Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-12/2023 09.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mustafayev İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxaılma» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxaılma, preyudisiallıq ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı Mustafayev İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxaılma» tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(033)-221/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Mustafayev İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən onun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 3000 manat kompensasiya verilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Mustafayev İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdeh X1 RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 7000 manat kompensasiya verilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən xüsusi mülkiyyətində olan 1998-ci ildə tikilmiş 12 sot həyəti olan fərdi yaşayış evi vardır. Həmin ev o ailə quranadək mövcud olan evdir. Evə və həyətyanı torpaq sahəsinə dair DƏDR-dən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Ev onun xüsusi mülkiyyətində olsa da, cavabdehin həmin evdə istifadə hüququ olduğu üçün lazımi qaydada hüquqlarını həyata keçirə bilmir. Cavabdeh onun keçmiş arvadıdır və o uzun müddətdir ki, valideynlərinə məxsus evdə yaşayır. Cavabdehin valideynlərinin yaşadıqları ev Balakən rayonunun Katex kəndində yerləşir və sonuncu həmin kənddə yerləşən məktəbdə işləyir. Cavabdeh 2015-ci ildən onun evində yaşamır. Zaqatala rayon məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli (033)-1011/2019 saylı qətnaməsi ilə cavabdehin onun evində istifadə hüququnun olması müəyyən edilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehin onun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna 7000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı (sədrlik edən hakim E.Məmmədov) qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən iddiaçı Mustafayev İddiaçı xüsusi mülkiyyətində olan evdən 7000 manat kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və o, evdən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş üzrə cavabdeh X3 iddiaçının keçmiş arvadıdır. Mübahisə predmeti olan Zaqatala rayonun Aşağı Tala kəndində yerləşən ev iddiaçının mülkiyyətindədir. İddiaçı Mustafayev İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xüsusi mülkiyyətində olan evdən 7000 manat məbləğdə kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmədə işə mahiyyəti üzrə baxılarkən iddiaçı 7000 manatdan artıq olmamaqla kompensasiya məbləğinin cavabdehə ödənilməsinə razı olduğunu bildirmiş, beləliklə, mübahisələndirilən yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması üçün iddiaçı tərəfdən təklif olunan 7000 manat kompensasiya məbləğinin yaranmış vəziyyətdə yetərli olub-olmamasının araşdırılması zərurəti yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı işin faktiki hallarını hərtərəfli araşdırdıqdan sonra belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfdən təklif edilmiş 7 000 manat kompensasiya məbləği cavabdehin sözügedən evdə istifadə hüququna xitam verilməsi, onun həmin evdən çıxarılması üçün yetərli hesab edilməlidir. Belə ki, mübahisələndirilən ev hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlə qohumluq münasibətləri belədir ki, cavabdeh onun keçmiş arvadıdır. Cavabdeh iddiaçıya məxsus evə gəlin kimi köçmüş və həmin vaxtdan cavabdehin evdən istifadə hüququ yaranmışdır. Həmin evin ümumi sahəsi cəmi 121,70 kvm-dir. Fərdi yaşayış evi tam olaraq hazır deyildir. Otaqların döşəməsi və tavanı vurulmamış, yarımçıqdır. Kommunal şəraiti qənaətbəxş deyildir. Həmin ev iki yaşayış otağından ibarət olmaqla, aylıq kirayə haqqı 60 manat təşkil edir. İşin faktiki halları iş materialları və məhkəmə tərəfindən yerli baxış vaxtı müəyyən olunmuş nəticələrlə təsdiq olunur. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.1 və 228.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-ci maddələri ilə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tаrixli, 2(107)-1265/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı qətnaməsi təklif edilən kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilməsi, Cavabdeh Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən iddiaçı Mustafayev İddiaçı xüsusi mülkiyyətində olan evdən 9000 (doqquz min) manat kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(102)- 537/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2020-ci il tаrixli, 2(107)-1265/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(033)-221/2020 is nömrəli qətnaməsini aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, Zaqatala Rayon Məhkəməsi hansı meyralara əsasən onun 7000 manat kompensasiya verilməklə RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmağımı öz qətnaməsində əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin, iş materiallarmdan da göründüyü kimi, Zaqatala Rayon Məhkəməsi verilməli olan kompensasiyanın hesablanması üçün zəruri olan bazar qiymətini müəyyən etmədən, yalnız iddiaçının ərizəsinə istinad etməklə iddianı təmin etmişdir. Halbuki, RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması üçün ödənilməli olan minimum kompensasiyanın miqdarı 12000-15000 manat arasıdır. İddiaçı isə həmin məbləği ona ödəmək istəmir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyası Konstitusiya Məhkəməsinin qərarları; “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, “MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan (iddiaçı və ya cavabdeh qismində) asılı olmayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. Bu əsasa görə də, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, apelyasiya və kassasiya instansiyaları məhkəmələri MPM-in 82.3-cü maddəsini tətbiq etməmiş, mübahisəli torpaq sahəsinin M.Xocalıyevin qanuni istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən bunu sübut etməkdən azad olunan hal kimi qiymətləndirməmişlər. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasmı yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında da qeyd olunur ki, “Azərbavcan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırdmış, qiymətləndirilmiş, tələbin və (və va) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 aprel 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evi iddiaçı Mustafayev İddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin isə həmin evə istifadə hüquqlu vardır. İddiaçı 7000 manat kompensasiya ödəməsi şərtilə cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Sonradan iddiaçı mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən bu məbləğin az olduğu qənaətinə gəlmiş və buna görə də həmin məbləği artıraraq qarşı tərəfə 9000 manat kompensasiya təklif etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 may 2021-ci il tаrixli, 2(102)- 537/2021 saylı yuxarıda qeyd edilən qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, cavabdehin təqdim etdiyi məlumat və sənədlərdən görünür ki, Cavabdeh mübahisə predmeti olan evin birgə nikah dövründə inşa edildiyinə istinad edərək onun üzərində bərabər payının müəyyən edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin iddianın təmin edilməməsi barədə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi tərəfindən icraata götürülərək baxışa təyin edilmişdir. Bu fakt həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(107)-964/2021-ci il tarixli bildirişi ilə təsdiqlənir. Kollegiya hesab etmişdir ki, Cavabdeh mübahisə predmeti olan evə payının müəyyən edilməsi barədə qaldırdığı iddia üzrə çıxarılacaq yekun məhkəmə aktı hazırkı iş üzrə iddianın düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, həmin işdə Cavabdeh iddiası təmin olunacağı halda mübahisəli evə münasibətdə onun hüquqi vəziyyəti dəyişə bilər. Bu baxımdan artıq yuxarı məhkəmənin icraatında olan həmin işə baxılıb qurtarmadan bu iş üzrə yekun məhkəmə aktının çıxarılması hazırkı məqamda mümkün deyil. Yüksək instansiya məhkəməsinin qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1265/2020 xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Mustafayev İddiaçı qarşı birgə nikah dövründə alınmış torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evində payların bərabər olmasının müəyyən edilməsi, onun cavabdehdə olan birgə nikah dövründə alınmış 0,1120 ha torpaq sahəsində inşa etdikləri ümumi sahəsi 121,70 kv.m olan fərdi yaşayış evində payların bərabər olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim A.İsmayılov) 30 noyabr 2018-ci il tarixli, 2(033)1172/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2018ci il tarixli, 2(033)-1172/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh Mustafayev İddiaçı mülkiyyətində olan, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, birgə nikah dövründə alınmış 0,1120 ha torpaq sahəsində inşa etdikləri ümumi sahəsi 121,70 kv.m olan fərdi yaşayış evinə iddiaçı Cavabdeh bərabər payı (hər birinə ½ hissə olmaqla) müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini alımışdır. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiyanın qənaətinə görə mübahisəli evə münasibətdə onun hüquqi vəziyyəti dəyişmişdir. Artıq hazırkı halda iddia tələbinə mübahisəli evə dair Cavabdeh istifadə hüququna münasibətdə deyil, onun mübahisəli evə dair mülkiyyət hüuquna münasibətdə qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, birgə nikah dövründə alınmış 0,1120 ha torpaq sahəsində inşa etdikləri ümumi sahəsi 121,70 kv.m olan fərdi yaşayış evinə iddiaçı Cavabdeh bərabər payı (hər birinə ½ hissə olmaqla) müəyyən edildiyindən və həmin mübahisəli yaşayış evində hazırkı iş üzrə cavabdehin mülkiyyət hüququ mövcud olduğundan iddiaçı kopensasiya verməklə cavabdehin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlı olmamışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi əsassız, apellyasiya şikayəti isə əsaslıdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 mart 2020-ci il tаrixli, 2(033)-221/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-12/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-12/2023
09.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver