Məhkəmə qərarları › İş №2(107)-1172/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1172/2022

26.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1172/2022 26.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1rşı əsassız cərimənin silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı əsassız cərimənin silinməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2(039)-1065/2022 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı məxsus ev ünvan 1 ünvanında yerləşir. ******* nömrəli 21 dekabr 2021-ci il tarixli aktdan görünür ki, həmin ünvanda quraşdırılmış qaz sayğacına əlavə qeyri qanuni xətt qoşulmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh İB-ə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq hesablanaraq abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 1,161.60 AZN borcun silinməsinə və yeni quraşdırılmış sayğacın dəyərinin cavabdeh orqana aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 3-də yaşayır. Sayğac qoyulan gündən sərf etdiyi qazın pulunu vaxtı vaxtında ödəmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə icarəsinin əməkdaşları tərəfindən sayğacına müdaxilə olunduğu bəhanəsi ilə, guya əlavə xətt qoşulduğu üçün əsassız olaraq 1,161.60 AZN borc hesablanmışdır. Həmin borcu əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətindən kənarda, yəni çöl ərazidə quraşdırılmışdır və onun iştirakı olmadan sayğac sökülmüşdür və sayğaca heç bir müdaxilə olmamışdır, həmin borc ehtimallara əsaslanıb yazılmışdır. Həmin borcla razı deyil, həmin borc qanunsuz hesabına vurulmuşdur. İstehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, cavabdeh orqan X8 istismar idarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur ki, bu da yolverilməzdir. Göründüyü kimi, cavabdeh orqan dövlət orqanı olmaqla istehlakçı kimi qanunla qorunan hüquqlarını qorumaq əvəzinə ona qarşı haqsızlıq etməklə və qanunla qorunan hüquqlarını özü pozmaqla qanunvericiliyin tələblərini pozmuşdur.

4. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, həqiqətən sayğacdan kənar xətdən istifadə etmişdir. Lakin, bu hal qısa müddət olmuşdur. Bundan başqa, cərimənin hesablanması zamanı onun evində olan avadanlıqların tam qeyd edilməsi də qanuna uyğun deyil. Belə ki, həmin müddət ərzində yalnız qaz plitəsindən istifadə etmiş, digər avadanlıqlardan istifadə edilməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi İlham Xəlilov iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin ünvanda sayğacdan kənar qaz xəttinə qoşulma mövcuddur. Bununla əlaqədar müvafiq akt tərtib edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin evdə qazla istifadə edilən 4 ədəd avadanlıq var. Bu səbəbdən itirilmiş qazın bərpası üçün qanunvericiliklə müəyyən edilmiş qaydada hesablama aparılmış və həmin məbləğ cərimə olaraq abonentin saldosuna daxil edilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Beləliklə, istinad edilən normaların tələblərinə görə, zədələnmənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, onun tərəfindən cərimə ödənilsin, habelə sayğacın dəyişdirilməsi məhz onun hesabına həyata keçirilsin. İddiaçının özünün etirafı ilə də təsdiq olunur ki, ünvan 1 ünvanında sayğacdan kənar qaz xəttinə qoşulma olmuşdur. Eyni zamanda həmin ünvanda olan mənzildə qaz istifadəsi üçün 4 ədəd avadanlığın mövcudluğu müəyyən edilmiş və iddiaçı bunu təsdiq etsə də, həmin avadanlıqlardan yalnız birindən istifadə etdiyini bildirmişdir.

6. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin avadanlıqların yararsız olması və ya istifadə edilməməsini sübut etmək vəzifəsi hazırkı halda iddiaçının üzərinə düşür ki, buna dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının qanuna zidd hərəkəti nəticəsində vurulmuş ziyanın bərpası üçün cavabdehin hərəkətləri qanuna uyğun olmuşdur.

7. Lakin, məhkəmə hesab edir ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası üçün məbləğ yalnız ağlabatan 30 gün üçün hesablanmalı, qalan hissədə iddia təmin edilməklə hesablanmış borc silinməlidir.

8. Bu halda dəymiş ziyan (0.8x24x30)+(1.4x24x30)+(2.0x24x30)+(0.8x24x30)=3,600 m3 həddində müəyyən edilməlidir. Tarif şurasının müəyyən etdiyi limit ötürülmədiyindən həmin məbləğ 3,600 x 0.10 manat hesablanmalı və cərimə 360 manat müəyyən edilməlidir. Qalan hesablanmış cərimə isə, 1,161.6 – 360 = 801.6 manat silinməlidir. İddiaçının qeyri-qanuni hərəkətləri müəyyən edildiyindən iddia yeni quraşdırılmış sayğacın dəyərinin cavabdeh orqana aid edilməsi hissəsində təmin edilməməlidir.

9. Yevlax Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2(039)-1065/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin olunmuş, İddiaçı ünvan 1 ünvanında qazdan istifadəyə görə **********00000 №-li abonent koduna cərimə olaraq hesablanmış məbləğdən 801 (səkkiz yüz bir) manat 60 (altmış) qəpikyin silinməsi, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarına və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

11. Təqdim olunmuş ******* nömrəli 21 dekabr 2021-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 3 ünvanında olan sayğacda əlavə qeyri qanuni xətt aşkar olunmuşdur.

12. Cavabdeh İB tərəfindən verilmiş açıqlamanın itirilmiş qazın bərpası üzrə tələblər hissəsində qeyd edilir ki, İddiaçı PQ-3 qaz maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, QSSQ-150 l-lik maksimal saatlıq qaz sərfi 2.0 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. (08x24x90)+(1.4x24x90)+(2.0x24x90)+(0.8x24x90)=10,800m3; Abonentin ********** 00000 nömrəli saldosundan görünür ki, İddiaçı akt əsasında 2021-ci ilin dekabr ayında 1,161.60 manat borc hesablanmışdır

13. Təqdim edilmiş foto şəkillərlə sayğacdan kənar xəttin qoşulması təsdiq olunur.

14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X5 аpellyаsiyа şikаyəti vermişdir.

15. Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh X5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh İBnin işçiləri tərəfindən ünvan 3-ə Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə eləcə də İddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1161.60 manat Cavabdehnə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1161.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. (video əlavə olunur)

17. Məhkəmə qətnaməsində göstərmişdir ki, istehlakçı aşkar olumuş xətt vasitəsi ilə evinə qaz xətti çəkdirmiş və qanunsuz əlavə xəttin çəkilməsini etiraf etmişdir. Lakin məhkəmə tərəfindən 30 gün müddət ərzində sayğacdan kənar istifadə olunmuş təbii qaza gorə 360 manat dəymiş ziyan müəyyən olunub.

18. Foto və video diqqət etsəniz görərsiniz ki, istehlakçı əlavə xəttin üzərində ustalıqla işləmiş və məqsədli şəkildə fərdi evinə qaz xətti çəkmişdir. Həmin əlavə xətt küçə xəttinə qoşularaq həyətin içərsi ilə aparılmışdır, evin daxilinə baxış keçirilməsinə abonent tərəfində şərait yaradılmadığı üçün çəkliş aparılması mümkün olmamışdır. Faktiki olaraq əlavə xəttdən qısa müddətinə istifadə etdiyini və qaz piltəsindən başqa digər avadanlıqlardan istifadə etmədiyini bildirsədə,havanın soyuq olduğunu nəzərə alsaq istehlakçı həmin xəttdən uzun müddətdir ki, qeyr-qanuni istifadə edibdir. Məhkəmə qeyd edir ki,tarif şurasının müəyyən etdiyi limit ötürülmədiyindən 0.10 manatdan hesablanıb halbuki, tarif şurası limiti 0.12 manat müəyyən olunub. Abonentin saldosuna nəzər yetirsəniz illər ərzində evdə istifadə olunan cihazlarla məbləğ çox aşağı göstəricilər qeyd olunub. Bu da İstehlakçının illərdi qeyri-qanuni qazdan istifadə etməsi qənayətinə gəlmək olur. Nəzərinizə çatırıram ki, qaz xəttin içərsindən təbii qaz keçir və istifadə olunur, istehlakçıları həmin xətt vasitəsilə təbii qazla təmin edilir.

19. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2(039)- 1065/2022 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, İddiaçı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2(039)-1065/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Bənd 6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə əsasən Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2- ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2(039)-1065/2022 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində gəldiyi nəticə ilə razılaşmır.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 801.6 manat həcmində təmin edərkən itirilmiş qazın bərpası üçün məbləğin yalnız ağlabatan 30 gün üçün hesablanmalı olması, həmçinin dəymiş ziyanın bu qətnamənin 8-ci bəndində göstərilmiş səbəbdən 3,600 m3 həddində müəyyən edilməsi hissələrində haqlı olsa da, istifadə edilmiş qazın 1 m3-nin dəyəri 0.10 manatdan hesablanması zamanı səhvə yol vermişdir.

32. Belə ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş Təbii qazın ölkədaxili tarifləri cədvəlində illik istehlak həcminin 1200 m3-dək olan hissəsi üçün təbii qazın tarifi 0.12 manat müəyyən edilmişdir. Həmçinin həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, xx.xx.2022-ci ilədək əhali tərəfindən istehlak olunan təbii qazın illik istehlak həcmi 1200 m3-dək olan hissəsi üçün dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tarifə uyğun olaraq hesablanır.

33. Hazırki iş üzrə iddiaçıya cərimə məbləği 4 dekabr 2021-ci ildə hesablandığından və son 30 gün üçün cərimənin hesablanması ağlabatan hesab edildiyindən hesablanan cərimənin məbləği xx.xx.2022-ci ildən sonra qüvvədə olan qiymətlərə uyğun müəyyən edilməlidir. Belə olan halda, həmin məbləğ 3,600 x 0.12 manat hesablanmalı və cərimə 432 manat müəyyən edilməlidir. Qalan hesablanmış cərimə isə 1,161.6 – 432 = 729.6 manat silinməlidir.

34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən İddiaçı abonent koduna cərimə olaraq hesablanmış silinməli olan məbləği müəyyən edərkən düzgün nəticəyə gəlmədiyindən və işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğundаn cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2(039)-1065/2022 saylı qətnaməsi dəyişdirilməli, İddiaçı ünvan 1 ünvanında qazdan istifadəyə görə **********00000 №-li abonent koduna cərimə olaraq hesablanmış silinməli olan məbləğ dəyişdirilərək 729.6 manat müəyyən edilməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2(039)-1065/2022 saylı qətnaməsi dəyişdirilsin. İddiaçı ünvan 1 ünvanında qazdan istifadəyə görə **********00000 №-li abonent koduna cərimə olaraq hesablanmış silinməli olan məbləğ dəyişdirilərək 729.6 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar