Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1210/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X12 ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülkiiş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 364/2020nömrəli qətnaməsindən Cavabdeh və maraqlı şəxs X17tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Zaqatala rayonu Çobankol kəndində yerləşən 159.10 kvm sahəsi olan fərdi yaşayış evinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, X1 miras qalmış Zaqatala rayonu, Çobankol kəndində yerləşən 159,10 kvm sahəsi olan fərdi yaşayış evinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-364/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, X1 miras qalmış Zaqatala rayonu Çobankol kəndində 0,012220 ha torpaq sahəsi üzərində yerləşən 159.10 kvm sahəsi olan fərdi yaşayış evinə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh və maraqlı şəxs X17 apelyasiya şikayətləri verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-364/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 Zaqatala rayonu, Çobankol kəndində 2013,48 kvm həyətyanı sahəsi və həmin sahədə fərdi yaşayış evi vardır. Qeyd olunan torpaq sahəsi Zaqatala rayon X11 xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarı ilə mərhum X4 mülkiyyətinə verilmiş və onun həmin əmlak üzərində hüquqları A seriyalı 522689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. X9 xx xxxx 2012-ci il tarixdə və anası olan X8 xx xxxx 2015-ci il tarixdə vəfat etmişlər. Onların ölümündən sonra Zaqatala rayonu, Çobankol kəndində 2013.48 kvm həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində zəlzələ ilə bağlı FHN tərəfindən inşa edilmiş ümumi sahəsi 159.10 kvm olan 5 otaqlı yaşayış evinə mirası o və Cavabdeh qəbul etmişlər. Zaqatala rayon ərazisində FHN tərəfindən inşa edilmiş evləri heç birinə Çıxarış verilməmişdir. Ona görə də o, mübahisəli yaşayış evinə çıxarışın alınması üçün DƏDRXnin 18 saylı Ərazi İdarəsinə müraciət etmişdir. X4 vəfatından sonra təsərrüfatı xx xxxx 2015-ci ildə vəfat etmiş anası idarə etmişdir. Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində dövlət tərəfindən halhazırda mübahisələndirdikləri ev inşa edilmişdir. Ona görə də həmin fərdi yaşayış evinə “çıxarış” mərhum anası olan X2 adına işlənmişdir. Lakin qardaşı həmin evdən istifadə etməyə ona imkan vermir. Evin 1 otağından o istifadə edir. Cavabdeh qalan otaqları zəbt edərək onun digər otaqlardan istifadəsinə maneçilik törədir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi də mərhum atası və anasından miras qalmış Zaqatala rayonu Çobankol kəndində yerləşən FHN tərəfindən inşa edilmiş ümumi sahəsi 159.10 kvm olan 5 otaqlı yaşayış evinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbidir. O vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdir. Ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı vəkili X21 İddiaçı izahatına uyğun çıxış edərək Zaqatala rayonu Çobankol kəndində yerləşən mərhum anası X1 miras qalmış 0,012 ha torpaq sahəsi üzərində yerləşən 159,10 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evindən mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh və maraqlı şəxs X17 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırki iddia məhkəmədə baxılmalı deyildir. MPM-in 151-ci maddəsinə əsasən geri qaytarılmalı və ya baxılmamış saxlanılmalı idi. Bundan başqa arayışdan və torpaq şəhadətnaməsindən göründüyü kimi onun bacı və qardaşları vardır. Lakin, onlar məhkəmə iclasında onların cəlb olunmasını xahiş etsələr də onlar cəlb edilmədən qətnamə çıxarılmışdır. Bundan başqa notarius məktubunda imtina etdiyini bildirməmişdir. Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, miras qalmış evin yerləşdiyi torpaq sahəsi X13. X2, Cavabdeh və X10 mülkiyyətinə verilmişdir. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur və torpaq üzərində olan hüquq isə istifadə hüququdur. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-364/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 847892 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 04 nömrəli qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 847891 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2012-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 06 nömrəli qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon 2 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 65 nömrəli məktubdan görünür ki, xx xxxxxx 2012ci il tarixdə ölmüş X20 və xx xxxx 2015-ci il tarixdə ölmüş X1 miras qalmış Zaqatala rayonu Çobankol kəndində yerləşən yaşayış evi və torpaq sahəsindən ona düşən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Çobankol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 283 nömrəli arayışından görünür ki, mərhum mərhum X6 öldüyü günədək, xx.xx.2015-ci il tarixədək Zaqatala rayonunun Çobankol kəndində qeydiyyatda olduğu evdə yaşamışdır. Mərhumun vəfatından sonra həmin evdə iki oğlu Cavabdeh və İddiaçı bu günədək ailələri ilə birgə yaşayırlar. Digər oğlu X18 anası X2 vəfatından sonra təsərrüfatdan ayrılmış və ayrıca evdə yaşayır. X5 1999-cu ildə Əliabad qəsəbəsinə ərə gedib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********36-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Çobankol kəndində yerləşən 0,012220 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 159,10 kvm olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. Öyrənilən işdən bəlli olur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçı və müstəqil tələb irəli sürən şəxsin mübahisəli miras əmlaklara dair paylarının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olubolmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının iclasında tədiqiq olunmuş sənədlərdən müəyyən edildi ki, iddiaçının anası X7 xx xxxx 2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Zaqatala rayonu, Çobankol kəndində yerləşən 0,012220 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 159,10 kvm olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur. Tərəflərin anası olan X2 vəfatından sonra tam mülkiyyət hüququ əsasında ona məxsus olmuş fərdi yaşayış evində onun vərəsələri olan İddiaçı və Cavabdeh yaşayırlar. Mülki iş üzrə tərəflər miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edirlər. İddiaçı anasının vəfatından sonra həmin evdə yaşamış, mirası qəbul etmiş, lakin miras qalmış əmlaka dair vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etməmişdir. İddiaçı miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqıında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən isə ona digər vərəsə olan CavabdehVahid oğlu ilə arasında mübahisə olması əsası ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi miras qoyan şəxs X7 2015-ci il tarixdə vəfat etmişdir. Kollegiya hesab edir ki, miras qoyan şəxs – X7 2015-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) MM-in 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə kollegiyasının iclasında iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras əmlak vərəsələrdən yalnız İddiaçı və Cavabdeh tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş materialları ilə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh və maraqlı şəxs X17 tərəfindənverilmiş apelyasiya şikayətləri təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-364/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(107)-1210/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1210/2020
04.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver