Məhkəmə qərarları › İş №2(107)-124/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-124/2020

05.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-124/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qızına qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilmsəi və maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)- 140/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-140/2019 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı onlara məxsus olan, Şəki-Oğuz yolunun alt hissəsində yerləşən, Vərəzət kəndinin əkin torpaqları ilə qonşu olan 1,28 hektar torpaq sahəsinin Cavabdeh satılması ilə bağlı xəbərləri olmadan bağlanmış xx xxxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş **********18 nömrəli çıxarışın ləğv edilməsi, ailələrinə cavabdeh tərəfindən vurulmuş 15000 manat məbləğində maddi ziyanın və 15000 manat məbləğində mənəvi ziyanın alınıb ailələrinə verilməsi tələbinə dair iddiaların təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumu onların özlərinə aid edilməsi qət edilmişdir. İşin hаllаrı İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailələrinə məxsus torpaq sahəsi ilə bağlı **********18 nömrəli çıxarışın ləğv edilməsi, ailələrinə cavabdehlər tərəfindən vurulmuş 15000 manat məbləğində maddi ziyanın və 15000 manat məbləğində mənəvi ziyanın alınıb ailələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sonradan iddia tələblərinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə verərək, onlara məxsus olan, Şəki-Oğuz yolunun alt hissəsində yerləşən, Vərəzət kəndinin əkin torpaqları ilə qonşu olan 1,28 hektar torpaq sahəsinin Cavabdeh satılması ilə bağlı xəbərləri olmadan bağlanmış xx xxxxx 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş **********18 nömrəli çıxarışın ləğv edilməsi, ailələrinə cavabdeh tərəfindən vurulmuş 15000 manat məbləğində maddi ziyanın və 15000 manat məbləğində mənəvi ziyanın alınıb ailələrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələblərinin artırılması və dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırmışdır ki, Şəki rayonu X2 xx xxxx 2000-ci il tarixli, 03 saylı qərarı ilə onun anası X3 və ona Şəki-Oğuz yolunun alt hissəsində 1,28 hektar torpaq sahəsi verilmişdir. Lakin, onların xəbərləri olmadan həmin torpaq sahəsi Cavabdeh satılmış, bununla bağlı aralarında xx xxxxx 2007-ci il tarixli müqavilə bağlanmışdır. Halbuki, o, özünə məxsus torpaq sahəsini heç kimə, o cümlədən Cavabdeh satmamış, bununla bağlı onlar arasında hər hansı bir müqavilə bağlanmamış, o bununla bağlı hər hansı bir notariat orqanına getməmiş, hər hansı bir müqaviləyə imza atmamışdır. Həmçinin, məhkəməyə təqdim edilmiş xx xxxxx 2007-ci il tarixli, 4Ə-1/141 reyestr nömrəli müqavilədəki “İmzalar” sözünün qarşısındakı “1” rəqəminin qarşısındakı imza onun tərəfindən icra edilməmiş və həmin imzanın qarşısındakı “Mustafaev” sözü də onun tərəfindən yazılmamışdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. İddiası üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilsə də, ekspertin əlavə materialların təqdim edilməsi barədə xx xxxx 2019-cu il tarixli vəsatəti ilə razı deyildir və həmin vəsatətdə göstərilən sərbəst imza və 05-08 vərəqədə kiril qrafikası ilə icra olunmuş qarışıq mətndə “Mustafayev” soyadından ibarət ekspermental xətt nümunələrini təqdim edə bilmir. Çünki, o, müqavilənin bağlandığı dövrdə kiril qrafikalı əlifba ilə yaza bilməmiş, hazırda da kiril qrafikalı əlifba ilə yaza bilmir. Hesab edir ki, iş üzrə ekspertiza keçirilmədən onların iddialarının təmin edilməsi mümkündür. Hesab edir ki, iddiaları əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı İddiaçı2 da mahiyyət etibarı ilə İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraqİddiaçı3 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan, Şəki rayon Torpaq Şöbəsi tərəfindən xx xxxxxx 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN 143, KOD 40401002 nömrəli dövlət aktından görünür ki, Şəki rayonu X2 xx xxxx 2000-ci il tarixli, 03 saylı qərarı ilə X4 və İddiaçı1 adlarına 1,28 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan İddiaçı1ilə Cavabdeh arasında bağlanmış, Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxx 2007-ci il tarixli, 4Ə-1/141 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 Reyestr Xidmətinin Şəki şəhər Ərazi İdarəsinin verdiyi xx xxxxx 2007-ci il tarixli, 456 saylı arayışı və Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2000-ci il tarixdə verilmiş, 18155 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus 1,28 hektar torpaq sahəsini Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X10 tərəfindən xx xxx 2007-ci il tarixdə verilmiş **********18 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Yemçilik ərazisində 1,2842 hektar torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır. Yuxarıda göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli, 2(075)-140/2019 saylı qətnamə qəbul etmişdir. Məhkəmədə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. İddiaçılarİddiaçı1, İddiaçı2 və İddiaçı3 Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(075)-140/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri İddiaçılarİddiaçı1, İddiaçı2 və İddiaçı3 аpelyаsiyа şikаyətində göstərmişlər ki, Şəki rayonu X2 xx xxxx 2000-ci il tarixli, 03 saylı qərarı ilə onun anası X3 və ona Şəki-Oğuz yolunun alt hissəsində 1,28 hektar torpaq sahəsi verilmişdir. Lakin, onların xəbərləri olmadan həmin torpaq sahəsi Cavabdeh satılmış, bununla bağlı aralarında xx xxxxx 2007ci il tarixli müqavilə bağlanmışdır. Halbuki, o, özünə məxsus torpaq sahəsini heç kimə, o cümlədən Cavabdeh satmamış, bununla bağlı onlar arasında hər hansı bir müqavilə bağlanmamış, o bununla bağlı hər hansı bir notariat orqanına getməmiş, hər hansı bir müqaviləyə imza atmamışdır. Ailələrinə məxsus torpaq sahəsi ilə bağlı **********18 nömrəli çıxarışın ləğv edilməsi, ailələrinə cavabdehlər tərəfindən vurulmuş 15000 manat məbləğində maddi ziyanın və 15000 manat məbləğində mənəvi ziyanın alınıb ailələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında İddiaçı1 izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-140/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh qızı məhkəmə kollegiyasının hazırki iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı1 özünə məxsus torpaq sahəsini heç kimə, o cümlədən Cavabdeh satmadığını, bununla bağlı onlar arasında hər hansı bir müqavilə bağlanmadığını, müqavilə bağlamaq üçün hər hansı bir notariat orqanına getmədiyini, hər hansı bir müqaviləyə imza atmadığını, həmçinin, məhkəməyə təqdim edilmiş xx xxxxx 2007-ci il tarixli, 4Ə-1/141 reyestr nömrəli müqavilədəki “İmzalar” sözünün qarşısındakı “1” rəqəminin qarşısındakı imza və həmin imzanın qarşısındakı “Mustafaev” sözünün də ona aid olmadığını bildirmişdir. Buna görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-140/2019 saylı qərardadına əsasən 1,28 hektar torpaq sahəsinin Cavabdeh satılması ilə bağlıİddiaçı1 ilə Cavabdeh arasında bağlanılmış xx xxxxx 2007-ci il tarixli, 4Ə-1/141 reyestr nömrəli müqavilədəki “İmzalar” sözünün qarşısındakı “1” rəqəminin qarşısındakı imzanın İddiaçı1 məxsus olub-olmaması, həmçinin həmin imzanın qarşısındakı “Mustafaev” sözünün İddiaçı1 tərəfindən yazılıb-yazılmadığının müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ülviyyə Ağayevanın əlavə materialların təqdim edilməsi barədə xx xxxx 2019-cu il tarixli vəsatəti məhkəməyə daxil olmuşdur. X6 həmin vəsatətində İddiaçı1 03-05 sənəddə sərbəst imza, 05-08 vərəqədə kiril qrafikası ilə icra olunmuş qarışıq mətndə “Mustafayev” soyadından ibarət ekspermental xətt nümunələrinin təqdim edilməsini xahiş etmişdir. Bununla bağlı İddiaçı1 xx xxxx 2019-cu il tarixli məktub göndərilmiş və qeyd edilən ekspermental xətt nümunələrinin təqdim edilməsi üçün qısa müddət ərzində məhkəməyə gəlməli olması ondan xahiş edilmişdir. Lakin, İddiaçı1 qeyd edilən ekspermental xətt nümunələrinin təqdim edilməsi üçün məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Beləliklə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ülviyyə Ağayevanın əlavə materialların təqdim edilməsi barədə xx xxxx 2019-cu il tarixli vəsatətində göstərilən imza nümunələrinin ekspertiza mərkəzinə göndərilməsi təmin edilmədiyindən X6nın xx xxxx 2019-cu il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatı əsasında Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-140/2019 saylı qərardadı icra olunmadan iş materialları ilə birlikdə geri qaytarılmışdır. İş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığı üçün iş üzrə icraat təzələnərək məhkəmə baxışı iclası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı1 bir daha təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi üçün qeyd edilən ekspermental xətt nümunələrinin təqdim edilməsinin zəruri olduğu bildirilsə də, İddiaçı1 Şəki Rayon Məhkəməsi tərəfindən bununla bağlı ona xx xxxx 2019-cu il tarixli məktub göndərildiyini, lakin, həmin dövrdə və hazırda kiril qrafikalı əlifba ilə yaza bilmədiyini, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət olmadığını, buna görə də məhkəməyə gəlmədiyini bildirərək və məhkəməyə ərizə təqdim edərək hazırda da vəsatətdə göstərilən ekspermental xətt nümunələrinin təqdim edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Göründüyü kimi İddiaçı1 ekspertizanın keçirilməsində iştirak etməkdən, yəni zəruri tədqiqat predmetlərini (ekspertizanın keçirilməsi üçün zəruri olan ekspermental xətt nümunələrini) təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Birinci instansiya məhkəməsi İddiaçı1 zəruri tədqiqat predmetlərini təqdim etmədiyinə görə ekspertizanın keçirilməsinin mümkün olmamasını, həmçinin, iddiaçıların iddialarının əsaslı olduğunu təsdiq edəcək digər hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmələrini əsas götürərək, İddiaçı1həmin müqavilənin bağlanmasından məlumatının olmasını, həmin müqavilə bağlanarkən İddiaçı1 hüquq və vəzifələrinin izah edildiyi, o cümlədən onun belə bir müqaviləni bağlamaq barədə iradə ifadəsinin olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi iddiaçılar mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın isə ləğv edilməsiilə bağlı qanunvericilyinin hər hansı bir tələbinin pozulduğunu sübut edə bilməmişlər. Həmçinin, iddiaçılar ailələrinə cavabdeh tərəfindən vurulmuş 15000 manat məbləğində maddi ziyanın və 15000 manat məbləğində mənəvi ziyanın alınıb ailələrinə verilməsi ilə bağlı hissəsini əsaslandıran halları, yəni, iddiaçılar onlara maddi və mənəvi ziyan dəyməsini, həmin ziyanın məbləğlərinin ayrı-ayrılıqda 15000 manat təşkil etməsini, əgər onlara maddi və mənəvi ziyan dəymişdirsə, dəymiş ziyanla bağlı cavabdehin hərəkətləri arasında qarşılıqlı əlaqənin olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə iddia tələbinin maddi və mənəvi ziyanla bağlı hissəsini də əsaslı hesab etməmişdir. Apelyasiya instansiyası tərəfindən təyin edilmiş məhkəmə-xətşünаslıq ekspertizаsının verdiyi xx xxxxxx 2020-ci il, 31385 nömrəli rəyinə görə ekspertizaya təqdim edilmiş, İddiaçı1 ilə Cavabdeh adlarına olan xx xxxxx 2007-ci il tarixli müqavilədə “İMZALAR: 1” qrafasındakı imza və “Mustаfаev” yazısı - İddiaçı1 tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş, İddiaçı1 ilə Cavabdeh adlarına olan xx xxxxx 2007-ci il tarixli müqavilədə “İMZALAR: 1” qrafasındakı imzada və “Mustаfаev” yazısında – qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilməmişdir. Məhkəmə kоllegiyаsı belə qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi əqdlərin əsas əlamətlərindən biri də müəyyən hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsidir. Bir nəticənin əldə edilməsi üçün müəyyən bir iradənin olması yetərli olmayıb, bu iradənin ifadə edilməsi vacibdir. Qanunvericiliyə əsasən əqdin bağlanmış hesab edilə bilməsi üçün açıq və gizli, yazılı və şifahi iradə ifadələri tələb oluna bilər. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün isə qanunvericilik yazılı müqavilənin bağlanmasını şərtləndirməklə bu cür müqavilələrin bağlana bilməsi üçün müqavilə tərəflərinin açıq və yazılı şəkildə öz iradələrini ifadə etməsini məcburi etmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, barəsində alqısatqı aparılan 1.28 ha torpaq sahəsi Şəki rayonu X2 xx xxxx 2000-ci il tarixli, 03 saylı qərarı ilə İddiaçı1 və onun anası mərhum X1 istifadəsinə verilmişdir.İddiaçı1 həmin torpaq sahəsinin notarial qaydada təsdiq edilmiş xx xxxxx 2007-ci il tarixli müqavilə ilə Cavabdeh qızına satmışdır. Göründüyü kimi İddiaçı1 özünə və mərhum anasına məxsus torpaq sahəsini qanunamüvafiq şəkildə satması, işdə olan sübutlarla tam təsdiq edilir. Odur ki, onun iddia tələbi təmin edilə bilməz. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə kollegiyası digər iddiaçılara münasibətdə qeyd etmək istəyir ki, satılmış torpaq sahəsi onların istifadəsinə və ya mülkiyyətinə verilmədiyi habelə bu və digər şəkildə vərəsəlik əldə etmədiklərinə görə onların iddia qaldırmaq üçün subyektiv hüquqları olmamışdır. Odur ki, iddia tələbi onlara münasibətdə də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kolleiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-140/2019 saylı qətnaməsi iddiaçılara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçılardan tutulur. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri iddiaçılardan müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılarİddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-140/2019 saylı qətnаməsi iddiaçılara münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 126 (yüz iyirmi altı) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Elçin Hüseynov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar