Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1224/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi və İddiaçı nümayəndəsi X3 ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma” tələbinə dаir Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-163/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 və Cavabdeh2 3500 manat miqdarında kompensasiya verilməklə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 1-də yerləşən fərdi yaşayış evində olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-163/2020 nömrəli (hakim Z.Quliyev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılma tələblərinə dair iddiasının təmin olunmaması, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi X6 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçının nümayəndəsi X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə qardaşı X18 oglu arasında nikah xx xxxx 2001-ci il tarixdə bağlanmışdır. Qardaşı cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra Cavabdeh1 Firudın qızı şəxsi əmlaklarını hazırda iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gətirmiş və həmin evə köçmüşdür. Cavabdehin qardaşı ilə birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 oglu və xx.xx.2008-ci il təvəllüdlü X10 doğulmuşdur. 2005-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 ilə X18 oglu boşanmışlar. Lakin 2010-cu il tarixdə onlar barışıb, yenə bir yerdə yaşamış, xx.xx.2018-ci il tarixdə yenidən nigah bağlamışlar. Qısa müddət sonra Cavabdeh1 ilə qardaşı X9 ailə münasibətləri yenidən pozulmuş, barışıb birgə yaşamaqları mümkün olmadığından Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən nigahları pozulmuşdur. ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsində 1984-cü il tarixdə tikilmiş fərdi vaşayış evi xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Qardaşı ilə nigahları pozulduqdan sonra Cavabdeh1 birgə yaşayış qaydalarına əməl etmir, adamı qıcıqlandıran hərəkətlərə yol verir. Buna görə də mübahisələr baş vermişdir. xx.xx.2018-ci il tarixdə varanmış mübahisə zəminində onları söymüş və döymüşdür. Buna görə Cavabdeh1 təqsirli bilinərək inzibati qaydada cərimə də olunmuşdur. Cavabdeh1 əlindən dincliklərini itirmişlər vo hətta biri-birlərini tək qoyub onun qorxusundan heç bir yerə gedə bilmirlər. Buna görə də iddiaçı hesab edir ki cavabdehlə bir arada yaşamaları mümkünsüzdür. Bu baxımdan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş xx.xx.2008-ci il təvəllüdlü X8 iddiaçının mülkiyyətində olan evdən çıxarılmasını istəyir və bu fikrində israrlıdır. İddiaçının təklif etdiyi kompensasiya iş üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş X10 ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir və bu hal mülkiyyətçinin öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanı yaradır. İddia ərizəsinə əlavə olunan xx xxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 1-də yerləşən fərdi yaşayış evi üçün qiymətləndirmə işi aparılmış, həmin fərdi yaşayış evinin xx xxxx 2019-cu il tarixə real bazar dəyəri 50000 manat müəyyən edilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-163/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində cavabdehlərə 3500 manat kompensasiya təklif edilmiş, lakin məhkəmə iddianı təmin etməmişdir. Hazırda cavabdehlərə 5000 manat məbləğində kompensasiya təklif edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, cavabdehlərə 5000 manat məbləğində kompensasiya ödənilməklə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-163/2020 nömrəli qətnaməsiləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli bank qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, 02/128 nömrəli arayışına əsasən Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 7 saylı evin xx.xx.2019-cu il tarixə bazar dəyəri 50000 manat təşkil edir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 7 saylı ev mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən X12 ilə Cavabdeh1 arasında xx.xx.2001-ci ildə qeydə alınmış nikah pozulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X12 ilə Cavabdeh1 arasında xx.xx.2018-ci ildə qeydə alınmış nikah pozulmuşdur. “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 7 saylı evin aylıq kirayə haqqı 300 manat, evin xx.xx.2019-cu il tarixə bazar dəyəri 90000 manat təşkil edir. Göyçay notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2004-cü ildə vəfat etmiş X5 vərəsələri kimi X12 və İddiaçı tanınmışdır. X12 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış miras paylarının bağışlanma müqaviləsinə görə X12 xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən vərəsəlik payını İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddədə sərəncam hüququnun mahiyyəti açıqlanaraq göstərilir ki, sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1., 228.2-ci və 228.5-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Mülki Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X12 və İddiaçı anaları X4 miras qalmış əmlakı qəbul etmişlər və həmin əmlak miras açılan gündən onların ümumi birgə mülkiyyəti sayılır. X1 ona düşən vərəsəlik payını bacısı İddiaçı bağışlamışdır. Cavabdeh1 isə həmin vaxt X9 arvadı olmuş və digər Cavabdeh2 isə onların ümumi uşağıdır. Cavabdehlər miras açılan vaxt X12 ilə birgə ünvan 1-də yerləşən fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmış və hazırda da onlar orada yaşayırlar. Ona görə də qeyd edilən dövrdən etibarən cavabdehlərin X12 ilə birgə yaşayan ailə üzvləri kimi, yəni ailə əlaqələri əsasında ünvan 1-də yerləşən fərdi yaşayış evinə istifadə hüquqları yaranmışdır. Göründüyü kimi iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququ olduğunu etiraf edir. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən iddiaçının cavabdehlərə kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmək hüququ vardır. Sadalanan hallara əsasən araşdırma aparılarkən məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh mübahisəli evin gəlinidir. Lakin tərəflər arasında olan münasibətlər münaqişəlidir və bir-birinə qarşı barışmaz mövqedədirlər. Cavabdehin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə maneə törədəcəkdir. Yuxarıda qeyd olunan xüsusatlar baxımından birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülkiyyətçinin mənzilindən cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 3500 manat məbləğdə kompensasiya onların davamlı sürətdə və müəyyən müddət daxilində, Göyçay şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilsə də, yeni əsaslarla, yəni təklif olunan 5000 manat məbləğ də iddianın təmin olunması üçün əsaslı deyildir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehlərə təklif olunan 5000 manat kompensasiya məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tаrixli qərаrındа göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının yaşayış sahəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsinin əvəzi kimi təklif olunan 5000 manat məbləğdə kompensasiya sonuncuların davamlı sürətdə və müəyyən müddət daxilində, Göyçay şəhərinin ərazisində başqa yerdə əvvəlki yaşayış sahəsində olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin evdən istifadə hüququnun itirilməsi üçün yetərli və qənaətbəxş deyildir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, İddiaçı nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-163/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçıcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-163/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1224/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1224/2020
30.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver