Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-125/2024 17.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 6 sentyabr 2023cü il tarixli 2(046)-1571/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı yaşadığı Göyçay şəhəri N.Nərimanov küçəsi 35 saylı yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar X3 halı müəyyən olunmuş, yol verilmiş pozuntu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın tələblərinə uyğun olaraq 26 aprel 2023-cü il tarixli, 032475 nömrəli akt tərtib edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-nin “Mərkəzi-Aran” RETSİ tərəfindən xx.xx.2023-cü il tarixli 032475 saylı akta əsasən Göyçay EŞ-nin abonent bazasındakı abonent koduna əsassız hesablanaraq vurulmuş 1521.29 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göyçay şəhəri N.Nərimanov küçəsi ev 35-də yaşayır, yaşadığı evə qurlaşdırılmış işıq sayğacından uzun illərdi ki, aylıq sərfiyata görə ödəniş edərək istifadə edir. Buna baxmayaraq 26 aprel 2023-cü il tarixdə “Azərişıq" ASC- nin “Mərkəzi-Aran” RETSİ-nin əməkdaşları tərəfindən yaşadığı evə quraşdırılmış sayğac yoxlanılmış və müəyyən edilmişdir ki, sayğacdan kənar xətt quraşdırılmış və həmin xəttdən istifadə edilir. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Bütün bunlara görə ona 1521.29 manat məbləğində əsassız borc hesablanmışdır. Bu borcun hesablanması barədə məlumat cavabdeh tərəfindən ona hesab ödəniş vərəqəsi təqdim olunarkən verilmişdir. Cavabdeh təşkilata aktın qanunsuz olduğunu bildirsə də, heç bir nəticəsi olmamışdır. Tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş və müdaxilə olunması barədə məlumatı olmamışdır. Sözügedən sayğac yaşadığı evin çölündə yerləşir. Uzun müddətdir ki, elektrik ödənişində problemləri olmamışdır. Aktda qeyd olunanların heç bir əsası yoxdur. Çünki, qeyd etdiyi kimi elektrik dirəyi küçədə yerləşir, həmin xətti kəsməyi və əlavə xətt qoşmağı mümkün deyil, eləcə də enerji uçot dəstinin pozulması hansı nəticə yaratdığı aydın deyildir və ona izah olunmamışdır. Sayğaca müdaxilənin onun təqsiri üzündən baş verməsi müəyyən olunmadığından, hesablanmış ziyanın onun üzərinə qoyulması tamamilə əsassızdır. İşin faktiki halından göründüyü kimi, yaşadığı Göyçay şəhəri N.Nərimanov küçəsi ev 35-də ona məxsus elektrik sayğacı küçədə quraşdırılmışdır. Belə olan halda, elektrik sayğacının bütövlüyünə və işlək vəziyyətdə saxlanmasına o, deyil, cavabdeh təşkilat məsuliyyət daşıyır. Eləcə də sayğaca kənar xətt qoşulsaydı enerji təchizatı müəssisəsinin əməkdaşları üçün görünən olardı. Sayğaca baxış keçirilərkən iştirakının təmin olunmadığı tərtib edilmiş aktda öz əksini tapmışdır. Belə ki, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanlanmalı, istehlakçı yəni o, imzalamaqdan imtina etdiyi təqdirdə qeydlər aparılmalıdır. Buna görə də hesab edir ki, yaşadığı Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 35 saylı fərdi yaşayış evində ona məxsus elektirik sayğacına kənar xəttin quraşdırılmasına görə hansısa məsuliyyətinin, həmçinin xəbəri olmadığı üçün həmin akta görə enerji təchizatı müəssisəsi tərəfindən xx.xx.2023-ci il tarixdə tərtib edilmiş 032475 saylı akt və həmin akt üzrə hesablanmış 1521.29 manat enerji haqqı da qanunsuzdur
4. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə Azərişıq” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları F.Cavadov və R.Musayev tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin sıfır xəttini sayğacdan, fazanı isə birbaşa götürərək sayğacdan kənar istifadə etməsi və həmin elektrik sayğacından götürülən kənar xətlə evinin qarşısında yerləşən marketi elektrik enerjisi ilə təmin etdiyi (İ=19,5 A) müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Poroqram bazasfnda **********00566 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydalarf’nın pozulması haqqında AKT NDM № 032475 nömrəli akt tərtib edilmişdir. Aktın “tələb” hissəsində “kənar xətt ləğv olunsun” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş AKT NDM № 032475 nömrəli akta əsasən “Mərkəzi Aran” RETS-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya ” tərəfindən “kənar xətt” vasitəsi ilə elektrik enerjisi ilə təchiz edilən “marketin” 12 saat işləməsi nəzərə alınmaqla 240 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1494,15 manat təşkil edən 12355 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır: 4,29 kvt x 12 saat x 240 gün = 12355 Tarif (0,08 manat)-1600 kvt saat x 0,08=128,00 manat Tarif (0,09 manat)-800 kvt saat x 0,09 = 72,00 manat Tarif (0,13 manat)-9955 kvt saat x 0,13 = 1294,15 manat Cəmi: 1494,15 manat.iddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və ona əsasən aparılmış hesabatlar “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, 26 aprel 2023-cü il tarixdə Azərişıq” ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları F.Cavadov və R.Musayev tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin sıfır xəttini sayğacdan, fazanı isə birbaşa götürərək sayğacdan kənar istifadə etməsi və həmin elektrik sayğacından götürülən kənar xətlə evinin qarşısında yerləşən marketi elektrik enerjisi ilə təmin etdiyi (İ = 19,5 A) müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Poroqram bazasfnda **********00566 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydalarf’nın pozulması haqqında AKT NDM № 032475 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “kənar xətt ləğv olunsun” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Göyçay şəhəri N.Nərimanov küçəsi 35 saylı yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar X3 halı müəyyən olunmuş, yol verilmiş pozuntu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın tələblərinə uyğun olaraq 26 aprel 2023-cü il tarixli, 032475 nömrəli akt tərtib edilmişdir.Ona görə də məhkəmə İddiaçı aktın qanunsuz olması barədə dəlilini əsassız sayır.
8. Buna baxmayaraq məhkəmə hesab edir ki,tərtib edilmiş 26 aprel 2023-cü il tarixli, 032475 nömrəli akta əsasən hesablanmış zərərin məbləği azaldılmalıdır. Belə ki,tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Göyçay şəhəri, N.Nərimanov küçəsi 35 saylı evdə quraşdırılmış sayğaca “Azərişıq" ASC- nin nəzarətçiləri tərəfindən 12 aprel 2023-cü il tarixdə baxış keçirilmiş və elektrik sayğacın göstəricilərinə uyğun olaraq X3 dəyəri müəyyən edilmiş,elektrik sayğacından kənar X3 halı müəyyən olunmamışdır. xx.xx.2023-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən X6 yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş və sayğacdan kənar X3 etməsi müəyyən olunmuşdur.Aktlar üzrə komissiyası tərəfindən dəymiş zərər 08 ay müddətə,12 saat üçün 1494,15 manat itirilmiş enerji dəyəri hesablanmışdır.
9. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın 8.17-1-ci bəndinin tələblərinə uyğun olaraq elektrik sayğacına sonuncu baxış tarixi 12 aprel 2023-cü il tarixdən pozuntu aşkar edilmiş 26 aprel 2023-cü il tarixinədək olan 15 gün müddət üçün istifadə edilmiş elektrik enerjisinin dəyəri iddiaçı X8 məişət abonenti olduğuna görə 24 saat işləmə saatı, sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan nəzərə alınmaqla hesablanmalıdır.
10. Beləliklə itirilmiş elektrik enerjisinin dəyəri 4,29 kvt x 24 saat x 15 gün=1544,40 kvts.Taarif 1600 kvts qədər olduğuna görə 0,08 manat x 1544,40=123 manat 56 qəpik müəyyən olunmalı,26 aprel 2023-cü il tarixli 032475 sayl akta əsasən hesablanmış 1494 manat 15 qəpik məbləğində dəymiş zərər 123 manat 56 qəpik məbləğinədək silinərək azaldılmalıdır.
11. Göyçay Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(046)-1571/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Göyçay şəhəri N.Nərimanov küçəsi 35 saylı evdə X1ydalarının pozulması barədə tərtib edilmiş 26 aprel 2023-cü il tarixli, 032475 nömrəli akta əsasən hesablanmış 1494 manat 15 qəpik məbləğində dəymiş zərərin 123 manat 56 qəpik məbləğinədək silinərək azaldılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın 8.2, 8.4, 8.17 və 8.17-1-ci bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İşə əlavə edilmiş 26 aprel 2023-cü il tarixli 032475 saylı akdan görünür ki, baxış keçirilən zaman abonentin sıfır xəttini sayğacdan, fazanı isə birbaşa götürərək sayğacdan kənar istifadə etməsi və həmin elektrik sayğacından götürülən kənar xətlə evinin qarşısında yerləşən marketi elektrik enerjisi ilə təmin etdiyi (İ=19,5 A) müəyyən edilmişdir. Kənar xətt ləğv olunmuşdur.
14. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər, Aktlar üzrə Komissiyanın qərarından görünür ki, itirilmiş enerji dəyəri 1494 manat 15 qəpik hesablanmışdır.Hesabat aşağıdakı qaydada aparılmışdır: 4,29 kvt x 12 saat x 240 gün=12355 kvts.Tarif (0,08 man)-1600 kvts x 0,08=128 manat,Tarif (0,09 man)-800 kvts x0,09=72 man,Tarif (0,13 man)-9955 kvts x 0,13=1294,15 manat, cəmi 1494 manat 15 qəpik.
15. İşə əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, “Azərişıq» ASC-nin nəzarətçiləri tərəfindən X4 istifadəsində olan elektrik sayğacındakı göstəricilər 26 aprel 2023-cü il tarixli akt tərtib edilməmişdən əvvəl 12 aprel 2023-cü il tarixdə qeyd edilmişdir.
16. Məhkəmə baxışında təqdim olunmuş videoçəkilişə baxış keçirimişdir.Baxışdan görünür ki, enerji təchizatı müəssisəsinin nümayəndələri xüsusi cihaz vasitəsilə sayğacdan çıxan naqilin yükü ölçülmüş, sayğacdan kənar istifadə etməsi halı müəyyən edilmişdir.
17. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" ASC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, maddi hüquq normalarının tələbinə görə elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə edilməsi faktının aşkar olunması istehlakçı barəsində “kənar xətt” in (naqilin) en kəsiyinə əsasən 12 aydan çox olmayan müddətə hesablama aparılmasına yol verilir. Həmin hüquq normasında “kənar xətt” vasitəsi ilə enerjidən hansı müddətdə istifadə edilməsi nəzərdə tutulmamışdır. “Kənar xətt”ın mövcudluğu göstərilən maddi hüquq normasının pozulması deməkdir. Nəzarətçi mühəndis tərəfindən sayğacın enerji sərfiyyatı göstəricilərinin oxunması, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədi ilə paylayıcı qurğulara baxış keçirilməsi anlamını daşımır.
19. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(046)- 1571/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(046)-1571/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1ydaları”nın: 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(046)- 1571/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hisəsində qətnamənin nə üçün ləğv edilməsini əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə, etirazın əsaslarını təqdim etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qətnamənin 7-10-cu bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi maddi hüquq normasının tələbi sayğacdan kənar qoşulmanın müəyyən edildiyi vaxtdan əvvələ 12 aydan çox müddətə cərimə hesablanmasını qadağan edir. Bu hal isə, cavabdehi qadağan olunmayan müddət çərçivəsində hesablanmış borcun hansı əsasla hesablanmasını sübut etmə yükündən azad etmir.
30. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(046)-1571/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2(046)-1571/2023 nömrəli qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev