Məhkəmə qərarları › İş №2(107)-122/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-122/2023

02.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-122/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ, kompensasiya məbləği) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı, onun vəkili X3, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1586/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 isə 5000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birlikdə həmin mənzildən məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 300 manat məbləğində qonarar, Mobil MMC-dən rəylərin alınması üçün ödənilmiş 150 manat və 100 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində məhkəmə xərcinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə xx.xx.2007-ci il tarixdə faktiki ailə münasibətlərinə daxil olaraq evlənmiş və o, hazırda ona məxsus olan mübahisəli evə gəlin köçmüşdür. Aralarındakı nikah xx.xx.2009-cu il tarixdə rəsmi qeydiyyata alınmış və həmin vaxtlarda Cavabdeh3 həmin evə qeydiyyata düşmüşdür. Mübahisəli mənzil Mingəçevir şəhər XDS İK-nin xx.xx.1983-cü il tarixli 304 saylı qərarına əsasən həmin vaxtlar Toxuculuq Kombinatında xadimə işləyən anasına verilmişdir. Həmin mənzil xx.xx.2012-ci il tarixdə onun adına özəlləşdirilmişdir. Cavabdeh3 ilə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Muraz və xx.xx.2010-cu il tarixdə Cəsur adlı iki uşaqları olmuşdur. Aralarında olan narazılığa görə onunla faktiki olaraq ayrılmışlar. Hazırda boşanma tələbi ilə bağlı iddia ərizəsi məhkəmənin icraatındadır. Ailədə özünün təhriki ilə baş vermiş dava-dalaş üzündən Cavabdeh3 Cəsur adlı uşağı özü ilə apararaq yaşadığı evi tərk edib getmişdir. Muraz adlı uşaq isə öz istəyi ilə onunla birlikdə yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-685/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 iki uşağı ilə birlikdə onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh3 ilə onun və ailə üzvlərinin arasında münaqişə həddinə çatan kəskin ixtilaflar və ziddiyyətlər vardır. Hazırda onun həmin mənzilə köçürülməsi mülkiyyətçi kimi onun və ağbirçək anası üçün həddindən artıq arzuolunmazdır və bu hal onlar üçün fiziki və mənəvi zorakılıqlarla nəticələnə bilər. Halhazırda mübahisəli mənzildə keçmiş həyat yoldaşı Cavabdeh3 əlavə anası Cavabdeh1 və bacısı Cavabdeh2 da qeydiyyatdadırlar. Anası onunla birlikdə, bacısı isə başqa ünvanda yaşayır. Mənzillə bağlı mübahisələr davam etdiyindən mülkiyyətçi kimi sərəncam vermək hüququndan istifadə edərək, mənzili satmaq istəyir. Cavabdehlər isə bu istəyə qarşı çıxır, mənzilə hüququ olan şəxslər kimi hüquqlarını tələb edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödəmək təklifi ilə razılaşsalar da, digər Cavabdeh3 onunla razılığa gəlməmişdir. Ona görə də Cavabdeh3 həmin mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hazırda mübahisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri, Xətai küçəsi ərazisində həmin şəraitli evlərin kirayə haqqı bir otaqlı mənzillər üçün 90, iki otaqlı mənzillər üçün 120, üç otaqlı mənzillər üçün isə 150 manatdır. O, həmçinin məhkəmə iclası zamanı ərizə verərək iddia ərizəsində Cavabdeh3 təklif etdiyi 5000 manat kompensasiyanın məbləğinin artırılaraq 6000 manat olmasına razılıq verdi və hesab edir ki, Cavabdeh3 həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaması üçün kifayət qədər əlverişlidir. Həmin mənzilin bu gün üçün olan bazar dəyəri 38000 manat qiymətləndirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli, 2(051)-1586/2022 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddia təmin edilmiş, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 5000 (beş min) manat, Cavabdeh1 5000 (beş min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onların istifadə hüquqlarına xitam verilməsi, İddiaçı tərəfindən Cavabdeh3 6000 (altı min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüququna xitam verilməsi, Cavabdeh3 İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, kompensasiyanın verilməsi ilə Cavabdeh3 mənzildən çıxarılması eyni vaxtdan icra edilməsi, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada məhkəməyə müraciət edərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə iddiaçının anası, bacısı və keçmiş arvadıdır. Cavabdehlərin hər biri iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırda başqa evdə yaşayırlar. Lakin digər Cavabdeh1 iddiaçı ilə birlikdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır. Aralarında olan narazılığa görə iddiaçının Cavabdeh3 ilə nikahları rəsmi qaydada pozulmuşdur və iddiaçı onunla birlikdə yaşamaq istəməmiş, ona görə də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun istifadə hüququ tanınmışdır. İddiaçı hər birinə 5000 manat məbləğində kompensasiya verməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsini, Cavabdeh3 isə 6000 manat məbləğində kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və ona məxsus mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdeh3 başqa digər cavabdehlər isə iddiaçının təklif etdiyi məbləğə etiraz etmirlər. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Cavabdeh isə həmin təklifi qəbul etməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və həmin norma iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir, yəni iddiaçı mülkiyyətçidir. Cavabdehlər isə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı ilə cavabdehlər arasında məhkəməyə qədər yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmasına dair hüquqi mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29–cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxslər arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının Cavabdeh1 və Cavabdeh2 hər birinə təklif etdiyi 5000 və Cavabdeh3 təklif etdiyi 6000 manat kompensasiya məbləği kifayət qədərdir. Belə ki, Cavabdeh2 hazırda başqa yaşayış yeri vardır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə isə onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayətdir. Məhkəmə kompensasiya məbləğinin fərqli olması ilə bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının təklif etdiyi 5000 manat məbləğində kompensasiya ilə razılaşdıqlarından, məhkəmə onlara münasibətdə kompensasiya məbləğini işin mübahisə edilməyən halı kimi qəbul etmişdir. Lakin digər Cavabdeh3 iddiaçının təklif etdiyi 5000 manat məbləğində kompensasiya ilə razı olmadığına görə məhkəmə həmin cavabdehə münasibətdə hazırkı bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğini 6000 manat həddində müəyyən etmişdir. İddiaçı da həmin məbləği ödəməyə razılıq vermişdir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 və Cavabdeh3 isə 6000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Bu zaman məhkəmə iddiaçı tərəfin kompensasiya məbləğinin Cavabdeh3 münasibətdə 6000 manat ödəməyə razılıq verməsinə dair ərizəsini və iddiaçının təqdim etdiyi, cavabdeh tərəflərin isə təkzib etmədiyi, Mingəçevir şəhərində yerləşən tam təmirsiz 3 otaqlı evlərin bu günə olan bazar dəyərinin 38000 manat həddində, həmçinin üç otaqlı mənzillərin kirayə qiymətinin 150 manat olmasına dair mütəxəssis rəyini də nəzərə almışdır. Məhkəmə, həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007–ci il tarixli qərarındakı hüquqi mövqelərini rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim dıq ətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Məhkəmə, həmçinin cavabdehlər tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 300 manat məbləğində qonarar, mütəxəssisə ödənilmiş 150 manat və 100 manat məbləğində dövlət rüsumu olmaqla, 550 manat məbləğində məhkəmə xərcinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək məqsədi ilə vəkillə müqavilə bağlanması üçün 300 manat məbləğində pulun ödənildiyini qeyd etsə də, lakin bununla bağlı hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Məhkəmə mütəxəssis rəyi üçün ödənilmiş 150 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd tdiyi məhkəmə xərcinin ödənilməsinə dair sübut təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 117.1, 119 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həmçinin normativ hüquqi aktların və Azərbaycan Respublikası MPM-nin 385-387-ci maddələrinin tələblərinə riayət etmədən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qətnamə qəbul etməklə onun hüquqlarını kobud surətdə pozmuşdur. İlk öncə Məhkəmə Kollegiyasının nəzərinə onu çatdırmaq istəyir ki, o, İddiaçı ilə xx.xx.2007-ci il tarixdə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Elə həmin tarixdən Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinə gəlin köçmüşdür. Onların aralarında olan nikahı 18 aprel 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan onların 28 noyabr 2008-ci il təvəllüdlü Muraz və 11 avqust 2010-cu il təvəllüdlü Cəsur adlı uşaqları dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında iddiaçı ilə mehriban yaşamışlar. Lakin, sonradan münasibətləri pisləşdi və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(051)-1171/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Hələ nikahları pozulmamışdan əvvəl, yəni 2022-ci ilin yanvar ayında iddiaçı onu və az yaşlı uşağı Cəsur ilə birlikdə evdən qovmuş və onları mənzilə buraxmamışdır. Dəfələrlə o həmin mənzilə qayıtmaq istəsə də, iddiaçı buna imkan verməmişdir. Bundan sonra o iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, az yaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinə köçürülməyimizi xahiş etdi. Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-685/2022 saylı qətnaməsinə əsasən onun xx.xx.2008-ci il təvəllüdlü Muraz və xx.xx.2010-cu il təvəllüdlü Cəsur adlı uşaqları ilə birlikdə cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinə köçürülməyini qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Buna baxmayaraq Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-685/2022 saylı qətnaməsi hazırki vaxtadək icra edilməmiş qalır. Eyni zamanda da İddiaçı qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsini qərəzli olaraq icra etmədiyi üçün Mingəçevir şəhər məhkəməsinin 20 oktyabr 2022ci il tarixli, 3(051)- 688/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra İddiaçı ona və digər cavabdehlərə qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Digər cavabdehlər isə iddiaçının anası və bacısıdır. Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən ona 6000 manat, digər cavabdehlərin hər birinə isə 5000 manat kompensasiya verilməklə istifadə hüquqlarımıza xitam verilmişdir. Lakin, qeyd olunan qətnamə tam qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı anası və bacısını formal olaraq iddiaya əlavə etmiş və onlara kompensasiya təklif etmişdir ki, ona az məbləğdə kompensasiya düşsün. Onu qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən, onun və az yaşlı uşaqlarının mənafelərini nəzərə almamışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-685/2022 saylı qətnaməsinə əsasən onun xx.xx.2008-ci il təvəllüdlü Muraz və xx.xx.2010-cu il təvəllüdlü Cəsur adlı uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinə köçürülməyimiz qət edilmişdir. Onların həmin mənzildən başqa yaşamağa heç bir yerimiz yoxdur. Təklif olunan kompensasiyanın məbləği çox aşağı məbləğdədir. Həmin qərarda göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Bununla bağlı bildirir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Lakin, iddiaçının təklif etdiyi kompensasiyanın məbləği aşağı məbləğdədir. Belə ki, 2022-ci ilin oktyabr ayına Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinin orta bazar satış qiyməti 45000 (qırx beş min) manat dəyərindədir. Belə olan halda təklif olunan 6000 (altı min) manat məbləğdə kompensasiya ilə o övladları ilə birlikdə müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə edə bilmərik. Ona görə də, o, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(051)-1586/2022 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 və onun vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022ci il tarixli, 2(051)-1586/2022 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X5 apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(051)-1586/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh1 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı; R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır....” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(051)-1586/2022 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(051)-1586/2022 saylı qətnaməsini Cavabdeh3 apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə Cavabdeh3 apelyasiya şikayətinə münasibətdə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(051)-1586/2022 saylı qətnaməsi Cavabdeh3 apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə iddiaçının anası, bacısı və keçmiş arvadıdır. Cavabdehlərin hər biri iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırda başqa evdə yaşayırlar. Lakin digər Cavabdeh1 iddiaçı ilə birlikdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır. Aralarında olan narazılığa görə iddiaçının Cavabdeh3 ilə nikahları rəsmi qaydada pozulmuşdur və iddiaçı onunla birlikdə yaşamaq istəməmiş, ona görə də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun istifadə hüququ tanınmışdır. İddiaçı hər birinə 5000 manat məbləğində kompensasiya verməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsini, Cavabdeh3 isə 6000 manat məbləğində kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və ona məxsus mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdeh3 başqa digər cavabdehlər isə iddiaçının təklif etdiyi məbləğə etiraz etmirlər. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Eyni zamanda Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-1171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından olan 28 noyabr 2008-ci il təvəllüdlü Muraz adlı uşaq atası, hazırkı iş üzrə İddiaçı himayəsində, 11 avqust 2010-cu il təvəllüdlü Cəsur adlı uşaq isə anası Cavabdeh3 himayəsində saxlanılmışdır. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən ona 6000 manat, digər cavabdehlərin hər birinə isə 5000 manat kompensasiya verilməklə istifadə hüquqlarımıza xitam verilmişdir. Lakin, qeyd olunan qətnamə tam qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı anası və bacısını formal olaraq iddiaya əlavə etmiş və onlara kompensasiya təklif etmişdir ki, ona az məbləğdə kompensasiya düşsün. Onu qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən, onun və az yaşlı uşaqlarının mənafelərini nəzərə almamışdır. Şikayətin dəlilləri ilə razılaşmayan, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının təklif etdiyi 5000 manat məbləğində kompensasiya ilə razılaşdıqlarından, məhkəmə onlara münasibətdə kompensasiya məbləğini işin mübahisə edilməyən halı kimi qəbul etmişdir. Lakin digər Cavabdeh3 iddiaçının təklif etdiyi 5000 manat məbləğində kompensasiya ilə razı olmadığına görə məhkəmə həmin cavabdehə münasibətdə hazırkı bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğini 6000 manat həddində müəyyən etmişdir. İddiaçı da həmin məbləği ödəməyə razılıq vermişdir. Cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində Cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 və Cavabdeh3 isə 6000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Bu zaman məhkəmə iddiaçı tərəfin kompensasiya məbləğinin Cavabdeh3 münasibətdə 6000 manat ödəməyə razılıq verməsinə dair ərizəsini və iddiaçının təqdim etdiyi, cavabdeh tərəflərin isə təkzib etmədiyi, Mingəçevir şəhərində yerləşən tam təmirsiz 3 otaqlı evlərin bu günə olan bazar dəyərinin 38000 manat həddində, həmçinin üç otaqlı mənzillərin kirayə qiymətinin 150 manat olmasına dair mütəxəssis rəyini də nəzərə almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud olmadığından mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarına toxuna biləcəyindən qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir. Yuxarıda qeyd edilən Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğundur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının cavabdehə təklif etdiyi 6000 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin də məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsini nəzərə alaraq 6000 manat kompensasiyanın cavabdehə verilməsini məqsədə müvafiq hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh3 apelyasiya şikayətinə münasibətdə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(051)- 1586/2022 saylı qətnaməsi Cavabdeh3 apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(051)-1586/2022 saylı saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar