Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-124/2025 30.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mühafizə zonasında tikililərin sökülməsi, icazələr alınmadan inşa edilmiş tikili) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(046)- 15/2024 nömrəli qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh1 Seyidmməmməd qızının mülkiyyətində olan Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.0 ha torpaq sahəsi üzərində “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X11 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında hasar, 36,5 metrliyində tövlə və 43,7 metrliyində hamam tikililəri inşa olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində quraşdırılmış dəmir hasarın və yardımçı tikililərin (tövlə və hamam) cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı “Qaz İxrac” İdarəsi iddia tələbinin həcmini artıraraq “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral X11 istismarında olan «Göyçay QPS qolu» yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus dəmir hasarın və yardımçı tikililərin öz vəsaitləri hesabına sökülməsi, mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı «Qaz İxrac» İdarəsinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərmişdir ki, “Göyçay rayonu, Çayarxı kəndi ərazisində X9 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X11 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında, kəmərin üzərində dəmir lövhələrdən ibarət hasar quraşdırılmış və kəmərdən 36-47 metr məsafələrdə yardımçı tikililər (tövlə,hamam) inşa olunmuşdur. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.“Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri (QPSlər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir.
5. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən mərhum X5 hüquqi varisi xx.xx.1943-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanda yaşayan Cavabdeh2 cavabdeh kimi mülki işə cəlb edilmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh1 naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.0 ha torpaq sahəsi üzərində inşa edilən hasar Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışa (AA-631064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi") uyğun (naturada) olaraq yerində inşa edilmədiyi, Cavabdeh1 adına adına Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xətti keçidiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X11 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəməri cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən keçir. Məhkəmə hesab edir ki,Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər onun xüsusi mülkiyyətində (dəmir hasarın daxilində) inşa edildiyindən iddiaçı tərəfindən qeyd edilən tikililərin cavabdehin hesabına sökülməsini tələb etməsi, cavabdehin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.
7. Eləcə də məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçı “Qaz İxrac” idarəsi Cavabdeh2 qarşı hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Belə ki, hazırda qeyd edilən torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 Seyidmməmməd qızının adına dövlət qeydiyyatına alınmışdır.
8. Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(046)-15/2024 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddianın təmin edilməməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat iddiaçı “Qaz İxrac” İdarəsindən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE**********0002088501 nömrəli hesabına keçirilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində **********31 reyestr nömrəli çıxarış “X12 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli rəyi Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/1785 saylı rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1985 saylı rəyi
10. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “Qaz İxrac” İdarəsi аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı “Qaz İxrac” İdarəsi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay rayonu, Çayarxı kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikililər qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Nəzərə alınmalıdr ki, hətta torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması, özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar müəyyən olunmadığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunur.
12. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(046)- 15/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dəvət edilmiş 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi mühəndis X13 izahat verərək bildirdi ki, Cavabdeh1 naturada faktiki istifadə etdiyini bildirdiyi Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.0 ha torpaq sahəsi ilə onun **********31 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi arasında koordinat fərqləri mövcuddur. Göyçay-1 QPS qolu qaz kəmərinin bir hissəsi Cavabdeh1 Seyidmməmməd qızının rəsmi olaraq mülkiyyətində olan torpaq sahəsindən, digər hissəsi isə sonuncunun faktiki olaraq istifadə etdiyi torpaq sahəsindən keçir. Qaz kəmərinin mühafizə zonasında üç tikili – hasar, tövlə və hamam mövcuddur ki, onlardan tövlə və hamam tikililəri Cavabdeh1 rəsmi olaraq mülkiyyətində olan torpaq sahəsində, hasar isə həm rəsmi olaraq mülkiyyətdə olan, həm də faktiki istifadə olunan torpaq sahəsində yerləşir.
16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.. Maddə 3.0.1. Şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyət; Maddə 3.0.2. məskunlaşma sistemi – insanların sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından təşkili kimi başa düşülür. 7-ci maddəsində şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri göstərilmişdir ki, həmin prinsiplərə də təhlükəsizliyin təmin edilməsi və ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi də daxil edilmişdir. Göründüyü kimi, hazırda söküntüsü tələb edilən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş cavabdehə məxsus tikinti də şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərinin pozuntusu ilə tikilmişdir. 57.2-ci maddəsinə əsasən, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1 yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır. 57.2.3 istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə zəmin yaratmamalıdır. Maddə 80.1, 80.2. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 19-cu maddəsinin 2-ci hissəsi. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”: 2.23-cü bəndi. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.24-cü bəndi. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. 2.7-ci bəndi. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçı Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
25. İşin tədqiq olunan faktiki hallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Çayarxı kəndində yerləşən 1.0 ha torpaq sahəsi üzərində “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X11 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında hasar, 36,5 metrliyində tövlə və 43,7 metliyində hamam tikililəri inşa olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsində şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri göstərilmişdir ki, həmin prinsiplərə də təhlükəsizliyin təmin edilməsi və ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi də daxil edilmişdir. Göründüyü kimi, hazırda söküntüsü tələb edilən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş cavabdehə məxsus tikinti də şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərinin pozuntusu ilə tikilmişdir. Yenə həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1 yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır. 57.2.3 istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə zəmin yaratmamalıdır. İşdən də göründüyü kimi, tikinti obyekti qaz kəmərinin mühafizə zonasında inşa edilməklə yanğın təhlükəsizliyi baxımından etibarlılığı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tikililərin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsinə, həmin tikilinin sözügedən “Qaydalar”ın tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsinə, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağına, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağına, magistral qaz boru kəmərinin tikililərdən çoxçox əvvəl inşa edilməsinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tikililərin inşa edilməsinin cavabdehin özünə və ya ərazidə yaşayan digər şəxslərə vura biləcəyi təhlükə və zərərlərə düzgün qiymət verməmiş, “Qaz İxrac” İdarəsinin qanuni tələbini təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır.
26. Məhkəmə kollegiyası iş üzrə digər Cavabdeh2 barəsində hesab edir ki, iddia tələbi ona münasibətdə də təmin olunmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş “X12 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən Qaz İxrac idarəsinin Ağdaş Magistral X11 balans və istismarında olan 325 mm-lik Göyçay- 1 QPS qolu qaz kəmərinin 36,5 metrliyində tövlə, 43,7 metliyində cavabdeh X9 tərəfindən hamam inşa edilmişdir. Eyni zamanda həmin qaz kəmərinin ətrafında meyvə ağacları əkilmiş və dəmir lövhələr quraşdırılaraq hasara alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin 28 aprel 2023cü il tarixli, 3-21-3-36/2-1589/2023 saylı müşayiət məktubu ilə göndərilmiş mütəxəssis rəyinə və həmin rəy əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024cü il tarixli 3-16-16/2-10/1985 saylı rəyinə istinad etmişdir. 16 saylı Ucar Ərazi İdarəsinin 28 aprel 2023-cü il tarixli, 3-21-3-36/2-1589/2023 saylı müşayiət məktubu ilə göndərilmiş mütəxəssis rəyində xüsusi mülkiyyət kimi qeydə alınmış 1.0 ha torpaq sahəsindən və cavabdehin faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsindən qaz xəttinin keçdiyi, sözügedən hasarın qaz xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə sualın isə aidiyyati sahə üzrə mütəxəssisə verilməsinin məqsədə müvafiq olduğu göstərilmişdir. Kollegiya tərəfindən sözügedən mütəxəsis rəyini tərtib etmiş mühəndis X13 mütəxəssis qismində dəvət edilərək dinlənilmişdir. (bax bənd 15) Nəticədə, mübahisəli tikililərin, həqiqətən, qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 saylı qərarı əsasında Cavabdeh2 1.91 ha torpaq sahəsi satılmışdır. Cavabdeh2 sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 tərəfindən Göyçay rayon Notariat Kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə- 627 saylı bağışlanma müqaviləsinə əsasən 1.91 ha torpaq sahəsinin 1.0 ha hissəsi X8 bağışlanılmışdır. X2 tərəfindən 1.0 ha torpaq sahəsi Göyçay rayon Notariat Kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-494 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Göründüyü kimi, qaz kəmərinin mühafizə zonasına düşən tikililər hal-hazırda Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, X9 tərəfindən inşa edilmişdir. Hazırki iş üzrə Cavabdeh2 isə birincinin hüquqi varisi olaraq cavabdeh kimi işə cəlb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2ci hissəsində göstərilir ki, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi, qanunvericilik sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsə tikintinin mühafizə zonası dairəsindən çıxarılmasına dair tələbi həm tikinti sahibinə, həm də torpaq sahibinə qarşı qaldırmağa icazə verir. Ona görə də, hazırki iddia tələbi hər iki cavabdehə münasibətdə haqlıdır və təmin edilməlidir.
28. Cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Ona görə də, hazırki iş üzrə iddia tələbinə iddia müddəti şamil edilə bilməz.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməli, Göyçay rayon Çayarxı kəndində daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********31 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 1.0 ha torpaq sahəsində “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X11 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş hasar və yardımçı tikililər qaz kəmərinin mühafizə zonasına düşən hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına sökülməklə qaz kəmərinin mühafizə zonasından çıxarılmalı, dövlət rüsumu olaraq ödənilmiş 10 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(046)-15/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək, 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddiası təmin edilsin. Göyçay rayon Çayarxı kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********31 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 1.0 ha torpaq sahəsində və onun faktiki istifadə etdiyi 1.0 ha torpaq sahəsində “Qaz İxrac” İdarəsinin Ağdaş magistral X11 balans və istismarında olan yüksək təzyiqli, yeraltı 325 mm-lik Göyçay-1 QPS qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş hasar və yardımçı tikililər qaz kəmərinin mühafizə zonasına düşən hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına sökülsün və qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Dövlət rüsumu olaraq ödənilmiş 10 manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.