Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1190/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və maraqlı şəxs İsmayıllı rayonu Notariat Ofisinə qarşı daşınmaz əmlakın alğısatqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, fərdi yaşayış evinin boşaldılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(037)-564/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) və İsmayıllı rayonu Notariat Ofisinə (bundan sonra maraqlı şəxs) qarşı iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" İKB ASC) ilə Cavabdeh arasında bağlanmış və İsmayıllı rayonu Notariat Kontorunda notarial qaydada təsdiq edilmiş 26 yanvar 2018-ci il tarixli AN-İİ №0675290 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən fərdi yaşayış evi və İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada 26 yanvar 2018-ci il tarixli, ANİİ No ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən, ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsinin və həmin kənddə yerləşən ümumi sahəsi 122.96 kv.metr olan fərdi yaşayış evinin nisyə alğı-satqı qaydasında 23314 manat qiymətə cavabdehə satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən cavabdeh ilkin olaraq 2041,80 manat məbləğində vəsaiti iddiaçının hesabına ödəmiş, qalan 21272,20 manatı isə 26 avqust 2023 cü il tarixinədək hər ay 300 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 2041,80 manat məbləğində vəsait iddiaçıya ödənildikdən sonra İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilənin 5ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı iddiaçıya lazimi ödənişlər edilməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün 21 dekabr 2021-ci il tarixdə cavabdehə yazılı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı iddiaçıya lazimi ödəniş edilməmiş, İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. İddiaçı ilə cavabdeh arasında 26 yanvar 2018-ci tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli AN-İİ №0675290 saylı daşınmaz əmlakın alıı-satqı müqaviləsi ləğv edilməsi, iddiaçının mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və həmin kənddə yerləşən, ümumi sahəsi 0,1 heltar olan torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(037)-564/2022 saylı qətnaməsi (hakim R.Şirinov) ilə iddia tələbinin təmin edilməsi, “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" İKB ASC) ilə Cavabdeh arasında bağlanmış və İsmayıllı rayonu Notariat Kontorunda notarial qaydada təsdiq edilmiş 26 yanvar 2018-ci il tarixli AN-İİ №0675290 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən fərdi yaşayış evi və İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsinin boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada 26 yanvar 2018-ci il tarixli, AN-İİ No ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən, ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsinin və həmin kənddə yerləşən ümumi sahəsi 122.96 kv.metr olan fərdi yaşayış evinin nisyə alğı-satqı qaydasında 23314 manat qiymətə cavabdehə satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən cavabdeh ilkin olaraq 2041,80 manat məbləğində vəsaiti iddiaçının hesabına ödəmiş, qalan 21272,20 manatı isə 26 avqust 2023 cü il tarixinədək hər ay 300 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 2041,80 manat məbləğində vəsait iddiaçıya ödənildikdən sonra İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilənin 5ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı iddiaçıya lazimi ödənişlər edilməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün 21 dekabr 2021-ci il tarixdə cavabdehə yazılı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı iddiaçıya lazimi ödəniş edilməmiş, İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. İddiaçı cavabdehlə bağlanmış 26 yanvar 2018- ci il tarixli AN-İİ №0675290 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməsi, iddiaçının mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və həmin kənddə yerləşən, ümumi sahəsi 0,1 heltar olan torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir, İsmayıllı rayonu Notariat Ofisinin notariusu Abdulla Cabbarovun dövründə həmin notariusun depozitinə ödənişlər etdiyini, ümumilikdə depozitə 5640 manat ödədiyini, notarius Abdulla Cabbarov vəfat etdiyindən hazırda depozitdə qalan pulları götürmək mümkün olmadığını, hazırda İsmayıllı rayonu Mican kəndində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evindən başqa qalacaq yerinin olmadığını bildirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Maraqlı şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli, AN-İİ No ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada ləğv etməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. 26 yanvar 2018-ci il tarixli, AN-İİ No ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi vaxtından əvvəl ləğv edildiyindən iddiaçının mülkiyyətində olan, İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən fərdi yaşayış evi və İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 567, 600-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin şərtinə əsasən satıcı Banka ilkin olaraq 2041,80 manat ödəniş etmiş, qalan məbləğ isə hər ay 300 manat olmaqla 26 avqust 2023-cü il tarixədək ödənilib qurtarmalı idi. Lakin həyat yoldaşı ağır böyrək çatışmamazlığı xəstəliyinə tutulduğundan, onun müalicəsi ilə əlaqədar daim xəstəxanalarda olmağı, müalicə xərclərinə külli miqdarda xərci çıxdığına görə müqavilə şərtlərini tam yerinə yetirə bilməmişdir. Həyat yoldaşı qeyd edilən xəstəlikdən 20 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Bütün bu çətinliklərə baxmayaraq o iddiaçı Banka 8440 manat ödəniş etmişdir. İsmayıllı hotariat ofisinin xüsusi notariusi Abdulla Cabbarovun işlədiyi dövrdə Bankın hesabına 5640 manat pulu ödəmişdir, həmin məbləğ notariatın depozit hesabına yerləşdirilmişdir. Lakin xüsusi notariusun ölümü ilə əlaqədar hələlik həmin məbləği Bankın hesabına köçürmək mümkün olmamışdır. Bu barədə AR Ədliyyə Nazirliyinin müraciətiə cavab olaraq rəsmi bildirişindən görünür ki, həmin məbləğin də Banka köçürülməsi həll ediləcəkdir. Beləliklə o Bankla nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 8440 manat ödəniş etmiş, qalıq məbləğ 10974 manat təşkil edir ki, həmin məbləği də müqavilədə nəzərdə tutulan 26 avqust 2023-cü ilədək olan müddətdə ödəyəcək. Birinci instansiya məhkəməsi mülki mübahisəyə nəticə verərkən AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə istinad edərkən işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, onun tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmamışdır. O satın aldığı daşınmaz əmlakın dəyərinin əsas hissəsini ödəmişdir və satıcıya elə bir əhəmiyyətli zərər dəyməmişdir. Müqavilə üzrə dəyərin ödəniş müddəti bitənədək tərəfindən əmlakın dəyəri tam ödəniləcəkdir. Beləliklə də məhkəmə qeyd edilən maddi hüquq normasından istifadə etsə də düzgün tətbiq etməmişdir. Həmin maddi hüquq normasını tətbiq etməklə məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Məhkəmə yalnız iddiaçının izahatına və onun təqdim etdiyi sübutlara istinad etmiş, lakin işin faktiki hallarını nəzərə almamışdır. Nəticədə iddianı təmin etməklə tamamilə səhv nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq o, İsmayıllı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(037)-564/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq proses tərəfləri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2–ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. İsmayıllı Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(037)-564/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(037)-564/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada 26 yanvar 2018-ci il tarixli, AN-İİ No ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən, ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsinin və həmin kənddə yerləşən ümumi sahəsi 122.96 kv.metr olan fərdi yaşayış evinin nisyə alğı-satqı qaydasında 23314 manat qiymətə cavabdehə satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən cavabdeh ilkin olaraq 2041,80 manat məbləğində vəsaiti iddiaçının hesabına ödəmiş, qalan 21272,20 manatı isə 26 avqust 2023 cü il tarixinədək hər ay 300 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 2041,80 manat məbləğində vəsait iddiaçıya ödənildikdən sonra İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı iddiaçıya lazimi ödənişlər edilməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün 21 dekabr 2021-ci il tarixdə cavabdehə yazılı xəbərdarlıq məktubu göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı iddiaçıya lazimi ödəniş edilməmiş, İsmayıllı rayonu Mican kəndində yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, mülki iş materiallarına əlavə edilən 26 yanvar 2018-ci il tarixli, AN-İ №0675290 nömrəli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən, ümumi sahəsi 0,1 hektar olan torpaq sahəsi və həmin ünvanda yerləşən ümumi sahəsi 122.96 kv.metr olan fərdi yaşayış evi nisyə alğı-satqı qaydasında 23314 manat qiymətə Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən cavabdeh ilkin olaraq 2041,80 manat məbləğində vəsaiti iddiaçının hesabına ödəmiş, qalan 21272,20 manatı isə 26 avqust 2023 cü il tarixinədək hər ay 300 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan AR ƏN İsmayıllı Notariat Ofisinin 02 noyabr 2022-ci il tarixli, 1343 saylı cavab məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" İKB ASC (Yelo Bank ASC) arasında bağlanmış və İsmayıllı rayonu notariat ofisində notarial qaydasında təsdiq edilmiş 26 yanvar 2018-ci il tarixli 4Ə- 68 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə “YeloBank “ASC-nin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 122.96 kv.m fərdi yaşayış evi ilə bağlı alıcı Cavabdeh tərəfindən İddiaçı ASC-nin hesabina 01 aprel 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək notariusun depozit hesabı vasitəsi ilə satıcıya ümumilikdə 9500 (doqquz min beş yüz) manat pul məbləği ödənilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən Yelo Bank” ASC-nin hesabina notariusun depozit hesabı vasitəsi ilə 9500 manat pul məbləği ödənilsə də, həmin məbləğin ödənilməsi 26 yanvar 2018-ci il tarixli 4Ə- 68 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən irəli gələn şərtlərin tam yerinə yetirilməsi üçün kifayət deyildir. Bu isə onu deməyə əsas verir ki, mülki iş üzrə iddiaçı təşkilat 26 yanvar 2018-ci il tarixli, AN-İ №0675290 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliklərə əməl etsə də, Cavabdeh sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, hazırda borclu olduğu pulu iddiaçıya ödəməkdən yayınmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 21 dekabr 2021-ci il tarixli, KBD20593 nömrəli xəbərdarlıq məktubunun surətindən də görünür ki, cavabdeh alğısatqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsini təmin etmək ondan tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh xəbərdar edirlməsinə baxmayaq, o eyni qaydada müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Hazırki halda tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında nisyə alqısatqı müqaviləsi bağlanılıb və iddiaçı həmin müqaviləyə istinad edərək nisyə satdığı evə görə qalan borcu cavabdehdən tələb edir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi əşyanın nisyə satışı sayılır. Əşyanın qabaqcadan ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə, əşyanın nisyə satışında müqavilənin əsas şərti olan ödənilmədən qəbul edilmiş əşyanın dəyərinin ödənilməsi vəzifəsi isə alıcının üzərinə düşür. Eyni zamanda əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməzsə, satıcı öz seçimi ilə verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş əşyanın qaytarılmasını tələb edə bilər. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, satıcı Banka ilkin olaraq 2041,80 manat ödəniş etmiş, qalan məbləğ isə hər ay 300 manat olmaqla 26 avqust 2023-cü il tarixədək ödənilib qurtarmalı idi. Lakin həyat yoldaşı ağır böyrək çatışmamazlığı xəstəliyinə tutulduğundan, onun müalicəsi ilə əlaqədar daim xəstəxanalarda olmağı, müalicə xərclərinə külli miqdarda xərci çıxdığına görə müqavilə şərtlərini tam yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh 26 yanvar 2018-ci il tarixli, AN-İ №0675290 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin onun tərəfindən icra edilmədiyini qəbul etmişdir. Lakin həmin vaxtlarda cavabdehin həyat yoldaşının ağır böyrək çatışmamazlığı xəstəliyinə tutulması, onun müalicəsi ilə əlaqədar daim xəstəxanalarda olması və müalicə xərclərinə külli miqdarda xərcinin çıxması cavabdehi müqavilə üzrə öhdəliklrini yerinə yetirməsindən azad etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(037)-564/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(037)-564/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1190/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1190/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver