Məhkəmə qərarları › İş №2(107)-1253/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1253/2020

09.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1253/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı Ağaqulu oğlunun (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı cəmi borcun və 93 manat məbləğində saygac dəyərinin silinməsi tələbinə dair ilk iddiaya, qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, «Cavabdeh» İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar idarəsinin Göyçay xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən, ona hesablanmış 124,60 manat cərimənin və yeni qaz sayğacına görə ödənilmiş 93 manatın silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq iddiaçının evində istifadə olunmuş təbii qaza görə yaranmış 527,10 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 124,60 manat, rüsum kimi dövlət büdcəsinə ödənilmiş ödənilmiş 30,40 manatın, ümumilikdə 682,10 manatın tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) xx xxxx 2020-ci il tarixliqətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi, yəni İddiaçı Ağaqulu oğlundan qazdan istifadəyə görə 527,10 manatın alınaraq Cavabdeh İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30,40 xidmət haqqının cavabdeh Rövşən Hüseynovdan alınaraq Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, idiaçı ünvan 1 saylı ünvanda yaşayır, Cavabdeh İB Göyçay rayon şöbəsinin əməkdaşları evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etmişlər və barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu ildə akt tərtib etmişlər. Bundan sonra xx.xx.2019-cu ildə dəymiş ziyan barədə ona bildiriş vermiş, ondan yeni sayğacın quraşdırılması üçün 93 manat ödəniş tələb edilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evindən kənarda yerləşir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, «Cavabdeh» İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar idarəsinin Göyçay xidmət sahəsinin mütəxəssisləri xx.xx.2019-cu ildə iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı xx.xx.2019-cu il tarixli 36036698 nömrəli akt tərtib edilmişdir. Evdən açılmış ELSTER G-4 markalı 10046369 nömrəli qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, tərtib edilmiş xx.xx.2019-cu il akta əsasən sayğacın hesablanma mexanizm üzərində mənşəyi məlum olmayan plomb müəyyən edilmiş və sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən, iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Həmin aktlara əsasən, Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Ağaqulu oğlunun abonent koduna 1246 m3 – 124,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa hazırda İddiaçı Ağaqulu oğlunun qazdan istifadəyə görə 527,10 manat olmaqla, ümumilikdə 651,70 manat borcu vardır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “Аzəriqаz” İB-nin Аğsu regiоnаl qаz istismаr idаrəsinin Göyçаy xidmət sаhəsinin mütəxəssisləri xx.xx.2019-cu ildə iddiаçının yаşаdığı ünvаndа оlmuş və iddiаçıyа məxsus evə qurаşdırılmış məişət qaz sаyğаcını şübhəli olduğu üçün açaraq götürmüş, bununla bağlı həmin gün ******* nömrəli akt tərtib etmişlər. Mənzildən açılmış ELSTER G-4 markalı 10046369 nömrəli qaz sayğacı növbədənkənаr Dövlət yоxlаmаsınа göndərilmiş, tərtib edilmiş xx.xx.2019-cu il tarixli MSK-29/1710- 01822-2 nömrəli aktа əsаsən sayğacın hesablama mexanizminin üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin aktа əsаsən, iddiаçının evində istifаdə etdiyi qаz işlədici аvаdаndıqlаr və оnlаrın pаrаmetrlərinə dаir xx.xx.2019-cu il tаrixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında аktı tərtib edilərək itirilmiş qаzın dəyərinin hesаblanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Həmin akta əsasən, Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Ağaqulu oğlunun Göyçay XS-nın abonent bazasındakı **********00050 nömrəli abonent koduna 1246 m3 – 124,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçının abonent koduna vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bundan başqa, Rövşən Hüseynovun “Аzəriqаz” İB-nin Аğsu regiоnаl qаz istismаr idаrəsinin Göyçаy xidmət sаhəsinə ona hesablanmış itirilmiş təbii qazın dəyəri olan 124,60 manatdan başqa, mənzilində faktiki olaraq istifadə etdiyi, lakin dəyərini ödəmədiyi 527,10 manat qaz pulu borcu vardır. Cavabdeh hər ay mütəmadi olaraq Göyçay XS-nin əməkdaşları tərəfindən mənzilində istifadə etdiyi təbii qazın dəyəri barədə bildiriş təqdim edilməsinə baxmayarq, cavabdeh borclu olduğu məbləği tam ödənilməmişdir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə prosesi zamanı tədqiq edilmiş sübutlar yalnız Cavabdeh İB-nin nümayəndəsi tərəfindən təqdim edilmişdir. Həmin sübutlar iddianın rədd olunmasına yetərincə əsas versə də, demək olar ki, məhkəmə onların heç birini nəzərə almamış və qətnamə çıxarılarkən sayğacın iddiaçı tərəfindən sıradan çıxarılmasının cavabdeh tərəfindən təsdiq edilməməsi əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsаsən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməli və qarşılıqlı iddia təmin edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası isə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019cu il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Ağaqulu oğluna məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən qaz sayğacı hesablanma mexinizim üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi üçün yeni qaz sayğacı ilə əvəz edilmişdir. xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvan 1 saylı ünvanda quraşdırılan qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, yoxlama zamanı sayğacın hesablanma mexanizmi üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı Ağaqulu oğluna məxsus fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacın hesablanma mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. «Cavabdeh» İstehsalat Birliyinin Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, abonent İddiaçı Ağaqulu oğluna 124,60 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, ümumilikdə xx.xx.2019-cu ilə Göyçay Xidmət Sahəsinə 401,20 manat qaz pulu borcu vardır. Həmçinin, 93 manat sayğacın dəyərinin onun tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı Ağaqulu oğluna həmin borcu 5 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə mənzilinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Cavabdeh” İB tərəfindən İddiaçı Ağaqulu oğluna 651,70 manat məbləğində dəymiş zərər hesablanmışdır. İddiaçı Ağaqulu oğlunın adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı Ağaqulu oğlunın ümumilikdə qazdan istifadəyə görə 651,70 manat borcu olduğu qeyd edilmişdir. Həmin borcun 124,60 manatı itirilmiş qazın bərpası üçün hesablanmış vəsait, 527,10 manatı isə qazdan aylar üzrə istifadəyə görə yaranmış borcdur. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Ağaqulu oğlu ilə Cavabdeh İB arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, İddiaçı Ağaqulu oğlu həmin müqavilə əsasında yaşadığı ünvan 1 saylı ünvanda qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmiş və buna görə İddiaçı Ağaqulu oğluna 93 manat hesablanmışdır. Tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən, İddiaçı Ağaqulu oğlunun evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair invertar aktı tərtib edilmişdir. Həmin akta əsasən 124,60 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi və 93 manat yeni sayğacın dəyəri hesablanaraq İddiaçı Ağaqulu oğlunun abonent koduna vurulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni beləəsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Ağaqulu oğlundan dəymiş zərərin əvəzinin ödənilməsini və yeni sayğacın quraşdırılması üçün pul tələb etməkdə haqlı deyildir. Bundan başqa,iddiаçının yаşаyış sаhəsinə qоyulmuş qаz sаyğаcı həyətindən kənаrdа, həyətin küçə tərəfində qurаşdırılmışdır. Yаşаyış sаhəsinə qоyulmuş qаz sаyğаcının işlək vəziyyətdə sаxlаnılmаsınа görə iddiаçı cаvаbdehlik dаşımır. Həmin cаvаbdehliyi qаz pаylаyıcısı оlаn cаvаbdeh özü dаşıyır. Qаz sаyğаcın iddiаçının təqsirli hərəkətləri nəticəsində zədələnməsi müəyyən edilməmişdir. Eyni zаmаndа, cаvаbdehin nümаyəndəsi qаz sаyğаcının iddiаçının təqsirli hərəkətləri nəticəsində zədələnməsi bаrədə məhkəməyə sübut təqdim etməmişdir. Sаyğаcdа аşkаr edilmiş qüsurlаrın istehlаkçının təqsirli hərəkətləri nəticəsində yаrаndığı müəyyən edilmədiyi hаldа, kifаyət qədər əsаs оlmаdаn itirilmiş qаzın bərpаsı üçün hesаblаnmış mаddi ziyаnın iddiаçıdаn tutulmаsı, yeni qаz sаyğаcının iddiаçının vəsаiti hesаbınа qurаşdırılmаsı qərаrа аlınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nda göstərilir ki, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2-ci bənd). Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (4.5-ci bənd). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7-ci bənd). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8-ci bənd). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9-cu bənd). Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə gödə isə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndində isə qeyd olunmuşdur ki, istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda sadalanan qaydaların məna və mahiyyətini nəzərə alıb hesab edir ki, iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi isə qismən əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından və iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyindən, məhkəmə kollegiyası onun gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin cavabdeh tərəfin məhkəməyə çoxlu sayda rəsmi sənədlər təqdim edilməsi, lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu sənədlərin heç birinin nəzərə alınmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən iş materialları tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda, həyətin küçə tərəfində quraşdırılmışdır. “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin mənasına görə isə yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına iddiaçı birbaşa cavabdehlik daşımır. Bundan əlavə, “Qazdan istifadə qaydaları”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin işdən görünür ki, kənar müdaxilələrdən qorunmaq üçün mübahisəli sayğacda heç bir örtük olmamışdır. Cavabdeh apelyasiya şikayətində Cavabdeh İB-in nümayəndələri tərəfindən tərtib edilmiş aktları sübut kimi göstərsə də, ancaq sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçı tərəfindən törədilməsinə dair məhkəmələrə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin iddiaçı tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə razılaşa bilmədiyindən və cavabdeh tərəfə ziyan dəyməsi, bununla bağlı zərərin həddinin müəyyən edilməli olması barədə apelyasiya şikayətinin dəlilləri ilə də razılaşa bilmir. Çünki, ikinci hal birinci halla bağlıdır. Başqa sözlə, əgər iddiaçı sayğaca müdaxilə edilməsində təqsirli deyilsə, buna görə zərəri də ödəməli deyil. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən aktda göstərilən pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından və qeyd olunan akt iş üzrə iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan, həmin aktın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. MM-in 19-cu maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. MM-in 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir (MM-in 560.3 və 560.3.5.2-ci maddələri). İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci mаddəsi). Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar