Məhkəmə qərarları › İş №2(107)-1212/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1212/2020

03.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1212/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-463/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddiа qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X9 X7 (X8) barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 831,6 manat məbləğində hesablanmış cərimə məbləği Məmməd Əhmədovun (X3) hesabından silinməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsiqət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X9 İdarəsi tərəfindən akt əsasında **********00000 saylı abonent koduna hesablanmış 8316 kubmetr qaz sərfıyyatının və **********00000 saylı abonent koduna vurulmuş 831,6 manat borcun silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı nümayəndəsi (vəkili) X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının ünvan 1 ünvanında yaşayış evi vardır. Həmin yaşayış evi və iddiaçının istifadəsində olan qaz sayğacı mərhum atası X3 adına qeydə alınmışdır. İddiaçının mərhum atası X8 xx xxxxxx 1993-cü il tarixdə vəfat etmişdir.İddiaçı həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında terminal vasitəsi ilə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Qaz idarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, ARDNŞ Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli MSK 29/1710- 01440-2 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Həmin aktda istehlakçının nümayəndəsi kimi iddiaçının mərhum atası Əhmədov Məmmədin adı qeyd edilmiş, imza qrafası isə boş qalmışdır. İddiaçının qaz idarəsinin əməkdaşlarının apardığı yoxlamadan və tərtib etdikləri aktdan xəbəri olmamışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə Zaqatala X9 İdarəsinin əməkdaşları tərəfindən “Dəymiş ziyanın bərpasına dair tələbnamə” hazırlanmış, həmin tələbnamədə qeyd edilmişdir ki, metrologiya departamenti sayğacların müayinəsi labaratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1710- 01440-2 nömrəli Aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Nəticədə təbii qaz itkisi yaranmışdır. Dəymiş ziyan həcminin hesablanması qrafasında isə itirilmiş qazın həcmi 8316 kubmetr qeyd edilmişdir. İddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacı həmişə işlək vəziyyətdə olmuş, həmin sayğacda hər hansı zədə olmamışdır. Sonradan iddiaçıya qaz idarəsindən bildirmişlər ki, sayğac markası ******* nömrəli olan qaz sayğacında plsatmas qapağın alt hissəsi deşici alətlə deşilmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən akt qanunsuz və əsassızdır. Əvvəla onu qeyd edir ki, qaz sayğacı iddiaçının evindən kənarda yerləşir. İddiaçının sayğaca hər hansı şəkildə müdaxiləsi olmamışdır. Qaz idarəsinin əməkdaşları haqsız olaraq iddiaçının yaşadığı ünvan 1 ünvanına məxsus olan **********00000 saylı abonent koduna 8316 kubmetr qaz itkisi hesablamışlar. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş ******* nömrəli akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar. İddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Cavabdeh İB-nin nümayəndəsi X6 xx xxxx 2020-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçının mübahisələndirdiyi borc **********00000 saylı qaz hesabında qeydə alınmış və qaz hesabı X3 adına rəsmiləşdirilmişdir. Hazırda həmin qaz hesabında 917.50 manat borc vardır, borcun 85.90 manat hissəsi sayğac göstəricisinə əsasən və 831.60 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissəni mübahisələndirir. İddiaçı Cavabdehnə qarşı iddia tələbi prossesual qanunverciliyin tələblərinə cavab vermədiyindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259-260-cı maddəsinə əsasən baxılmamış saxlanılmalı idi. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi ərizədən, həmçinin həmin ərizə üzrə abonent bazasında aparılmış araşdırmadan göründüyü kimi göstərilən ünvanda **********00000 saylı qaz hesabı X3 adına rəsmiləşdirilmiş və qaz paylayıcısı ilə hüquqi münasibətlər həmin şəxs arasında yaranmışdır. Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt, Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” və abonent saldosu məhz X3 adına qeydiyyatda olan hesab üzrə rəsmiləşdirilmişdir. Lakin qeyd olunan sənədlərdə və abonent bazasında hazırkı İddiaçı barəsində hər hansı məlumat mövcud deyil və ona görə müqavilə tarəfi olmadığından subyektiy hüquq sahibi deyildir. Mülki iş materiallarında olan sənədlərindən göründüyü kimi “Azərqaz” İB ilə hüquqi münasibətlər yalnız X8 arasında yaranmışdır. Sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməsinə iddiaçı X8 məsuliyyət daşımış, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən irəli gəlir. Belə bir vəziyyətdə isə müqavilə tərəfi olmayan İddiaçı müvafiq subyektiv hüquqa, yəni hazırkı iddia ərizəsirdə qoyduğu tələbləri irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Eyni zamanda X8 vəfat etsə belə qaz hesabı İddiaçı adına keçirilməmiş, bununla bağlı müəssisəyə müraciət etməmiş və yeni alqı-satqı müqaviləsi bağlamadığından tələb etmə hüququ X2 İddiaçı keçməmişdir. Hazırkı vəziyyətdə qeyd olunan borcun İddiaçı hansısa hüquqlarına toxunması müəyyən edilmir.Bundan başqa, müdaxilə edilmiş G-4 markalı ******* nömrəli qaz sayğacının yararsız hala düşməsi mülki işin mübahisəsiz halıdır. Sözügedən qüsurun mövcudluğu onun standartlara uyğun işləməməsinə dəlalət edir və bu fakt eyni zamanda lobaratoriya rəyi ilə təsdiq edilmişdir. Belə bir vəziyyətdə həmin sayğacdan keçən təbii qazın həcmini istehlakçının həmin sayğaca cavabdeh olub-olmamasından asılı olmayaraq qeydə alınaması şəksizdir və bu baxımdan iddia tələbində sərfiyyatın silinməsi tələb edilə bilməz. Digər tərəfdən Zaqatala RQİl-nin mütəxəssisləri tərəfindən X3 mənzilində istismarda olmuş G4 markalı 5235715nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın ekranının alt hissəində dəlik aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2079-cu il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********91 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2019cu il tarixli 29/1710-01440-2 saylı aktında göstərilmişdir ki, sayğacın hesablayıcı mexanizminin plastmas qapağı alt hissədən deşici alətlə deşilmişdir (qaz itkisi, müdaxilə). Bundan sonra qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli 0200546saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli "dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8316 m3 (və ya 831.60 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydalan”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacır zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: Cavabdeh verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-463/2020 saylı həmin qətnaməsinin qismən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsini və apellyasiya şikayəti verilməsi üçün əvvəlcədən ödənilmiş rusumun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-463/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxxx 2019-cu il tarixli ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Məmməd Əhmədovun yaşadığı ünvanda istismarda olmuş “Elestr” G4 markalı ******* nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elestr” G4 markalı **********1 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli, MSK 29/1710-01440-2 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun yenisi ilə əvəzlənməsi və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Əhmədov Məmmədin yaşadığı Şəki şəhəri, N.Nərimanov prospektində yerləşən evdə xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün, dəmir sobanın saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün, Q.S.Q-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 8316 m3 müəyyən edilərək onun dəyəri olan ziyanın əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan AZ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1966-cı il təvəllüdlü İddiaçı atası X8, anası isə X4r. İşdə olan AZ-İ 720718 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxx 1993-cü il tarixdə xroniki ürək qan-damar çatışmazlığı səbəbi ilə Şəki şəhərində ölmüşdür. İş materiaları ilə müəyyən olunur ki, iddiaçının mərhum atası X5 məxsus Şəki şəhəri, N.Nərimanov prospektində yerləşən ünvanda quraşdırılmış “Elestr” tipli G-4 markalı ******* nömrəli qaz saygacı Cavabdeh Zaqatala X9 İdarəsinin əməkdaşları tərəfindən çıxarılaraq yerinə “Elestr” tipli G-4 markalı **********1 nömrəli qaz saygacı quraşdırılmışdır. Bundan başqa, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi göstərilən sayğac, iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğac çıxarılan zaman X10 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X9 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, iddiaçının evindən uzaqda və yolda quraşdırmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyrimümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə kollegiyası həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X10 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X9 İdarəsinin rəisinin aktı əsasında sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 (otuz) manat dövlət rüsumu ödənilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsi xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qisməntəmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 77.2-ci mаddəsinə əsаsən, dövlət orqаnlаrının, icrа və sаir orqаnlаrın аktlаrının etibаrsız hesаb edilməsi bаrədə mübаhisələrə bаxıldıqdа həmin аktlаrın qəbul edilməsi üçün əsаs olmuş hаllаrı sübut etmək vəzifəsi bu аktı qəbul etmiş orqаnın üzərinə düşür. Həmin Məcəllənin 76.1-ci mаddəsinə görə tərəflərin tələb və etirаzlаrını əsаslаndırаn hаllаrın və işi düzgün həll etmək üçün əhəmiyyəti olаn bаşqа hаllаrın mövcud olduğunu və yа olmаdığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və bаşqа qаnunlаrdа müəyyən olunmuş qаydаdа əldə etdiyi məlumаtlаr sübutlаr hesаb olunur. Qanunverici аktın tərtib olunmаsının xüsusi qаydаsını müəyyən edilmişdir ki, bu pozuntunun bаş verməsi yаlnız həmin qаydаlаrа riаyət olunmаqlа tərtib edilmiş аktlа təsdiq olunа bilər. Bаşqа qаydаdа və yа formаdа tərtib edilmiş hər hаnsı аkt, yаxud digər sənəd pozuntunun olmаsını təsdiq edən sübut kimi qəbul olunа bilməz. Bu tələb Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 81-ci mаddəsindən irəli gəlir. Həmin normаyа görə qаnunа və yа digər normаtiv-hüquqi аktlаrа əsаsən müəyyən sübutetmə vаsitələri ilə təsdiq edilməli olаn işin hаllаrı bаşqа sübutlаrlа təsdiq olunа bilməz. Enerjitəchizаtı müəssisəsinin аbоnentin üzərinə pulun ödənilməsi öhdəliyini qоyаn hər bir аktı, kifаyət qədər mötəbər əsаslаrа söykənməli, şübhə dоğurаn hаllаrа istinаd оlunmаmаlı, yоxlаmаnın оbyektiv və qərəzsiz аpаrılmаsı üçün zəruri şərаit yаrаdılmаlıdır. Qаnunvericilikdə elektrik enerjisindən istifadə qаydаlаrının pоzulmаsı fаktlаrının аşkаr оlunub rəsmiləşdirilməsinin оbyektiv və qərəzsiz аpаrılmаsınа təminаt verən qаydаlаrı dəqiq müəyyən оlunmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-463/2020 nömrəli qətnaməsi isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-463/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar