Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1232/2021 30.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “cərimə borcunun və 93 manat məbləğində sayğacın dəyərinin silinməsi tələbinə dair” ilk, Cavabdeh İB-nin İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(046)-211/2021 nömrəli qətnaməsindən cavabdeh "Cavabdeh" İB-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(046)-211/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) ilkin iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı abonent koduna hesablanmış 464.40 manat məbləğində borcun və yeni quraşdırılmış sayğaca görə 93 manat məbləğində pulun silinməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı qazdan istifadəyə görə 388.30 məbləğində pulun alınaraq Cavabdeh İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının İddiaçı alınaraq Cavabdeh İB-nə ödənilməsi, qətnamənin ilkin iddia üzrə icrasının, yəni 464.40 manat məbləğində borc və sayğaca görə hesablanmış 93 manat hissədə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə, qarşılıqlı iddia üzrə icrasının, yəni qazdan istifadəyə görə yaranmış 388.30 manat və 20 manat dövlət rüsumuna dair hissədə cavabdehin yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 464.40 manat cərimənin və yeni qaz sayğacına görə hesablanmış 93 manatın silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 388.30 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 464.20 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumun, 0.40 manat xidmət haqqı tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin müdafiə və qarşılıqlı iddianı isə qismən qəbul edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay şəhəri vaqif küçəsində yaşayır, Cavabdeh İB Göyçay rayon şöbəsinin əməkdaşları evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etmişlər və barədə akt tərtib etmişlər. Bundan sonra 30.04.2020-ci il tarixdə 464.40 manat dəymiş ziyan barədə ona bildiriş verilmiş, ondan yeni sayğacın quraşdırılması üçün 93 manat ödəniş tələb edilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evindən kənarda yerləşir. Qarşılıqlı iddianı isə qismən qəbul etmiş və cavabdehə qazdan istifadə etdiyinə görə yaranmış borcunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Buna görə də iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB nümayəndəsi X2 iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı 14.12.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Evdən açılmış qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, sayğacın hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair 29.03.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı abonent koduna 4644 m3 – 464.4 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa hazırda İddiaçı qazdan istifadəyə görə 388.30 manat borcu vardır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh İB-nin nümayəndəsi X2 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İB-nin nümayəndəsi X2 apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, hakim işə baxarkən və Qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(046)-211/2021 nömrəli qətnaməsinin ləğv edilməsinə, ilkin iddianın təmin edilməməsinə və qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh İB-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(046)-211/2021 nömrəli qətnaməsi mübahisələndirilən - təmin edilmiş ilk iddiaya aid hissədə və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan qəbulu haqqında 14.12.2018-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay şəhəri Vaqif küçəsində yerləşən fərdi yaşayış evindən qaz sayğacının hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi üçün yeni qaz sayğacı ilə əvəz edilmişdir. İşdə olan 29.03.2019-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən Göyçay şəhəri Vaqif küçəsi ev 4-də quraşdırılan qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, yoxlama zamanı sayğacın hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. İşdə olan Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin 30.04.2019-cu il tarixli bildirişindən görünür ki, abonent İddiaçı 464.4 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, ümumilikdə 30.04.2019-cu il tarixə Göyçay Xidmət Sahəsinə 670.40 manat qaz pulu borcu olduğu qeyd edilmişdir. Həmçinin 93 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə mənzilinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İşdə olan İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı 852.75 manat borcu qeyd edilmişdir. Həmin borcun 464.40 manatı itirilmiş qazın bərpası üçün hesablanmış vəsait, 388.30 manat isə aylar üzrə qazdan istifadəyə görə yaranmış borcdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə qismən təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2, 4.7, 4.8, 5.5 və 6.1-ci bəndlərinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı qazdan istifadəyə görə aylar üzrə Cavabdeh İB-nə ödənilməmiş 202.10 manat alınaraq Cavabdeh İB-nə verilməsinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, İddiaçı həmin müqavilə əsasında yaşadığı Göyçay şəhəri Vaqif küçəsi ev 4- də qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmiş və buna görə İddiaçı 93 manat məbləğində pul hesablanmışdır. Tərtib edilmiş akta əsasən İddiaçı evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair invertar aktı tərtib edilmişdir. Həmin akta əsasən 464.40 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi hesablanaraq İddiaçı abonent koduna vurulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini və yeni sayğacın quraşdırılması üçün pul tələb etməkdə haqlı deyildir. Birinci instansiya məhkəməsinin baxışı zamanı tədqiq edilmiş digər sənədlərlə İddiaçı yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının həyətindən kənarda quraşdırıldığı və heç bir müvafiq örtüklə örtülmədiyi müəyyən edilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə İddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğacın hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması müəyyən edilməmişdir. Eyni zamanda qaz sayğacının İddiaçı təqsirli hərəkətləri nəticəsində sayğacın hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın İddiaçı tutulması, yeni qaz sayğacının İddiaçı vəsaiti hesabına quraşdırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 464.40 manat borc məbləği və yeni quraşdırılmış sayğaca görə 93 manat pul silinməli, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı 388.30 manat dəyərində istehlak edilmiş qazın dəyəri alınaraq Cavabdeh İB-nə verilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi X4 оğlunun apellyasiya şikаyəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(046)-211/2021 nömrəli qətnaməsi mübahisələndirilən- təmin edilmiş ilk iddiaya aid hissədə və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(046)-211/2021 nömrəli qətnaməsi mübahisələndirilən - təmin edilmiş ilk iddiaya aid hissədə və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1232/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1232/2021
30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver