Məhkəmə qərarları › İş №2(107)-1228/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1228/2024

24.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1228/2024 24.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X3 və X1аn ibarət tərkibdə; İddiaçı Cavabdeh İB-nə qarşı “cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(046)- 1246/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayətinin geri qaytarılması” barədə həmin məhkəmənin 09 sentyabr 2024-cü il tarixli, 2(046)-1246/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq yazılmış 3110.04 manat cərimə məbləğinin azaldılaraq 259.20 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(046)-1246/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı barəsində Cavabdeh İB-nin X6 İstismar idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 3110.04 manat cərimə məbləği azaldılaraq 259.20 manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 09 sentyabr 2024-cü il tarixli, 2(046)-1246/2024 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(046)-1246/2024 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, Cavabdeh İB-ə qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti tərtib edərək müraciət etmək hüququnun izah edilməsi, Cavabdeh İB tərəfindən ********** nömrəli qəbzlə xx.xx.2024-cü il tarixdə ödənilmiş 25.60 manat dövlət rüsumu Cavabdeh İB-ə qaytarılması qərara alınmışdır. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(046)- 1246/2024 saylı qərardadından şikayət vermiş və şikayətini belə əsaslandırmışdır ki, ... məhkəmə apellyasiya şikayətinin möhürlə təsdiq edilməməsi ilə bağlı səhv qənaətə gəlmişdir. Belə ki, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron Məhkəmə” İnformasiya sistemindən istifadə edilməklə verilmiş və şikayət hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır.Nümayəndənin etibarnaməsi və onun iş yerinə dair arayışı da apellyasiya şikayətinə əlavə edilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən istifadə zamanı şikayətin möhürlə təsdiq edilməsi nəzərdə tutulmamış, ümumiyyətlə elektron qaydada verilən apellyasiya şikayətini möhürlə təsdiq edilməsi texniki cəhətdən də mümkün deyildir. Buna görə də Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)1246/2024 saylı apellyasiya şikayətinin geri qaytarılması barədə çıxardığı qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(046)-1246/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(046)-1246/2024 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ... apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, cavabdeh “Azəriqaz İB” tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Ona görə də qeyd edilənlər apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, ...apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Apellyasiya şikayəti elektron imza Cavabdeh İBnin nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası. Şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Şikayət hüquqi şəxs tərəfindən verilmiş, ancaq möhürlə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin apellyasiya şikayətinin məzmunundan bəhs edən 361.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci madddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Aprellyasiya şikayətinə nəzər yetirilərkən şikayətin yuxarıda qeyd edilən meyarlara uyğun tərtib olunduğu müəyyən olunur. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh şikayəti təmin olunаrаq iş üzrə Göyçay Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(046)- 1246/2024 saylı qərardadı ləğv edilməli və apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(046)- 1246/2024 saylı qərardadı tam, 23 sentyabr 2024-cü il tarixli, 2(046)-1246/2024 saylı qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh İB-nə qarşı “cərimə borcunun silinməsi və hüquqların bərpası tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(046)- 1246/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilsin. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar