Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-118/2024 26.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı vəsiyyət üzrə vərəsə kimi miras əmlakda tam həcmdə payının tanınması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı miras əmlakda 1/2 hissədə məcburi payının tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: mirasdan pay) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi X15, onun nümayəndəsi və vəkili Vəkil2 İsgəndər oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və X11 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı vəsiyyət üzrə vərəsə kimi miras əmlakda tam həcmdə payının tanınması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı miras əmlakda 1/2 hissədə məcburi payının tanınması tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(046)-1418/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarış əsasında ünvan 3 ünnanında yerləşən 0.168 ha torpaq sahəsi və üzərində 157.4 m2 fərdi yaşayış evi X9 mülkiyyətində olmuşdur. Sonuncu 20 avqust 2014-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus əmlakını qızı İddiaçı vəsiyyət etmiş, xx.xx.2020-ci ildə ölmüş və vərəsəlik açılmışdır. Özündən sonra 6 vərəsəsi – hazırki iş üzrə İddiaçı, X19, X25, Cavabdeh2, X26 və hazırki iş üzrə Cavabdeh1 Qinyaz oğlu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəsiyyət üzrə vərəsə kimi mərhum X8 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlakda payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək vəsiyyət üzrə vərəsə kimi mərhum X8 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlakda tam miras payının tanınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il tarixdə X20 ilə X4 07 dekabr 1960-cı il tarixdə qeydə alınmış nikahından anadan olmuşdur. Valideynlərinin ondan başqa 8 övladları doğulmuşdur: X16 - 23 may 1961-ci il tarixdə, X19 - 15 mart 1963-cü il tarixdə, X25 - 08 mart 1964-cü il tarixdə, X21 - 01 dekabr 1965-ci il tarixdə, X22 - 01 yanvar 1967-ci il tarixdə, Cavabdeh2 - 12 dekabr 1967-ci il tarixdə, X26 - 31 oktyabr 1969-cu il tarixdə, Cavabdeh1 Qinyaz oğlu - 10 aprel 1976-cı il tarixdə doğulmuşdur. X2 07 mart 2012-ci il tarixdə, atası X23 08 iyul 2020-ci il tarixdə, qanun üzrə birinci növbə vərəsələrdən X16 01 iyul 1961 -ci il tarixdə, X22 01 iyul 1967-ci il tarixdə və X21 03 iyun 1998-ci il tarixdə vəfat etmişlər. Mərhum atası X8 ünvan 1 ünvanda yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası X23 20 avqust 2014-cü il tarixdə Göyçay rayon notariat kontorunda vəsiyyətnamə tərtib etdirib reyestrdə qeydə aldırmaqla ölən günədək ona məxsus olan bütün miras əmlakını ona vəsiyyət etmişdir. Mərhum atasının vəfatından sonra ondan qalmış miras əmlakı notariat ofisinə ərizə verməklə qəbul etmişdir. Lakin qanun üzrə birinci növbə vərəsələrdən Cavabdeh1 Qinyaz oğlu ilə aralarında mirasa dair ixtilaf olduğu üçün Göyçay rayon Notariat Ofisinin notariusu ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir.
4. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın təmin edilməməsi, 20 avqust 2014-cü ıl tarixdə Göyçay rayon notariat kontorunda təsdiq edilmiş və 2V-222 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh1 qarşılıqlı iddia predmetinin dəyişdirilməsinə dair ərizə verərək X8 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsi üzərində 1/2 hissədə məcburi payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh1 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, hələ X1 o,həmin miras evdə yaşamış, evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etmişdir. Hazırda da,miras qalmış həmin həyətyanı torpaq sahəsindən istifadə etmklə, miras əmlak olan torpaq sahəsinə bitişik sahədə öz vəsaiti hesabına inşa etdiyi evdə yaşayır. Miras əmlak olan evlə özünün inşa etdiyi ev arasında həyətyanı sahədə hər hansı bölgü aparılmamış, evlərin arasında divar inşa edilməmişdir. Hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş birinci növbə vərəsələr qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etməmiş,eləcə də mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət ərzində onlara çatası məcburi paydan imtina etməmişlər. Məhkəməyə təqdim edilmiş ərizələrdən də göründüyü kimi, iş üzrə üçüncü şəxslər mirası qanunla müəyyən olunmuş müddət ərzində qəbul etmədiklərini etiraf etmiş, bununla bağlı öz həqiqi iradə ifadələrini notarial qaydada təsdiq olunmuş ərizələrində bildirmişlər. Belə olan halda üçüncü şəxslərin ərizələri Azərbaycan Respublikası Mülki Məcəllənin 1202.1-ci maddəsinin təsiri altına düşmür. Yəni, üçüncü şəxslər miras əmlakda olan məcburi paylarından müəyyənlşdirilmiş vaxt ərzində imtina etmədiklərindən onlara çatası pay vəsiyyət üzrə vərəsə olan İddiaçı payının artmasına səbəb ola bilməz.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Miras qoyan X12 ümumi sahəsi 157,4 kv.metr olan ünvan 3 saylı ev və həmin evin 0,17 ha həyətyanı torpaq sahəsi məxsusdur. Miras qoyan X23 özünə məxsus olan əmlakın qızı İddiaçı vəsiyyət etməsi barədə notariat qaydada təsdiq edilmiş 20 avqust 2014-ci il tarixli vəsiyyətnamə qoymuş, vəsiyyətnamə qüvvədə olmuş, ona görə də miras qoyanın əmlakının vəsiyyət üzrə başqa şəxsə keçməsinin qanuni əsasları yoxlanılmışdır.
7. Vəsiyyətnamə olmasaydı miras xx.xx.2020-ci ildə açıldıqdan sonra miras qoyanın qanun üzrə vərəsəlik zamanı 6 vərəsəsi olacaq idi. X5 və X27 miras əmlakı qəbul etməmələri barədə notariat qaydasında təsdiq edilmiş ərizə verdiklərindən, mirası qəbul etməkdən imtina etmişlər. Digər vərəsələr Cavabdeh2 və X26 miras əmlakda məcburi payı tələb etməmişlər. İddiaçı miras əmlaka miras açıldıqdan sonra sahiblik etməyə faktiki başladığından mirası qəbul etmiş sayılmalıdır. Eyni qaydada Cavabdeh1 Qinyaz oğlu miras açıldıqdan sonra ünvan 3 saylı evin həyətyanı sahəsinə bitişik sahədə inşa etdiyi evdə yaşayaraq, miras əmlak olan evin həyətyanı sahədən istifadə edib mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Vəsiyyətnamə ilə miras əmlakın tam olaraq İddiaçı vəsiyyət edilməsinə baxmayaraq Cavabdeh1 mirasda məcburi payı mövcud olmuşdur.
8. Belə ki, məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə ,vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmumnundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir
9. Cavabdeh1 mirasda məcburi payının müəyyənləşdirilməsinə gəldikdə, məhkəmə hesab edir ki, vəsiyyətnamə olmasaydı miras almağa çağırıla biləcək qanun üzrə 6 vərəsənin hamısı nəzərə alınmaqla, bu pay qanun üzrə vərəsəlik zamanı cavabdehə çatası 1/6 payın yarısı 1/12 məcburi pay təşkil etməlidir. O ki qaldı X28 və X13 mirasdan imtina etmələri ilə bağlı ərizələrinə, habelə Cavabdeh2 və X11 miras əmlakda məcburi payı tələb etməmələrinə məhkəmə qeyd edir ki, bu imtina digər vərəsənin və ya vərəsələrin məcburi payının artmasına səbəb olmadığından, onların payı vəsiyyət üzrə vərəsə İddiaçı keçməlidir.
10. Göyçay Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(046)-1418/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia qismən təmin edilmiş, İddiaçı vəsiyyət üzrə Göyçay şəhəri Z.Nəcəfov küçəsi 16 saylı fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi üzərində 11/12 payının müəyyən edilməsi, qalan hissədə iddia təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, Cavabdeh1 Göyçay şəhəri Z.Nəcəfov küçəsi 16 saylı fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi üzərində 1/12 məcburi payının müəyyən edilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1166, 1193, 1194, 1196, 1202, 1243 və 1262-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Göyçay rayon Qeydiyyat Şöbəsinin 02 may 2023-cü il tarixli çıxarışı doğum haqqında şəhadətnamələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ərazi İdarəsinndəın verilmiş xx.xx.2014-cü il tarixli **********90-10301 reyestr nömrəli Texniki Pasport Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarış xx.xx.2014-cü il tarixli vəsiyyətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarış Göyçay rayon Qeydiyyat Şöbəsinin 29 aprel 2023-cü il tarixli çıxarışı ölüm haqqında şəhadətnamələr X17 xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsi X13 xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsi Göyçay rayon Notariat Ofisinin 27 aprel 2023-cü il tarixli məktubu
13. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ilkin iddia təmin edilməməli idi. xx.xx.2014-cü ildə Göyçay Rayon Notariat Kontorunda təsdiq edilmiş və 2V-222 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə etibarsız hesab edilməlidir. Mərhum Qinyazdan miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.17 ha həyətyanı torpaq sahəsi üzərində ½ hissədə məcburi pay hüququ tanınmalıdır. Hələ mərhum atasının sağlığında o həmin miras evdə yaşamış, evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə etmiş, miras əmlak olan torpaq sahəsinə bitişik sahədə öz vəsaiti hesabına inşa etdiyi evdə yaşayır. Miras əmlak olan evlə özünün inşa etdiyi ev arasında həyətyanı sahədə hər hansı bölgü aparılmamış, evlərin arasında divar inşa edilməmişdir. Hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş birinci növbə vərəsələr qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etməmiş, eləcə də mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət ərzində qəbul etmədiklərini etiraf etmiş, bununla bağlı öz həqiqi iradə ifadələrini notarial qaydada təsdiq olunmuş ərizələrində bildirmişlər. Üçüncü şəxslər miras əmlakda olan məcburi paylarından müəyyənləşdirilmiş vaxt ərzində imtina etmədiklərindən onlara çatası pay vəsiyyət üzrə vərəsə olan Şəhlanın payının artmasına səbəb ola bilməz. Hesab edir ki, vəsiyyətnamənin 6 ay ərzində istifadə edilməməsinə görə ilkin iddia rədd edilməlidir.
15. Mərhum atası 2018-ci iln aprelində ona 0.074 ha torpaq sahəsini notarial qaydada hədiyyə etmişdir. O isə sonradan həmin torpaqda 13*14 m. kürsülü, 1 mərtəbəli, 4 otaqlı ev tikmişdir. Qarşı tərəf özü heç vaxt həmin evdə yaşamayıb, özünün Göyçayda çoxmənzilli binada 3 otaqlı evi var, orada yaşayıb. Vəsiyyətnamədən isə heç vaxt istifadə etməyib.
16. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(046)- 1418/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və onun miras əmlakda ½ hissədə məcburi pay hüququnun tanınması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X29 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 İsgəndər oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə miras əmlakdan iddiaçıya düşən payın müəyyən edilməsini xahiş etdilər.
20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və X26 miras əmlakdan özlərinə düşən payın müəyyən edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
22. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(046)- 1418/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297- 1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı hazırki iş apellyasiya icraatında olduğu vaxt çıxarıldığından hazırki işə tətbiq edilməlidir.
28. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisəsiz hallarıdır. Birinci instansiya məhkəməsi mirasqoyan X9 ölümündən sonra qalan 6 vərəsəsindən 2-si, yəni X19 və X14 iş materiallarının 11-12-ci vərəqlərində yer alan notarial qaydada təsdiq olunmuş ərizələrini əsas götürərək onların mirasdan imtina etdikləri nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hazırki iş üzrə X19 və X14 iş materiallarının 11-12-ci vərəqlərində yer alan notarial qaydada təsdiq olunmuş ərizələri 9 iyul 2021-ci il tarixlidir ki, X9 ölümü ilə bağlı vərəslik açılması xx.xx.2020-ci ilə təsadüf etmişdir. Göründüyü kimi, mirasdan imtina vərəsəlik açıldıqdan 1 il sonra, beləliklə qanunla müəyyən edilmiş müddət ötürülməklə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarıda qeyd olunan qərarında da göstərmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Məhkəmə kollegiyası hazırki iş üzrə qeyd edir ki, vərəsəlik açıldıqdan 1 il və ya daha çox sonra vərəsənin mirasdan imtina etməsinə yol verilməsi daima mirasdan imtinanın ehtimal oluna bilmə imkanını yaratmaqla həmçinin mirasdan payı olan digər şəxslərin öz mülkiyyət payları ilə bağlı daimi qeyri-dəqiqlik vəziyyətində qalmalarına səbəb olardı. Ona görə də, kollegiya hesab edir ki, hazırki iş üzrə X19 və X14 mirasdan imtinası qəbul edilməməli, miras əmlak üzərində onların da payları müəyyən edilməlidir.
29. Birinci instansiya məhkəməsi digər vərəsələr Cavabdeh2 və X11 miras əmlakda məcburi payı tələb etmədiklərini qeyd etməklə mirasdan onlara düşəcək payı da Mülki Məcəllənin 1262-ci maddəsinə əsasən iddiaçının payına birləşdirilməsi nəticəsinə gəlmişdir. Bu cür yanaşma həmin Məcəllənin vərəsənin susması adlanan və vərəsənin mirası müəyyən edilmiş müddət ərzində qəbul etməsini sanki mirasdan imtinaya bərabər tutan 1273-1-ci maddəsinin tələbinə uyğun idi ki, həmin maddə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Ona görə də, kollegiya hesab edir ki, Cavabdeh2 və X11 da miras əmlakda məcburi payı nəzərə alınmalıdır.
30. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilmiş dəlilləri ilə bağlı qeyd edir ki, apellyator olan Cavabdeh1 məhkəməyə təqdim etdiyi 2 aprel 2018-ci il tarixli 4Ə-278 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, X23 özünə məxsus ümumi səhəsi 0.168 ha olan torpaq sahəsinin 0.074 ha hissəsini Cavabdeh1 bağışlamışdır. X3 xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarışa düzəliş edilmiş, torpaq sahəsinin ölçüsü 0.0940 ha olaraq göstərilmişdir. Mülki Məcəllənin 1200-cü maddəsinə görə miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Hazırki iş üzrə bağışlama müqaviləsi 2 aprel 2018-ci ildə bağlanmış, vərəsəlik isə xx.xx.2020-ci ildə, bağışlamadan 2 il 3 ay keçdikdən sonra açılmışdır. Ona görə də, vərəsəlik üzrə mirasın həcmi müəyyən edilərkən bağışlanmış 0.074 ha torpaq sahəsi nəzərə alınmamalı, X12 məxsus ünvan 3 ünvanında yerləşən 0.0940 ha torpaq sahəsi və üzərində 157.4 m2 fərdi yaşayış evi miras əmlak olaraq qəbul edilməlidir.
31. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlilləri ilə bağlı qeyd edir ki, əqdin etibarsız hesab edilməsi əsasları qanunla müəyyən edilmişdir və vəsiyyətnamənin istifadə edilməməsi onun etibarsız hesab edilməsi üçün əsas deyildir. Müstəqil tələb irəli sürməyən şəxslərin payları ilə bağlı hissəyə gəldikdə isə, həmin məsələyə yuxarıda qiymət verilmişdir və təkrar edilməsinə zərurət görülmür.
32. Miras əmlakdan payların müəyyənləşdirilməsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, vəsiyyətnamə olmasaydı, qanun üzrə 6 vərəsənin hər birinə çatası pay 1/6 hissə olduğundan, hazırki halda, iddiaçı və vəsiyyətnamə üzrə vərəsə İddiaçı istisna olmaqla, digər 5 vərəsənin hər birinin məcburi payı 1/12, vəsiyyətnamə üzrə vərəsə olaraq İddiaçı isə payı 7/12 hissə təşkil etməlidir.
33. Kollegiya əlavə olaraq onu da qeyd edir ki, ünvan 3 ünvanında yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 157.4 m2 olan fərdi yaşayış evi ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarışa əsasən mirasqoyan X12 məxsus olmuş, həmin Çıxarışda torpaq sahəsinin ölçüsü 0.168 ha olaraq göstərilmiş, həmin daşınmaz əmlaklar yenidən reyestrdə qeydiyyata alınarkən həmin çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli yeni Çıxarışla əvəz edilmiş, sonuncu Çıxarışda torpaq sahəsinin ölçüsü 0.17 ha olaraq göstərilmişdir. Kollegiya hesab edir ki, hal-hazırda miras əmlakların ölçü və koordinatları sonuncu xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarışın verildiyi dövlət reyestri qeydində dəqiq göstərildiyindən, miras açılan vaxt həmin Çıxarışın mövcud olmamasına baxmayaraq, həmin Çıxarışa əsasən X24 məxsus olan miras əmlaklarda payın müəyyən edilməsi məqsədəuyğundur. O da nəzərə alınmalıdır ki, 2 aprel 2018-ci il tarixli 4Ə-278 nömrə ilə qeyd edilmiş Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən sonra mübahisəli torpaq sahəsinin ölçüsünə dəyişiklik edilərək verilmiş yeni Çıxarış kollegiya tərəfindən əldə edilmiş və iş materiallarına əlavə edilmişdir ki, həmin Çıxarışın da qeydiyyat tarixi, nömrəsi və reyestr nömrəsi yuxarıda istinad olunmuş xx.xx.2021-ci il tarixli Çıxarışla eynidir. Bu da onu deməyə əsas verir ki, həmin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli Çıxarışın verildiyi dövlət reyestri qeydində mövcud olan ölçü və koordinatlar hal-hazırda 0.0940 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 157.4 m2 olan fərdi yaşayış evinin koordinatlarını göstərir ki, hazırki qətnamə ilə məhz həmin 0.0940 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras əmlak olaraq qəbul edilmiş və üzərində miras payları müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(046)-1418/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilməli, X12 məxsus ünvan 3 ünvanındakı 0.0940 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 157.4 m2 olan fərdi yaşayış evində İddiaçı 7/12 hissə payı müəyyən edilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, həmin miras əmlakda Cavabdeh1 Qinyaz oğlunun 1/12 hissə məcburi payı müəyyən edilməli, həmin miras əmlakda müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X14, Cavabdeh2 və X11 hər birinin 1/12 hissə məcburi payı müəyyən edilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(046)-1418/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. X12 məxsus ünvan 3 ünvanındakı 0.0940 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 157.4 m2 olan fərdi yaşayış evində vəsiyyətnamə üzrə vərəsə olan İddiaçı payı 7/12 hissə müəyyən edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Həmin miras əmlakda Cavabdeh1 Qinyaz oğlunun məcburi payı 1/12 hissə müəyyən edilsin. Həmin miras əmlakda müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X14, Cavabdeh2 və X11 hər birinin məcburi payı 1/12 hissə müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev