Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1171/2020 08.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-220/2020 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-220/2020 nömrəli nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddia qismən təmin olunmuş, İddiaçı adına qanunsuz hesablanmış 1065,60 (bir min altmış beş manat altmış qəpik) manat borcun silinməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı 1143.40 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, Kür küçəsi 25N-li evdə yaşayır. Sərf etdikləri qazın xərcini hər ay sayğacın göstəricilərinə uyğun ödəmişlər. Evləri üçün qaz sayğacı həyətlərindən çox uzaqda, kənarda quraşdırılmışdır. Ona görə də sayğaca daimi nəzarət etmək mümkün olmamışdır. Sayğacın heç bir qoruyucusu olmamışdır. xx xxxx 2017-ci ildə axşam işdən evə gələndə sayğacın qırıldığını gördü. Səhəri gün o, bu barədə ərizə ilə qaz idarəsinə rəsmi müraciət etdi. Bildirir ki, onun sənəddə adı Riza olsa da el arasında onu hamı Nizami kimi tanıyır. Müraciətindən sonra xx xxxxx 2017-ci ildə qaz idarəsinin işçiləri gələrək onun da iştirakı ilə sayğaca baxış keçirildi, küçə xəttində quraşdırılmış sayğacın naməlum səbəbdən ekranı qırılması barədə akt tərtib edildi, qırılmış sayğac götürüldü, başqa sayğac quraşdırıldı. Sonradan ona məlum oldu ki, QİSnin əməkdaşları tərəfindən onun iştirakı olmadan xx xxxxxx 2017-ci ildə qeyri-qanuni akt tərtib edilmişdir ki, guya onun hərəkəti nəticəsində ziyan dəymişdir və ziyan 1143.40 manat hesablanmışdır. İddianın təmin olunmasını, ona qanunsuz hesablanmış 1143,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci madəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh nümayəndəsi X2 оğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi X1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən işə baxılarkən bir sıra prosessual hüquq normaları pozulmuş, iş obyektiv araşdırılmamış və nəticədə ədalətsiz, qərəzli qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən sübutlar hərtərəfli və obyektiv araşdırılmamış, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)- 220/2020 nömrəli qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-220/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh nümayəndəsi X2 оğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-220/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan İddiaçı (Nizami) tərəfindən Tərtər RQİS-nin Mingəçevir XS-nə yazılmış və xx xxxx 2017-ci ildə qeydiyyata alınmış ərizədə göstərilir ki, onun evi üçün, lakin qonşunun qapısında quraşdırılmış, heç bir qoruyucusu olmayan sayğac naməlum səbəbdən qırılmışdır, sayğacın dəyişdirilməsini xahiş edir. İşdə olan iddiaçının və "Cavabdeh" İB-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş ******* N-li xx xxxxx 2017-ci il tarixli aktdan görünür ki, küçə xəttində quraşdırılmış sayğacın ekranı naməlum səbəbdən qırılmışdır, DQS tipli, BKG-4CT markalı ******* nömrəli sayğac çıxarılaraq növbədənkənar dövlət yoxlamasına göndərildi, DQS tipli, BKG- 4CT markalı 10349395 nömrəli sayğac quraşdırıldı, qaz sayğacı abonent N.Yusifova təhvil verildi. İşdə olan istehlakçı İddiaçı iştirakı olmadan, Tərtər RQİİ Mingəçevir XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, zavod nömrəsi ******* olan sayğaca baxış zamanı sayğacın zavod qurğusunun plombu, plasmas qapağı və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. İstehlakçının ünvanında qaz işlədiciləri bir ədəd PQ, bir ədəd samovar, bir ədəd radiatordan ibarətdir. İşlədicilərin maksimal saatlıq qaz sərfi 180 gün hesabat müddəti nəzərə alınaraq itirilmiş qaz 5328 m³-dir. İtirilmiş qazın dəyərinin ödənilməsi təmin edilsin. İşdə olan istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi və icraçılar tərəfindən tərtib edilmiş, X3 istismarı idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli aktda göstərilir ki, ünvan 1 A N-li ünvanda yaşayan istehlakçı İddiaçı tərəfindən ******* N-li xx xxxxxx 2017-ci il tarixli akt əsasında müəyyən edilmiş 5328 m³ itirilmiş qaza görə dəymiş ziyanın ödənilməsi təmin edilməlidir. İşdə olan abonentin saldosundan görünür ki, ünvan 1 A N-li ünvanda yaşayan abonent İddiaçı 2018-ci ilin yanvar ayına 1143.30 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinəvə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki,iddiaçının yaşayış sahəsinə qaz sayğacı həyətindən kənarda quraşdırılmışdır. xx xxxx 2017-ci ildə iddiaçı işdən evə qayıdan zaman həmin sayğacın qırıldığını görmüş səhəri gün, yəni xx xxxx 2017-ci ildə o, Tərtər RQİİ-nin Mingəçevir XS-nə yazılı ərizə ilə müraciət edərək, sayğacın naməlum səbəbdən qırıldığını bildirmişdir. İddiaçının ərizəsi əsasında "Cavabdeh" İB-nin nümayəndələri istehlakçının iştirakı ilə sayğaca baxış keçirərək küçə xəttində quraşdırılmış sayğacın ekranının naməlum səbəbdən qırılması, qırılmış ******* N-li sayğacın çıxarılması, əvəzinə 10349395 N-li sayğacın quraşdırılması barədə ******* N-li xx xxxxx 2017-ci il tarixli akt tərtib etmişlər. İddiaçının iştirakı olamadan Tərtər RQİİ Mingəçevir şəhər XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* N-li xx xxxxxx 2017ci il tarixli aktla qaz işlədici avadanlıqların saatlıq qaz sərfi, hesabat müddəti 180 gün nəzərə alınaraq itirilmiş sərfiyyat cəmi 5328 m³ müəyyən edilmişdir və həmin ziyanın ödənilməsi istehlakçı kimi iddiaçıdan tələb olunur. Birinci instansiya məhkəməsi tədqiqi zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Həmçinin, qeyd edilən sayğacın quraşdırıldıqdan sonra abonentə-iddiaçıya təhvil verilməsi də məhkəmə iclasında müəyyən olunmadı. Ona görə də məhkəmə hesab edir ki, yaşayış evi üçün həyətdən kənarda quraşdırılmış sayğacın ekranının qırılmasına görə iddiaçıya qaz işlədicilərinin saatlıq sərfinə uyğun olaraq 180 gün müddətində dəymiş ziyan hesablanması qanuna müvafiq deyil. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, iddiaçı sayğacı qırılmış vəziyyətdə görən kimi müvafiq orqana yazılı məlumat vermiş və həmin məlumat əsasında sayğaca baxış keçirilmiş, qırılmış sayğac başqa sayğac ilə əvəz olunmuşdur. Birinci instansiya məhkəməsi iclasında, həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca müdaxilə nəticəsində 5328 m3 itirilmiş qaz hesablanmış və hesablanmış həmin qazın dəyərinin ödənilməsi iddiaçıdan tələb olunur ki, qeyd edilən qazın dəyəri də 1143,40 manat deyil, 1065,60 (5328m3x 0,20=1065,60) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçıya qanunsuz hesablanmış 1065,60 manat borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh nümayəndəsi X2 оğlunun apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-220/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-220/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1171/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1171/2020
08.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver