Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1237/2025 12.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə; İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2(075)-2399/2025 saylı “iddia ərizəsinin baxılmamış saxlanılması” barədə qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat əsas borcun, 450 manat gecikmə cəriməsinin, 31 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Şəfəq Cəfərova) 17 noyabr 2025-ci il tarixli, e- 2(075)-2399/2025 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmış, eyni zamanda İddiaçı izah edilmişdir ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan narazı qalan İddiaçı şikayət vermişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən elektron kabinetə əlavə edilmiş şikayət elektron kabinetə yüklənərək elektron imza ilə imzalanmamış, yalnız “skan” edilərək PDF formasında elektron kabinetə yüklənmişdir. Bu isə özü-özlüyündə şikayətin elektron kabinet vasitəsilə verilməsi kimi qiymətləndirilə bilməz. Çünki elektron kabinet vasitəsi ilə verilmiş şikayət həmçinin elektron imza ilə imzalanmalı, şikayətin elektron qaydada verilməsinin xüsusi şərtlərinə əməl edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilənləri nəzərə almamış və verilmiş şikayəti geri qаytаrmаlı оlduğu hаldа səhvə yоl verərək оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, İddiaçı tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Şəki Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 366.2 və 366.4-cü maddələrini rəhbər tutub məhkəmə kоllegiyаsı qərаrа аldı: Şəki Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2(075)-2399/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Şəki Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1237/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1237/2025
12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver