Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1252/2025 03.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, e-2(019)-1001/2025 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən və ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İddiaçı Cavabdeh alqı-satqı qiyməti 4696.02 manat olan malı nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada hissə-hissə ödəmək şərtilə qəbul etmişdir. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. - müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər, 3.14-cü bəndinə əsasən Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər, 3.5-ci bəndinə əsasən Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər.
2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır.
3. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş borcu 4108.03 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, cərimə 410.80 manat təşkil edir.
4. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İddiaçı arayışından və “İnnovativ Layihələr Mərkəzi” QSC ilə İddiaçı arasında təhvil təslim aktından görünür ki, mobil telefonunun açılıb bağlanması xidmətinə görə mərkəzə 23.60 manat rüsum ödənilmişdir.
5. İş materiallarında olan 26 sentyabr 2025-ci tarixli Cavabdeh ərizəsindən görünür ki, həbsxanada olduğunu nəzərə alaraq ona təyin edilməli olan cəza müddətinin sonuna qədər, yəni azadlığa çıxana qədər "xxxx" MMC şirkətinə olan borcunun dondurulması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********58488 İphone 15 Pro Max markalı telefon, Defunc qulaqlıq, Apple adapter, paket XXXL xidməti, plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 4108,03 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 manat, 410,80 manat cərimə, ümumilikdə 4542,43 manat borc və 65,43 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-1001/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə iddia icraatı qaydasında baxılmışdır.
8. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********58488 İphone 15 Pro Max markalı telefon, Defunc qulaqlıq, Apple adapter, paket XXXL xidməti, plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 4542,43 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4696,03 manat (yəni 18 ay x 228,23 manat + 587,89 manat ilkin ödəniş) olan imei kodu **********58488 İphone 15 Pro Max markalı telefon, Defunc qulaqlıq, Apple adapter, paket XXXL xidməti, plyonka istehsalı xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə, 4542,43 manat olmaqla ondan 4108,03 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum23.60 manat, müştəriyə güzəşt olaraq 410,80 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 588 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər.
9. Cavabdeh vəsatət ilə məhkəməyə müraciət edərək ərizədə qeyd etdiklərinin araşdırılmasını və o telefonunu alarkən nağd qiyməti 3756 manat olduğuna görə telefonun oğurlanmasını nəzərə alaraq ilkin ödənişi 587.89 manat çıxarmaqla ayda 100 manat pensiya kartından çıxarılması haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 17 noyabr 2024-cü il tarixində İddiaçı MMC arasında müqaviləyə əsasən İphone 15 pro max markalı telefon almışdır. Telefonu ilkin ödənişi 587.89 manat ilkin ödəniş ilə götürməklə 18 ay ayda 228.23 manat ödəməli idi. Lakin mağazadan çıxdıqdan sonra avtobusla avtovağzala gedərkən telefon oğurlanmışdır. Bu haqda 20 Yanvar dairəsi yaxınlığındakı polis şöbəsinə yazılı ərizə ilə telefonunun oğurlanması haqda müraciət etmişdir. Polis bölməsində yaşadığı ünvanı götürdülər və araşdırma aparacaqlarını dedilər. Yanvar ayı və ya fevralın əvvəlləri dəqiq yadında deyil ona İddiaçı MMC-dən zəng gəldi və o, telefonunun oğurlandığını bildirdi. Bundan sonra o, Balakəndə yerləşən Kontakt home mağazasına yaxınlaşaraq üstündə 200 manat olduğunu və bu pulu ödəniş edərək pensiya kartından ayda 100 manat ödəyəcəyini bildirdi. Mağazada ona “azı 300 manat verməlisən” dedilər. 300 manat imkanının olmadığın görə və bundan sonra avtoqəza keçirdiyinə görə bu pulu ödəməyə imkanı olmamışdır.
10. Birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı olmadan baxmışdır.
11. Balakən Rayon Məhkəməsinin (hakim Arifə Cəfərova) 21 oktyabr 2025-ci il tаrixli, e-2(019)-1001/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2024cü il tarixli müqavilə üzrə 4108.03 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 21 manat cərimə, ümumilikdə 4152.63 manat borc və ödənilmiş dövlət rüsumunun 61.53 manatı alınıb İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 467, 567, 600.4, 601.1, 601.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh Nabatlı X1 Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, e-2(019)- 1001/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...17 noyabr 2024-cü il tarixində İddiaçı MMC-dən müqavilə əsasında İphone 15 pro max markalı telefon almışdır. Lakin mağazadan çıxdıqdan sonra avtobusla avtovağzala gedərkən telefon oğurlanmışdır. Bundan sonra avtoqəza keçirdiyindən müalicə üçün maddi çətinliyi olduğundan ödənişi gecikdirmək məcburiyyətində qalmışdır. X3 Müəssisəsinin Tibb bölməsində səhhəti ilə bağlı sənədləşmə müalicə üçün tibbi müayinə, iynə-dərman preparatları tələb olunur. Bundan başqa boyun onurğa sümüyü sürüşməsi və 4 ədəd yırtıq diaqnozu ilə müalicə və xeyrli pul tələb olunur . Hazırda 2-ci qrup vərəm xəstəliyi ilə pensiya alır və ailə üzvlərinin də köməklik göstərmək imkanları yoxdur. Göstərilənlərə əsasən Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, e- 2(019)-1001/2025 saylı qətnaməsini ləğv edilməsini, eyni zamanda həbsdə olduğundan azadlığa çıxana qədər borcunun dondurulmasını xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh verdiyi apellyasiya şikayətində iştirakı olmadan baxılmasının xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
26. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər.
27. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
30. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 - 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, e-2(019)-1001/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
45. Müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh göstərilən müqavilə əsasında aldığı əşyanın dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur.
46. Cavabeh apellyasiya şikayətində telefonun oğurlanmasını və bu haqda polis şöbəsinə yazılı ərizə ilə müraciət etməsini qeyd etmiş, lakin o, bunu əsaslandıracaq hər hansı dəlil və ya sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, cavabdehin bu dəlili iddianın rədd edilməsi üçün əsas deyildir.
47. Apellyasiya şikayətinin digər dəlili isə telefonun ödənişinin hər ay pensiya kartından tutulması və hazırda həbsdə olduğundan azadlığa çıxana qədər borcunun dondurulması ilə bağlıdır.
48. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, ödənişin pensiyadan tutulması məhkəmə baxışının predmeti ola bilməz, qətnamə icraya yönəldikdən sonra icra məmuru tərəfindən tətbiq edilən məcburi icra tədbiridir. Bundan başqa qanunvericilikdə cavabdeh həbsdə olduğundan mülki iş üzrə icraatın dayandırılması halı nəzərdə tutulmamışdır.
49. Birinci instansiya məhkəməsi Mülki Məcələnin 467-ci maddəsinin müddəlarını istinad etməklə cavabdehə hesablanmış cərimə məbləğini də azaltmış, bu zaman bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə almışdır.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
52. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
53. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
55. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
56. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, e-2(019)-1001/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
58. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tаrixli, e-2(019)-1001/2025 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov