında iddia tələbi ilə qismən razı olduğunu bildirərək verdiyi izahatında göstərmişdir ki, mərhum X33 oğlu onun atasıdır. Atası xx xxxxxxx 2017-ci ildə vəfat etmişdir. Ondan Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Qeyd olunan torpaq sahəsinin ½ hissəsi onun mülkiyyətindədir. Özüdə qeyd olunan torpaq sahəsində özlərinə məxsus evdə yaşayır. Belə ki, 0.18 ha torpaq sahəsində həm ata evi, həm də öz evi vardır. Torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmuşdur. Torpaq sahəsinə qulluq edilməsində özləri də iştirak etmişlər. X20 əri Akif Sarıyev öz vəsaiti hesabına həm öz torpaqlarında, həmdə X24 torpaqğında traktor işlətmiş, həmin ərazini kol-kosdan təmizlətdirmiş və traktorçunun xidmət haqqını özüvermişdir. Eyni zamanda atası hələ sağlığında ona məxsus yaşayış evi və ona məxsus torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədən məhkəmədə iddia qaldırılandan sonra xəbəri olmuşdur. Buna baxmayaraq özləri atasından qalmış mirası qəbul etmiş, torpaq sahəsini abadlaşdırmış, atasına məxsus yaşayış evindən ona məxsus müxtəlif əşyaları qəbul etmişlər. Onlar atasının qanun üzrə vərəsələridir. Buna görə də atasından miras qalmış yaşayış evi və torpaq sahəsindən onların payının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X14 da Zöhrə Heydərovanın izahatına oxşar məzmunlu izahat verərək, atasından miras qalmış yaşayış evi və torpaq sahəsindən onların payının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında vəkil Tağıyeva Şəlalə Yunan qızı özü və təmsil etdiyi X10 adından izahat verərək, mərhum X33 oğlundan miras qalmış yaşayış evi və torpaq sahəsindən Sahilə Sarıyeva, Zöhrə Heydərova və Zərif Rzayevanın paylarının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X39 oğlu verdiyi izahatında göstərmişdir ki, cavabdeh X5 əridir. X26 oğul əvəzi olmuşdur. Belə ki, S.Heydərovun həm sağlığında, həm də o, vəfat etdikdən sonra onlara məxsus torpaq sahəsini abadlaşdırmışdır. Hər iki torpaq sahəsində traktor işlətmiş, ərazini kolkosdan təmizlətdirmiş və traktorçunun pulunu özü vermişdir. Eyni zamanda Salman Heydərov vəfat edən vaxt yas mərasimi özləri götürmüş, onun baş daşının pulunu özləri vermişdir. Belə ki, bacanağı Yaşar 1500 manat, özləri isə 300 manat pul qoymuşlar. Bundan başqa arvadı Sahilə atasına məxsus evdən bal çəkən maşını gətirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Süleymanov Məqsəd Tapdıq oğlu da oxşar məzmunlu izahat verərək, şahid Akif Sarıyevin izahatındakı xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X16 oğlu verdiyi izahatında göstərmişdir ki, özütraktor sürməklə ailəsini dolandırır. X24 torpaq sahəsində iş görmüşdür. Həmin işi Sahilənin əri Akif Sarıyevin sifarişi ilə yerinə yetirmiş, ona pulu da Akif vermişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin bir hissəsi Zöhrə Salmanovaya məxsus oldğu üçün, Akif Sarıyev həmin torpaq sahəsində iş görməyi demiş və özü də həmin torpaq sahəsində iş görmüşdür. Orada iş görən zaman İddiaçı görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Hüseynova Gülarə Əlif qızı verdiyi izahatında göstərmişdir ki, X14 ilə birlikdə Mingəçevir şəhərinin C.Əliyev küçəsində qonşuluqda yaşayır. Onun atası X33 oğlu xx xxxxxxx 2017-ci ildə vəfat etmişdir. Özüyas mərasimində iştirak etmişdir. Onun yas mərasimini övladları götürmüşlər İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və onun vəkili X13 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı və onun vəkili X13 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatlarının dəlilləri ilə əsaslandıraraq Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-129/2020 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasındaİddiaçı və onun nümayəndəsi və vəkili Kərimli Ruhiyyə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasındacavabdehlər Heydərova Zöhrə Salman qızı, X14 və cavabdeh X10 vəkili X18 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-129/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıxahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Mingəçevir Regional “Asan Xidmət” X8 nümayəndəsi və cavabdeh X23 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və onun vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-129/2020 nömrəli qətnaməsinin giriş və nəticə hissəsindəki “0.45” rəqəmi “0,045” rəqəmi ilə əvəz edilməklə qətnamə dəyişdirilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN – 3202A, KOD – 90200002 nömrəli şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhər İ̇cra Hakimiyyətinin xx xxxx 2004-cüil tarixli, 293 nömrəli qərarı ilə 0.18 hektar torpaq sahəsi X33 oğlu və Heydərova Zöhrə Salman qızının mülkiyyətinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.18 ha torpaq sahəsi xx xxxxx 2015-ci il tarixdə X33 oğlunun adına qeydə alınmışdır. X21 Əyyub oğlunun payı yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Heydərova Zöhrə Salman qızının payı torpaq sahəsi ümumi birgə kimi qeyd edilmişdir. İşdə olan xx xxxxxx 2009-cu il tarixli vəsiyyətnamədən görünür ki, həmin tarixdə X33 oğlu ona məxsus olan Mingəçevir şəhərində yerləşən bütün torpaq sahələrini və Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” X8 İddiaçı ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli, 1356 saylı cavab məktubundan görünür ki, varislər arasında mübahisə olmasına baxmayaraq, yalnız ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmışdır. Mübahisənin həlli ilə bağlı Mingəçevir şəhər məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli, xx/xx- 1007/12 saylı arayışından görünür ki, xx xxxxxx 1939-cu ildə Kəlbəcər rayonun Zülfüqarlı kəndində anadan olmuş X33 oğlu barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx xxxxxxx 2019-cu il tarixədək aparılmış və aşağıdakı məlumatlar aşkar olunmuşdur: həyat yoldaşı – İddiaçı (xx.xx.1958), oğlu – X35 oğlu (xx.xx.1978 ölüb), qızı - X11 (xx.xx.1970), qızı – X15 (xx.xx.1975) və qızı – Heydərova Zöhrə Salman qızı (xx.xx.1982). İşdə olan nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X33 oğlu ilə X3 arasında olan nikahın bağlanması xx xxxx 2007-ci il tarixdə, 113 nömrə ilə qeyd edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, xx/xx- 1485/69 saylı arayışından görünür ki, X36 oğlu xx xxxxxxx 2017-ci ildə ölmüşdür. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat X1 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 1620 saylı cavab məktubundan görünür ki, varislər arasında mübahisə olmasına baxmayaraq, yalnız ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmışdır. Mübahisənin həlli ilə bağlı Mingəçevir şəhər məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1134.2, 1151, 1159.1, 1166, 1193, 1243.2, 1246, 1274 və 1291-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik şümlö) şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyüməqamda sağolmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinin tələbinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənəçatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinin tələbinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər ağıldalvö) götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinin tələbinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.2-ci maddəsində «mirası qəbul etmə»nin nədən ibarət olduğu izah edilərək göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsində göstərilmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər İ̇cra Hakimiyyətinin xx xxxx 2004-cüil tarixli, 293 nömrəli qərarı ilə 0.18 hektar torpaq sahəsi X33 oğlu və Heydərova Zöhrə Salman qızının mülkiyyətinə verilmişdir. Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.18 ha torpaq sahəsi xx xxxxx 2015-ci il tarixdə X33 oğlunun adına qeydə alınmışdır. X2̆lunun payı yaşayış evi tam, torpaq sahəsi ümumi birgə, Heydərova Zöhrə Salman qızının payı torpaq sahəsi ümumi birgə kimi qeyd edilmişdir. İ̇ddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2009-cu il tarixli vəsiyyətnamə ilə X33 oğlu ona məxsus olan Mingəçevir şəhərində yerləşən bütün torpaq sahələrini və Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Mingəçevir Regional “Asan Xidmət” X9 varislər arasında mübahisə olmasına baxmayaraq, yalnız İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmışdır. Mübahisənin həlli ilə bağlı Mingəçevir şəhər məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. X33 oğlundan miras qalmış, Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.09 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı tərəfindən vəsiyyət üzrə, həmin fərdi yaşayış evinin ½ hissəsindən və 0.45 ha torpaq sahəsinin ¼ hissəsi qanun üzrə qəbul edilməsi müəyyən edilməklə iddia tələbi qismən təmin olunmalıdır. Lakin, birinci instansiya məhkəməsi iddia tələbinin miras əmlakın vəsiyyət üzrə onun tərəfindən qəbul edilməsi, yalnız onun vərəsəlik hüququnun tanınması və bunun ona miras əmlaka bütöv şəkildə mülkiyyət hüququna dair çıxarışın verilməsinə əsas olmasına dair hissəsinin təmin olunmaması qənaətindədir. Cavabdehlər atalarından miras qalmış əmlakdan onların payının müəyyən edilməsini xahiş etsələr də, bu barədə qarşılıqlı iddia ərizəsi ilə və ya ayrıca tələblə məhkəməyə müraciət etməmişlər. Buna baxmayaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin atalarından miras qalmış əmlaklara qanun üzrə vərəsəlik hüququ olduğundan, onlara dair hissə açıq saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı hazırki həcmdə qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğvinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməsə də, qətnamənin dəyişdirilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun vəkilinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı və onun vəkili də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iş üzrə miras əmlak kimi qəbul etdiyini iddia etdiyi X33 oğlundan miras qalmış, Mingəçevir şəhəri, Bahar küçəsi 52 ünvanda yerləşən 0.09 ha torpaq sahəsidir. Həmin torpaq sahəsinin ½ hissəsini-yəni 0,045 ha hissəsini o, vəsiyyət üzrə miras kimi qəbul etmişdir. Qalan torpaq sahəsinin isə ölçüsü 0,045 hektardır. Birinci instansiya məhkəməsi isə həmin torpaq sahəsinin ölçüsünü səhvən 0,45 kimi qeyd etmiş və qətnamənin əsaslandırıcı və nəticə hissəsində iddiaçının həmin hissədən payının qanun üzrə vərəsəlik qaydasında ¼ olmasını göstərmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və onun vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-129/2020 nömrəli qətnaməsinin giriş və nəticə hissəsindəki “0.45” rəqəmi “0,045” rəqəmi ilə əvəz edilməklə qətnamə dəyişdirilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və onun vəkili X13 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-129/2020 nömrəli qətnaməsinin giriş və nəticə hissəsindəki “0.45” rəqəmi “0,045” rəqəmi ilə əvəz edilməklə qətnamə dəyişdirilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1157/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1157/2020
01.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver