Məhkəmə qərarları › İş №2(107)-1166/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1166/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1166/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellayasiya baxışından çıxarma, işin istənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(014)-648/2024 saylı qətnaməsindən iddiaçı “Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı “Azəriqaz" İstehsalat Birliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(014)-648/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh sayğac göstəricisinə görə 449.60 (dörd yüz qırx doqquz manat altmış qəpik) manat borcunun, 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı tərəfindən 04 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2024-cü il tarixli, 2(107)-1047/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2024-cü il tarixli, 2(107)-1047/2024 saylı qərardadı qanuni qüvvəsini aldıqdan sonra mülki iş materialları 27 avqust 2024-cü il tarixli məktubla Ağdaş Rayon Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2024-cü il tarixli, 2(107)-1047/2024 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmiş apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, iş üzrə yeni apellyasiya şikayətinin də verilməməsini diqqətə almadan İddiaçı tərəfindən 04 iyul 2024-cü il tarixdə verilmiş apellyasiya şikayətini yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Ağdaş Rayon Məhkəməsinin hakimi X4 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, iş materialları Ağdaş Rayon Məhkəməsinə qaytarıldıqdan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadına uyğun olaraq növbəti prosessual hərəkətlər aparılmamışdır. Qeyd olunanlara və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364.1ci maddəsinə əsasən apellyasiya şikayətinin Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün İddiaçı apellyasiya şikayəti üzrə icraatda olan 2(107)- 1166/2024 saylı mülki işin Ağdaş Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, İddiaçı tərəfindən 04 iyul 2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə Ağdaş Rayon Məhkəməsində qiymət verilməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə qaytarılmasına dair aperllyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsindən öncə müraciət edildiyindən, ləğv edilməli olan icraatı qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Ağdaş Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(014)-648/2024 saylı qətnaməsindən iddiaçı “Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə Ağdaş Rayon Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar