Məhkəmə qərarları › İş №2(107)-1211/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1211/2021

28.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1211/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı qanun üzrə X17 şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında aparılmış müvafiq qeydlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair ilk; Cavabdeh2 İddiaçı, Zaqatala rayon 2 saylı Notariat ofisinə, DƏDRX 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və vəsiyyətnamə üzrə X17 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında verilmiş çıxarışın və çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(033)-153/2020 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şaban oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(033)-153/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) ilk iddia təmin olunmuş, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 04 fevral 2013- cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X17 şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında iş üzrə Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçı, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və qarşılıqlı iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Zaqatala rayonu X16 05.12.2006-cı il tarixdə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi, Zaqatala rayonu 1 saylı X13, 29.07.2009-cu il tarixdə 2V- 58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyətnamə üzrə X17 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə üzrə X17 şəhadətnamə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin isə rədd edilməsi, İddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 iddia ərizələri ilə bağlı dövlət rüsumu olaraq ödədikləri 10 (on) manatın özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İlkin iddia ərizəsi üzrə İddiaçı qanun üzrə X17 şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında aparılmış müvafiq qeydlərin etibarsız hesab edilməsi və verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X17 şəhadətnamələrin etibarsız sayılması (hesab edilməsi), o cümlədən, iş üzrə Cavabdeh2 adına 12 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın; həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və 12 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın; həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Azərbayçan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 ərizə ilə müraciət edərək iddia ərizəsinin “xahiş etdi” hissəsində yol verilmiş texniki səhvin nəzərə alınması və dövlət reyestrindən çıxarışların verilmə tarixlərinin “12 fevral 2013” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsinin ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İlkin iddia ərizəsi üzrə Cavabdeh2 Hacı oğlunun vəkili və nümayəndəsi Vəkil1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu X16 05.12.2006-cı il tarixdə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsinə, Zaqatala rayonu 1 saylı X13, 29.07.2009-cu il tarixdə 2V- 58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyətnamə üzrə X17 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə, həmin vəsiyyətnamə üzrə X17 şəhadətnamə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın, həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Azərbayçan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1 ərizə ilə müraciət edərək qarşılıqlı iddia ərizəsinin “xahiş edirəm” hissəsinin 3-cü bəndində “çıxarışın” dedikdə ******* saylı MH seriyalı, qeydiyyat nömrəsi ********** olan İddiaçı adına olan çıxarış başa düşülməsini, alqısatqı müqaviləsi dedikdə 11.08.2009-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi başa düşülməsini, alqı-satqıdan sonra alınmış çıxarışın ləğv edilməsi sözlərinin isə iddiadan çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı ddia üzrə iddiaçının vəkili və nümayəndəsinin ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X1 ünvan 1ində JN seriyalı 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən 0,40 ha və JN seriyalı 342B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən 0,15 ha həyətyanı, o cümlədən, A seriyalı 164769 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən 3374 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Onun nənəsi olan X14 22 sentyabr 2007-ci il tarixdə, babası isə 27 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Onun atası Ərəbov Famil Hacıömər oğlu nənə və babasından əvvəl yəni 22 noyabr 2006-cı il tarixdə öldüyündən o birinci dərəcə vərəsə hesab olunmuşdur. Qeyd olunan torpaq sahələrdindən JN seriyalı 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən onun mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X5 mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair iddiaçının babası Ərəbov Hacıömər Şaban oğlundan qalmış paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq, 29 iyul 2009-cu il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda ona 2V-58 reyestr nömrəli "Vəsiyyətnamə üzrə X17 şəhadətnamə" verilmişdir. Onun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Lakin 2019-cu ildə nənə və babasından miras qalmış digər həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının tanıtdırılması üçün müraciət etdikdə əmisi ilkin iddia üzrə Cavabdeh2 04.02.2013-cü il tarixdə öz adına dövlət reyestrində qeydiyyata aldırdığı müəyyən olunmuşdur. Bu səbədən həmin aparılmış qeydiyyatın və qeydiyyatın aparılması üçün əsas olmuş qanun üzrə X17 şəhadətnamələrin ləğv edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. O ilkin iddia ərizəsinin təmin edilməsini və iş üzrə cavabdeh olan əmisi Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi ilkin iddia ərizəsi üzrə İddiaçı mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X1 ünvan 1ində JN seriyalı 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən 0,40 ha və JN seriyalı 342B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən 0,15 ha həyətyanı, o cümlədən, A seriyalı 164769 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən 3374 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. İddiaçı mərhum babası Ərəbov Hacıömər Şaban oğlu 05 dekabr 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən, ona məxsus olmuş bütün əmlakları nəvəsi, hazırki iş üzrə İddiaçı vəsiyyət etmişdir. İddiaçı mərhum nənəsi X7 münasibətdə isə, iddiaçının atası Ərəbov Famil Hacıömər oğlu 22 noyabr 2006cı il tarixdə, yəni, valideyinləri olmuş 27 aprel 2007-ci il tarixdə ölmüş atası - Ərəbov Hacıömər Şaban oğlundan və 22 sentyabr 2007-ci il tarixdə ölmüş anası - X1 əvvəl öldüyü üçün, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən nənəsinin də birinci dərəcəli vərəsə hesab olunur. Qeyd olunan torpaq sahələrdindən JN seriyalı 342A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-yə əsasən İddiaçı mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X5 mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair iddiaçının babası Ərəbov Hacıömər Şaban oğlundan qalmış paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq, 29 iyul 2009-cu il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda ona 2V-58 reyestr nömrəli "Vəsiyyətnamə üzrə X17 şəhadətnamə" verilmişdir. İddiaçının qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmləşdirilmişdir. Lakin 2019-cu ildə iddiaçı mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X1 miras qalmış digər daşınmaz əmlaklar, yəni, 342B nömrəli- “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd olunan 0,15 ha həyətyanı və A serivalı 164769 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 3374 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüquqlarını tanıtmaq istədikdə məlum olmuşdur ki iddiaçının əmisi iş üzrə Cavabdeh2 04 fevral 2013-cü il tarixdə qanunsuz yollarla mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X1 miras qalmış həmin əmlaklara öz adına 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X17 şəhadətnamə"lər almış və həmin əmlaklar üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. İddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi 2V37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X17 şəhadətnamə"lərin qanunsuz və əsassız olaraq verilməsi səbəbindən etibarsız sayılması və həmin əmlaklar üzərində Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsini istəməsidir. Bu səbəbdən hüquqlarını müdafiə etdiyi iddiaçının Cavabdeh2 qarşı olan ilkin iddiasının təmin edilməsini və cavabdehin iddiaçıya qarşı olan qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilkin iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ilkin iddia ərizəsində göstərilən X17 şəhadətnamələr verilərkən bütün digər qanun üzrə və vəsiyyət üzrə vərəsələr notariusda öz razılıq və imtina ərizələrini yazmışlar. Bundan başqa iddia ərizəsində iddia edilir ki, 2013-cü ildə verilmiş şəhadətnamələr etibarsız sayılsın, o cümlədən 2012-ci ildə verilmiş çıxarışlar ləğv edilsin. 2013-cü ildə verilmiş vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların tarixləri 2012-ci il ola bilməz. Bundan başqa işə əlavə edilmiş 29.07.2019-cu il tarixli vəsiyyətnamə üzrə X17 şəhadətnamədə qeyd edilir ki, Notariat Kontorunda 06.07.2005-ci ildə təsdiq edilən vəsiyyətnamə əsasında Aşağı Tala kəndində yerləşən JN342A, kod: 40200028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha torpaq sahəsindən Hacıömər Ərəbova məxsus 0,20 ha torpaq sahəsinə vəsiyyətnamə üzrə X17 şəhadətnamə verildi. İşə əlavə edilmiş digər vəsiyyətnamədən görünür ki, Hacıömər Ərəbov 05.12.2006-cı ildə Zaqatala rayon X16 başqa bir vəsiyyətnamə yazmışdır. Buradan görünür ki, mərhum 2 dəfə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamələrin 1-cisi notariusda, 2-cisi isə bələdiyyədə yazılmışdır. Əvvəla bələdiyyədə yazılmış vəsiyyətnaməni onlar mübahisələndirirlər. Həmin vəsiyyətnamədəki imzalar Hacıömər Ərəbova məxsus deyildir. Bundan başqa Mülki Məcəllənin 1223-cü maddəsində qeyd olunur ki, əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. Həmin maddədən görünür ki, notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Həmin Məcəllənin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Mülki Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan qanunlara əsasən hesab edirik ki, bələdiyyə tərəfindən təsdiq olunması iddia edilən vəsiyyətnamə etibarsız hesab edilməlidir. Bundan başqa 29.07.2019-cu il tarixli 2V-58 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə X17 şəhadətnamə etibarsız hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının... vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 21.08.2019-cu il tarixli 2- 1(107)- 409/2019 saylı qərarı ilə hazırda sözügedən JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş 0,40 ha torpaq sahəsinin 0,20 ha hissədə ləğv edilməsinə dair qərar verilmişdir. Həmin JN-342A nömrəli şəhadətnamədəki 0,40 ha torpaq sahəsi mərhum Hacıömər Ərəbova və mərhum Kəlimət Ərəbovaya məxsusdur. Hansı ki, həmin 0,40 ha torpaq sahəsinin 0,20 ha hissəsi, yəni Kəlimət Ərəbovaya məxsus hissəsi 29.07.2019-cu il tarixli qanun üzrə X17 şəhadətnamə əsasında Cavabdeh2, digər 0,20 ha, yəni Hacıömər Ərəbova məxsus hissəsi isə 29.07.2019-cu il tarixli vəsiyyətnamə üzrə X17 şəhadətnamə əsasında İddiaçı verilmişdir. Yuxarıda adı çəkilən məhkəmə qərarı qüvvədə qaldığı təqdirdə mərhum Hacıömər və Kəlimət Ərəbovlara məxsus 0,40 ha torpaq sahəsi azalaraq 0,20 ha torpaq sahəsi qalmış olur. Belə olan halda yerdə qalan 0,20 ha torpaq sahəsi mərhumlar Kəlimət Ərəbovaya və Hacıömər Ərəbova məxsus olan torpaq sahəsi olduğundan həmin 0,20 ha torpaq sahəsinin yarısı, yəni 0,10 ha hissəsi Kəlimət Ərəbovaya, 0,10 ha hissəsi isə Hacıömər Ərəbova məxsus olmuş olur. Beləliklə, qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməyə əsasən Kəlimət Ərəbovaya məxsus 0,10 ha torpaq sahəsi Cavabdeh2, Hacıömər Ərəbova məxsus 0,10 ha torpaq sahəsinin yarısı, yəni 0,05 ha hissəsi vəsiyyətnamə üzrə İddiaçı, yerdə qalan 0,05 ha hissəsi isə məcburi pay kimi Cavabdeh2 verilməlidir. X20 Məhkəməsinin qətnaməsində qeyd olunan torpaq sahəsinin azaldılması həyata keçərsə, həmin torpaq sahəsinə dair verilmiş vəsiyyətnamə və qanun üzrə vərəsəlik şəhadətnamələri öz hüquqi qüvvələrini itirmiş olur. Notariusun təsdiq etdiyi 29.07.2009-cu il tarixli vəsiyyət üzrə X17n şəhadətnamə verilərkən Cavabdeh2 məcburi pay verilmədən Hacıömər Ərəbova məxsus torpaq sahəsi bütövlükdə İddiaçı verildiyindən Cavabdeh2 məcburi pay almaq hüququ pozulmuşdur. Beləliklə də Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi pozulduğundan vəsiyyət üzrə X17 şəhadətnamə etibarsız hesab edilməlidir. Bütün bu məsələlərin məhkəmə tərəfindən qiymətləndirilərək ilkin iddia ərizəsinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X8 izahatında göstərmişdir ki, o, DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya MH ******* nömrəli 10.08.2009-cu il tarixli çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsini İddiaçı qanuna müvafiq qaydada almışdır. Bununla bağlı aralarında notarial qaydada 11.08.2009-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, həmin torpaq sahəsini hələlik çıxarışla rəsmiləşdirməmişdir. Hazırda həmin torpaq sahəsindən o, özü istifadə edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şaban oğlu аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli 2(107)-1266/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikаyəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Ərəbov Hacıömər Şaban oğlunun özünə məxsus 0,20 ha torpaq sahəsini nəvəsi İddiaçı vəsiyyət etməsilə əlaqədar Zaqatala Rayon 1 saylı X13 29.07.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınınmış vəsiyyətnamə üzrə X17 şəhadətnamənin etibarsız hesab olunması və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli 2(102)-1322/21 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1266/2020 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin (qarşılıqlı iddiaya münasibətdə) ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şaban oğlu apellyasiya şikayətini vəsiyyət edən şəxs Hacıömər Ərəbovun 2 dəfə vəsiyyətnamə yazması, vəsiyyətnamələrin birini notariusda, ikincisini isə bələdiyyədə yazması, əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilməsi, notariat vəsiyyətnaməsinin başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilinməməsi, notariusun təsdiq etdiyi 29.07.2009-cu il tarixli vəsiyyət üzrə X17 şəhadətnamə verilərkən Cavabdeh2 məcburi pay verilmədən Hacıömər Ərəbova məxsus torpaq sahəsinin bütövlükdə İddiaçı verilməsinə görə Cavabdeh2 məcburi pay almaq hüququnun pozulması, məhkəmənin MPM-in 14-cü maddəsinin tələblərini pozaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, bunun üçün işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərməməsi, iş üzrə əhəmiyyət kəsb edən vərəsəlik işlərinin, vəsiyyətnamələrin məhkəmənin sorğusu əsasında tələb olunaraq əldə olunması xahiş edilməsinə baxmayaraq, məhkəmənin yalnız ilkin iddiada mübahisələndirilən vərəsəlik şəhadətnamələrini tələb edib əldə etməsi ilə kifayətlənməsi, qarşılıqlı iddiada yazılmış vəsatət əsasında həmin vəsatətdə qeyd edilmiş vərəsəlik işləri və vəsiyyətnamə deyil, başqa vərəsəlik şəhadətnamələri əldə etməsi, məhkəmənin qətnaməsində ilkin iddia və qarşılıqlı iddia tələbləri üzrə dəyərləndirmə apardığını qeyd etsə də əslində qarşılıqlı iddia tələbi üzrə heç bir araşdırma və dəyərləndirmə aparılmaması, 29.07.2009-cu ildə İddiaçı 2-V-58 saylı vəsiyyətnamə üzrə X17 şəhadətnamə verilən notariat işinin notariat arxivindən tələb edilməməsi və məhkəmə tərəfindən araşdırılmaması, məhkəmənin notariusda təsdiqlənmiş vəsiyyətnaməni Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinin Arxivindən tələb edib əldə etməməsi, məhkəmənin qarşılıqlı iddianın qarşılıqlı 2-V-58 saylı 29.07.2009-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsihissəsini araşdırmaması və qətnamədə qarşılıqlı iddianın bu hissəsinə heç bir hüquqi qiymət verməməsi, məhkəmə tərəfindən MPM-nin 88-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması, qətnamədə Mülki Məcəllənin vərəsəlik hüququnun ümumi müddəalarına dair bölməsindəki maddələrin sadalamaqla kifayətlənməsi və hansı maddənin işin hansı mübahisəli halını tənzimlədiyini göstərməməsi, qətnamənin hüquqi cəhətdən düzgün tərtib edilməməsi, qarşılıqlı iddia üzrə məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaması, baxdığı, araşdırdığı ilkin iddianın sübutlarına isə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməməsi ilə əsaslandırmış və Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2-(033)-153/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, onun apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2- (033)-153/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şaban oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(033)-153/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 05.12.2006-cı il tarixdə Zaqatala rayonu X16 təsdiq edilmiş V-51 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını İddiaçı vəsiyyət etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX) tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 fevral 2013-cü il tarixli reyestrdə 2V-38 nömrə ilə qeyd edilən qanun üzrə X17 şəhadətnamədən görünür ki, 27.04.2007-ci il tarixdə ölmüş Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev,15, p/s korp. yaşayan oğlu - Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş № **********57, 08.11.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin bir hissəsindən, mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus, miras əmlakdan irs almalıdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 3374.32 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma düşən hissədən ibarətdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 fevral 2013-cü il tarixli reyestrdə 2V-37 nömrə ilə qeyd edilən qanun üzrə X17 şəhadətnamədən görünür ki, 22.09.2007-ci il tarixdə ölmüş X9 vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev.15, p/s korp. yaşayan: oğlu -Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş № **********57, 08.11.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin bir hissəsi, mərhum X10 məxsus, miras əmlakdan irs almalıdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 3374.32 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma düşən hissədən ibarətdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 fevral 2013-cü il tarixli reyestrdə 2V-39 nömrə ilə qeyd edilən qanun üzrə X17 şəhadətnamədən görünür ki, 27.04.2007-ci il tarixdə ölmüş Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev,15, p/s korp. yaşayan: oğlu - Cavabdeh2 Azərbaycan Respublakası Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-342B, Kod- 40200028, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997ci il tarixli 64 nömrəli qərarı ilə verilmiş Şəhadətnamə 2889 nömrə ilə qeydiyyata alınmaqla torpaq sahəsinin bir hissəsi Ərəbov Hacıömər Şaban oğluna məxsus, miras əmlakdan irs almalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 1994 nömrəli, 12.12.2012 il tarixli arayışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsindən mərhuma düşən hissəsindən ibarətdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 04 fevral 2013-cü il tarixli reyestrdə 2V-40 nömrə ilə qeyd edilən qanun üzrə X17 şəhadətnamədən görünür ki, 22.09.2007-ci il tarixdə ölmüş X9 vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev,15, p/s korp. yaşayan: oğlu -Cavabdeh2 Azərbaycan Respublakası Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-342B, Kod- 40200028, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 nömrəli qərarı ilə verilmiş Şəhadətnamə 2889 nömrə ilə qeydiyyata alınmaqla torpaq sahəsinin bir hissəsi X10 məxsus, miras əmlakdan irs almalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 1994 nömrəli, 12.12.2012 il tarixli arayışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsindən mərhuma düşən hissəsindən ibarətdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 29 iyul 2009-ci il tarixli reyestrdə 2V-57 nömrə ilə qeyd edilən qanun üzrə X17 şəhadətnamədən görünür ki, Cavabdeh2 mərhum X7 məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsindən 0.20 ha torpaq sahəsinə Qanun üzrə X17 Şəhadətnamə verilmişdir. Təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş 29 iyul 2009-ci il tarixli reyestrdə 2V-58 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə X17 şəhadətnamədən görünür ki, İddiaçı Famiıl oğluna mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsində olan payı, 0.20 ha torpaq sahəsinə, Vəsiyyətnamə üzrə X17 Şəhadətnamə verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-342A kod 40200028 şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X7 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-342B kod 40200028 şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X7 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən 03.08.2012-ci il tarixdə verilmiş 209 nömrəli arayışdan görünür ki, AN seriyalı 164769 nömrəli “Torpaq sahəsinin Planı və Ölçüsü”ndə qeyd olunan 0,3374 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən torpaq sahəsi Ərəbov Hacıömər Şaban oğlu və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X14 22.09.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 55-ci səhifəsində 26.09.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 31-ci səhifəsində 28.04.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Ərəbov Famil Hacıömər oğlu 22.11.2006-cı il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 31-ci səhifəsində 23.11.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı 20.12.1990-cı il tarixdə anadan olmuşdur və bu barədə doğum kitabının 151-ci səhifəsində qeydiyyat aparılmışdır. Onun atası Ərəbov Famil Hacıömər oğlu, anası isə X6r. Surəti iş materiallarında olan 14 mart 2018-ci il tarixli 2(033)-71/2018 nömrəli qətnamədən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh2 məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən RX seriyalı ******* və 0101076 nömrəli Çıxarışlarda göstərilən 0,14 və 0, 3374 ha torpaq sahələrindən cavabdehlər X11 və İddiaçı çıxarılması və həmin torpaq sahələri iddiaçıya təhvil verilməsi qət edilmişdir. Surəti işdə olan 02.08.2013-cü il tarixli reyestrdə 2V-432 nömrə ilə qeyd edilmiş qanun üzrə X17 şəhadətnamədən görünür ki, 27.04.2007-ci il tarixdə ölmüş Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan nəvəsi İddiaçıdur. Surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 29.07.2009-cu il tarixli 623 nömrəli arayışdan görünür ki, ünvan 1i ünvanda yerləşən mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,40 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində Ərəbov Hacıömər Şaban oğlunun və X5 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sorğu əsasında təqdim edilmiş Moskva şəhəri X3 qeydiyyatı şöbəsinin Zamoskvoreskiy bölməsi tərəfindən 10.01.2002-ci il tarixdə verilmiş İİ- МЮ seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01.01.2002-ci il tarixdə ölmüşdür və bu barədə 10.01.2002—ci il tarixdə 931 nömrəli ölüm aktı qeydi hazırlanmışdır. Sorğu əsasında təqdim edilmiş Murmansk şəhər administrasiyasının X3 Qeydiyyatı bölməsi tərəfindən 26.09.2009-cu il tarixdə verilmiş İ- ДП seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 09.04.2009-cu il tarixdə ölmüşdür və bu barədə 12.08.2009-ci il tarixdə 1582 nömrəli ölüm aktı qeydi hazırlanmışdır. Sorğu əsasında təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.01.2013-cü il tarixli 140 nömrəli arayışın suratəndən görünür ki, Ərəbov Hacıömər Şaban oğlu öldüyü günədək Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisləri 1950-ci ildə anadan olmuş Ərəbov Famil Hacığmər oğlu, 1953-cü ildə anadan olmuş X18, 1964-cü ildə anadan olmuş X12, 1934-cü ildə anadan olmuş X14, 1957-ci ildə anadan olmuş Cavabdeh2dur. Sorğu əsasında təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.01.2013-cü il tarixli 140 nömrəli arayışın surətindən görünür ki, X14 öldüyü günədək Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisi Cavabdeh2dur. Surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 12.12.2012-ci il tarixli 1994 nömrəli arayışdan görünür ki, ünvan 1i ünvanda yerləşən mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,15 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində Ərəbov Hacıömər Şaban oğlunun və X5 mülkiyyət hüquqları dövlət qediyyatına alınmışdır. Sorğu əsasında təqdim edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01.08.2012-ci il tarixli 2101 nömrəli arayışın suratəndən görünür ki, Ərəbov Hacıömər Şaban oğlu öldüyü günədək Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisi İddiaçıdur. Surəti iş materiallarında olan 11.08.2009-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsindən görünür ki, İddiaçı DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən 11.08.2009 - cu il tarixdə verilmiş, № 660 - li arayışa əsasən qeydiyyat № **********, tarixi 10.08.2009- cu il, reyestr kitabı 5-ci səhifəsindən 180 olan çıxarış əsasında ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsini alıcı X2 5000 manata daimi olaraq heç bir şərti olmadan satmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 1133, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1160, 1179, 1193, 1196, 1225, 1243, 1245, 1246, 1248.1, 1255, 1261 və 1321.1-ci maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinə və N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına istinad etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1179-cu maddəsinə əsasn vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1193-cü mаddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı mаddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1225-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, X17, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X7 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X7 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Həmçinin, AN seriyalı 164769 nömrəli “Torpaq sahəsinin Planı və Ölçüsü”ndə qeyd olunan 0,3374 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən torpaq sahəsi Ərəbov Hacıömər Şaban oğlu və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. 05.12.2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Ərəbov Hacıömər Şaban oğlu 27.04.2007-ci il tarixdə, X14 22.09.2007-ci il tarixdə ölmüşdür. Eyni zamanda, vəsiyyət edən Hacıömər Ərəbovun oğlu, yəni vəsiyyət etdiyi nəvəsi İddiaçı atası Ərəbov Famil Hacıömər oğlu 22.11.2006-cı il tarixdə ölmüşdür. Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi -Rusiya Federasiyası Murmansk şəh. Novoselskaya küç.ev,15, p/s korp. yaşayan: oğlu -Cavabdeh2 04 fevral 2013-cü il tarixdə mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 3374.32 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsinə qanun üzrə X17 şəhadətnamələr almış, onların əsasında isə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa, ünvan 1i ünvanda yerləşən mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,40 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində Ərəbov Hacıömər Şaban oğlunun və X5 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 mərhum X7 məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsindən 0.20 ha torpaq sahəsinə Qanun üzrə X17 Şəhadətnamə verilmişdir. İddiaçı Famiıl oğluna mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsində olan payı, 0.20 ha torpaq sahəsinə, Vəsiyyətnamə üzrə X17 Şəhadətnamə verilmişdir.Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı DƏDRX Zaqatala rayon ərazi idarəsi tərəfindən 11.08.2009 - cu il tarixdə verilmiş, № 660 - li arayışa əsasən qeydiyyat № **********, tarixi 10.08.2009- cu il, reyestr kitabı 5-ci səhifəsindən 180 olan çıxarış əsasında ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsini alıcı X2 5000 manata daimi olaraq heç bir şərti olmadan satmışdır. İddiaçı iddia ərizəsi ilə müraciərt edərək qeyd olunan şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsini, cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək vəsiyyətnamənin, vəsiyyənamə üzrə X17 şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb edirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 05.12.2006-cı il tarixdə babası Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını vəsiyyət etdiyi halda iddiaçıya aid miras əmlakın bütünlükdə Cavabdeh2 adına qanun üzrə X17 şəhadətnamələr verilməklə rəsmiləşdirilməsi əsaslı hesab edilə bilməz. Bu səbəbdən də Cavabdeh2 adına verilmiş qanun üzrə X17 şəhadətnamələrin etibarsızlığına dair tələb əsaslıdır. Həmçinin, Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda Cavabdeh2 04 fevral 2013-cü il tarixli qanun üzrə X17 şəhadətnamələr əsasında verilmişdir. Etibarlı olmayan qanun üzrə X17 şəhadətnamələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da qanuni sənəd hesab edilə bilməz. Bundan başqa, Zaqatala rayonu X16 05.12.2006-cı il tarixdə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, bununla bağlı qarşılıqlı iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasında hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməmişdir. Məhkəmənin qənaətinə görə, vəsiyyətnamə etibarsız hesab edilmədiyi halda, onun əsasında verilmiş şəhadətnamə, çıxarış və çıxarış əsasında bağlanmış alqısatqı müqaviləsi də ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddia təmin edilərək Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 04 fevral 2013-cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli "Qanun üzrə X17 şəhadətnamələr etibarsız hesab edilməli, onların əsasında iş üzrə Cavabdeh2 adına 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 12 fevral 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, Zaqatala rayonu X16 05.12.2006-cı il tarixdə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi, Zaqatala rayonu 1 saylı X13, 29.07.2009-cu il tarixdə 2V- 58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyətnamə üzrə X17 verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə üzrə X17 şəhadətnamə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli saymışdır və hesab etmişdir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı və qarşılıqlı iddiaçının iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədikləri 10 manatı tələb etmədiklərinə görə həmin rüsum xərci onların özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2.-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 1231-ci maddəsinə görə, vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. Həmin məcəllənin 1272-ci maddəsinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin məcəllənin 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli 2(102)-1322/21 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı 29.07.2009-cu il tarixli X17 şəhadətnamə 06.07.2005-ci il tarixli 2V-127 reyestr nömrəli vəsiyyətnamə əsasında verilmişdir. 06.07.2005-ci il tarixli 2V- 127 reyestr nömrəli vəsiyyətnamə üzrə vəsiyyət edən şəxs Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Ərəbov Hacıömər Şaban oğlu yox, Zaqatala şəhəri, Vidadi küçəsi, ev 26-da yaşayan X4, vəsiyyət edilən isə X15r. İddiaçı vəsiyyətnamə üzrə 29.07.2009-cu il tarixdə X17 şəhadətnamə verilərkən istinad edilən 06.07.2005-ci il tarixli 2V-127 reyestr nömrəli vəsiyyətnamə tamam başqa şəxlərə və əmlaka aiddir. İddiaçı adına Ərəbov Hacıömər Şaban oğlu tərəfindən X16 05 dekabr 2005-ci ildə təsdiq edilmiş vəsiyyətnamə mövcuddur. 29.07.2009-cu il tarixli X17 şəhadətnamə isə X16 təsdiq edilmiş 05 dekabr 2005-ci il tarixli vəsiyyətnamə əsasında verilməmişdir. İddiaçı istinad etdiyi vəsiyyətnamə isə məhz 05 dekabr 2005-ci il tarixli vəsiyyətnamədir. 29 iyul 2009-ci il tarixli reyestrdə 2V-57 nömrə ilə qeyd edilən qanun üzrə X17 şəhadətnamə ilə Cavabdeh2 mərhum X7 məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsindən 0.20 ha torpaq sahəsinə Qanun üzrə X17 Şəhadətnamə verilmişdir. Eyni tarixli reyestrdə 2V-58 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə X17 şəhadətnamə ilə İddiaçı Famiıl oğluna mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus olan ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsində olan payı, 0.20 ha torpaq sahəsinə, Vəsiyyətnamə üzrə X17 Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələr eyni gündə və ardıcıl olaraq verilmişdir. Bununla da, Cavabdeh2 hazırki iş üzrə etibarsız hesab edilməsini tələb etdiyi 29 iyul 2009-ci il tarixli reyestrdə 2V-58 nömrəli Vəsiyyətnamə üzrə X17 Şəhadətnamənin verilməsindən həmin vaxtda xəbərdar olmasına baxmayaraq, 10 il sonra bu iş üzrə qarşılıqlı iddia verməsi aşkar görünür. Qarşılıqlı iddiaçı Cavabdeh2 11 avqust 2009-cu il tarixli, AN-İ, ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etsə də, o, tərəf olmadığı müqavilənin ləğvini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə qarşılıqlı iddianın rədd edilməsi hissəsində fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şaban oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(033)-153/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Şaban oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(033)-153/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar