Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1185/2023 15.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, iddiaçılar İddiaçı1(eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7 və İddiaçı8 nümayəndəsi), İddiaçı3, İddiaçı5 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh3nə və digərlərinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddiası əsasında başlanmış mülki işə baxmış Qəbələ Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27 iyul 2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsi, JN-0056 KOD 40604048 saylı dövlət aktına əsasən verilmiş 3,87 hektar torpaq sahəsi ilə bağlı İddiaçı1 ilə Cavabdeh3 arasında Qəbələ rayon Dövlət Notariat Kontorunda bağlanmış 02 mart 2006-cı il tarixli, 4Ə-02/1204 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh3 həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçılar tərəfindən “iddiadan imtina edilməsi barədə” ərizə Məhkəməyə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər öz aralarında razılaşma əldə ediblər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1(eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7 və İddiaçı8 səlahiyyətli nümayəndəsi), İddiaçı3, İddiaçı5 iddiadan imtina etdiklərini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. “İddiadan imtina barədə” ərizəni və iş materiallarını araşdıran Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 52.1-ci maddəsinin tələblərinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. MPM-nin 384.0.5-ci maddəsində qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(025)-910/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1185/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1185/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver