Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1249/2025 19.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə; Yevlax Rayon Məhkəməsinin 4 iyul 2025-ci il tarixli, 2(039)-43/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 İsgəndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 İsgəndər oğluna, Yevlax rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh2 İsgəndər oğlu məhkəməyə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı pul tələbinə dair qarşılıqlı iddia verərək, cavabdehlərdən 66250 (altmış altı min iki yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Q.Paşayev) 4 iyul 2025-ci il tarixli, 2(039)- 43/2025 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, X2, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh2 İsgəndər oğlu arasında Yevlax rayonunun Dəlləklər kəndində yerləşən 3,78 ha torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon 2 saylı Dövlət Notariat kontorunda bağlanmış və təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-01281 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 İsgəndər oğlunun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, (********** qeydiyyat nömrəli) qeydin qismən (3.78 ha torpaq sahəsinə aid olan hissədə) ləğv edilməsi, ilk iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlundan alınıb iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 66250 (altmış altı min iki yüz əlli) manat pul və 289 (iki yüz səksən doqquz) manat dövlət rüsumunun alınıb cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğluna verilməsi, qarşılıqlı iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlundan 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 İsgəndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, apellyasiya şikayətləri baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia qaldırarkən 100 manat məbləğində, Cavabdeh2 İsgəndər oğlu qarşılıqlı iddia verərkən isə 289 manat məbləğində dövlət rüsumu ödəmişlər. İş materiallarında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətindən (İ cild, iş vərəqi 254) və ona əlavə olunmuş ********** nömrəli qəbzdən (İİ cild, iş vərəqi 18) ödənilmiş dövlət rüsumunun məbləği 145 manat olduğu müəyyən olunur. Eyni zamanda, iş materiallarında olan Cavabdeh2 İsgəndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətindən (İİ cild, iş vərəqi 39) və ona əlavə olunmuş ********** nömrəli qəbzdən (İİ cild, iş vərəqi 30) ödənilmiş dövlət rüsumunun məbləği 145 manat olduğu müəyyən olunur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsəsən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilməlidir. Beləliklə, iş materiallarına əsasən hazırkı iş üzrə iddiaçılar tərəfindən verilmiş ilk iddia qiymətləndirilməyən iddia olduğu üçün onun verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir (İ cild, iş vərəqi 22). Bundan sonra Cavabdeh2 İsgəndər oğlu birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərkən (İ cild, iş vərəqi 165) qarşılıqlı iddianın qiyməti 66250 manat təşkil etmişdir. Buna görə də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 288 manat 75 qəpik təşkil etmişdir. Belə olan halda hazırkı mülki iş üzrə həm ilk iddia, həm də qarşılıqlı iddianın qiymətləri nəzərə alınaraq (100 manat + 288 manat 75 qəpik = 388 manat 75 qəpik) iddiaçı və cavabdeh tərəf hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərkən 388,75 (üç yüz səksən səkkiz manat 75 qəpik) manatın 50 faizini təşkil edən 194,38 manat (bir yüz doxsan dörd manat 38 qəpik) məbləğində dövlət rusumu ödəməli idilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə ..., apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilib-ödənilməməsini, bir sözlə apellyasiya şikayətlərinin MPM-ə uyğunluğunu yoxlamadan şikayətləri baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Yevlax Rayon Məhkəməsinin 4 iyul 2025-ci il tarixli, 2(039)-43/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 İsgəndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırkı mülki iş apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayətinin geri qaytarılması barədə vəsatət daxil olmuşdur. Həmin vəsatətdə Yevlax Rayon Məhkəməsinin 4 iyul 2025-ci il tarixli, 2(039)-43/2025 saylı qətnaməsindən Cavabdeh2 İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verildiyi üçün şikayətin geri qaytarılması xahiş olunmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçıların nümayəndəsi və vəkilinin eyni məzmunlu vəsatəti 16 sentyabr 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Yevlax Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2(039)-43/2025 saylı qərardadı ilə ....cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda birinci instansiya məhkəməsi cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlu tərəfindən apellyasiya şikayətinin verilməsinin qanunla müəyyən edilmiş müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətini geri qaytarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Buna görə də, mülki iş materialları, qanunun tələbinə uyğun olaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 İsgəndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 363, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı, Qərаrа аldı: Yevlax Rayon Məhkəməsinin 4 iyul 2025-ci il tarixli, 2(039)-43/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 İsgəndər oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesаb edilsin. Apellyasiya şikayətləri mülki işlə birlikdə Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddələrinin tələblərinə riayət edilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1249/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1249/2025
19.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver