Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-124/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X24 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mirasın qəbulu və miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(019)-367/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum bibiləri X16 və X25 məxsus olmuş 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum bibiləri X16 və X12 miras qalmış 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan miras payının o və mərhum X13 arasında müəyyən edilməsi və miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, mərhum bibiləri X16 və X25 məxsus olmuş 0,6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasın İddiaçı Nürəddin oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum bibiləri X16 və X12 miras qalmış 0,6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan mirasın 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 07 avqust 2020-ci il tarixli, 2(019)- 367/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı tərəfindən mərhum bibiləri X16 və X12 qalmış mirası qəbul etməsi faktının müəyyən edilməsi, İddiaçı mərhum bibiləri X16 və X12 miras qalmış 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan mirasın 1/2 hissəsinə miras payının müəyyən olunması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(019)-367/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1970-ci ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. X4, anası X1r. X4 10 oktyabr 2009-cu ildə ölmüşdür. X16 və X31 onun bibiləri olmuşdur. Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 saylı qərarı ilə bibiləri X16 və X25 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 673 KOD 40106018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X16 03 mart 1993-cü ildə, X31 isə 27 dekabr 1996-cı ildə ölmüşdür. Onların ölümündən sonra mərhum X8 və X18 irsi transmissiya üzrə vərəsəsi olduğuna dair ərizə ilə Cavabdeh5nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh5ndən ona cavab məktubu göndərərək, göstərmişlər ki, Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən o, mərhum X8 və X18 mirasının qəbulu üçün müddəti ötürmüşdür. Odur ki, müddətin bərpası üçün məhkəməyə müracət edə bilər. Bundan sonra məhkəməyə müraciət edərək mərhum bibiləri X16 və X34ma məxsus olmuş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininmiras payının qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(019)-415/2019 nömrəli qətnaməsi ilə mərhum bibiləri X16 və X25 məxsus olmuş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-miras payının qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.06.2019-cu il tarixdə verilmiş Çıxarışla 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X16 və X18 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh5nə müraciət edərək, X16 və X25 məxsus olmuş miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh5 ona 09 avqust 2019-cu il tarixli 630 nömrəli cavab məktubu göndərərək göstərmişdir ki, mirasın bölüşdürülməsi ilə əlaqədar mərhumun digər vərəsələri ilə aralarında mübahisə vardır. Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəmə mübahisəsi olduğundan ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək qanuna uyğun deyildir. Bununla əlaqədar məhkəməyə müracət edə bilər. Mərhum bibiləri X16 və X12 miras qalmış 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o və qardaşı qızı Cavabdeh1 qəbul etmişlər. Buna görə də X16 və X25 məxsus olmuş miras əmlak onların arasında bölüşdürülməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(019)-367/2020 nömrəli qətnaməsi maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Belə ki, qətnamədə qeyd olunur ki, məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq təmsil etdiyi İddiaçı mərhum bibiləri X16 və X12 miras qalmış sandığı və digər ev əşyalarını qəbul etdiyini, həmçinin 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təmizlik işləri apardığını, bununla mərhum bibilərindən qalmış mirası faktiki qəbul etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Halbuki, X16 və X12 miras qalmış sandıq və digər ev əşyalarını, çamadan, şkafları onlar qəbul etmişlər, həmçinin 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən fındıq ağaclarını, alma ağaclarını o və onun həyat yoldaşı əkmiş, həmin torpaq sahələri bütün bu illər ərzində onların istifadəsində olub, həmin torpaq sahəsində təmizlik işlərini o və ailə üzvləri, Cavabdeh2, X19, Cavabdeh4 istifadə edir və təmizlik işləri aparılır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı ayrıca evi həyatyanı və pay torpaq sahəsi vardır. Balakən rayon Kortala kəndində 80 faiz torpaq sahələri onun ixtiyarındadır. Lakin, bibiləri X31 və X9 məxsus sandıq, ev əşyaları, mebel, hal-hazırda 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini də onların ailə üzvlərinin qızları və oğulları idarə etmişlər. Ona görə də məhkəmənin gəldiyi bu nəticə həqiqətə uyğun deyil. Proses iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, Balakən Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(019)-367/2020 nömrəli qətnaməsi ləğv edilməli, əvvəl və yeni tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 15 avqust 2015-ci il tarixdə verilmiş 822 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X13 07 yanvar 1962-ci il tarixdə anadan olmuş, atası X20, anası X7 yazılmışdır. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2009cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 26 oktyabr 2009-ci il tarixdə ölmüşdür. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 02.01.1998-ci il tarixdə ölmüşdür. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 27.12.1996-ci il tarixdə ölmüşdür. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş 15 avqust 2018-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 mart 2016-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli 20.06.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Kortala kəndi 0,1198 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 20.06.2019-cu il tarixdə Cavabdeh3 Umar qızının və X18 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********93 olan, ********** qeydiyyat nömrəli 21.06.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Kortala kəndi 0,5766 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 21.06.2019-cu il tarixdə X8 və X18 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı mərhum bibiləri X16 və X25 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Balakən rayon Kortala kənd İcra nümayəndəliyinin 28 avqust 2020-ci il tarixli, 426 nömrəli arayışının məzmunundan görünür ki, X21 və X9 məxsus pay torpaq sahələrindən Cavabdeh1 və onun ailə üzvləri istifadə edir (səh.104). Balakən rayon Kortala kənd İcra nümayəndəliyinin 26 avqust 2020-ci il tarixli, 53 nömrəli arayışından aydın olur ki, X21 və X9 məxsus pay torpaq sahələrinin (0,70 ha) vergisi Cavabdeh1 tərəfindən ödənilir (səh.105). Balakən rayon Kortala kənd İcra nümayəndəliyinin 17.10.2020-ci il tarixli, 60 nömrəli arayışının məzmunundan müəyyən edilir ki, mərhum X16 və X14 adına olan 0.70 ha pay torpaq sahəsinin vergisini 2016-cı ilə kimi əri X13 ödəyib. Əri rəhmətə gedəndən sonra 2016-cı ildən Cavabdeh1 ödəyir (i/m səh. 125). Balakən rayon Kortala kənd İcra nümayəndəliyinin 19.10.2020-ci il tarixli, 534 nömrəli arayışının məzmunundan müəyyən edilir ki, X16 və X21 JN-673 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsindən Cavabdeh1 özü istifadə edir (i/m. səh 126). Şəki Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(107)-215/2021-ci il tarixli qətnaməsi ilə, Balakən Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(019)-415/2019 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdehlər Bayramova Leyla Nurəddin qızı, X6 və X2 qarşı “mirasın qəbulu üçün müddətin uzadılması” haqqında iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(102)-3377/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(107)-215/2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxslərdən X16 02.01.1998-ci ildə, X31 isə 27.12.1996-cı il tarixdə, iddiaçının atası Nurəddin Bayramov isə 2009-cu il tarixdə vəfat etmişlər. Kollegiya hesab edir ki, birinci iki miras qoyan şəxs 2000-ci il tarixdən əvvəl vəfat etdiyindən onlara münasibətdə vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-ci il redaksiyalı) müddəaları, Nurəddin Bayramova münasibətdə isə 2000-ci redaksiyalı Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Çünki, göründüyü kimi iddiaçının atası miras qoyan şəxslərdən sonra öldüyündən iddiaçıya münasibətdə irsi transmissiyanın qaydaları tətbiq edilməlidir. Lakin Balakən Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(019)-367/2020 nömrəli qətnaməsindən müəyyən edilir ki, işə baxan birinci instansiya məhkəməsi işin bu halına xüsusi diqqət yetirməmiş və mübahisəli hüquq münasibəti ilə bağlı 2000-ci il redaksiyalı Mülki Məcəllənin maddi normalarını tətbiq etmişdir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada); - 101-ci maddəsinin 2-ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. - 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. - 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. - 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. - 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. - 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. - 555-ci maddəsinin tələblərinə görə vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. - 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. - 563-cü maddəsinə əsasən miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, miras qoyan şəxslər X27 1996-cı ildə, X16 isə 1998-ci il tarixdə tarixdə vəfat etdiklərindən həmin gün mirasın açıldığı vaxt sayılır (1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Miras qoyan Balakən rayonunda yaşadığından mirasın açıldığı yer Balakən rayonudur (həmin Məcəllənin 529cu maddəsi). Miras əmlaka X27 və X8 öldüyü məqamadək malik olduğu Balakən rayonu Kortala kəndində yerləşən 0.6964 ha torpaq sahəsi aiddir. Kollegiyanın araşdırılması zamanı müəyyən edilmişdir ki, miras qoyan şəxslərin birinci növbə vərəsələri yoxdur. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər miras qoyan şəxslərin qanun üzrə növbəti dərəcəli vərəsələridir. Kollegiya İddiaçı atası Nurəddin Bayramova münasibətdə mirasın qəbulu ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (2000-ci il redaksiyalı); 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması üçün əsaslıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. 1.İşin faktiki hallarından görünür ki, iddiaçı miras qoyan şəxsin birinci dərəcəli vərəsəsi olmamaqla, növbəti dərəcəli vərəsələrindədndir.
2. İddiaçı bibilərindən (miras qoyan şəxslərdən) miras qalmış mübahisəli miras əmlakların rəsmi və ya faktiki qaydada qəbul etməsi bardə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfin mirasın faktiki qayadada qəbul etməsi yalnız özünün bildirdiyi kimi miras qoyandan miras qalmış sandığın onun istifadəsində olmasıdır. Halbuki, həmin sandığın məhz miras qoyan şəxslərə məxsus olması da hər hansı mötəbər sübutla təsdiq olunmur və hazırki vəziyyətində heç də miras əmlakın faktiki qaydada qəbul edilməsi anlamına gəlmir. Miras qoyan şəxslərdən miras qalmış mübahisəli torpaq sahəsinə gəldikdə isə həmin torpaq sahəsinin heç də iddiaçı tərəfindən deyil, məhz Cavabdeh1 tərəfindən faktiki istifadə olunduğu, vergisinin sonuncu tərəfindən ödənildiyi məlum olur (Balakən rayon Kortala kənd ərazi üzrə İcra nümayəndəliyinin arayışları).
3. İş materiallarının 44-cü səhifəsində olan Balakən rayon İH Kortala kənd İƏD-in 04.06.2020-ci il tarixli, 331 nömrəli arayışının məzmunundan görünür ki, həmin arayış qəti olmamaqla, ehtimal xarakterli, yəni qonşular X11 və X3 dediklərinə əsasən tərtib olunmuşdur. Bundan əlavə arayışın sonunda X5 3 ildə qocalar evində yaşadığı və orada vəfat edib, dəfn olunduğu qeyd edilmişdir.
4. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirərək qeyd edir ki, işin əsas mübahisəli halı İddiaçı tərəfindən mirasın faktiki qəbulu ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının atasının və ya özünün miras qoyanın sağlığında onlarla bir yerdə yaşaması heç də miras əmlakın faktiki qəbulu və idarəçiliyi ilə bağlı deyil, daha çox qohumluq münasibətindən irəli gələn münasibətə uyğun gəlir.
5. İşin faktiki halından məlum olur ki, miras qoyan şəxslər hətta iddiaçı ilə (və ya onun atası ilə) bir yerdə yaşasa da, yaşadıqları ev miras qoyan şəxsə deyil, iddiaçının atasına məxsus ev olmuşdur.
6. Kollegiya qeyd edir ki, iddiaçı bibisi (miras qoyan şəxs) X27 ilə mehriban yaşadığını, ondan miras qalmış əmlakı idarə etdiyini bildirsə də, yuxarıda qeyd olunduğu kimi miras qoyanın həyatının son üç ilini qocalar evində yaşaması, orada ölməsi və orada da dəfn oluması onların münasibətinin heç də kifayət qədər normal olmamamsına dəlalət edir, iddiaçı isə bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
7. Kollegiya sonda bildirir ki, hazırki mübahisələndirilən qətnamənin qəbul edilməsi zamanı qüvvədə olmuş Balakən Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(019)- 415/2019 nömrəli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(107)-215/2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, sonuncu qərar Ali Məhkəmənin 23.06.2021-ci il tarixli, 2(102)-3377/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya sonda həmçinin qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbulu hüquqi, iradəvi, könüllü, subyektiv və birtərəfli akt olduğundan bu vərəsnin vəzifəsi yox, hüququdur. Bu isə o deməkdir ki, iddiaçının atası Nurəddin Bayramovun bacılarının (miras qoyanlardan) vərəsəsi kimi bu hüquqlardan könüllü və iradəvi şəkildə istifadə etməsi sübut olunmadığından, sonuncunun bu hüquqları ya təmsiletmə, yaxud da irsi transmissiya qaydasında öz oğluna, yəni hazırki iş üzrə iddiaçıya keçmir və eyni zamanda iddiaçıya hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüquq vermir. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın dəfn mərasiminin vərəsə (iddiaçılar) tərəfindən təşkil edilməsi və ya həyata keçirilməsi barədə məlumatlar mirasın vaxtında qəbul olunmasını təsdiqləyən fakt rolunu oynaya bilməz. Çünki bu cür hallar milli-mənəvi dəyərlərdən irəli gəlir və mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, аpellyаsiyа şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(019)-367/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(019)-367/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı “mərhum bibiləri X16 və X28 məxsus olmuş 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının o və mərhum X13 arasında müəyyən edilməsi və miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququnun tanınması barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Sədrlik edən Ayaz Mahmudov