Məhkəmə qərarları › İş №2(107)-1251/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1251/2021

01.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1251/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Qax rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair Qax Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(024)-221/2021 nömrəli qətnaməsindən iş üzrə Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Qax Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(024)-221/2021 nömrəli qətnaməsi ilə Ərizəçi qızının maraqlı tərəf Qax rayon İcra Hakimiyyətinə qarşı “X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi əsassız olduğundan rədd edilmişdir. İşin halları: Ərizəçi maraqlı tərəf Qax rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, 05.12.1977-ci il tarixdə Qax rayonu Güllük kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Ərizəçi tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bacısının vəfatından sonra qızı Rayanın ixtisası və savadı olmadığından onun maddi dəstəyi ilə tək yaşamışdır. Hazırda o, şizofreniya xəstəsi olaraq Qax rayon Mərkəzi Xəstəxanasında və Şəki rayonlararası psixi dispanserdə qeydiyyatdadır. Bundan başqa məhkəmə onun fəaliyyət qabiliyyətli olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə-psixiatrik ekspertiza təyin etməmişdir. Odur ki, Qax Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(024)-221/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Qax Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(024)-221/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə sübutetmə predmetini şəxsin psixi qüsurun mövcudluğunun olması, şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən faktlar, psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə-məsələn, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin yaxın qohumu (uşaq, valideyn, qardaş-bacı və s.) olması faktı və əsas zəruri sübut olan, məhkəmə-psixiatriya ekspertizasının rəyi təşkil edir. MPM-in 319-cu maddəsinə əsasən hakim işi məhkəmə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edir. Yuxarıda qeyd olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunvericilik ekspertizanın təyini üçün şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olmasını tələb edir. Ekspertizanın təyini üçün tələb olunan kifayət qədər məlumat isə şəxsin psixi qüsurunun olmasını ehtimal etməyə imkan verən istənilən informasiyadan ibarətdir ki, ərizəçi tərəfindən isə həmin informasiyanı əks etdirən Raya Hüseynovanın psixi vəziyyəti ilə bağlı tibb müəssisəsinin arayışı, psixiatriya dispanserində qeydiyyatda olma barədə arayış, xəstəlik tarixçəsindən çıxarış, tibbi-sosial ekspert komissiyasının rəyi (arayışı); şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazrki iş üzrə ekspertizanın keçirilməsi üçün kifayət qədər məlumat olmadığı üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Belə olan halda da məhkəmə işə mahiyyəti üzrə baxaraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Çünki, İş materiallarına əlavə edilmiş AZ İİ № 135449 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 31.07.2010-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X11, atası X4r. İş materiallarına əlavə edilmiş DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi 11.02.2021-ci il tarixli arayışdan görünür ki, X2 rayonunun Güllük kəndidnə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi 11.02.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Qax rayonunun Güllük kəndidnə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 23.02.2021-ci tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün banka 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-in 28.8-ci maddəsinə əsasən ağil zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göründüyü kimi hazırda ərizəçi qismində iştirak edən Ərizəçi şəxsin xalasıdır və o isə yaxın qohumlar siyahısında nəzərdə tutulmamışdır. Digər tərəfdən MPM-in 319-cu maddəsinə əsasən Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, ekspertiza təyin edilməsinə zərurət yoxdur. Belə ki, şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat təqdim edilməmişdir. İşdə olan 01 iyul 2021-ci il tarixli 655 saylı arayışdan görünür ki, X1 Rayon Psixiatriya xəstəxanasında dispanser müşahidəsində yoxdur. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(024)-221/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(024)-221/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar