Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1215/2025 11.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mirasın vərəsələr arasında bölünüb payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (miras əmlakdan payın müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 İsgəndər oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasın vərəsələr arasında bölünüb payın müəyyən edilməsi, miras əmlakdan payının naturada ayrılıb verilməsi və miras payının naturada ayrılması mümkün olmadığı halda, əmlakın satılaraq dəyərinin payına uyğun həddə ona verilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(025)-1229/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndə və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı mirasın vərəsələr arasında bölünüb payların müəyyən edilməsi tələbinə dair iddia qaldıraraq xx.xx.2001-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2023cü il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin vərəsələr arasında bölünərək ona düşən payın müəyyən edilib naturada ayrılıb verilməsi, payın naturada ayrılması mümkün olmadığı halda bütöv əmlakın satılaraq satışdan əldə olunan vəsaitin paylara uyğun şəkildə bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 xx.xx.2001-ci il tarixdə, anası X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Atadan 0.19 ha, həmçinin anadan da 0.19 ha, həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş onlara məxsus fərdi yaşayış evi qalmışdır. Valideyinlərinin iki vərəsəsi mövcuddur. Bunlar İddiaçı və Cavabdehdir. İddiaçının müraciəti əsasında Qəbələ ASAN xidmət mərkəzinin notariat ofisində vərəsəlik işi açılmışdır. Mirasın qeydiyyata alınması ilə bağlı sahə-ölçmə işlərinin aparılması zamanı cavabdeh maneəcilik törətmişdir. Buna görə də sahə-ölçmə işlərinin davam etdirilməsinə daşınmaz əmlakın dövlət reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən imtina verilmişdir. Bunula əlaqədar ölçmə işlərinin məcburi həyata keçirilməsi üçün iddiaçı tərəfindən Qəbələ Raayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prossesndə cavabdeh Ə.Əziz çöl-ölçmə işlərinin könüllü həyata keçirilməsinə razılıq verdiyini bildirmiş və iddiaçı ərizə yazaraq iddiasını geri götürmüşdür. Ərazi-ölçmə işləri həyata keçirilmiş, İnventarlaşdırma işləri daşınmaz əmlakın dövlət reyestri tərəfindən yekunlaşdırılaraq ,hazırkı miras əmlakın mərhumların adına dövlət qeydiyyatına alınması Dövlət rüsumunun ödənilməsi haqqında məlumat haqqında reyestrdən çıxarış verilmişdir. Çıxarışı Cavabdeh qəbul etmişdir. Bundan sonra notariat ofisi miras əmlakda olan payların bölünməsi və vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi prossesinə başlamışdır. Mirasın bölgüsü aparılan zaman müəyyən edilmişdir ki, iddiaçının anası Ə.Göyçək Cavabdeh vəsiyyətnamə vermişdir. Vəsiyyətynamə nəzərə alınmaqla iddiaçının anası Əzizova Göyçəkdən miras qalmış 0.19 ha. torpaq sahəsinin məcburi pay hissəsinə dair və yaşayış evinin anaya məxsus 1/2 hissəsi olan əmlakdan məcburi pay hissəsinə dair, habelə atadan mirsas qalmış 0.19 ha. torpaq sahəsinin 1/2 hissəsinə dair və fərdi yaşayış evinin ataya məxsus 1/2 hissəsinin 1/2 hissəsinə dair vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi qərarlaşdırılmışdır. Bu qərarla razılaşmayan cavabdeh Ə.Əziz ona daha az pay verilməli olduğunu bildirərək, vərəsəlik şəhadətnaməsi almaqdan imtina etmişdir. Bu səbəbdən cavabdehlə notariat, eyni zamanda cavabdehlə aralarında ixtilaf yaranmış və notaiat kontoru vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək, payların məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Odur ki, Qəbələ rayonu Mirzəbəyli kəndində xx.xx.2011-ci il tarixdə iddiaçının vəfat etmiş atası X3 və xx.xx.2023-cü il tarxdə iddiaçıın vəfat etmiş anası ƏzizovaGöyçək Haqverdi qızından miras qalmış torpaq sahəsindən və fərdi yaşayış evindən miras paylarının müəyyən edilməsi və payına düşən miras əmlakın naturada ayrılıb verilməsi ,miras payının naturada ayrılması mümkün olmadığı halda, payın ayrılması mümkün olmayan əmlakın bütövlükdə satılaraq dəyərinin payına uyğun həddə mənə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o, X9 və X1 törəmiş və eyni şəxslərdən törəmiş Cavabdeh ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evində həddi-buluğa çatanadək yaşamışdır. Evləndikdən sonra o, başqa yaşayış sahəsinə köçmüş, Cavabdeh isə valideynləri ilə birlikdə qalmışlar. Torpaq islahatı aparılarkən Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən yerləşən cəmi 0,57 ha həyətyanı torpaq sahəsi (JN 087F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə) və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN 0060 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı) X9, X8 və Cavabdeh mülkiyyətinə verilmişdir. Valideynləri sağ olarkən həyətyanı torpaq sahəsindən 0,20 ha ayrıb ona vermiş, onun tərəfindən həmin torpaq sahəsində 2013-cü ildə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikilərək şəxsi əmlak kimi istifadə edilmişdir. xx.xx.2023- cü il tarixdə X8 vəfat etdikdən sonra Cavabdeh onu həyətə buraxmamış, miras qalmış əmlaka və onun şəxsi vəsaiti hesabına tikdiyi fərdi yaşayış evinə yiyələnərək vərəsəlik hüquqlarını pozmuşdur. Ona görə də, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin vərəsələr arasında bölünərək ona düşən payın müəyyən edilib naturada ayrılıb verilməsi, payın naturada ayrılması mümkün olmadığı halda bütöv əmlakın satılaraq satışdan əldə olunan vəsaitin paylara uyğun şəkildə bölünməsi haqqında iddia qaldırmışlar.
4. İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir.
5. Cavabdeh izahatında göstərmişdir ki, o, X9 və X1 törəmiş və eyni şəxslərdən törəmiş İddiaçı ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evində həddi-buluğa çatanadək yaşamışdır. İddiaçı evləndikdən sonra Bakı şəhərinə köçmüş, o, isə valideynləri ilə birlikdə qalmış və vəfat edənədək onlara qulluq etmişdir. Əzizov X12 rayonu, Mirzəbəyli kəndində yaşamadığından torpaq islahatı nəticəsində ona torpaq payı düşməmiş, Qəbələ rayon AİK-nin qərarı ilə Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən yerləşən cəmi 0,57 ha həyətyanı torpaq sahəsi (JN 087F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair » şəhadətnamə) və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN 0060 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı) X9, X8 və onun mülkiyyətinə verilmişdir. X8 bütün əmlakını ona vəsiyyət etmiş və İddiaçı həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikməsinə etiraz etmişdir. xx.xx.2023-cü il tarixdə X8 vəfat etmişdir. İddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evi qanunsuz tikili olduğu üçün üzərində əmlak hüquqları yaranmamış və dövlət qeydiyyatına alınmamışdır. Əzizov X12 rayonu, Mirzəbəyli kəndində yaşamadığından valideynlərindən qalmış miras əmlakı idarə etməmiş və mirasın qəbulu müdətini ötürmüşdür. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. 6.Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, xx.xx.2001-ci il tarixdə X9, xx.xx.2023-cü il tarixdə isə X8 vəfat etmişdir. Əzizov X16 rayonu, Mirzəbəyli kəndində yerləşən valideynlərinə məxsus olan evdə yaşamış, o cümlədən onlardan qalmış həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini idarə edərək mirası faktiki surətdə qəbul etmişdir. İddiaçı valideynlərinin vəfatından sonra Qəbələ rayonu, Mirzəbəyli kəndində yaşamamış, mirasdan ona düşən payı faktiki surətdə qəbul etməmiş və notariat kontoruna mirası qəbul etdiyi barədə vaxtında ərizə verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilənlərə əsasən X9 və X2 ölümü ilə açılan mirasla bağlı yaranan vərəsəlik hüquq münasibətlərinə xitam verilmiş, mirasın qəbul edilmə müddəti keçmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir
7. Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(025)-1229/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia tələbinin qismən təmin olunması, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin (JN 087 F nömrəli Şəhadətnamə; reyestr nömrəsi: **********24-10301) 8/12 hissəsi və Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN 0060 nömrəli Dövlət aktı) 8/12 hissəsi 1-ci növbədə vərəsələr, İddiaçı və Cavabdeh arasında 3/12 və 5/12 hissələr üzrə bölünərək İddiaçı payının 3/12 hissədə müəyyən edilməsi, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndi, 28 May küçəsi 58-də yerləşən ümumi sahəsi 83,2 kv/m olan 1 mərtəbəli fərdi yaşayış evi (Reyestr nömrəsi: **********24-10301) 1-ci növbədə vərəsələr, İddiaçı və Cavabdeh arasında bərabər qaydada bölünərək İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri- İddiaçı və Cavabdehdur.Onların hər biri qanunla (Mad:1256) müəyyən edilmiş müdətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən (Qəbələ rayonu, Mirzəbəyli kəndi, 28 May küçəsi 58-də yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 83,2 kv/m olan 1 mərtəbəli fərdi yaşayış evi (reyestr nömrəsi: **********24-10301) və Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN 0060 nömrəli Dövlət aktı) özünə düşən payı qəbul etmişdir. X8 öz növbəsində X3 qalmış mirası faktiki surətdə qəbul etmiş olsa da, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından (M:146.2) həmin paya düşən hissə üzərində vəsiyyət sərəncamı vermək hüququ əldə etməmişdir. Ona görə də, X1 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/12 hissəsi qanun üzrə vərəsələr, İddiaçı və Cavabdeh arasında 3/12 və 1/12 hissələr üzrə, X3 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/12 hissəsi, o cümlədən Qəbələ rayonu, Mirzəbəyli kəndi, 28 May küçəsi 58-də yerləşən ümumi sahəsi 83,2 kv/m olan 1 mərtəbəli fərdi yaşayış evi bərabər qaydada bölünərək İddiaçı payı müəyyən edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 1133.1, 1134.1, 1145, 1146, 1159.1.1, 1166, 1170.1, 1193, 1194, 1195, 1196, 1243.2, 1255, 1256, 1301.1, 1301.2, 1301.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə heç bir hüquq normalarına əsaslanmayaraq, İddiaçı mirasın qəbulundan “imtina etmədiyini“ və “mirasın bölüşdürmək niyyətin barəsində bildirişin” almadığını bəhanə edərək iddiaçının valideynlərinə məxsus miras kütləsindən onun özünə düşən payın qəbul etdiyi kimi qiymətləndirərək səhv nəticəyə gəlmişdir.
12. Belə ki, iddiaçının atasına məxsus miras əmlakını xx.xx.2001-ci il tarixdən miras açıldığı gündən xx.xx.2001-ci il tarixinədək və anasına məxsus miras əmlakını miras açıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qəbul etməsi, iddiaçının mirasın qəbulu üçün hər hansı bir hərəkətin etməsi, iddiaçının mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi və ya iddiaçının miras qoyan valideynlərinin əmlaklarına sahiblik etməyə və ya əmlaklarını idarə etməyə faktik başlamаsı və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi və bununla da özünə düşən payının qəbul etməsi qanunla göstərilən heç bir sübutla təsdiq edilməmişdir. Məhkəmə heç bir qanun normasına əsaslanmayaraq İddiaçı mirasın qəbulundan imtina etmədiyinə görə miras kütləsindən onun özünə düşən payı qəbul etməsİ kimi səhv nəticəyə gəlmişdir.
13. Belə ki, məhkəmə iddiaçının hər iki valideynin vəfat etdiklərini və onlardan qalan mirasların açıldığını bilmiş olduğunu və iddiaçinın valideynlərinin yas mərasimlərində qısa müddətli iştirak edərək daimi yaşadığı müəyyən olmayan Bakı şəhərində yerləşən və cavabdehə məlum omayan ünvana qayıtmış, iddiaçının cavabdehlə əlaqə saxlamamasını nəzərə almamışdır. Məhkəmə iddiaçını vərəsəlıyə çağırılmış və olduğu yer müəyyənləşdirilmiş vərəsə kimi tanımaqla, səhv olaraq həmin münasibətə Mülki Məcəllənin 1301.1–ci maddəsini və 2025-ci ildə mülki hüquq subyekt olan cavabdehə ziyan vuran və cavabdehin vəziyyətini pisləşdirdiyi üçün geriyə qüvvəsi olmayan dəyişiliklər edilmiş 1301.2 və 1301-3-cü maddələrin normalarını əsassız səhv tətbiq etmişdir. 14.Məhkəmə qətnaməsində cavabdehin idiaçıya mirası bölüşdürmək niyyəti barəsində bildiriş göndərməli borclu olduğunu göstərmişdir. Lakin Cavabdeh ünvan 2 ünvanda qeydiyyatda olmaqla hazıra kimi, daimi olaraq həmin ünvanda yaşamış və yaşayır. Cavabdeh vəfat etmiş valideynlərinin əmlaklarına sahiblik etmiş, əmlaklarını idarə etmiş və hazıra qədər həmin əmlaka sahiblik edərək bu əmlaklarını idarə etməklə hər iki valideynlərinin miraslarını qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı isə hər iki valideynin dəfnində iştirak etdiyi üçün həmin vaxtdan mirasların açıldığını bilsədə, belə vərəsə kimi mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməyərək mirasları qəbul etməkdən imtina etmişdir.
15. Mülki işin materiallarından görünür ki, həmin vərəsəlik münasibətləri miras qoyan X9 xx.xx.2001-ci il tarixdə və miras qoyan X8 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra yaranmışdır. Belə ki, aydın olur ki, X4 mirası xx.xx.2001-ci il tarixdə X2 mirası isə xx.xx.2023-cü il tarixdə açılmışdır. Qeyd olunmalıdır ki, vəfat etmiş X8 bütün daşınmaz miras əmlakını vəsiyyətnamə əsasında oğlu Cavabdeh vəsiyyət etmişdir. Buna görə də, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1194-ci maddəsinə əsasən iddiaçının xx.xx.2023-cü il tarixdən mirasın açıldığı an miras kütləsindən ancaq мəcburi payı tələb etmək hüququ əmələ gəlmişdir. 16.Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1202-ci maddəsində məcburi payı qəbul etməkdən imtina da göstərilmişdir. Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1202.2.-ci maddəsinə əsasən məcburi paydan imtina olunması mirasdan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1256-cı maddəsində mirasın qəbulundan imtina müddəti göstərilmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündənüç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bununla da, belə qeyd olunmalıdır ki, mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 1246-ci maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. 17.Belə vəziyyətdə həmin vaxt qüvvədə olan qanunvericiliyinin tələblərinə görə xx.xx.2001-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin (JN 087 F nömrəli Şəhadətnamə; reyestr nömrəsi: **********24-10301) 8/12 hissəsi və Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN 0060 nömrəli Dövlət aktı) 8/12 hissəsi 1-ci növbədə qanun və vəsiyyətnamə üzrə yeganə vərəsə Cavabdeh məxsusdur. Həmçinin xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndi, 28 May küçəsi 58-də yerləşən ümumi sahəsi 83,2 kv/m olan 1 mərtəbəli fərdi yaşayış evi (Reyestr nömrəsi: **********24-10301) 1-ci növbədə qanun vərəsə üzrə yeganə vərəsə Cavabdeh məxsusdur. 18.Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh vəfat etmiş valideynlərin dəfn mərasimlərininin bütün xərclərini təkbaşına ödəmişdir. Belə ki, iddiaçı həmin dəfn mərasimlərndə formal olaraq qısa müddətli iştirak etmiş olsa da, belə valideynlərinin evində heç bir gün də qalmayaraq, yas mərasiminə gələn şəxslərlə görüşməyərək yaşadığı Bakı şəhərinə müəyyən olunmayan ünvana qayıtmışdır. Bundan sonra da, valideynlərinin dəfn mərasimlərindən sonra yaranmış xərclərdə də (qəbir daslarının hazırlanması və sair), həmçinin dəfndən sonra adətlə təşkil olunmuş mərasimlərin heç birində iştirak etməyərək bununla bağlı maddi xərcləri çəkən cavabdehə heç bir maddi yardım göstərməmiş və ümumiyyətlə cavabdehlə heç bir əlaqə saxlamamışdır. Habelə əlavə qeyd etmək lazımdır ki, iddiaçı yaşadığı Mirzəbəyli kəndindən 1991-ci ildən qeydiyyatdan çıxıb Bakı şəhərində müxtəlif müəyyən olunmayan ünvanlarda yaşamışdır. Buna görə də iddiaçı 1995-ci ildən Mirzəbəyli kəndində keçirilən aqrar islahat zamanı İslat Komissiya tərəfindən torpaq payı ala bilən subyektlərin siyahısına daxil edilməmişdir və ona islahat zamani heç bir torpaq payı da verilməmişdir. Belə ki, iddiaçı ancaq atasının ölümündən 6 il keçdikdən sonra 2007-ci ildə daimi yaşadığı Bakı şəhərindən qeydiyyatdan çıxaraq formal olaraq Mirzəbəyli kəndində qeydiyyata düşmüşdür. Lakin iddiaçı bundan sonra, hazıra qədər faktiki olaraq Bakı şəhərində cavabdehə məlum olmayan ünvanda yaşayır və qeydiyyatda olduğu Mirzəbəyli kəndində heç vaxt yaşamamışdır və hazırda da yaşamır.
19. Birinci instansiya məhkəməsi qeyd olunan mirasın açıldığı vaxt qüvvədə olan və tətbiq edilməli olan Mülki Məcəllənin 7, 1194, 1202, 1243, 1246, 1273-1 və 1262-ci maddələrində göstərilən normaları tətbiq etməməklə maddi hüquq normaları pozmuş, həmçinin həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Qərarından göstərilən normaları tətbiq etməməklə də maddi hüquq normaları pozmuşdur. Məhkəmə hüququn tətbiq edilməsində səhv buraxaraq yuxarıda qeyd olunan vərəsəlik münasibətlərinin yaranan vaxtı qüvvədə olmayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli və 21 iyun 2024-cü il tarixli Qərarlarindağöstərilən normaları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1, 1301.2 və 1301-ci maddələrini səhv olaraq tətbiq etmişdir. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 386-ci maddəsinin tələblərini pozaraq yuxarıda qeyd etdiyim maddi hüquq normalarının pozulması və düzgün tətbiq etməməsi ilə nəticələnən apellyasiya qaydasında ləğv olunması üçün əsas olan aktı qəbul etmişdir.
20. Birinci instansiya məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan iddiaçının özünə düşən miras payının qəbul etməsi kimi hal məhkəmə tərəfindən sübut olunmamışdır. Məhkəmə heç bir qanun normasına əsaslanmayaraq İddiaçı mirasın qəbulundan imtina etmədiyinə görə miras kütləsindən onun özünə düşən payı qəbul etməsi kimi səhv nəticəyə gəlmişdir.
21. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli e-2(025)- 1229/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndə və vəkili Nümayəndə2 izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(025)- 1229/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmamasını və Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(025)-1229/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 İsgəndər oğlu izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını və Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(025)-1229/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və İİ.azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1.Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. (Miras açlarkən qüvvədə olmuş). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyator Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(025)- 1229/2025 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 35.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).
36. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.
37. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər.
38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X9 xx.xx.2001-ci il tarixdə X8 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Torpaq islahatı aparılarkən Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən yerləşən cəmi 0,57 ha həyətyanı torpaq sahəsi (JN 087F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə) və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN 0060 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı) X9, X8 və Cavabdeh mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxis 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndi, 28 May küçəsi 58-də yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X9, X8 və Cavabdeh adına, ümumi sahəsi 83,2 kv/m olan 1 mərtəbəli fərdi yaşayış evi isə tam mülkiyyət hüququ ilə X4 adına xx.xx.2025-ci il tarixdə **********24-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin əmlaklar miras qalmışdır. 22 may 2007-ci il tarixli, eyni zamanda 29 mart 2014-cü il tarixli vəsiyyətnamələr ilə X8 bütün əmlakını, o cümlədən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən yaşayış evini, bütün tikililəri və həyətyanı torpaq sahəsini oğlu, hazırkı iş üzrə Cavabdeh, gəlini X5, nəvələri X10 və X11 vəsiyyət etmişdir. İddiaçı evləndikdən sonra Bakı şəhərinə köçmüş və uzun müddətdir Bakı şəhərində yaşayır. X9 və X8 vəfat etdikdən sonra onlardan miras qalmış əmlak Cavabdeh İdris oğlu tərəfindən idarə olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2001-ci il tarixdə vəfat etmiş atası X3 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, notariat kontoru tərəfindən vərəsələr arasında ixtilaflar mövcud olduğu müəyyən olunmuş və tərəflərə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Hazırda iddiaçı Qəbələ rayonu, Mirzəbəyli kəndində xx.xx.2011-ci il tarixdə vəfat etmiş atası X3 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış torpaq sahəsindən və fərdi yaşayış evindən miras paylarının müəyyən edilməsi və payına düşən miras əmlakın naturada ayrılıb verilməsi, miras payın naturada ayrılması mümkün olmadığı halda, payın ayrılması mümkün olmayan əmlakı bütövlükdə satılaraq dəyərinin payına uyğun həddə ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmiş, iddiaçının valideynləri tərəfindən miras qalmış əmlakı idarə etməməsini və mirasın qəbulu müddətini ötürməsini əsas gətirərək iddianın rədd olunmasını xahiş etmişdir.
39. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri-İddiaçı və Cavabdehdur.Onların hər biri qanunla (Mad:1256) müəyyən edilmiş müdətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən (Qəbələ rayonu, Mirzəbəyli kəndi, 28 May küçəsi 58-də yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 83,2 kv/m olan 1 mərtəbəli fərdi yaşayış evi (reyestr nömrəsi: **********24-10301) və Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN 0060 nömrəli Dövlət aktı) özünə düşən payı qəbul etmişdir. X8 öz növbəsində X3 qalmış mirası faktiki surətdə qəbul etmiş olsa da, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından (M:146.2) həmin paya düşən hissə üzərində vəsiyyət sərəncamı vermək hüququ əldə etməmişdir. Ona görə də, X1 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/12 hissəsi qanun üzrə vərəsələr, İddiaçı və Cavabdeh arasında 3/12 və 1/12 hissələr üzrə, X3 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/12 hissəsi, o cümlədən Qəbələ rayonu, Mirzəbəyli kəndi, 28 May küçəsi 58-də yerləşən ümumi sahəsi 83,2 kv/m olan 1 mərtəbəli fərdi yaşayış evi bərabər qaydada bölünərək İddiaçı payı müəyyən edilməlidir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi isə yuxarıda qeyd edildiyi kimi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
41. İşdən müəyyən olunur ki, İddiaçı bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.
42. Baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
44. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
45. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir. 46.“G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
47. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyanlar X4 və X2 vəfatından sonra mərhumlardan miras qalmış əmlakı qanun üzrə vərəsə, hazırkı iş üzrə iddiaçı Cavabdeh istifadə etməklə faktiki idarə etmişdir. Miras qoyanın digər birinci növbə vərəsəsi, İddiaçı tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyriformal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə (qanunvericiliklə mirasın qəbulu üçün müəyyən olunmuş 6 aylıq müddət keçdikdən sonra) Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2001-ci il tarixdə vəfat etmiş atası X3 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, notariat kontoru tərəfindən isə vərəsələr arasında ixtilaflar mövcud olduğu üçün tərəflərə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.
48. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı atasının və anasının ölümündən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, əgər İddiaçı atasının və anasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcədə miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları və digər sübutlarla müəyyən olunur ki, İddiaçı uzun müddətdir, hələ ata-anasının sağlığından ailəli olmaqla Bakı şəhərində yaşayır. O, atası və anası vəfat edərkən qısa müddətdə onların yas mərasimində iştirak etmiş, sonra isə yaşadığı Bakı şəhərinə qayıtmışdır. Atasının və anasının ölümündən sonrakı 6 ay müddətində mirasın qəbulu ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir.
49. Məhkəmə kollegiyası apellayasiya şikayətinin iddiaçının atasına məxsus miras əmlakını xx.xx.2001-ci il tarixdən miras açıldığı gündən xx.xx.2001-ci il tarixinədək və anasına məxsus miras əmlakını miras açıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qəbul etməsi, iddiaçının mirasın qəbulu üçün hər hansı bir hərəkətin etməsi, iddiaçının mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi və ya iddiaçının miras qoyan valideynlərinin əmlaklarına sahiblik etməyə və ya əmlaklarını idarə etməyə faktik başlamаsı və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi və bununla da özünə düşən payının qəbul etməsi qanunla göstərilən heç bir sübutla təsdiq edilməməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, İddiaçı miras açılarkən Bakı şəhərində yaşadığından, onun tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamış, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir.
50. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçıların birbaşa vəzifəsidir.
52. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
53. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
54. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı X15 mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etmədiyindən atasının və anasının birinci növbə vərəsəsi olsa belə onlardan qalmış mirasdan pay almaq hüququnu itirmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X15 ata və anasından qalmış mirasdan pay almaq hüququnu itirdiyindən iddia tələbinin digər hissələri, yəni, payına düşən miras əmlakın naturada ayrılıb verilməsi, miras payının naturada ayrılması mümkün olmadığı halda, payın ayrılması mümkün olmayan əmlakın bütövlükdə satılaraq dəyərinin payına uyğun həddə ona verilməsi tələbləri də özü-özlüyündə əsassızdır.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)- 1229/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı xx.xx.2001-ci il tarixdə vəfat etmiş atası X9 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən miras paylarının müəyyən edilməsi və payına düşən miras əmlakın naturada ayrılıb verilməsi, miras payının naturada ayrılması mümkün olmadığı halda, payın ayrılması mümkün olmayan əmlakın bütövlükdə satılaraq dəyərinin payına uyğun həddə ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2(025)-1229/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “xx.xx.2001-ci il tarixdə vəfat etmiş atası X9 və xx.xx.2023cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən miras paylarının müəyyən edilməsi və payına düşən miras əmlakın naturada ayrılıb verilməsi, miras payının naturada ayrılması mümkün olmadığı halda, payın ayrılması mümkün olmayan əmlakın bütövlükdə satılaraq dəyərinin payına uyğun həddə ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.