Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1249/2020 24.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X11 iclas katibliyi, İddiaçı, onun vəkili X12, cavabdeh-eyni zamanda digər iddiaçılar Hümmətova Dərya Söhrab qızının, Məmmədova Nayma Söhrab qızının və Məmmədova Adilə Söhrab qızının nümayəndəsi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda payın müəyyən edilməsi», X15 Söhrab qızının cavabdeh İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi», X16 Söhrab qızının cavabdeh İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi» və X17 Söhrab qızının cavabdeh İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi» tələbinə dair iddia ərizələri üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və cavabdeh, eyni zamanda digər mülki işlər üzrə iddiaçıların nümayəndəsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Bideyiz kəndində yerləşən mərhum əri Hümmətov Söhrab Ağamməd oğlundan miras qalmış evlərdən ½ hissə və birgə nikah dövründə əldə edilmiş 0.46 ha həyətyanı torpaq sahəsinin 3/4 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona mərhum əri Hümmətov Söhrab Ağamməd oğlundan miras qalmış əmlaka dair adına verilmiş xx xxxxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat (36 inventar) nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat (37 intenvar) nömrəli qeydiyyat vəsiqələri üzrə mərhum Hümmətov Söhrab Ağamməd oğlu və İddiaçı birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evlərindən ½ hissədə payı, həmin evlərə münasibətdə miras qalan digər ½ hissənin 1/2 hissəsində miras payı, JN:0131 (kod 40408028) nömrəli torpağın mülkiyyətə verilməsi dair dövlət aktı və JN:069F (kod 40408028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin ½ hissədə payı və digər ½ hissənin isə ½ hissəsində miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Hümmətova Dərya Söhrab qızı, Məmmədova Nayma Söhrab qızı və Məmmədova Adilə Söhrab qızı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il tarixdə 2(075)1729/2019 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı HümmətovaDərya Söhrab qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57.9 kv.m və 31 kv.m evlərdən, 0.46 ha həyətyanı torpaq sahəsindən və X13 tərəfindən verilmiş 0.75 ha torpaq sahəsi üzərində 1/6 hissə vərəsəlik payının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən X15 Söhrab qızı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 31 kv.m və 57.9 kv.m sahəsi olan evlərdən, 0.46 ha həyətyanı torpaq sahəsinin 1/6 hissə və X13 tərəfindən verilmiş 1.51 ha torpaq sahəsinin ½ hissəsinin 1/6 hissə üzərində vərəsəliyinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il tarixdə 2(075)1653/2019 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1653/2019 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1729/2019 saylı və 2(075)1653/2019 saylı mülki işlər birləşdirilmişdir. Eyni zamanda X16 Söhrab qızı cavabdeh HümmətovaSəkinə Sabir qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57.9 kv.m və 31 kv.m sahəsi olan evlərdən, 0.46 ha həyətyanı torpaq sahəsi və X13 tərəfindən verilmiş 1.51 ha torpaq sahəsinin ½ hissəsinin 1/6 hissə vərəsəliyinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2019-cu il tarixdə 2(075)2259/2019 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-60/2020 saylı və 2(075)183/2020 saylı mülki işlər birləşdirilmişdir. Eyni zamanda X17 Söhrab qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57.9 kv.m və 31 kv.m sahəsi olan evlərdən, 0.46 ha həyətyanı torpaq sahəsi üzərində 1/6 hissə və X13 tərəfindən verilmiş 1.51 ha torpaq sahəsinin ½ hissəsi üzərində 1/6 hissə vərəsəlik payının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində xx xxxxxx 2020-ci il tarixdə 2(075)379/2020 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-60/2020 saylı və 2(075)379/2020 saylı mülki işlər birləşdirilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda payın müəyyən edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, mərhum Hümmətov Söhrab Ağamməd oğlundan miras qalmış əmlaka dair İddiaçı adına verilmiş xx xxxxxxxx 2013-cü il tarixli, 2V-1/321 və 2V-1/322 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 intenvar nömrəli qeydiyyat vəsiqələri üzrə mərhum Hümmətov Söhrab Ağamməd oğlu və İddiaçı birgə nikahları dövründə əldə edilmiş fərdi yaşayış evlərindən İddiaçı ½ hissədə payı, həmin evlərə münasibətdə miras qalan ½ hissənin 1/5 hissəsində miras payı, JN:0131 nömrəli (kod 40408028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən ümumi birgə mülkiyyətdə olan Şəki rayonu Bideyiz kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod 40408028) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən ümumi birgə mülkiyyətdə olan 0.46 hektar həyətyanı torpaq sahələrindən ½ hissədə payı və digər ½ hissənin isə ½ hissəsində miras payının müəyyən edilməsi, Hümmətova Dərya Söhrab qızının İddiaçı Sabir qızına qarşı «vərəsəlikdə payın təmin edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 intenvar nömrəli qeydiyyat vəsiqələri üzrə olan fərdi yaşayış evlərindən Hümmətova Dərya Söhrab qızının mərhum atası Hümmətov Söhrab Ağamməd oğlundan miras qalan ½ hissənin 1/5 hissəsində, JN:0131 nömrəli (kod 40408028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən ümumi birgə mülkiyyətdə olan Şəki rayonu Bideyiz kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod 40408028) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən ümumi birgə mülkiyyətdə olan 0.46 hektar həyətyanı torpaq sahələrindən ½ hissənin ½ hissəsinin 1/5 hissəsində miras paylarının müəyyən edilməsi, Məmmədova Nayma Söhrab qızının İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 intenvar nömrəli qeydiyyat vəsiqələri üzrə olan fərdi yaşayış evlərindən Məmmədova Nayma Söhrab qızının mərhum atası Hümmətov Söhrab Ağamməd oğlundan miras qalan ½ hissənin 1/5 hissəsində, JN:0131 nömrəli (kod 40408028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən ümumi birgə mülkiyyətdə olan Şəki rayonu Bideyiz kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod 40408028) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən ümumi birgə mülkiyyətdə olan 0.46 hektar həyətyanı torpaq sahələrindən ½ hissənin ½ hissəsinin 1/5 hissəsində miras paylarının müəyyən edilməsi, Məmmədova Adilə Söhrab qızının İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat, 36 inventar nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat, 37 intenvar nömrəli qeydiyyat vəsiqələri üzrə olan fərdi yaşayış evlərindən Məmmədova Adilə Söhrab qızının mərhum atası Hümmətov Söhrab Ağamməd oğlundan miras qalan ½ hissənin 1/5 hissəsində, JN:0131 nömrəli (kod 40408028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən ümumi birgə mülkiyyətdə olan Şəki rayonu Bideyiz kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod 40408028) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən ümumi birgə mülkiyyətdə olan 0.46 hektar həyətyanı torpaq sahələrindən ½ hissənin ½ hissəsinin 1/5 hissəsində miras paylarının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı və iş üzrə cavabdeh, eyni zamanda digər mülki işlər üzrə iddiaçıların nümayəndəsi Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. işin faktiki halları: İddia İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı ilə baglı mərhum əri Hümmətov Söhrab Ağamməd oğluna və ona Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasənJN:0131 nömrəli (kod 40408028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ilə 1.51 ha, JN:069F (kod 40408028) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.46 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahəsində mərhum əri Söhrab Hümmətova məxsus 31 kv.m yaşayış, 13,5 kv.m köməkçi və 45 kv.m ümumi sahəsi olan 2 otaqlı və 57.9 kv.m ümumi sahəsi olan yaşayış evləri Hümmətov Söhrab Ağamməd oğlunun adına DƏDRX-nin 12 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. Söhrab Hümmətov xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş, torpağın ona aid 1/2 hissəsi ve onun mülkiyyəti olan iki evə vərəsəlik işi açılmıdır. 1950-ci ildə tikilmiş evdə o, 1980-ci ildə tikilən evdə isə Cavabdehyaşamaqla mirası qəbul etmişlər. Miras açılandan sonra o, mirasın 1/6 hissəsini öz adına rəsmiləşdirərək sonradan mirasdan əlavə 2/6 hissəni qəbul etməsi faktının müəyyən edilməsi ilə tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsində ərizəsi təmin edilməsə də, Şəki Apelyasiya Məhkəməsi bu faktı təsdiq edərək apelyasiya şikayətini təmin etmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi bu qətnaməni tamamilə ləğv edərək onun hüquqlarının artıq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını göstərmişdir. Evlər miras qoyanın onunla nikahdan əvvəl əldə etdiyi əmlak olduğundan tam mirasın kütləsinə daxil olmuşdur. Torpaq sahələri isə ona və miras qoyana verildiyindən ½ hissədə mirasın kütləsinə daxildir. Torpaq sahələrinin ¾ hissəsinə, miras evlərin isə ½ hissəsinə onun payı müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməlidir. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. X15 Söhrab qızı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2011ci il tarixdə vəfat etmiş mərhum atası Hümmətov Söhrab Ağamməd oğlu altı vərəsəsindən biridir. X8 Söhrab qızı vəfat etmişdir. Hal-hazırda miras mülkdə qardaşı Cavabdeh və atasının ikinci nikahdan olan arvadı İddiaçıyaşayır. O, 1993-cü ildə məcburi köçkün, Cəbrayıl rayonu Dağmaşanlı kənd sakini Akif Mehraliyev ilə ailə həyatı qurmuşdur. Özü həmin kənddə qeydiyyatdadır. Onun iki övladı var və hər ikisi məktəblidir. Ailəsi ilə birlikdə Sumqayıt şəhərində birotaqlı yataqxanada yaşayır. X26 İİ qrup əlildir. O öz ata yurduna gələ bilmir. Ona görə ki, miras əmlakı İddiaçı zəbt etmişdur. Onu və bacılarını həmin mülkə buraxmır. Niyə buraxmadığını soruşduqda isə onların burada yaşamadıqlarını və ona görə də vərəsə olmadıqlarını qeyd edir. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. X16 Söhrab qızı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş mərhum atası Hümmətov Söhrab Ağamməd oğlu vərəsələrindən biridir. Atası vəfat etdikdən sonra ondan qalmış miras əmlakdan payını almaq istəsə də, atasının n ikinci nikahdan olan arvadı (kəbin üzrə dördüncü) İddiaçı buna imkan verməmişdir. Baxmayaraq ki, miras əmlaklar mərhum valideynlərinin birgə nikahları dövründə əldə olunmuşdur. Bu əmlakların heç birində İddiaçı əməyi yoxdur. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmək üçün notariusa müraciət etsə də, vərəsələr arasında mübahisə olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. X17 Söhrab qızı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, rəhmətlik atası Hümmətov Söhrab Ağamməd oğlu xx xxxxx 2011-ci il tarixdə vəfat etdikdən sonra onun aşağıda qeyd olunan vərəsələri qalmışdır: Məmmədova Adilə Söhrab qızı, Cavabdeh, Məmmədova Nayma Söhrab qızı, Nəsrullayeva Sədayə Söhrab qızı, Hümmətova Dərya Söhrab qızı və İddiaçı (ikinci nikahdan olan arvadı). Hal-hazırda miras mülkdə qardaşı Cavabdeh və atasının ikinci nikahdan olan arvadı (kəbin üzrə dördüncü) İddiaçı yaşayır. O özü hal-hazırda ünvan 1 ünvanında 3 nömrəli yataqxanada yaşayır. O, Şəkiyə gəldiyi zaman öz ata yurduna gələ bilmir. Ona görə ki uşaqlığının keçdiyi evi İddiaçı zəbt etmişdir. Halbuki evlər və həyətyanı torpaq sahəsi mərhum atası və anasının birgə nikahları dövründə əldə olunmuşdur. Bunlardan 57.9 kv.m sahəsi olan ev 1980-cı ildə onların ailə üzvlərinin köməkliyi ilə tikilmişdir. 31.1 kv.m sahəsi olan ev 1850-ci ildə tikilmiş, 1992-ci ildə qardaşı tərəfindən əsaslı təmir olunmuşdur. Bunların heç birində İddiaçı əməyi yoxdur. Bunu evlərin tikilmə tarixi və hətta bütün kənd təsdiq edə bilər. Atası ilə İddiaçı birgə nikahı 1993-cü ildə bağlanmışdır. 1993-cü ildən sonrakı dövrdə heç bir tikinti tikilməmiş, torpaq sahəsi verilməmişdir. Notariat Kontoruna qardaşı Cavabdeh timsalında müraciət etmişdik. Belə ki, o və digər bacıları öz etibarnamələrini qardaşları Cavabdeh vermişlər. Şəki rayon 1 saylı Notariat Kontoruvərəsələr arasında mübahisə olduğunu bildirərək onlara məhkəməyə müraciət etməyi bildirmişdir. Bundan sonra xx xxxxxx 2019cu il tarixdə Şəki regional «Asan» xidmət mərkəzində notariat ofisinə məktubla müraciət etmişlər. Notariat ofisindən mərhumun vərəsələri tərəfindən müxtəlif vaxtlarda müraciət olunaraq mübahisə və məhkəmə çəkişmələri olduğu, buna görə də qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. O vaxtdan indiyədək onlarla İddiaçı arasında məhkəmə çəkişmələri getmiş və münbit şərait indi yaranmışdır. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan iddia tələbi üzrə yuxarıda göstərilən qətnamə məhkəmə qətnaməsi (aktı) çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnamə qəbul edilərkən birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, mirasın kütləsinə birgə nikah dövründə əldə edilmiş ev və torpaq sahəsi daxildir. Mirasda paylar müəyyən edilərkən birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın ərə və arvada məxsus hissə çıxılmaqla yerdə qalan hissə mirasa daxil olur və mirası qəbul edən vərəsələr arasında bərabər paya nisbətdə bölünür. Mirasın qəbulu ücün qanunla 3 ay müddət müəyyən edilmişdir. Qanunla müıəyyən edilmiş bu müddət keçəndən sonra mirasın qəbuluna yol verilmir. Buna baxmayaraq məhkəmə üçüncü şəxslərin miraasın qəbulu faktı məhkəmə qaydasında təsdiq edilməsi barədə məhkəmə qərarı olmadan üçüncü şəxslərin payını müəyyən etmişdir. İş materialından göründüyü kimi mirası faktiki o və Cavabdeh başqa heç bir vərəsə mirası nə rəsmi nə faktiki qəbul etməyib. Belə olan halda əgər məhkəmə qanuni qətnamə çıxarırsa mirasdan 1/2 hissə onun, birgə nikah dövründə əldə edilmiş hissəni çıxmaqla mirasın digər 1/2 hisəsinin 1/1 hissəsini onun payını müəyyən etməli, üçüncü şəxslərin ərizələrini təmin etməməli idi. Cavabdeh, eyni zamanda digər mülki işlər üzrə iddiaçıların nümayəndəsi Cavabdeh apelyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnamə qəbul edilərkən birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, miras əmlaklarda İddiaçı heç bir əməyi olmamış, bütün əmlaklar ata və anasının birgə nikahları dövründə əldə edilmişdir. Ona görə də İddiaçı mirasdan pay almaq hüququ yoxdur. Qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnаməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Məmmədova Nayma Söhrab qızı, Dərya Hümmətova və Adilə Məmmədova atalarının ölümündən əvvəl həmin evdən çıxıb getmiş və hər biri özlərinə məxsus evdə yaşamışlar. Həmin evdə (ünvanda) onunla digər vərəsə Arzu yaşamışdır. 1950-ci ildə tikilmiş evdə özü, 1980-ci ildə tikilmiş evdə isə Cavabdeh yaşayır. İddiaçı sonda ədalətli qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X20 özləri tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya mıəhkəməsinin qətnaməsinin ləğv edilməsini və vərəsəlik paylarının qanunauyğun bölünməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh-eyni zamanda digər iddiaçılar Hümmətova Dərya Söhrab qızının, Məmmədova Nayma Söhrab qızının və Məmmədova Adilə Söhrab qızının nümayəndəsiCavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı onun atasının 4-cü arvadıdır. Atası İddiaçı ilə ailə quran vaxtı artıq onların evi mövcud idi. Bununla bağlı qeydiyyat şəhadətnaməsi də mövcuddur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və atasından miras qalmış əmlaka dair ədalətli bölgü aparılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər : Apelyasiya şikayətlərii qəbul olunmuş qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiyainstansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apelyasiyainstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnaməsi ləğv edilərək, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, Hümmətov Söhrab Ağamməd oğlu və X2 arasında xx xxxx 1956-cı il tarixdə bağıanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Hümmətov, arvada Hümmətova soyadı verilmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1957-ci il təvəllüdlü Əskərova Adilə Söhrab qızının atası Əskərov Söhrab Ağamməd oğlu, anası isə X9r. Şəki rayon İHB-nin Baş Küngüt kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1960-cı il təvəllüdlü Cavabdeh atası Hümmətov Söhrab Ağamməd oğlu, anası isə X3r. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü X4 atası Hümmətov Söhrab Ağamməd oğlu, anası isə X5r. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1969-cu il təvəllüdlü X6 atası Hümmətov Söhrab Ağamməd oğlu, anası isə X5r. Şəki rayonu Baş Küngüt İcra Nümayəndəliyi tərəfindən xx xxxxx 1993-cü il tarixdə verilmiş Vİ-CQ seriyalı, 354953 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Hümmətov Söhrab Ağamməd oğlu və X1 arasında xx xxxxx 1993-cü il tarixdə bağıanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Hümmətov, arvada Hümmətova soyadı verilmişdir. xx xxxxxxx 1995ci il tarixli, 139 qeydiyyat, 36 intenvar nömrəli qeydəalma vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Bideyiz kəndində yerləşən fərdi yaşayış evi Hümmətov Söhrab Ağamməd oğlunun adına qeydiyyata alınmışdır. xx xxxxxxx 1995ci il tarixli, 139 qeydiyyat, 37 intenvar nömrəli qeydəalma vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Bideyiz kəndində yerləşən fərdi yaşayış evi Hümmətov Söhrab Ağamməd oğlunun adına qeydiyyata alınmışdır. JN:0131 nömrəli (kod 40408028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Bideyiz kənd sakinləri Hümmətov Söhrab Ağamməd oğlu və İddiaçı 1.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN:069F nömrəli (kod 40408028) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Bideyiz kənd sakinləri Hümmətov Söhrab Ağamməd oğlu və İddiaçı 0.46 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəki rayonu Baş Küngüt kənd İcra Nümayəndəliyi tərəfindən xx xxxxx 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 467785 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Hümmətov Söhrab Ağamməd oğlu xx xxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Nəsrullayeva Sədayə Söhrab qızı tərəfindən Notariat kontoruna ünvanlanmış xx xxxx 2013-cü il tarixli, 7E-7/8164 reyestr nömrəli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Nəsrullayeva Sədayə Söhrab qızı mərhum atası Hümmətov Söhrab Ağamməd oğlundan miras qalmış bütün əmlakdan qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş 2V-1/322 reyestr nömrəliqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş Hümmətov Söhrab Ağamməd oğlunun vərəsəsi İddiaçı X25 xx xxxxxxxx 2013-cü il tarixli, 3208 nömrəli arayış və çıxarışa əsasən Şəki rayonu Bideyiz kəndində 0.4494 ha torpaq sahəsində yerləşən 31.6 kv.m yaşayış, 13.5 kv.m yardımçı və 45.1 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evi və 0.2247 ha torpaq sahəsindən 1/6 hissədə pay almalıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X29 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Bideyiz kəndində 0.4494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Hümmətov Söhrab Ağamməd oğlu (fərdi yaşayış evinin 5/6 hissəsi və 0.18725 ha torpaq sahəsi) və İddiaçı (fərdi yaşayış evinin 1/6 hissəsi və 0.26215 ha torpaq sahəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş 2V-1/321 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş Hümmətov Söhrab Ağamməd oğlunun vərəsəsi İddiaçı X25 xx xxxxxxxx 2013-cü il tarixli, 3207 nömrəli arayış və çıxarışa əsasən Şəki rayonu Bideyiz kəndində 0.0106 ha torpaq sahəsində yerləşən 57.9 kv.m yaşayış, 0 kv.m yardımçı və 57.9 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evi və 0.0053 ha torpaq sahəsindən 1/6 hissədə pay almalıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X29 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Bideyiz kəndində 0.0106 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Hümmətov Söhrab Ağamməd oğlu (fərdi yaşayış evinin 5/6 hissəsi və 0.0044 ha torpaq sahəsi) və İddiaçı (fərdi yaşayış evinin 1/6 hissəsi və 0.0062 ha torpaq sahəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 2V-1/346 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş Hümmətov Söhrab Ağamməd oğlunun vərəsəsi İddiaçı X25 xx xxxxxx 2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən Şəki rayonu Bideyiz kəndində 0.4494 ha torpaq sahəsində yerləşən 31.6 kv.m yaşayış, 13.5 kv.m yardımçı və 45.1 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evi və 0.18725 ha torpaq sahəsindən 2/6 hissədə pay almalıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X29 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Bideyiz kəndində 0.4494 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylımülkiyyət hüququ üzrə Hümmətov Söhrab Ağamməd oğlu (fərdi yaşayış evinin 3/6 hissəsi və 0.1248 ha torpaq sahəsi) və İddiaçı (fərdi yaşayış evinin 3/6 hissəsi və 0.3246 ha torpaq sahəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 2V-1/347 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 2011-ci il tarixdə vəfat etmiş Hümmətov Söhrab Ağamməd oğlunun vərəsəsi İddiaçı X25 xx xxxxxx 2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən Şəki rayonu Bideyiz kəndində 0.0106 ha torpaq sahəsində yerləşən 57.9 kv.m yaşayış, 0 kv.m yardımçı və 57.9 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət fərdi yaşayış evi və 0.0044 ha torpaq sahəsindən 2/6 hissədə pay almalıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X29 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Bideyiz kəndində 0.0106 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Hümmətov Söhrab Ağamməd oğlu (fərdi yaşayış evinin 3/6 hissəsi və 0.0029 ha torpaq sahəsi) və İddiaçı (fərdi yaşayış evinin 3/6 hissəsi və 0.0076 ha torpaq sahəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-4087/2018 saylı icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon 1 saylı notariat kontoru tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş 2V-1/346 və 2V-1/347 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X29 verilmiş çıxarışlar ləğv edilmişdir. Şəki şəhər İHB-nin Baş Küngüt kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 335 nömrəli vərəsəlik arayışından görünür ki, Şəki rayonu Bideyiz kənd sakini mərhum Hümmətov Söhrab Ağamməd oğlu və onun birinci nikahdan olan arvadı mərhumə X10 vəfat etdikdən sonra aşağıdakı varisləri qalmışdır: 1) İddiaçı (ikinci nikahdan arvadı), 2) Məmmədova (Əsgərova) Adilə Söhrab qızı (qızı), 3) Cavabdeh (oğlu), 4) Məmmədova (Hümmətova) Nayma Söhrab qızı (qızı), 5) Nəsrullayeva (Hümmətova) Sədayə Söhrab qızı (vəfat edib), 6) Hümmətova Dərya Söhrab qızı (qızı). Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X29 tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş **********21 nömrəli məktubdan görünür ki, Xidmətin 12 saylı X29 tərəfindən Şəki rayonu Bideyiz kəndində yerləşən fərdi yaşayış evlərinə xx xxxxxx 2014-cü il tarixdə İddiaçı və Hümmətov Söhrab Ağamməd oğlunun adlarına ********** və ********** ərizə nömrəli dövlət reyestrindən çıxarış verilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-4087/2018 saylı qərarına əsasən İddiaçı qeydə alınmış fərdi yaşayış evlərinin 2/6 hissəsi ləğv edilərək icra üçün ərazi idarəsinə göndərilmişdir. Elektron baza məlumatlarınd düzəlişlər aparılmış, lakin dövlət reyestrindən çıxarış alınması üçün ərazi idarəsinə müraciət olunmamışdır. Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 3566 nömrəli məktubdan görünür ki, Hümmətova Dərya Söhrab qızı, Məmmədova Nayma Söhrab qızı və Məmmədova Adilə Söhrab qızının mərhum ataları Hümmətov Söhrab Ağamməd oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaları barədə müraciətlərinə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İşin faktiki hallarından göründüyü kimi birinci instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməmişdir ki, bu da Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Çünki birinci instansiya məhkəməsi hazırki iş üzrə tərəflər arasındakı qarşılıqlı münasibətə, əmlakın rejiminə, mirasın qəbulu ilə bağlı məsələləri düzgün həll etməmiş, miras qoyan tərəfindən vəsiyyətnamə olmadığı halda qətnamədə məcburi pay hüququna qiymət vermiş, miras əmlakın paylara uyğun olaraq bölünməsində səhvə yol verməklə, həm maddi, həm də prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşamayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyası hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin hər birinin miras əmlaka dair paylarının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı mülki proses tərəflərinin izahatlarından, eləcə də təqdim olunmuş sübutlardan müəyyən edildi ki, miras qoyan şəxs Hümmətov Söhrab Ağamməd oğlu xx xxxxx 2011-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – Hümmətov Söhrab Ağamməd oğlu 2011-ci il tarixdə vəfat etdiyindən hazırkı mübahisəyə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Mülki Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verirMülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, mübahisəli miras əmlaklardan– yəni Şəki rayonu Bideyiz kəndində yerləşən fərdi yaşayış evlərinin sənədləşməsi (rəsmiləşdirilməsi) miras qoyan Hümmətov Söhrab Ağamməd oğlu ilə onun sonuncu arvadı, yəni hazırki iş üzrə İddiaçı birgə nikahı dövründə (1995-ci ildə) aparılsa da, əslində həmin evlərin inşası nikahdan xeyli əvvələ, yəni 1989-cu ilə təsadüf edilir. Mübahisənin bu halı iş materiallarında olan (mülki iş İ cild səhifə 35 və 38 nömrə 138 və 139) qeydəalma vəsiqələri, həmçinin İddiaçı özünün izahatı ilə sübüt olunur. Belə ki, həmin qeydəalma vəsiqələrindən göründüyü kimi mübahisəli fərdi yaşayış evləri Şəki RİK-n xx xxxx 1989-cu il taixli qərarı əsasında inşa edilmiş, sadəcə qeydə alınma prosesi 1995-ci il tarixdə baş vermişdir. Buradan da belə nəticəyə gəlmək olur ki, fərdi yaşayış evlərinin tikilişinə vəsait miras qoyanla İddiaçı birgə nikahından, yəni 1993-cü il tarixdən əvvəl qoyulmuşdur. Lakin vərəslik işi açılarkən notarius tərəfindən, işə baxılan zaman isə birinci instansiya məhkəməsi tərəfindən fərdi yaşayış evlərinin hüquqi rejiminə, evlərin tikilmə tarixi ilə rəsmiləşdirmə tarixi arasındakı fərqə əhəmiyyət verilməməklə həmin sənədin bu kimi vacibliyi diqqətə alınmamışdır. Ona görə də kollegiya belə qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evləri birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilə bilməz, bu səbəbdən də həmin evlərin rəsmiləşdirilmə tarixi deyil, inşa edilmə (vəsait qoyulma vaxtı) vaxtı əsas götürülməklə miras əmlak kütləsinə tam daxil edilməlidir. JN:0131 nömrəli (kod 40408028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən Şəki rayonu Bideyiz kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod 40408028) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən Şəki rayonu Bideyiz kəndində yerləşən 0.46 hektar həyətyanı torpaq sahələrinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin torpaqların paylara uyğun bölünməsində də səhvə yol vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi qeyd olunan torpaq sahələri Hümmətov Söhrab Ağəmməd oğluna və İddiaçı Səbir qızına AİK-n xx xxxxxx 1997-ci il tarixli qərarı əsasında ümumi birgə mülkiyyət kimi verilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, həmin torpaq sahələrinin ½ hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan torpaqların ½ hissəsi mirasa daxil deyildir. Həmin torpaqlar üzərində miras payların müəyyənləşdirilməsi zamanı yalnız mərhum Hümmətov Söhrab Ağəmməd oğluna məxsus ½ hissəyə münasibət bildirilməlidir. Çünki qeyd olunan mübahisəli torpaqların yalnız ½ hissəsi miras kütləsinə aiddir, qalan ½ hissə isə İddiaçı dövlət tərəfindən əvəzsiz verilmiş əmlakdır və sonuncunun xüsusi mülkiyyətidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı müəyyən olundu ki, miras qoyan Hümmətov Söhrab Ağamməd oğlu xx xxxxx 2011-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan Şəki rayonu Bideyiz kəndində daimi yaşadığından və daşınmaz əmlaklar Şəki rayonu Bideyiz kəndində yerlədiyindən mirasın açıldığı yer Şəki rayonu Bideyiz kəndidir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka Hümmətov Söhrab Ağamməd oğlu öldüyü məqamadək malik olduğu Şəki rayonu Bideyiz kəndində yerləşən fərdi yaşayış evləri və JN:0131 nömrəli (kod 40408028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na əsasən Şəki rayonu Bideyiz kəndində yerləşən 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod 40408028) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən Şəki rayonu Bideyiz kəndində yerləşən 0.46 hektar həyətyanı torpaq sahələrinin miras qoyana məxsus ½ hissəsi daxildir. Miras əmlaklardan fərdi yaşayış evləri birgə nikah dövründən əvvəl inşa edildiyindən, torpaq sahələri isə AİK-n qərarı əsasında dövlət tərəfindən əvəzsiz olaraq tərəflərə verildiyindən həmin əmlaklar ər-arvadın birgə əmlakı kimi qiymətləndirilə bilməz Miras qoyan Hümmətov Söhrab Ağamməd oğlunun vəfatından sonra onun birinci növbə vərəsələri- İddiaçı (arvadı) və uşaqları Cavabdeh, Nəsrullayeva Sədayə Söhrab qızı (atasından sonra vəfat edib), Hümmətova Dərya Söhrab qızı, Məmmədova Nayma Söhrab qızı, Məmmədova Adilə Söhrab qızı və Nəsrullayeva Sədayə Söhrab qızı qalmışlar. İşin faktiki hallarından göründüyü kimi miras qoyanın vərəsələrindən yalnız ikisi, yəni İddiaçı (arvadı) və Cavabdeh (övladı) mirası faktiki qəbul etmiş, hətta sonradan notariat orqanına müraciət etməklə hazırki mübahisələndirilən vərəsəlik şəhadətnamələrini rəsmiləşdirmişlər. Digər vərəsələrdən Hümmətova Dərya Söhrab qızı, Məmmədova Nayma Söhrab qızı və Məmmədova Adilə Söhrab qızı isə atalarının sağlığında miras əmlakdan çıxmış, bu ötən müddət ərzində mirasın faktiki və ya rəsmi qəbulu ilə bağlı hər hansı hərəkət etmələri barədə məhkəməyə hər hansı rəsmi sübut təqdim etməmişlər. Həmin vərəsələrin mirası faktiki qəbulu ilə bağlı birinci instansiya məhkəməsində ifadə vermiş şahid ifadəsinə tənqidi yanaşan kollegiya qeyd edir ki, şahid də öz ifadəsində bir tərəfin maraqlarından çıxış edərək sözügedən vərəsələrin mirasın əmlakı faktiki qəbul edilməsinin nədə ifadə edilməsinə və faktiki qəbulun şəksiz nümayiş etdirilməsinə dair əsaslı arqumentlər gətirməmişdir. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, mübahisənin bu halı ilə bağlı şahid ifadəsi yeganə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki mirasın faktiki qəbulu şahid ifadəsi ilə deyil, vərəsənin özü tərəfindən mötəbər sübutlarla təsdiq olunmalı və əsaslandırılmalıdır. Məhkəmə kollegiyası digər vərəsə Nəsrullayeva Sədayə Söhrab qızının vəfat etməsindən əvvəl miras əmlakdan qardaşı Cavabdeh xeyrinə imtina etməsini də qəbul etməyərək bildirir ki, notarius bu notariat hərəkətini aparakən qanunvericiliyin tələbini pozmuşdur. Çünki belə bir ərizənin qanunvericiliklə müəyyən olunmuş müddət keçəndən sonra yazılması və notarius tərəfindən təsdiq olunması yolverilməzdir Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1270.1-ci maddəsinə əsasən mirasdan imtina hüququ vərəsəlik üzrə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Güründüyü kimi vərəsə Nəsrullayeva Sədayə Söhrab qızı miras əmlakdan üç ay ərzində imtina etməli olduğu halda, miras qoyan vəfat etdikdən iki ildən çox müddət keçdikdən sonra mirasdan digər şəxsin xeyrinə imtina etmişdir. Bu isə mülki qanunvericiliyin tələblərinə uyğun olmamaqla, mirası faktiki olaraq qəbul etmiş digər vərəsələrin mülkiyyət hüquqlarını pozur. Odur ki, Nəsrullayeva Sədayə Söhrab qızı “gəlməyən” vərəsə kimi qiymətləndirilərək onun payı digər vərəsələrə keçmişdir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlərinə ümumilikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, hər iki apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunaraq yeni qətnamə qəbul edilməsi üçün əsaslı olsa da, apelyasiya şikayətində xahiş olunanlarla bağlı qətnamə qəbul edilməsi üçün əsaslı ola bilməz. Əvvəla ona görə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən şəhadətnamələri etibarsız hesab etsə də, vərəsələrin və miras əmlakın kütləsinin müəyyənləşdirilməsində, eləcə də miras payların bölünməsində pozuntuya yol vermişdir ki, bu da özü –özlüyündə maddi hüquq normalarının pozuntusu kimi qiymətləndirilməlidir. İkinci, birinci instansiya məhkəməsinin qətnaməsində İddiaçı izahatından müəyyən edilir ki, sonuncu miras əmlakı yalnız özü və Cavabdeh tərəfindən idarə olunduğunu, 1950-ci ildə tikilmiş evdə özünün, 1980-ci ildə tikilmiş evdə isə Cavabdeh yaşadığını bildirmişdir. Buradan da göründüyü kimi İddiaçı artıq özü həmin fərdi yaşayış evlərinin nikahdan əvvəl tikildiyini etiraf etmişdir. Üçüncü, tərəfdən birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, İddiaçı “digər vərəsələrin miras qoyan şəxsə qayğı göstərmədiklərini, miras əmlaklara gəlib-getmədiklərini deyil, sonuncuların daimi olaraq yaşamadıqlarını əsas gətirərək onların iddialarının rədd edilməsini xahiş etmişdir”. Lakin sonuncunun bu izahatı və ya etirafı iş materialları, o cümlədən məhkəmə iclas protokolları ilə öz təsdiqini tapmır. Dördüncü, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində həmçinin vərəsələrin (İddiaçı istisna omaqla) məcburi pay hüququna malik olmalarına da hüquqi qiymət vermişdir ki, bu da iddia tələbindən kənara çıxamaqla yanaşı, qətnamənin düzgün əsaslandırılmaması kimi qiymətləndirilməlidir. Çünki iş üzrə miras qoyan tərəfindən hər hansı vəsiyyətnamənin qoyulduğu müəyyən edilmədiyi halda onun vərəsələrinin (Sədayə, Dərya, Nayma və Adilənin) məcburi paylarının yaranmasını qeyd etmək absurddur. Belə ki, vəsiyyətnamə olmadığı halda hər hansı məcburi paydan söhbət gedə bilməz. Beşinci, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, mübahisəli Şəki rayonu Bideyiz kəndində yerləşən 1.51 hektar kənd təsərrüfat təyinatlı və həmin kənddə yerləşən 0.46 hektar həyətyanı torpaq sahələrinin İddiaçı məxsus 1/2 hissəsi iddia tələbinin predmeti kimi bölünmüşdür. Halbuki, qanunvericiliyin tələbinə əsasən həmin ½ hissə miras əmak kütləsinə deyil, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmaqla hazırki iddianın predmeti deyil. İddia predmetində yalnız şəhadətnamələrin etibarsızlığı, onların əsasında verilmiş çıxarışların ləğvi və Söhrab Hümmətovdan miras qalmış əmlakın paylara uyğun bölüşdürülməsindən gedir. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından apelyasiya şikayətləri qismən təmin edilməli, hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnaməsi ləğv edilməli, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında yeni qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı, Cavabdeh ( Hümmətova Dərya Söhrab qızı, Məmmədova Adilə Söhrab qızı və Məmmədova Nayma Söhrab qızının nümayəndəsi) tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-60/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, İddiaçı Cavabdeh qarşı «qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda payın müəyyən edilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Hümmətov Söhrab Ağamməd oğlundan miras qalmış əmlaka dair İddiaçı adına verilmiş xx xxxxxxxx 2013-cü il tarixli, 2V-1/321 və 2V-1/322 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr etibarsız hesab edilsin və bu şəhadətnamələr əsasında verilmiş çıxarışlar ləğv edilsin. İddiaçı və Cavabdeh Şəki rayonu Bideyiz kəndində yerləşən fərdi yaşayış evlərində (xx xxxxxxx 1995-ci il tarixli, 138 qeydiyyat (36 inventar) nömrəli və xx xxxxxxx 1995-ci il tarixli, 139 qeydiyyat (37 intenvar) miras payları bərabər, yəni hər birinə ½ hissə olmaqla müəyyən edilsin. İddiaçı və Cavabdeh Şəki rayonu Bideyiz kəndində yerləşən (JN:0131 nömrəli (kod 40408028)) 1.51 hektar kənd təsərrüfatı təyinatlı və JN:069F nömrəli (kod 40408028) 0.46 hektar həyətyanı torpaq sahələrinin ½ hissəsində (miras qoyan Hümmətov Söhrab Ağəmməd oğluna məxsus hissədə) miras payları bərabər, yəni hər birinə 1/4 hissə (1/2 : 1/2) olmaqla müəyyən edilsin. İddiaçı Cavabdeh qarşı iddia tələbi qalan hissədə; Hümmətova Dərya Söhrab qızı, Məmmədova Adilə Söhrab qızı və Məmmədova Nayma Söhrab qızının İddiaçı qarşı «vərəsəlikdə payın təmin edilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1249/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1249/2020
24.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver