Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1254/2024 27.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət sənədlərinin verilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: yaradılan maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət sənədlərinin verilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(054)-8/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. X1 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə vəfat edəcəyi günə ona məxsus olan və Vartaşen (Oğuz) rayonu Sincan kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. 1988-ci ildə həmin evə dair texniki pasport tərtib edilsə də, qeydiyyat vəsiqəsi verilməmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 128A kod 40507018 saylı şəhadətnamə ilə Oğuz rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 66 saylı qərarı əsasında X5 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. X6 xx.xx.2000-ci ildə ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh), müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı vəsiyyətnamə əsasında mirasın faktiki qəbul olunmasının və miras əmlaka vərəsəlik hüququnun müəyyən olunması, Oğuz rayonu Sincan kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət sənədlərinin verilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir.
3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarına əsasən iddiaçının babası X5 Oğuz rayon Sincan kəndində 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx.xx.1990-cı ildə Oğuz rayon Notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə ilə Soltan Babayev həmin torpaq sahəsində yerləşən özünə məxsus fərdi yaşayış evini nəvəsi olan iddiaçıya vəsiyyət etmişdir. Torpağın şəhadətnaməsi olsa da, evin ancaq texniki pasportu mövcuddur. İddiaçı evə babasının adına mülkiyyət sənədi almaq üçün 3-cü şəxsə müraciət etsə də, cavabdeh etiraz etdiyindən İdarə tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamış, bununla bağlı rəsmi qaydada etiraz verilmişdir. Miras qoyan X6 xx.xx.2000-ci ildə vəfat etmişdir. Cavabdeh iddiaçının əmisi arvadıdır. O gəlin gələndən 0,21 ha torpaq sahəsində yerləşən digər evdə yaşayır. İddiaçının onu yaşadığı evdən çıxarmaq, yaxud evə qarşı heç bir iddiası yoxdur. sadəcə mülkiyyət sənədi almaq üçün ölçmə işləri aparılmalıdır. Südabə isə buna mane olur. İddianın təmin edilməsini xahiş etmişdir
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavad qaynının oğludur. Bir həyətdə yaşayırlar, belə ki, həmin həyətə 1979-cu ildə gəlin gəlib, 44 ilə yaxındır ki, qaynatasının adına olan torpaq sahəsində yerləşən ayrıca evdə yaşayır. 2015-ci ildə qaynı Osmana evləri sənədləşdirməyi təklif edərkən o bildirmişdir ki, evləri atası nəvəsi Cavada, yəni onun oğluna vəsiyyət edib. Bundan əlavə qaynatasından qalan ayrıca fındıq sahəsi də mövcud olsa da, iddiaçının atası ona pay vermir və ora keçməyə qoymur. İddiaçının atası texniki pasportda olan evi söküb, texnuki pasportda göstərilən ev köhnə evdir. İddiaçı deyir ki, hər yer onun adına sənədləşsin, sonra evi guya ona bağışlayacaq. Buna razı olmaq fikri yoxdur, yəni özünün uzun illər yaşadığı evin Soltan Babayevin adına sənədləşməsinə etiraz edir. Həmin ev ərinin adına qeydə alınmalıdır. İddianın rədd edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X1 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə vəfat edəcəyi günə ona məxsus olan və Vartaşen (Oğuz) rayonu Sincan kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. 1988-ci ildə həmin evə dair texniki pasport tərtib edilsə də, qeydiyyat vəsiqəsi verilməmişdir. Torpaq islahatı keçirilərkən Soltan Babayevə 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. Soltan Babayev xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı vəsiyyət edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2023cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş, İdarənin mütəxəssisləri həyətyanı torpaq sahəsi və fərdi yaşayış evində ilkin texniki inventarlaşma çöl ölçmə işləri aparmaq üçün ərazidə olsalar da mübahisə səbəbindən qeyd edilən ölçmə işlərinin aparılması mümkün olmamışdır.
6. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza qərardadına əsasən əldə edilmiş mütəxəssis və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Oğuz rayon Sincan kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən X1nun mülkiyyətində olan 0,21 ha torpaq sahəsinin sənəd üzrə və naturada hüdudları müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin İddiaçı tərəfindən istifadə olunan hissəsində fərdi yaşayış evi, tövlə və talvar mövcuddur. Cavabdeh qeyd edilən sənəd üzrə torpaq sahəsinin istifadə olunan hissəsində fərdi yaşayış evi və talvar mövcuddur. Qeyd edilən torpaq sahəsinin İddiaçı tərəfindən istifadə olunan hissəsindəki fərdi yaşayış evi 1948-ci ildə inşa edilmişdir. Cavabdeh qeyd edilən sənəd üzrə torpaq sahəsinin istifadəsində olan hissəsindəki fərdi yaşayış evi isə 1979-cu ildə inşa edilmişdir İddiaçı faktiki naturada ölçülmüş, istifadəsində olan 0,85 ha torpaq sahəsinin 0,1015 ha hissəsi torpağın mülkiyyətə verilməsinə dair 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən X1nun mülkiyyətində olan 0,21 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh faktiki naturada ölçülmüş, istifadəsində olan 0,85 ha torpaq sahəsinin 0,1037 ha hissəsi torpağın mülkiyyətə verilməsinə dair 128A kod 40507018 saylı şəhadətnaməyə əsasən X1nun mülkiyyətində olan 0,21 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyətini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir.
7. Məhkəmə iclasında cavabdeh tərəf keçirilmiş ekspertiza nəticələrinə əsasən artıq iddiaçı tərəfindən təmin edilməsi xahiş edilən ölçmə işlərinin aparılmasına maneələrin aradan qalxdığını, iddiaçının vəsiyyətnamə ilə ona verilmiş fərdi yaşayış evinə dair özünə aid sənədin alınması üçün aidiyyəti orqana müraciət etməli olduğunu bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
8. İş materialları ilə müəyyən edildiyi kimi iddiaçı 1948-ci ildə tikilmiş, babası Soltan Babayevin sahibliyində olmuş və 1990-cı ildə babası tərəfindən ona vəsiyyət edilmiş fərdi yaşayış evinə vəsiyyətnamə üzrə vərəsədir. Vəsiyyətnamə verən 2000-ci ildə vəfat etmiş, vəsiyyət edilən əmlak isə həmin vaxtdan iddiaçının sahibliyindədir. Hazırda qüvvədə olan sənədlərlə iddiaçının qeyd edilən ev üzərində üstün hüquqlarının olduğu müəyyən edilir. Evin mülki qanunvericiliklə müəyyən edilən qaydada qeydiyyata alınması üçün isə aidiyyəti mütəxəssislər tərəfindən texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılması tələb olunur. Bu məsələ təyin edilmiş ekspertiza nəticələri ilə öz həllini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
9. Oğuz Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(054)-8/2024 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia təmin olunmuş, xx.xx.1990-cı il tarixli vəsiyyətnaməyə əsasən Oğuz (Vartaşen) rayonu Sincan kəndində yaşayan X4 vəfat edəcəyi günə ona məxsus olan, Oğuz (Vartaşen) rayonu Sincan kəndində yerləşən, nəvəsi İddiaçı vəsiyyət etdiyi fərdi yaşayış evində texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneə hərəkətlərinin qadağan edilməsi, qeyd edilən fərdi yaşayış evi üzərində mütəxəssislər tərəfindən müayinə və ölçmə işlərinin keçirilməsinin təmin edilməsi, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 1133, 1151 və 1158-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AZE 0******* saylı şəxsiyyət vəsiqəsi doğum haqqında İE 762953 saylı şəhadətnamə doğum haqqında X-JQ 433565 saylı şəhadətnamə 24 dekabr 1990-cı il tarixli vəsiyyətnamənin və Dövlət Notariat Arxivinin xx.xx.2023cü il tarixli, 3-16-5/6-13M-22-6/23 saylı məktub aprel 1988-ci il tarixli, 227 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu torpağın mülkiyyətə verilməsinə dair JN 128A kod 40507018 saylı şəhadətnamə ölüm haqqında AZ 016954 saylı şəhadətnamə Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 204 saylı məktubu Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 249 saylı məktubu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-3387/2024 saylı məktubu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-7958/2023 saylı bildirişi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-1494/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/150 saylı ekspert rəyi
12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Oğuz Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(054)-8/2024 nömrəli Qətnaməsi ümumiyyətlə heç bir araşdırılma aparılmadan mülahizələrlə əsaslandırılmış, mütəxəssis rəyində qeyd edilənlər nəzərə alınmamış, iddiaçının fərdi yaşayış evinə mülkiyyət sənədlərinin olmadığına hüquqi qiymət verilməmişdir. Əksinə məhkəmə həm iddiaçıya həm də cavabdehə mülkiyyət sənədində göstəriləndən əlavə torpağın verildiyini qeyd etmişdir. Cavabdehlər tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. İddiaçı isə nə üçün məhz törpağın onun istəyinə əsasən sənədləşdirilməli olmasını sübut edə bilməmişdir. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Cavabdehlər tərəfindən torpaq sahəsinin ilkin sənədlərini məhkəməyə təqdim etmək imkanının olmadığını məhkəmə nəzərə almamışdır.
14. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(054)-8/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1158.2-ci maddəsinə əsasən əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 4.1- ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 7.1 və 7.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı…8.0.5.2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri…
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(054)-8/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
23. Bu qətnamənin 1-ci bəndində göstərilən hallar işin mübahisəsiz hallarıdır. Hazırki iş üzrə iddiaçının mübahisəli daşınmaz əmlaka hüququnun mərhum babası X2 vəsiyyətnamə əsasında keçərək mövcud olması bu qətnamənin 5-8-ci bəndlərindən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir və məhkəmə kollegiyası həmin dəlillərlə razılaşır.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş tikilinin hüquqi vəziyyəti və onun üzərindəki əmlak hüququ ilə bağlı Mülki Məcəllədə aşağıdakı tənzimləmələr mövcuddur. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Göründüyü kimi qanunverici, torpaq sahəsini əsas daşınmaz əşya hesab edərək, onunla möhkəm bağlılığı olan, üzərində inşa edilmiş binanı, qurğunu və digər əşyanı torpaq sahəsinin tərkib hissəsi sayır. Başqa sözlə, belə bağlılıqla mövcud olan daşınmaz əşya vahid mülkiyyət obyekti kimi qəbul olunur. Bu yanaşmaya uyğun olaraq, MM-in 240.2-ci maddəsi mülkiyyətçinin özünə mənsub sahədə ucaldılmış binaya mülkiyyət hüququ əldə etdiyini göstərir. O da nəzərdən qaçırılmamalıdır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti hesab edilir. Mülki Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Göründüyü kimi, özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olması nəzərə alınmaqla sözügedən tikiliyə də mülkiyyət hüququnun tanınması imkanı qanunda əks olunmuşdur. Bu hal ona dəlalət edir ki, özbaşına tikilinin digər sahiblərindən fərqli olaraq, torpaq sahəsinin mülkiyyətçisinin həmin tikiliyə mülkiyyət hüququ əldə etmək imkanı daha əlçatandır. Bu baxımdan torpaq mülkiyyətçisi tikiliyə münasibətdə müvafiq inzibati tələbləri yerinə yetirmək şərtilə gözlənilən mülkiyyət hüququnun sahibi kimi qəbul edilə bilər.
25. Kollegiya qeyd edir ki, hazırki halda iddiaçı və cavabdeh arasında mübahisə JN 128A kod 40507018 saylı şəhadətnamədə göstərilən, həmçinin faktiki istifadələrində olan torpaq sahəsində hər ikisinin istifadəsində tikililərin olması ilə bağlıdır. Hazırki iddia tələbi isə mübahisəli əmlaka Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilərək ölçmə işlərinin aparılmasına maneələrin aradan qaldırılması ilə bağlıdır. Cavabdeh mülkiyyət sənədinin hansı şəkildə hansı ölçülərdə verilməsi məsələsini mübahisələndirir ki, həmin məsələ hazırki halda qeyd olunan Ərazi İdarəsinin səlahiyyətindədir və sənədin hansı şəkildə verilməsindən asılı olmayaraq mübahisəli əmlakda ölçmə işlərinin aparılması zəruridir və iddiaçının buna törədilən maneələrin aradan qaldırılmasını tələb etmək hüququ vardır.
26. Apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində anlaşılmazlıqların və ziddiyyətin olmasını vurğulayır ki, qətnamədə hansı anlaşılmazlıq və ziddiyyətlərin olması açıqlanmamışdır. birinci instansiya məhkəməsinin qətnaməsində hər hansı anlaşılmazlıq və ziddiyyət aşkar edilmir.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(054)-8/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(054)-8/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.