Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1243/2023 15.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli 2(051)-262/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Cavabdeh 09 may 2006-cı il tarixdə nikahlarını rəsmi olaraq Mingəçevir şəhərində rəsmiləşdirmişlər. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-22/2011 saylı, 18 yanvar 2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasınla olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 may 2006-cı il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 29 may 2006-cı il təvəllüdlü X2 onun yanında qalması, 29 may 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 manat sabit pul məbləğində almentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibələrinə girmiş və bir müddət sonra, 09 may 2006-cı il tarixdə nikahlarını rəsmi olaraq Mingəçevir şəhər nikah evində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 29 may 2006-cı il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Sonradan münasibətləri pozulduğu üçün cavabdeh nikahın pozulmasına dair məhkəmyə müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-22/2011 saylı, 18 yanvar 2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasınla olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 may 2006-cı il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh iddiaçıya qarşı alimet tələbi ilə məhkəməyə müraciət etmiş və iddiaçıdan sabit pul məbləğində alimet tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Budan bir müddət keçdikdən sonra, yəni 2019-cu ilin əvvəlindən 29 may 2006-cı il təvəllüdlü X3 iddiaçının yanındadır. Uşaq onun yanında olmasına baxmayaraq iddiaçı cavabdehə aliment ödəmişdir. Artıq üç ildir ki, 29 may 2006-cı il təvəllüdlü X3 iddiaçının himayəsindədir. Seyid adllı uşaq atasına bağlıdır və anasının yanında yaşamaq istəmir. Cavabdeh isə uşağa baxmaqda iddiaçıya köməklik göstərmir. Odur ki, iddiaçı 29 may 2006-cı il il təvəllüdlü X2 atası İddiaçı yanında qalması və 29 may 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 sabit manat məbləğində almentin Cavabdeh tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə iclasında pedaqoqun iştirakı ilə dindirilmiş X3 bildirdi ki, anası Cavabdeh ilə qalmaq istəmir. Atası İddiaçı ilə qalmaq istəyir və fikri qətidir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibələrinə girmiş və bir müddət sonra, 09 may 2006-cı il tarixdə nikahlarını rəsmi olaraq Mingəçevir şəhər nikah evində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 29 may 2006-cı il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Sonradan münasibətləri pozulduğu üçün cavabdeh nikahın pozulmasına dair məhkəmyə müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-22/2011 saylı, 18 yanvar 2011ci il tarixli qətnaməsi ilə tərəflər arasınla olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 may 2006-cı il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh iddiaçıya qarşı alimet tələbi ilə məhkəməyə müraciət etmiş və iddiaçıdan sabit pul məbləğində alimet tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən olunudu ki, 2019-cu ilin əvvəlindən 29 may 2006-cı il təvəllüdlü X3 iddiaçının yanındadır. Artıq üç ildir ki, 29 may 2006-cı il təvəllüdlü X3 iddiaçının himayəsindədir. Seyid adllı uşaq atasına bağlıdır və anasının yanında yaşamaq istəmir. Məhkəmə baxaşanda da pedaqoqun iştirakı ilə dindirilmiş 29 may 2006-cı il təvəllüdlü X3 atasının yanında qalmasını israrlı olaraq bildirmiş, atasına daha çox bağlığını nümayiş etdirərək məhkəmədən onun atasının yanınıda qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərdən keçirib, pedaqoqu dinləyib və 29 may 2006-cı il təvəllüdlü X2 fikrini nəzərə alıb hesab edir ki, 29 may 2006-cı il təvəllüdlü X3 atasının yanınıda qalması uşağın mənafeyi naminədir.
7. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 29 may 2006-cı il təvəllüdlü X3 atası İddiaçı yanında qalması müəyyən edilməlidir.
8. Bundan başqa iddiaçının aliment tələbi ilə bağlı qeyd olunmalıdır ki, valideynin uşaqların saxlanması üçün aliment ödənilməsi vəzifəsini müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
9. İş materillarını tədqiq edərək, yuxarıda sadalanlara əsasən və tərəflərin maddi vəziyyətini uşağın inkişaf, tərbiyyə və təhsilini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia tələbi alimentə dair hissəsi qismən təmin edilməli 29 may 2006-cı il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir.
10. Mingəçevir Şəhər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli 2(051)-262/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin olunmuş, tərəflərin birgə nikahlarından doğulmuş 29 may 2006-cı il təvəllüdlü X2 atası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 29 may 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat miqdarında alimentin hər ay tutulub İddiaçı verilməsi, alimentin tutulması iddia ərizəsi verildiyi tarixdən, yəni 30 noyabr 2022-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56, 75 və 78-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsinin araryışından və vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 29 may 2006cı ildə doğulmuşdur. Arayışda uşaqın atası İddiaçı, anası kimi isə Cavabdeh göstərilmişdir.
13. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-22/2011 saylı, 18 yanvar 2011-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında 19 may 2006-cı il tarixdə nikah bağlanmış və həmin qətnamə ilə tərəflərin nikahı pozulmuş və 29 may 2006cı il təvəllüdlü X3 adlı uşağ anası Cavabdeh yanında qalması müəyyən edilmişdir.
14. Mülki işdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 17 aprel 2023-cü il tarixli, 5-3-32/2-60/2023 saylı rəyindən görünür ki, komissiya X2 faktiki atasının yanında yaşamısını nəzərə alaraq hesab etmişdir ki, 29 may 2006-cı il təvəllüdlü X2 atasının yanında qalması uşağın mənafeyi naminədir.
15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh jər hansı yerdə işləmir, sahibkarlıqla məşğul olmur, hər hansı gəlir yeri yoxdur, eləcə də mülkiyyətində daşınmaz əmlak və ya nəqliyyat vasitəsi mövcud deyildir. Təqaüdçü ata və anası ilə birlikdə yaşamaqdadır. İddiaçı isə SOCAR-a məxsus zavodda qaynaqçı vəzifəsində çalışır, orta aylıq əmək haqqından yuxarı gəliri vardır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh boşandıqdan sonra övladı anası ilə birlikdə saxlanmış, bu illər ərzində iddiaçı tərəfindən aliment ödənişi ən yaxşı halda cəmi 2 il üçün ödənilmiş, qalan müddətə heç bir ödəniş edilməmiş, uşağın saxlanması cavabdeh tərəfindən həyata keçirilmişdir. Hal-hazırda da cavabdehə uşağı ilə görüşməyə şərait yaratmır, uşağa təzyiq göstərilərək və müxtəlif vədlər verərək öz yanında saxlanılmasına nail olmuşdur. Cavabdeh 17 yaşlı övladını öz yanında böyütmüş, ona xüsusi diqqət-qayğı göstərmiş, bütün xərclərini özü qarşılamışdır. Hətta 2018-ci ildə övladını əməliyyat etdirmək zərurəti yarandıqda, iddiaçıya müraciət etmiş, iddiaçı isə heç bir xərci qarşılamayacağını bildirmiş, heç uşağının yanına da gəlməmişdir. Cavabdeh məhz övladının mənafeyi baxımından yenidən ailə qurmamış, bu illər ərzində yalnız onun üçün çalışmışdır. İddiaçı isə cavabdehlə boşandıqdan sonra yenidən evlənmiş, həmin nikahdan 2 övladı vardır. İddiaçı hazırda da cavabdehlə nikahdan olan övladını öz yanında saxlamır, uşaq özü işləməklə ayrıca evdə kirayədə qalmaqdadır. Bu isə onun şəxsi inkişafına mənfi təsir göstərir. Məhkəmə işin bu faktiki tərəflərini nəzərə almamış, iddiaçının və cavabdehin gəlirlərini, şəraitini, uşağa bağlılıqlarını, uşağın mənafeyini düzgün qiymətləndirməmişdir.
17. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli 2(051)- 262/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 49.2-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 60.1-ci maddəsinə əsasən Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.3-cü maddəsinə əsasən Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
23. Qərarlar: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli 2(051)- 262/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
28. Bu iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsidir. Həmin maddəyə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» Qanunun 5-ci, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 9-cu maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir». BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Ailə Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 17 aprel 2023-cü il tarixli, 5-3-32/2-60/2023 saylı rəyindən görünür ki, komissiya X2 faktiki atasının yanında yaşamısını nəzərə alaraq hesab etmişdir ki, 29 may 2006-cı il təvəllüdlü X2 atasının yanında qalması uşağın mənafeyi naminədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi uşağın iddiaçının yanında qalması ilə bağlı hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.
29. İddianın alimentin tutulması ilə bağlı hissəsində kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 16-cı bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Ailə Məcəlləsinin normalarının mənasına əsasən uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan və hazırki iş üzrə cavabdehin uşağın saxlanması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 150 manat aliment ödəmək imkanına malik olmaması barədə sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsinin hər ay bir uşaq üçün sabit pul məbləğində 150 manat aliment ödənilməsi barədə gəldiyi nəticə ağlabatan hesab olunmalıdır və qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli 2(051)-262/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbinin alimentin ödənilməsi ilə bağlı hissəsində ödəniləcək illik aliment məbləği 5000 manatdan az olduğundan kassasiya şikayəti verilməsi qanunla nəzərdə tutulmasa da, tələbin həmin hissəsi digər hissə olan uşağın himayəyə verilməsi hissəsindən asılı olmaqla tələblər ayrılmaz olduğundan və uşağın himayədə saxlanılması ilə bağlı tələblərdən kassasiya şikayəti verilməsi qanunla nəzərdə tutulduğundan hazırki qətnamədən ümumilikdə kassasiya şikayəti verilə bilər.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli 2(051)-262/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev