Məhkəmə qərarları › İş №2(107)-1235/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1235/2021

10.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1235/2021 10.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(014)-260/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə tərəflər müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikləri üçün məhkəmənin 26 yanvar 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək Ağdaş Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(014)-260/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə icraatın təzələnməsi barədə iş üzrə İddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(014)-260/2021 nömrəli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər mhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı da teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda hаqlı оlmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh İB-ə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə tərəflər müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması haqqında qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçılar, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda, məhkəmə İddiaçılarnın ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin Şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayət təmin edilmədən, Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(014)-260/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(014)-260/2021 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(014)-260/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(014)-260/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmi şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(014)-260/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar