Məhkəmə qərarları › İş №2(107)-1237/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1237/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1237/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb edildiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair (Açar sözlər: iddia ərizəsi geri qaytarıldı, ləğv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb edildiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin geri qaytarılması barədə Ağsu Rayon Məhkəməsinın 6 sentyabr 2024-cü il tarixli, 2(016)-1234/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cəlb edildiyi “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinın 6 sentyabr 2024-cü il tarixli, 2(016)-1234/2024 nömrəli qərardadı ilə ərizə, ona əlavə edilmiş sənədlər, o cümlədən 14224 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Ərizəçi şikаyət vermişdir. Ağsu Rayon Məhkəməsinın 27 sentyabr 2024-cü il tarixli, 2(016)-1234/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinın 6 sentyabr 2024-cü il tarixli, 2(016)-1234/2024 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları ərizə icraata qəbul edilməklə baxılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəni onun adından əri Ərizəçi imzalamışdır. Lakin iş materiallarına X2 hüquqi varisinin Ərizəçi olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin, ərizədə lazımi sənədlərin ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar əlavə edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağsu Rayon Məhkəməsinın 6 sentyabr 2024-cü il tarixli, 2(016)-1234/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Ərizəçi ərizəni X2 adından imzaladığını göstərsə də, hazırki iş üzrə ərizə Ərizəçi tərəfindən öz adından imzalanmışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hazırki halda ərizəçi ailə başçısını itirməyə görə müavinət almaq üçün DSMF-nin Ağsu Rayon Şöbəsinə müraciət etmişdir. Yəni, hazırki halda hüquqlarının əmələ gəlməsi asılı olan şəxs Ərizəçi özüdür. Hüquqi varisi olması barədə sənədin olmamasına gəldikdə isə, ərizəçi mərhum X2 onun arvadı olmasına istinad edir ki, bu barədə nikahın bağlanması haqqında Şəhadətnaməni ərizəsinə əlavə etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki halda adın səhv yazıldığı sənəd şəxsin sığorta stajını müəyyən etdiyindən hüquqmüəyyənedici sənəddir. Təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılmasına gəldikdə isə, arxiv arayışı Gəgəli kəndi “Paris Kommunası” adına kolxozun müvafiq sənədləri əsasında verilmişdir ki, Gəgəli kəndi “Paris Kommunası” adına kolxoz hal-hazırda mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin geri qaytarılmasına əsas olacaq hallar mövcud deyildir. Ona görə də, şikayət təmin edilməli, Ağsu Rayon Məhkəməsinın 6 sentyabr 2024-cü il tarixli, 2(016)-1234/2024 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları ərizə icraata qəbul edilməklə baxılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinın 6 sentyabr 2024-cü il tarixli, 2(016)-1234/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları ərizə icraata qəbul edilməklə baxılması üçün Ağsu Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar