Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1213/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X10 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X10 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə Balakən Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(019)- 182/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X10 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-182 nömrə ilə Cavabdeh1 verilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara-Balakən rayonu Şərif kəndində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X5 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbuletmiş 08 fevral 2021ci il tarixdə vəfat etmiş mərhum X3 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(019)-182/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, X10 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi tələbinə dair e2(019)-182/2023 saylı mülki iş Balakən Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair e2(019)-759/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 şikаyət vermişdir. Balakən Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli 2(019)-182/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(019)- 182/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında tərəflər e-2(019)-182/2023 saylı mülki işin nəticəsinin Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi üzrə e-2(019)-759/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktının nəticəsindən asılı olmasına dair heç bir sübut təqdim etməmişlər. Cavabdeh1 vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tələbin əsaslandırıldığı hallara, iddia tələbinin əsaslılığını təsdiq edən hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrdən çıxış edərək e-2(019)-182/2023 saylı mülki işin yekun mərhələsində cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi verməklə hazırki işin baxılmasının dayandırılmasına, işin süründürməçiliyinə gətirib çıxarılmasına xidmət edir. Məhkəmə kollegiyası qeyd edir ki, 2(019)-759/2023 nömrəli mülki iş üzrə iddianın əsaslılığına dair sübutların təqdim olunub-olunmaması və iddianın əsaslı olub-olmamassı həmin iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı ilə müəyyən olunacaqdır. Həmin hallar hazırki iş üzrə araşdırıla bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(019)-182/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(019)-182/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(019)-182/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1213/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1213/2023
25.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver