Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1233/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: akt əsasında hesablanmış məbləğin silinməsi, kənar qoşulma) X1 (sədrlik edən və məruzəçi), Məcidov X3 Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(037)-887/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ona hesablanmış və **********00200 nömrəli abonent koduna vurulmuş 6264 kub metr təbii qazın dəyəri 751.68 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 fevral 2024-cü il tarixdə "Azəriqaz" Ístehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bu barədə həmin tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında ******* nömrəli akt tərtib olunmuşdur.Tərtib olunmuş aktda göstərilmişdir ki, sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 fevral 2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, qaz işlədicilərindən qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatının 6 m 3/saat orta günlük rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Qeyd etmək istəyir ki, o və ailə üzvləri Bakı şəhərində yaşayırlar. Sözügedən fərdi yaşayış evində ondan başqa heç bir şəxs yaşamır. Evdə 1 ədəd iran sobası və 1 ədəd dəmir soba olmuşdur.Sayğacdan kənar əlavə qaz xəttinə çıxış olmadığı halda cavabdeh təşkilat onu 751.68 manat məbləğində cərimə etmişdir.Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin aktı qanunsuz və əsassız hesab edir. Belə ki,qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən orada ailə üzvlərindən heç kəs olmamışdır. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Bildirmək istəyir ki, İsmayıllı Xidmət sahəsinin təbii qaz və sahə xidmətinin nəzarətçisi onun Bakı şəhərində yaşadığını bilə-bilə və qazdan az istifadə etdiyini nəzərdən keçirib özbaşına yaşadığı evin həyətinə daxil olaraq, evin bütün saxlanc yerlərinə baxış keçirmiş evdə olan müxtəlif rezin su borularını evin ətrafına düzərək güya sayğacdan kənar qaz xətti qoşulduğu görüntüsünü yaratmış daha sonra oranın video çəkilişini aparmış və akt tərtib edərək o yüksək məbləğdə cərimə edilmişdir. Halbuki o və ailə üzvləri həmin evdə olmamışlar və evi keç kəsə kirayə verməmişlər. Cavabdehin nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, onu da qeyd etmək istəyir ki, istifadəsində olan qaz sayğacı fərdi yaşayış evinin qonşuluğunda olan sahədən əvvəllər mövcud olmuş qaz xəttinə qoşulmuşdur. O,sayğacdan kənar heç bir qaz xəttinə qoşulmamışdır. Cavabdeh bu faktı aşkar etdikdən sonra 29 fevral 2024-cü il tarixli ******* nömrəli akt əsasında **********00200 nömrəli abonent koduna 751.68 manat borc hesablanmışdır.Cavabdeh tərəfindən güya aşkar edilmiş həmin xəttə görə aktda göstərilənlər və qazın bərpası üçün hesablanmış məbləğ əsassızdır və həddən artıq şişirdilmişdir. Aşkarlanan sayğacdan kənar qoşulma olmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, ötən dövr ərzində fərdi yaşayış evində yaşadığı vaxtı, bu qədər məbləğdə heç bir vaxtı qaz sərfiyatı qeydə alınmamışdır.Dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunan məbləğ ağlabatan rəqəm deyildir.Fərdi yaşayış evində istifadə edilən qaz cihazlarının 360 günə hesablanması heç bir qanunla tənzimlənmir,tam qanunsuzdur, ona görə hesablanmış cərimə tam silinməlidir.Belə ki,"Azəriqaz” İB istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz sayğacının nominal saatlıq qaz sərfinin 6 kub.metr saat orta günlük iş rejimi 12 saat və hesabat müddeti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.Bütün əhali abonentlərinin,o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir,sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun fərdi yaşayış evində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Lakin əvvəllər bu kimi hallar baş verməmiş bu aşkar edilməmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ qanunsuz yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən və 29 fevral 2024-cü il tarixli,0402737 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan zamanı qaz cihazları 1 ədəd iran sobası və 1 ədəd dəmir soba olmuşdur.Belə ki, məhkəməyə təqdim etdiyi **********00200 saylı abonentin saldosundan görünür ki, fərdi yaşayış evində yaşadığı müddətdə istifadə etdiyi qaz sərfiyyatı nə qədər olması qeyd olunmuşdur. Buna baxmayaraq onun barəsində tərtib olunmuş aktda "Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 751.68 manat borcu olması yazılmışdır. Hesab edir ki, o sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış və abonent hesabına işlənmiş 751.68 manat məbləğdə dəymiş ziyanın hesablanması tam qanunsuzdur və ağlabatan deyildir. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 6.5.3 bəndinin tələblərinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydalarının 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Lakin "Azəriqaz” İstehsalat Birliyinin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 fevral 2024-cü il tarixli ******* nömrəli aktda istehlakçı kimi ona məxsus fərdi yaşayış sahəsində qaz işlədici avadanlıqlar mövcud olmuşdur. Fərdi yaşayış evində həmin avadanlıqlar aşağıdakılar olmuşdur. 1 ədəd iran sobası və 1 ədəd dəmir soba qeydə alınmışdır. Qeydə alınmış 1 ədəd iran sobası müəyyən olunmuş normativə əsasən saatlıq qaz sərfiyyatı 1.5 kub metr və 1ədəd dəmir sobanın saatlıq qaz sərfiyyatı isə 1.4 kub.metr müəyyən olunmuşdur. Belə olan halda cəmi 1 ədəd iran sobasının 1.5 kub metr + 1 ədəd dəmir sobanın isə 1.4 kub metr qaz sərfiyatı cəmi 2.9 kub.metr saat hesabı ila qaz sərf olunur.Lakin tərtib olunmuş tələbnamədə Qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 1.5 kub.metr orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi ondan tələb olunmuşdur.Lakin sayğacdan kənar qaz xəttinə hər hansı bir qoşulma olmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir. Həmin qaydalara görə 1 ədəd iran sobası 0.9 kub.metr və 1 ədəd dəmir soba isə 2.2 kub.metr qaz sərf edir. Lakin nəzərə almaq lazımdır ki, son 10 ildə ölkə üzrə isti hava şəraiti hökm sürür. Belə olan halda hətta evində yaşasa belə 751.68 manat məbləğdə qaz sərfiyyatı olması inandırıcı deyildir.Beləliklə, cavabdeh təşkilat tərəfindən ona 751.68 manat məbləğində yüksək cərimə məbləği hesablanaraq abonent koduna işlənmişdir. Buna görə də hesab edir ki,o qanunsuz olaraq təbii qazdan ümumiyyətlə istifadə etməmişdir. Ona görə də Cavabdeh tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli akta əsasən ona hesablanmış və **********00200 nömrəli abonent koduna vurulmuş 6264 kub metr təbii qazın dəyəri 751.68 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddia tələbinə verdiyi etirazını onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Vaşa kəndində yaşayan İddiaçı İsmayıllı rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 751.68 manat cərimə məbləğinin silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində hesablanmış cərimə məbləğinin qanunsuz olaraq yazıldığını bildirərək hesablanmış məbləğin əsassız olduğu üçün silinməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.Belə ki,xx.xx.2024-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin İSQNŞ-nin əməkdaşları İsmayıllı rayonu Vaşa kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00200 nömrəli abonent koduna 6264 m3- 751.68 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyərləridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alğı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə,qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, İsmayıllı rayonu Vaşa kəndində yaşayan İddiaçı əsassız hesablanmış 751.68 manat cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır.
6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 28 avqust 2024-cü il tarixli, 2(037)-887/2024 nömrəli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00200 nömrəli abonent koduna vurulmuş 6264 kub.metr təbii qazın dəyəri olan 751.68 (yeddi yüz əlli bir manat altmış səkkiz qəpik) manat cərimə məbləğinin silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 fevral 2024-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılması zamanı iddiaçının sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00200 nömrəli abonent koduna 6264 m3-751.68 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamamışdır. X6 xx.xx.2024-cü il tarixli tibbi müayinənin nəticələrinə dair məktubunda və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin xx.xx.2024-cü il tarixli,B №1925820 resept blankından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olmuş və həmin tarixdə qızı Çinarə İsrafilovanı Bakı şəhərində yerləşən X7 həkim müayinəsindən keçirmişdir. Cavabdeh İB-nin X10 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyriqanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq, qaz işlədicələrindən 1 ədəd iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün və 1 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmış qazın bərpası üçün (1.5x12x180=3240m3) və (1.4x 12x180=3024 m3) cəmi 6264m³ dəymiş ziyan müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 751.68 manat borcun silinməsini, cavabdehin nümayəndəsi isə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş edirlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə hesab etmişdir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirilsə də, İddiaçı sözügedən fərdi yaşayış evində yaşamadığı halda, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona qazdan istifadə etmədiyi halda sayğacdan kənar xətt vasitəsi ilə 6264 m3 miqdarında, yəni 751.68 manat dəyərində təbii qazdan istifadə etməsinə görə cərimə yazması ağlabatan deyildir. Belə ki, X6 xx.xx.2024-cü il tarixli tibbi müayinənin nəticələrinə dair məktubunda və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin xx.xx.2024cü il tarixli,B №1925820 resept blankından görünür ki,İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olmuş və həmin tarixdə qızı Çinarə İsrafilovanı Bakı şəhərində yerləşən X7 həkim müayinəsindən keçirmişdir. İddiaçı Bakı şəhərində yaşayaraq qaz xəttinə sayğacdan kənar müdaxilə etmədiyi halda Cavabdeh İB iddiaçının təbii qazdan 180 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 751.68 manat cərimə hesablamışdır. İddiaçının qanunsuz qaz xəttindən 180 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş,eyni zamanda iddiaçı barəsində qazın talanması ilə bağlı inzibati və ya məhkəmə qərarı olduğu müəyyən edilmir və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.
9. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli,Cavabdeh tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanaraq İddiaçı **********00200 nömrəli abonent koduna vurulmuş 6264 kub.metr təbii qazın dəyəri olan 751.68 manat cərimə məbləği silinməlidir.
10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8 və 9-cu bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2, 4.7, 4.8, 4.9, 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli Qərarının 2.4-cü bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.
13. Belə ki, xx.xx.2024-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin İSQNŞ-nin əməkdaşları İsmayıllı rayonu Vaşa kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh İB–nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00200 nömrəli abonent koduna 6264 m3 – 751.68 (yeddi yüz əlli bir manat altmış səkkiz qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.
14. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyərləridir və abonentin özü tərəfindən ödənilməlidir.
15. İddiaçı ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.
16. Göründüyü kimi qətnamə çıxarılarkən tərəfimizndən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.
17. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödənilməsi barəsində bildiriş göndərilmişdir.
18. Təqdim edilmiş sənədlər, video və fotoşəkillər ,saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.
19. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, isin hərtərəfli, tam və obyektiv həllinə lazımi sərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli səkildə arasdırmamıs, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmis, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.
20. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.
21. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir.
22. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir.
23. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
24. Odur ki, məhkəmə kollegiyasından Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(037)- 887/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı apellyasiya şikayətinə etirazında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(037)-887/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(037)-887/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
29. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5- 1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyator İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(037)- 887/2024 nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 29 fevral 2024-cü il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılması zamanı iddiaçının sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən İddiaçı İsmayıllı XS-nin abonent bazasındakı **********00200 nömrəli abonent koduna 6264 m3-751.68 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdeh İB-nin X10 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyriqanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq, qaz işlədicələrindən 1 ədəd iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün və 1 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmış qazın bərpası üçün (1.5x12x180=3240m3) və (1.4x 12x180=3024 m3) cəmi 6264m³ dəymiş ziyan müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
39. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin sübutlara qiymət verməməsi, iddia ərizəsinin təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmin edilməsi, təqdim edilmiş sənədlər, video, fotoşəkillər, saldo və digər sənədlərin sübut qismində düzgün araşdırılmaması, onlardan istifadə edilməməsinə dair dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələbindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına kənar qoşulma halı ilə bağlı iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsinə dair heç bir sənəd əlavə edilməməklə yanaşı, cavabdeh təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da heç bir sübut təqdim edilməmişdir.
41. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Göründüyü kimi, sayğacdan kənar qoşulma halı üzrə iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsi halı sübut olunmur.
43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı barəsində qazın talanması ilə bağlı inzibati və ya məhkəmə qərarı olduğu müəyyən edilmir və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.
45. Yuxarıda qeyd edirlənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
46. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(037)-887/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması yol verilməzdir.
47. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(037)-887/2024 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(037)-887/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.