Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1222/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsinə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: cərimə borcunun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsinə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(037)-859/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 24 yanvar 2024-cü il tarixdə İddiaçı İsmayıllı rayon Qarakolluq kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılması zamanı iddiaçının sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00230 nömrəli abonent koduna 25920 m3 - 3110.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ona hesablanmış və **********00230 nömrəli abonent koduna vurulmuş 25920 kub metr təbii qazın dəyəri 3110.4 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2024-cü il tarixdə "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə yaşadığı İsmayıllı rayon Qarakolluq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bu barədə həmin tarixdə "Təbii X2nın pozulması” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda göstərilmişdir ki, sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 24 yanvar 2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatının 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır.Qeyd etmək istəyir ki,o və ailə üzvləri Bakı şəhərində yaşayırlar. Sözügedən fərdi yaşayış evində ondan başqa heç bir şəxs yaşamır. Evdə 1 ədəd “dörd göz” adlanan PQ-3 markalı qaz plitəsi və 1 ədəd axınlı su qızdırıcısı olmuşdur. Sayğacdan kənar əlavə qaz xəttinə qoşulmalar olmadığı halda cavabdeh onu 3110.40 manat məbləğində cərimə etmişdir.Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin aktı qanunsuz və əsassız hesab edir.Belə ki, qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar.Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən orada ailə üzvlərindən heç kəs olmamışdır. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır.Bildirmək istəyir ki, İsmayıllı Xidmət sahəsinin təbii qaz və sahə xidmətinin nəzarətçisi Bakı şəhərində yaşadığını bilə-bilə və qazdan az istifadə etdiyini nəzərdən keçirib özbaşına yaşadığı evin həyətinə daxil olaraq, evin bütün saxlanc yerlərinə baxış keçirmiş, evdə olan müxtəlif rezin su borularını evin ətrafına düzərək güya sayğacdan kənar qaz xətti qoşulduğu görüntüsünü yaratmış daha sonra oranın video çəkilişini aparmış və akt tərtib edərək o yüksək məbləğdə cərimə edilmişdir. Halbuki o və ailə üzvləri həmin evdə yaşamırlar və evi keç kəsə kirayə verməmişlər.Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuş və X2nın pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. O, sayğacdan kənar heç bir qaz xəttinə qoşulmamışdır.Cavabdeh bu faktı aşkar etdikdən sonra 24 yanvar 2024-ci il tarixli ******* nömrəli akt əsasında **********00230 nömrəli abonent koduna 3110.40 manat borc hesablamışdır.Cavabdeh tərəfindən güya aşkar edilmiş həmin xəttə görə aktda göstərilənlər və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ əsassızdır və həddən artıq şişirdilmişdir.Aşkarlanan sayğacdan kənar qoşulma olmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki,ötən dövr ərzində fərdi yaşayış evində yaşadığı vaxtı, bu qədər məbləğdə heç bir vaxtı qaz sərfiyatı qeydə alınmamışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunan məbləğ ağılabatan rəqəm deyildir. Fərdi yaşayış evində istifadə edilən qaz cihazlarının 360 günə hesablanması heç bir qanunla tənzimlənmir,tam qanunsuzdur,ona görə hesablanmış cərimə tam silinməlidir. Belə ki, Cavabdeh İB istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 6 m3 /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun fərdi yaşayış evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Lakin əvvəllər bu kimi hallar baş verməmiş bu aşkar edilməmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ qanunsuz yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən və 24 yanvar 2024-cü il tarixli, ******* saylı təbii X2nın pozulması haqqındakı aktda qeyd olunan zamanı qaz cihazları 1 ədəd “dörd göz” adlanan PQ-3 markalı qaz plitəsi və 1 ədəd axınlı su qızdırıcısı olmuşdur.Belə ki,məhkəməyə təqdim etdiyi **********00230 saylı abonentin saldosunda fərdi yaşayış evində yaşadığı müddətdə istifadə etdiyi qaz sərfiyyatı nə qədər olduğu qeyd edilmişdir.Buna baxmayaraq onun barəsində tərtib olunmuş aktda Cavabdehnə ümumilikdə 3110.4 manat borcu olması yazılmışdır.Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifada Qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Hesab edir ki, o sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Təbii X2nın pozulması haqqında tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış və abonent hesabına işlənmiş 3110.40 manat məbləğdə dəymiş ziyanın hesablanması tam qanunsuzdur və ağlabatan deyildir. Belə olan halda cəmi 1 ədəd PQ-3 adlandırılan avadanlıqda 0.9 kub metr + 1 ədəd axınlı su qızdırıcı isə 2.2 kub.metr qaz sərfiyatı cəmi 3.1 kub.metr saat hesabı ilə qaz sərf olunur. Lakin tərtib olunmuş tələbnamədə Qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 6 kub.metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi ondan tələb olunmuşdur. Lakin sayğacdan kənar qaz xəttinə hər hansı bir qoşulma olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir. Həmin qaydalara görə 1 ədəd PQ-3 adlanan "dörd göz” qaz pilətəsinin qaz sərfiyyatı 0.9 kub metr və 1 ədəd axınlı su qızdırıcısı 2.2 kub metr qaz sərf edir. Lakin nəzərə almaq lazımdır ki, son 10 ildə ölkə üzrə isti hava şəraiti hökm sürür.Belə olan halda hətta evində yaşasa belə 3110.4 manat məbləğdə qaz sərfiyyatı olması inandırıcı deyildir. Beləliklə, cavabdeh təşkilat tərəfindən ona 3110.40 manat məbləğdə yüksək cərimə məbləği hesablanaraq abonent koduna işlənmişdir. Buna görə də hesab edir ki,o qanunsuz olaraq təbii qazdan ümumiyyətlə istifadə etməmişdir.Ona görə də Cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ona hesablanmış və **********00230 nömrəli abonent koduna vurulmuş 25920 kub metr təbii qazın dəyəri 3110.4 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 24 yanvar 2024-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılması zamanı iddiaçının sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00230 nömrəli abonent koduna 25920 m3 - 3110.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli 97 nömrəli arayışda İddiaçı İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin Qarakolluq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu Xan Şuşinski küçəsi mənzil 140-da yaşadığı qeyd edilmişdir. Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 24 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq, qaz işlədicələrindən 1 ədəd PQ 3-ün maksimal saatlıq qaz sərfi 6 m³/saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün (6x12x360)=25920m³ dəymiş ziyan müəyyən edilmişdir.
5. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 3110.40 manat borcun silinməsini, cavabdehin nümayəndəsi isə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş edirlər
6. Göründüyü kimi qanunverici istehlakçının qaz xətdinə qanunsuz qoşulmasının sübut növü kimi istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmə kimi müəyyən etmişdir. Lakin hazırkı tələb üzrə iddiaçı qaz xətdinə qanunsuz qoşulmasını etiraf etmir, ona yazılan cərimənin qanunsuz olduğunu iddia edir. Belə olan halda hazırkı tələb üzrə iddiaçı yazılmış cəriməni qəbul etmədiyindən və onun barəsində qazın talanması ilə bağlı inzibati və ya məhkəmə qərarı olmadığından məhkəmə iddiaçıya yazılmış cərimənin məbləğinin araşdırılmasını zəruri hesab edir.
7. Məhkəmə hesab edir ki,sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirilsə də, İddiaçı sözügedən fərdi yaşayış evində yaşamadığı və cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona qazdan istifadə etmədiyi halda sayğacdan kənar xətt vasitəsi ilə 25920 m3 miqdarında, yəni 3110.40 manat dəyərində təbii qazdan istifadə etməsinə görə cərimə yazması ağlabatan deyildir.Belə ki,İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin 15 iyul 2024-cü il tarixli 97 nömrəli arayışında İddiaçı İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin Qarakolluq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşadığı qeyd edilmişdir. İddiaçı Bakı şəhərində yaşayaraq qaz xəttinə sayğacdan kənar müdaxilə etmədiyi halda Cavabdeh İB iddiaçının təbii qazdan 360 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 3110.40 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz qaz xəttindən 360 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, eyni zamanda iddiaçı barəsində qaz xəttinə qanunsuz müdaxilə və nəticədə qazın talanması ilə bağlı inzibati və ya məhkəmə qərarı olduğu müəyyən edilmir və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.
8. İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(037)-859/2024 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia təmin olunmuş, Cavabdeh tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00230 nömrəli abonent koduna vurulmuş 25920 kub.metr təbii qazın dəyəri olan 3110.40 (üç min bir yüz on manat qırx qəpik) manat cərimə məbləğinin silinməsi, Cavabdehndən 51.10 (əlli bir manat on qəpik) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X2»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9 və 5.2-ci bəndlərinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 24 yanvar 2024-cü il tarixli ******* nömrəli təbii X2nın pozulması haqqında Akt 24 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə 05 iyun 2024-cü il tarixli abonentin saldosu İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli 97 nömrəli arayış
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, istehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqısatqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir.
13. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(037)- 859/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və Cavabdeh nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
17. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.8-1-ci maddə: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Bənd 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: Bənd 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; Bənd 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 4.2-ci bəndində əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 25 iyun 2023-cü ildən qüvvədə olan 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “X2”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X2”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X2”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(037)- 859/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, 24 yanvar 2024-cü il tarixli ******* nömrəli təbii X2nın pozulması haqqında Akt və həmin akt əsasında tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən hesablanmış borcun saatlıq qaz sərfiyyatına uyğun qaydada hesablanmanın aparılmaqla müəyyən edilməsini və artıq hesablanmış borcun silinməsi ilə bağlı hissədə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddə əlavə edilmişdir. (bax 17-ci bənd). Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarı ilə “X2”na dəyişikliklər edilmiş, nəticədə Qaydaların 6.5-ci bəndi yeni redaksiyada verilmiş və 6.5-1-6.5-4-cü bəndlər əlavə edilmişdir. (bax 18-ci bənd). 0402517 nömrəli təbii X2nın pozulması haqqında Akt 24 yanvar 2024-cü il tarixdə tərtib edildiyindən həmin akta əsasən cərimənin hesablanması qeyd edilən dəyişikliklərə uyğun həll edilməlidir. Hazırki iş üzrə isə ******* nömrəli təbii X2nın pozulması haqqında Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi, o cümlədən 24 yanvar 2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən hesablanan cərimənin həmin Qaydaların 6.5-1 və 6.5-3-cü bəndlərinə uyğun hesablanması barədə iş materialalrında heç bir sübut mövcud deyildir. Cavabdeh tərəf də bu barədə kollegiyaya heç bir sübut və ya dəlil təqdim etməmişdir. Göstərilənlərə əsasən, hazırki halda Cavabdeh həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(037)-859/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehtərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(037)-859/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.