Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1248/2023 14.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Akt əsasında hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1674/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X6 İdarəsinin təbii X4nın pozulması haqqında aktına əsasən əsassız hesablanaraq onun abonet koduna vurulmuş itirilmiş qazın dəyəri kimi 1347 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın X7 sahəsi ilə arasında bağlanmış təbii qazla təmin edilmə, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Yaşayış evi üçün quraşdırılmış sayğac həyətdə yox, həyətdən çöldə küçədə quraşdırılmışdır. Cavabdeh birliyin əməkdaşları qaz sayğacına baxış keçirmiş, sayğacın yoxlanılması üçün sayğacı dəyişdirib və bu barədə akt tərtib etmişdir. Yoxlamadan sonra ona bildirmişlər ki, sayğacdan kənar xəttə müdaxilə olmuşdur. Lakin o, həmin sayğacdan kənar xəttə müdaxilə etməs də, üzərinə 1347.84 manat həddində şişirdilmiş bir məbləğ yazılmışdır. O, həmin məbləğlə razılaşmır. Ona görə də akta imza etməkdən imtina etmişdir.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Yevlax Rayon Məhkəməsində qaldırdığı iddiaya görə 1347.84 manat əsassız hesablanmış borcun silinməsi tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Çünki, iddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalan”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xəttdən istifadə edərək təbii qazı talamışdır. Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də İddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttindən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, cavabdehin sayğacdan kənar qanunzuz qoşulma etməklə təbii qazı talaması ilə əlaqədar 2023-cü ilin oktyabr avında 1347.84 manat məbləğində akt tərtib olunmuşdur. Tərtib olunmuş akt əsasında və ödəniş etmədiyi istehlak etdiyi təbii qaza görə cavabdeh tərəfindən cəmi 1365.28 manat Cavabdehnə borcu yaranmışdır, (aktlar işə əlavə edilir). İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1347.84 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçı tərəfindən 1347.84 manat əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasının ləğv edilməsini və Cavabdeh İB-nə 1347.84 manat məbləğində dəymiş ziyan Cavabdeh xeyrin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Azəriqaz” İB-nin nümayəndəsi İ.Xəlilov isə iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1674/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 898.56 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bundan başqa qaz sayğacına müdaxiləni iddiaçı etiraf etsə də, həmin xəttdən hansı müddətdə istifadə olunması cavabdeh orqanın əməkdaşları tərəfindən tam araşdırılmamışdır. İddiaçı sayğaca müdaxilə etməsini etiraf etsə də, qazdan qeyri qanuni 03 ay müddətində istifadə olunduğunu bildirmişdir. Cavabdeh ziyanın 180 gün müddətinə hesablandğını bildirsə də, iddiaçının qeyri qanuni qazdan 180 gün istifadə etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçıya 1347.28 manat dəymiş ziyan hesablanmışdır.
8. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, ziyan 180 gün müddətində 1347.28 manat olduğu halda, 30 gün üçün həmiz ziyanın məbləği 449.28 manat təşkil edir. Ona görə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. İddiaçıya hesablanmış ziyanın məbləği 30 gün üçün yəni 449.28 manat müəyyən edilməli və həmin 449.28 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan 898.56 manat (60 gün üçün müəyyən edilmiş ziyan) dəymiş ziyan əsassız olduğundan silinməlidir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü tələb istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdeh Birliyə aid edilməli, bu məqsədlə 30 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3, 560.3.5.2, 385.1, 386.1, 442, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2, 4.5, 4.7, 4.8, 4.9, 5.4, 6.1.1, 6.1.2, 6.1.4, 6.1.6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 88, 119.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir.
13. İstehlakçı müqavilənin və “X4nın” tələblərini pozmuşdur.
14. Birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. Məhkəmə tam araşdırma aparmadan abonent tərəfindən ödəniləsi borcu silinməsini qət etmişdir.
15. İddiaçı qeyri-qanuni qazdan istifadə etmişdir. Yəni abonent məqsədli şəkildə saygacdan kənar səbəkəyə qoşularaq təbii qazdan qeyri-qanuni istifadə edərək talamışdır.
16. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 258 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən verilmiş səlahiyyətləri daxilində SOCAR qanuna zidd olmadan istehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması üzrə münasibətləri tənzimləyə bilər. Bundan başqa, istehlakçılar tərəfindən təbii X4nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənməsinə dair müddəa Müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X4nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir.
17. Odur ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1674/2023 saylı qətnaməsini təmin edilmiş hissədə ləğv edib, İddiaçı iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edərək, Cavabdeh xeyrinə borcun və dövlət rüsumun ödənilməsinə dair apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
21.“Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın; 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“X4”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“X4”nın 4.8 və 4.9 -cu bəndləri).
23.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1674/2023 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilib, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 1674/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda təbii X4na riayət edilməsi yoxlanılmış və iddiaçının barəsində təbii X4nın pozulması haqqında 14 mart 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda sayğaca baxış keçirilən zaman sayğacdan əlavə qeyri qanuni əlavə xəttin aşkar edilməsi göstərilmişdir. 14 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 1347,84 manat məbləğində hesabat aparılmışdır.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.
31. Belə ki, məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evində qaz işlədicilərindən PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m³/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m³/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 11232 m³ müəyyən edilmişdir.
32. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamə üzrə 14 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında qaz işlədicilərindən PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m³/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m³/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 11232 kubmetr təşkil etmişdir.
33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, Cavabdeh tərəfindən aparılmış həmin hesabata əsasən iddiaçının evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi ilə bağlı itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Həmin vaxt itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat qaz işlədiciləri ilə bağlı qaz sərfi 180 gün üçün hesablanmışdır. X4"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə müəyyən edilir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin hesab qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Belə olan halda qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacda ola biləcək hər hansı bir nasazlığın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilində aşkar olunan kənar xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmədiyindən 14 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında PQ-4 qaz plitəsinin qaz sərfiyyatının 180 gün, orta günlük iş rejimi 24 saat, həmçinin dəmir sobanın qaz sərfiyyatının 180 gün, orta günlük iş rejimi 24 saat müddət üçün hesablanmasının heç bir hüquqi əsası yoxdur.
35. Belə ki, aparılmış hesabata görə vətəndaş PQ-4 qaz plitəsi vasitəsi ilə 180 gün, dəmir soba vasitəsi ilə 180 gün və fasiləsiz olaraq 24 saat ərzində qaz sərf etmişdir ki, bu da ağlabatan hesab edilə bilməz.
36. Yuxarıda qeyd edirlənləri nəzərə alan məhkəmə kollegiyası Cavabdeh İB tərəfindən iddiaçıya akt əsasında 180 gün üçün hesabat aparmaqda doğru nəticəyə gəlməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətindəki Cavabdeh xeyrinə borcun və dövlət rüsumun ödənilməsinə dair xahişə münasibət bildirərək qeyd edir ki, hazırkı mübahisənin predmeti Cavabdeh irəli sürdüyü deyil, İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü iddia tələbi ilə bağlıdır.
38. Beləliklə məhkəmə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1674/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1674/2023 nömrəli nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.