Məhkəmə qərarları › İş №2(107)-1224/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1224/2021

15.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1224/2021 15.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iclas katibliyi, cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2019-cu il tarixli Çıxarışla onun mülkiyyəti olaraq tanınmış Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən 172.06 kv metr sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Soltanov X1 Səidə Dursun qızına qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbinin rədd edilməsi, mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş **********053-13301 saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı ilə (Hakim E.İsayev) İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməsi qərara alınmışdır. Cavabdeh məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hesab edir ki, tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddianın yolverilməzliyi barədə Qəbələ Rayon Məhkəməsinin 22.04.2021 -ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı ədalətsizdir və bu səbəbdən ləğv edilməlidir. Eyni zamanda, həmin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Qəbələ Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh şikayəti müdafiə edərək bildirmişdir ki, iddiaçı onun baldızıdır. Mübahisəli ev də baldızına bağışlama müqaviləsi əsasında keçmişdir. Belə ki, onun keçmiş arvadı Təranə Cəbrayılova həmin evi bacısına (hazırki iş üzrə iddiaçıya) bağışlamışdır. Ona görə də belə hesab edir ki, hər iki iddia bir-birilə əlaqədardır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclasa gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı qismən ləğv edilərək, ləğv edilmiş hissədə sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 155.1-ci maddəsinə müvafiq olaraq cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü mаddəsinə əsаsən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin 156.1-ci mаddəsinə əsаsən, hakim qarşılıqlı iddianı həmin iddiа ilk tələbin qarşılıqlı ödənilməsinə yönələrsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırаrsа və hər iki iddia arasında qarşılıqlı əlaqə оlаrsа və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Cavabdeh qarşılıqlı iddia tələbində mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş **********053-13301 saylı Çıxarışın ləğv edilməsini xahiş edir. Lakin, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin narazı olduğu Çıxarışına dair iddia ilə müraciət etmişdir. Cavabdeh məhkəmə qaydasında Çıxarışın ləğv edilməsi xahiş etdiyi məsələ inzibati orqanın aktı ilə təsdiq olunur. Bu isə tərəflər arasında inzibati mübahisə yaranmışdır ki, belə mübahisəyə baxılması ümumi məhkəmənin səlahiyyətinə aid deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı geri qaytarılması barədə mövqeyi əsassızdır Birincisi ona görə ki, həm ilk, həm də qarşılıqlı iddianın dəlillərindən göründüyü kimi mübahisəli yaşayış evi İddiaçı bağışlama müqaviləsi əsasında keçmişdir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti mülki hüquq münasibətinin nəticəsi olduğundan tələbin bu hissəsi inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Beləliklə təqdim olunmuş işin faktiki hallarından müəyyən edilmişdir ki, 05.11.2019-cu il tarixli, **********053-13301 saylı nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 53.6 ha torpaq sahəsi istifadə hüquq əsasında İddiaçı məxsusdur (iş materialları səh. 9). Göründüyü kimi qarşılıqlı iddia ərizəsi mahiyyəti üzrə mülki xarakterlidir və ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, “iddianın yolverilməzliyinə görə qarşılıqlı iddia ərizəsini qəbul etməkdən imtina haqqında” birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın yolverilməzliyi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı tam, bununla bağlı 07.05.2021-ci il tarixli qərardadı isə qismən ”şikayətin təmin edilməməsi” hissəsində ləğv olunmalı və mülki iş qarşılqılı iddia tələbinin bu hissəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı tam, 07.05.2021-ci il tarixli qərardadı isə qismən ”şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin və mülki iş qarşılıqlı iddia tələbinin bu hissəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar