Məhkəmə qərarları › İş №2(107)-1256/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1256/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1256/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələblərinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarsızlığı, mənzildən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (cavabdeh) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair, iddiaçı Cavabdeh1 isə cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1092/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh1 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-1725 nömrəli reyestrdə qeydə alınmış, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi, həmçinin hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 300 manat qonararın və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlərin məcburi qaydada çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1092/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair 2(051)- 1092/2023 saylı, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair 2(051)-1347/2023 saylı mülki işlər bir icraatda birləşdirilmişdir.

4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə onu vəsiyyətnamə vermək bəhanəsi ilə Mingəçevir ASAN Xidmət Mərkəzində notariat ofisinə qətirib vəsiyyətnamənin verilməsi mümkün olmadığından onu aldadaraq xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən mənzili alqı-satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. Sonradan o, bu haldan xəbər tutaraq Mingəçevir polis şöbəsinə rəsmi müraciət etmiş və Cavabdeh1 onu aldadıb heç bir pul vermədən alqısatqı etməklə mənzilini ələ keçirmişdir. Mingəçevir ŞPŞ-nin TB-də araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən onun bacısı X3 makler X6 ilə əlbir olub onu aldadaraq yaşadığı mənzili bacısı qızı Cavabdeh1 adma alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Təhqiqat zamanı izahatı alınmış X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə X9 onun yanma gələrək qaynı iş üzrə İddiaçı öz adına olan ünvan 2 ünvanda yerləşən mənzili qızı Cavabdeh1 adına alqı-satqı yolu ilə rəsmiləşdirmək istədiyini, bunun üçün 20 000 manat pulun banka qoyub çıxartmaq lazım olduğunu, o da həmin gün ASAN xidmətə gedib alqısatqı zamanı 20000 manat pulu Kapital Banka keçirmiş və 15 dəqiqədən sonra həmin pulu alıb çıxıb getmişdir. Göründüyü kimi, mənzilin alqı-satqısı zamanı İddiaçı mənzilin dəyərində pul almamış və yalnız mənzilin notariat qaydada rəsmiləşdirilməsində iştirak etmişdir.

5. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 55/13 saylı evin 26 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Belə ki, o, qeyd olunan mənzili 27 avqust 2022-ci il tarixdə İddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. Qeyd olunan müqavilə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmişdir. Həmin vaxt alqı-satqı müqaviləsinin bütün hüquqi nəticələri İddiaçı izah olunmuş, bundan sonra İddiaçı alqı-satqı müqaviləsinin şərtləri ilə tanış olaraq imzalamışdır. İddiaçı onun anasının doğma qardaşı olduğu üçün o, bir müddət dayısına mülkiyyətində olan mənzildə yaşamağa icazə vermişdir. Lakin sonradan İddiaçı onun mənzilinə başqa şəxsləri köçürdüyündən, o, cavabdehlərdən mənzili boşaltmağı tələb etmiş, lakin cavabdeh onun mülkiyyətində olan mənzildən çıxmaqdan imtina etmişlər. Halbuki alqı-satqı müqaviləsinin şərtlərinə görə İddiaçı mənzili xx.xx.2022-ci il tarixə kimi ona təhvil verməyi və xx.xx.2022-ci il tarixədək isə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh İddiaçı, onun qızı Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan mənzildən çıxmırlar. Hazırda o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Özü üç azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. O, dəfələrlə cavabdehlərdən ona məxsus mənzildən çıxmalarını tələb etmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər mülkiyyətində olan mənzilini boşaltmırlar. O, hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Cavabdehlər buna mane olur, mülkiyyət hüququnu pozurlar. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, İddiaçı isə iddiasının rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı-cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə onu vəsiyyətnamə vermək bəhanəsi ilə Mingəçevir ASAN Xidmət Mərkəzində notariat ofisinə aparmış, lakin vəsiyyətnamənin verilməsi mümkün olmadığından, onu aldadaraq xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. O, sonradan bu haldan xəbər tutmuşdur. Bundan sonra o, Mingəçevir polis şöbəsinə rəsmi qaydada müraciət edərək Cavabdeh1 onu aldadıb heç bir pul vermədən alqı-satqı etməklə mənzilini ələ keçirdiyini bildirmişdir. Mingəçevir ŞPŞ-nin TB-də araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən bacısı X7 makler X6 ilə əlbir olub onu aldatmış, yaşadığı mənzil bacısı qızı Cavabdeh1 adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Təhqiqat zamanı izahatı alınmış X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə X9 onun yanına gələrək ünvan 1 ünvanında yerləşən mənzili qızı Cavabdeh1 adına alqı-satqı yolu ilə rəsmiləşdirmək istədiyini, bunun üçün 20000 manat pulun banka qoyub çıxartmaq lazım olduğunu bildirmiş, o da həmin gün ASAN xidmətə gedib alqısatqı zamanı 20000 manat pulu Kapital Banka keçirmiş və 15 dəqiqədən sonra həmin pulu alıb çıxıb getmişdir. Göründüyü kimi mənzilin alqı-satqısı zamanı o, mənzilin dəyərində pul almamış və yalnız mənzilin notariat qaydada rəsmiləşdirilməsində iştirak etmişdir. Hesab etmişdir ki, xx.xx.2022- ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. O, yaşayış yerindən məhrum olmaqla ağır vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, Cavabdeh1 qızının isə iddiasının rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İkinci tələb üzrə iddiaçı-Cavabdeh1 nümayəndəsi Vəkil2 məhkəmə iclası təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş tələbi qəbul etməmiş, təmsil etdiyi şəxsin tələbini müdafiə etmiş, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 55/13 saylı evin 26 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Belə ki, o, qeyd olunan mənzili 27 avqust 2022-ci il tarixdə İddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. Qeyd olunan müqavilə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmişdir. Həmin vaxt alqı-satqı müqaviləsinin bütün hüquqi nəticələri İddiaçı izah olunmuş, bundan sonra İddiaçı alqı-satqı müqaviləsinin şərtləri ilə tanış olaraq imzalamışdır. İddiaçı onun anasının doğma qardaşı olduğu üçün o, bir müddət dayısına mülkiyyətində olan mənzildə yaşamağa icazə vermişdir. Lakin sonradan İddiaçı onun mənzilinə başqa şəxsləri köçürdüyündən, o, cavabdehlərdən mənzili boşaltmağı tələb etmiş, lakin cavabdeh onun mülkiyyətində olan mənzildən çıxmaqdan imtina etmişlər. Halbuki alqı-satqı müqaviləsinin şərtlərinə görə İddiaçı mənzili xx.xx.2022-ci il tarixə kimi ona təhvil verməyi və xx.xx.2022-ci il tarixədək isə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh İddiaçı, onun qızı Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan mənzildən çıxmırlar. Hazırda o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Özü üç azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. O, dəfələrlə cavabdehlərdən ona məxsus mənzildən çıxmalarını tələb etmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər mülkiyyətində olan mənzilini boşaltmırlar. O, hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Cavabdehlər buna mane olur, mülkiyyət hüququnu pozurlar. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, İddiaçı isə iddiasının rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İkinci tələb üzrə Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməmiş və əlavə olaraq göstərmişdir ki, o, İddiaçı qızıdır. O, ünvan 1 ünvanında yerləşən mənzilə sonradan gəlmişdir. Belə ki, həmin mənzili Cavabdeh1 və onun valideynləri ələ keçirmək istəyirlər. O da İddiaçı doğma qızı olaraq, 2022-ci ilin 22 iyul tarixindən sözügedən mənzilə atasına baxmaq üçün gedib gəlmişdir. Həm də həmin mənzildə qalır. Atasının notariusa getdiyini bilməmişdir. Atasına mənzilin alqı-satqısı ilə bağlı kiminləsə məsləhətləşməyə imkan verilməmişdir. Odur ki, məhkəmədən ona qarşı irəli sürülmüş iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İkinci tələb üzrə Cavabdeh3 məhkəmə iclası zamanı tərcüməçinin iştirakı ilə izahat verərkən, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməmiş və göstərmişdir ki, İddiaçı mərhum arvadının yasından sonra 2023-cü ilin yanvar ayında ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Cavabdeh1 tanımır və görməmişdir. Özünün də mülkiyyətində mənzili vardır. Hesab etmişdir ki, evin sahibi İddiaçıdur. Onu da həmin mənzilə İddiaçı köçürmüşdür. Odur ki, məhkəmədən ona qarşı irəli sürülmüş iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1092/2023 saylı qətnaməsi ilə ilkin tələb üzrə iddia təmin edilməmiş, ikinci tələb üzrə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Əliyev X11 Bahar Şahid qızı ilə xx.xx.2022-ci il tarixdə notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışdır. Belə ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 2 otaqlı mənzili Cavabdeh1 20.000 manata satmışdır. Göründüyü kimi tərəflər müqavilənin bütün mühüm şərtləri ilə bağlı razılığa gəlmişlər. Ondan sonra Cavabdeh1 mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Alq-satqı müqaviləsinin bağlanmasından 6 ay sonra İddiaçı aldadılması ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı Anar Qədimov tərəfindən xx.xx.2023-cü il tarixdə vermiş qərarla əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilmişdir. Bununla belə İddiaçı mübahisəli mənzildə yaşamağa davam etmiş, hətta kənarda yaşayan qızı, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə köçürmüşdür. Ondan sonra tərəflər arasında mübahisə yaranmış, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız sayılması, Cavabdeh1 isə İddiaçı, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən çıxarılmasını tələb etmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilkin olaraq özünə məxsus mənzili bacısı qızı Cavabdeh1 bağışlamaq məqsədilə notariat ofisinə getmiş, lakin doğum haqqında şəhadətnaməsi olmadığına görə bağışlama baş tutmamışdır. Bununla belə İddiaçı niyyətini gerçəkləşdirmək , yəni mənzilin başqa yolla Cavabdeh1 mülkiyyətinə vermək üçün ev alqı-satqısı ilə məşğul olan tanışı, iş üzrə şahid X4 müraciət etmiş, sonuncu isə vəsiyyətnamə verməyi təklif etmiş, lakin İddiaçı niyyətinin mənzili məhz Cavabdeh1 daimi mülkiyyətinə vermək olduğuna, həmçinin kənarda yaşayan qızı Cavabdeh2 gələcəkdə mirasdan pay almaması üçün vəsiyyətnamə verməkdən imtina etmişdir. Belə olan halda X1 Əliyevə mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsinin yalnız tərəflər arasında alq-satq müqaviləsinin bağlanması ilə mümkün olduğunu izah etmişdir. Eləcə də alqı-satqı müqaviləsi bağlanan vaxt notariat ofisinin depozit hesabına mənzilin razılaşdırılmış dəyəri miqdarında pul qoyulmasının vacibliyini bildirmişdir. Belə olan halda İddiaçı Cavabdeh1 atası Şahid Hacıyevə müraciət etmiş, sonuncu isə Zahid adlı tanışı ilə pul məsələsini həll edəcəyini bildirmiş, yəni Zahid 20.000 manat pulu Cavabdeh1 verməli, Cavabdeh1 isə həmin məbləğdə pulu notariat ofisinin depozit hesabına yatırmalı, ondan sonra İddiaçı həmin pulu çıxarıb Zahid adlı şəxsə qaytarmalıdır. Həmin vaxt İddiaçı mənzilin həmin qaydada satılması ilə razılaşmış və həmin şərtlər daxilində Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Göründüyü kimi İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada Cavabdeh1 satmaqla sərbəst iradəsini ifadə etmişdir. Müqaviləni bağlamış hər bir tərəf müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə öz imzası ilə təsdiq etmişdir. Cavabdeh1 daşınmaz əmlakın müqavilədə göstərilən dəyərini notariusun depozit hesabına köçürmüş, İddiaçı isə həmin məbləği şəxsən almışdır. Tərəflər müqaviləni icra etmiş, yəni İddiaçı daşınmaz əmlakı cavabdehə təhvil vermiş, Cavabdeh1 isə müqavilədə göstərilən dəyəri tam şəkildə ödəmişdir. Mübahisəli mənzil üzərində isə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı öz hərəkətləri ilə müqaviləni bütün şərtlərini qəbul etmiş, yəni 6 ay ərzində müqaviləni mübahisələndirməmiş, lakin 6 aydan sonra aldadıldığına istinad edərək, notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Hazırda onun mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydə alınmamışdır. Buna baxmayaraq, İddiaçı, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 məxsus mənzildən istifadə edir.

13. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə həm əşya hüquq münasibətləri, həm də onunla bağlı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir.

14. Məhkəmə ilk iddia tələbinə qiymət verərək hesab etmişdir ki, İddiaçı aldadıldığına istinad edərək notariusda bağlanmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır.

15. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin etibarsız hesab edilməsi üçün əsas olan halların dairəsinə daxil deyildir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqda həm formal baxımdan bütün tələblərə əməl olunmuş, həm də İddiaçı mənzilin satılmasını arzu etmişdir.

16. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən qənaətə gəlmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Belə ki, alqı-satqı müqaviləsini bağlanmasında tərəflə şəxsən iştirak etmiş, hər iki tərəf yetkinlik yaşına çatmış, anlaqlı fiziki şəxs olmuş, müqavilənin məzmunu ilə tərəflərin hərəkətləri və niyyətləri arasında ziddiyyət müəyyən edilməmiş, İddiaçı özünə məxsus mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsini arzu etmiş və o nəticəyə nail olmaq üçün sərbəst iradəsini ifadə etməklə notariat ofisində alqı-satqı müqaviləsi bağlamış və həmin müqavilə notarius tərəfindən təsdiq edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsi haqqında yuxarıda sadalanan müddəalarının hüquqi təfsiri zamanı bu nəticə hasil olur ki, satıcı öz əmlakını sata bilər. Yəni satma hərəkəti yalnız əmlakın mülkiyyətçisinin iradə ifadəsinin təzahürüdür. Alqı-satqı müqaviləsinin əsas xüsusiyyətlərindən biri satıcının əmlakını satmaq niyyətinin olmasıdır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq, alqı-satqı müqaviləsini bağlamaq niyyəti, satıcı ilə alıcı arasında əşyanın dəyəri ilə bağlı maddi münasibətlərin təsiri altında yaranır.

18. Bununla yanaşı məhkəmə, həmçinin qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı izahatında mənzilin dəyəri olan 20.000 manat məbləğində pulun X2 tərəfindən notariat ofisinin depozit hesabına yatırılmasını və 15 dəqiqə sonra onun tərəfindən həmin məbləğdə pulun çıxarılıb Zahidə qaytarılmasını, mənzilin dəyərinin ona verlməməsi və onun cavabdeh tərəfindən aldadılması kimi qiymətləndirməsi, işin həqiqi hallarına uyğun deyildir. Ona görə də həmin hal mübahisəli mənzilə dair notarius tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz.

19. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İddiaçı Cavabdeh1 tərəfindən aldadılması yolu ilə alqı-satqı müqaviləsi bağlaması müəyyən edilmir. Belə ki, alqı-satqı müqaviləsi bağlanan vaxt Cavabdeh1 atası X19 adlı tanışı tərəfindən 20.000 manat pulun Cavabdeh1 verilməsini, Cavabdeh1 isə həmin məbləğdə pulu notariat ofisinin depozit hesabına yatırmasını, İddiaçı isə həmin pulu çıxarıb Zahid adlı şəxsə qaytarmasınıona bildirmişdir. İddiaçı mənzilin həmin qaydada satılması ilə razılaşmış və həmin şərtlər daxilində Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Bu hallar İddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş və şahid qismində dindirilmiş X6 tərəfindən təsdiq olunmuşdur. Göründüyü kimi İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada Cavabdeh1 satmaqla sərbəst iradəsini ifadə etmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, İddiaçı niyyəti mülkiyyətində olan mənzili Cavabdeh1 əvəzsiz olaraq bağışlamaq olmuş, lakin doğum şəhadətnaməsi ilə bağlı çətinlik olduğuna görə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt İddiaçı Cavabdeh1 tərəfindən ona mənzilin dəyəri olan pul vəsaitinin verilməyəcəyini bilmişdir. Qeyd olunduğu kimi İddiaçı Cavabdeh1 həmin vaxt pul tələb etmək niyyəti də olmamışdır. Onun əsas məqsədi mülkiyyətində olan mənzilin Cavabdeh1 əvəzsiz olaraq mülkiyyətinə keçməsindən ibarət olmuşdur. Ona görə də İddiaçı etiraz etmədən alqı-satqı müqaviləsini bağlamışdır. Onun mülkiyyətçi kimi bu hərəkəti qanunda nəzərdə tutulmuş qaydalara uyğun olmaqla, heç bir şəxsin mənafeyi ilə ziddiyyət təşki etməmiş, nə də ictimai mənafeyə və əxlaq normalarına zidd olmamışdır. Mülki qanunvericilikdə daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə müqavilələrin notariat qaydada təsdiq edilməsi imperativ qaydada göstərilmişdir. Həmin qaydaya əməl edildikdən sonra müqavilə qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə notariat qaydada təsdiq edilmiş və qüvvəyə minmişdir. Bununla da tərəflər notariusda qanunda nəzərdə tutulmuş qaydada heç bir qeyd şərt irəli sürmədən alqı-satqı müqaviləsi bağlamaqla öz məqsədlərinə nail olmuşlar.

20. Məhkəmə, hesab etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia irəli sürməkdə haqlı olmamışdır.

21. Məhkəmə, həmçinin iddiaçı-Cavabdeh1 cavabdehlərin mənzildən çıxarılması tələbi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi əsaslıdır.

22. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzləri olmadığına görə onların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yaranmamışdır.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında cavabdehlər “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir.

24. Məhkəmə, öz qənaətini onunla əsaslandırmışdır ki, ikinci tələb üzrə iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır.

25. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz.

26. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, ikinci tələb üzrə iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan cavabdehlər tərəfindən pozulmuşdur.

27. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir.

28. Məhkəmə hesab etmişdir ki, birinci və ikinci iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 152, 157.1, 157.2, 324.1, 337.1, 337.2, 339.2, 339.3, 351.2, 351.3, 394, 647, 407.2, 568.1, 598.1-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 218.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

30. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

31. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaların pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməli, işə mahiyyəti üzrə baxıb iddiasının tam təmin edilməsi və iddiaçı-Cavabdeh1nin qarşılıqlı iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə iddiaçı-cavabdeh qismində İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatı məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə tərəfindən təhrif edilmişdir.

32. Birinci instansiya məhkəməsi öz qənaətini yuxarıda qeyd olunan mövqeyi ilə müəyyənləşdirir. Əvvala bu qənaət işin faktiki fallarına uyğun gəlmir və MPM-nin 218-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, İddiaçı həm iddia ərizəsində həm də məhkəmədə izahatında bildirmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə İddiaçı vəsiyyətnamə vermək bəhanəsi ilə Mingəçevir ASAN Xidmət Mərkəzində notariat ofisinə qətirib vəsiyyətnamənin verilməsi mümkün olmadığından onu aldadaraq xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən mənzili alqı-satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. İddiaçı izahatında qeyd edir ki, o makler Saləddin Baxşəliyevə demişdir ki, vəsiyyətnaməni bir şərtlə verir ki, bu evdə ölənə kimi özü qalacaq. O, ona demişdir ki, belə mümkün deyil, onda başqa yolla bunu edərik o, narahat olmasın. Onun dediyinə görə o, notariusun yanında bütün sənədlərə imza atmışdır, notarius ona imzalanan sənədlərin məgzini anlatmamışdır. Mənzili məhz Cavabdeh1 daimi mülkiyyətinə vermək niyyəti olmamış, həmçinin kənarda yaşayan qızı Cavabdeh2 gələcəkdə mirasdan pay almaması üçün vəsiyyətnamə verməkdən imtina etməmişdir, evini də satmaq niyətində olmamışdır. Məhkəmənin qətnamədə qeyd etdiyi fikri ki, tərəflər müqaviləni icra etmiş, yəni İddiaçı daşınmaz əmlakı cavabdehə təhvil vermiş, Cavabdeh1 isə müqavilədə göstərilən dəyəri tam şəkildə ödəmişdir işin faktiki hallarına uyğun gəlmir. Bu hala məhkəmədə aydınlıq gətirilərək müəyyən edilmişdir ki, İddiaçı mənzilin dəyəri olan 20000 manat pulu almamış və mənzili Bahar Hcıyevə təhvil verməmişdir. Mənzilin İddiaçı olması faktı Cavabdeh1 mənzildən İddiaçı, Cavabdeh2 və Cavabdeh3 məcburi çıxarılmasına dair qarşılıqlı iddiası ilə təstiqini tapır. Göründüyü kimi, məhkəmə iddiaçının bu ifadələrini təhrif edir və mövcud halı cavabdehin nümayəndəsi və vəkili olan şəxsin məhkəməyə verdiyi izahatı əsasında müəyyən edib qətnamədə tərifə yol verir.

33. Digər tərəfdən məhkəmənin müəyyən edilmiş hesab etdiyi yuxarıda qeyd olunan “Belə olan halda İddiaçı Cavabdeh1 atası Şahid Hacıyevə müraciət etmiş, sonuncu isə Zahid adlı tanışı ilə pul məsələsini həll edəcəyini bildirmiş, yəni Zahid 20.000 manat pulu Cavabdeh1 verməli, Cavabdeh1 isə həmin məbləğdə pulu notariat ofisinin depozit hesabına yatırmalı, ondan sonra İddiaçı həmin pulu çıxarıb Zahid adlı şəxsə qaytarmalıdır. Həmin vaxt İddiaçı mənzilin həmin qaydada satılması ilə razılaşmış və həmin şərtlər daxilində Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır.” hissədə ümumiyyətlə nə iddiaçı nə də cavabdeh tərəfindən səslənməmişdir buna subut olaraq məhkəmə iclasının audio və vidio görüntüsü iş materiallarında olmalıdır.

34. Cavabdehin və iddiaçının izahatları arasında olan ziddiyətlər araşdırılmamış və bu səbəbdən cavabdehin izahatı sübuti əhəmiyyət kəsb etmir və qəbul olunmazdır. Məhkəmənin qətnamədəki bu mövqeyi MPM-nin 88 və 218-cimaddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

35. Birinci instansiya məhkəməsi qətnamədə ilk iddia tələbinə qiymət verərək hesab edir ki, İddiaçı aldadıldığına istinad edərək notariusda bağlanmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmaması qənaətindədir və bunu Mülki Məcəllənin 6.2, 324.1, 337.1, 337.2, 339.2, 339.3-cü maddələrin tələbləri ilə əsaslandırır. Lakin iş materiallarından görünür ki, İddiaçı bacısı qızına evi vəsiyyət etmək niyyətində olmuş və evində ömürlük yaşamaq şərti ilə anlaya bilmədiyi sənədlərə imza atmış, və niyəti şəxsin daxili iradə ifadəsi olmaqla mənzilin özündə saxlanmasına yönəlmişdir. Bu təqdirdə mənzilin alqı-satqısı aldatma yolu ilə baş verməsinə dəlalət edir və nəticədə yeganə yaşayış yerindən mərhum olmaqla ağır vəziyyətə düşmüşdür. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

36. İddiaçı həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat edir və hələ ənənəyə görə mərhumun qırxı çıxmamış onun yaxın qohumu bacısı X7, onun qızı Cavabdeh1, yeznəsi Şahid Hacıyev iddiaçının evinə gəlib getməklə onu ələ alıb etibardan sui-istifadə edərək yeganə yaşayış yeri olan xx.xx.2020-ci ildə alqı-satqı yolu ilə aldığı evini vəsiyyətnamə etmək bəhanəsi ilə notariusda alqı-satqı etdirib ələ keçirirlər. Plenum məhkəmələri məhz bu halların dəqiq araşdırlmasına diqqətini yönəldərək qeyd edir ki, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

37. Digər tərəfdən iş üzrə şahid qismində izahat vermiş Allahverdiyev Zahid qeyd etmişdir ki, Şahid Hacıyevin təklifi ilə notariusa gəlib 20000 manatı Cavabdeh1 adından KapitalBanka depozitə qoymuş və 15 dəqiqədən sonra həmin pulu Rəcəbdən alıb çıxıb getmişdir. Bu hal bir sübut kimi qəbul olunaraq onu deməyə əsas verir ki, MM-nin Mülki Məcəllənin 567-ci maddəsinin tələblərinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi tələbi birtərəfli qaydada cavabdeh tərəfindən pozulmuş iddiaçıya mənzilin dəyəri müqabilində 20000 manat pul verilməmişdir. Kassa məxaric qəbzində Rəcəb Əlievin pulun alınmasına dair imzası formal xarakter daşıyır, çünki pulun faktiki sahibi Zahid Allaverdiyev olmuş və bununla alğı-satqı müqaviləsinin etibarlılığı şübhə altında olmasına görə həmin əqd etibarsız hesab edilməlidir.

38. Əqdin əqd etibarsız hesab edilməsi üçün hüquqi əsaslardan biri də müqavilə qiymətidir. MM-nin 597.1.-ci maddəsinin tələblərinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Belə olan təqdirdə xx.xx.2020-ci ildə İddiaçı mübahisəli mənzili həmin notariusda 32000 manata aldığı halda (bu hal şahid qismində dindirilmiş Saləddin Baxşəliyev izahatında təstiqləmişdir) və hal-hazırda bazar dəyəri 60000-65000 manat olan mənzili nə səbəbdən 20000 manata qiymətləndirilməsinə məhkəmə diqqət yetirmir və nəticədə aldatma yolu ilə tərtib edilən qanunsuz alqı-satqı müqaviləsinə qətnamədə haqq qazandırır.

39. Qətnamədə vurğulanır ki, məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Belə ki, alqı-satqı müqaviləsini bağlanmasında tərəflə şəxsən iştirak etmiş, hər iki tərəf yetkinlik yaşına çatmış, anlaqlı fiziki şəxs olmuş, müqavilənin məzmunu ilə tərəflərin hərəkətləri və niyyətləri arasında ziddiyyət müəyyən edilməmiş, İddiaçı özünə məxsus mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsini arzu etmiş və o nəticəyə nail olmaq üçün sərbəst iradəsini ifadə etməklə notariat ofisində alqı-satqı müqaviləsi bağlamış və həmin müqavilə notarius tərəfindən təsdiq edilmişdir. Məhkəmənin bu mövqei ilə yuxarıda adıçəkilən Plenumun qərarında ifadə edilən Konstitusiya Məhkəməsinin mövqei ilə uzlaşmır, əksinə ziddiyət yaradır.

40. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

41. Birinci instansiya məhkəməsi bu göstərişə əməl etməmiş iddiaçının aldadılmasını, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırmadan, iradə ifadəsinin zədələnməsini nəzərə almadan MPM-nin 88, 218,-ci maddəsinin tələblərini pozmaqla qanunsuz qətnamə qəbul etmişdir və bu səbəbdən məhkəmə aktı qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi kimi qiymətləndirilməlidir. Hər bir halda məhkəmə tərəflər arasındakı bağlanan alqı-satqı müqaviləsinin hansı şəraitdə bağlanmasını, notariat ofisində iddiaçıya müqavilə bağlanmasınin mahiyyətinin notarius tərəfindən izah olunub-olunmaması aydınlaşdırlmalı idi. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarı ilə N.Əsədovanın Ş.Cəfərovaya, 32 saylı Notariat Ofisinə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.

42. Daha sonra məhkəmə gəldiyi nəticələrini əsaslındırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumun xx.xx.2021-ci il tarixli Qərarına istinad edir. Qətnamədə qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu halda da məhkəmə yanlışlığa yol verir. Belə ki, məhkəmə qətnamədə subyektlər arasında əqdin etibarlılığını iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğunun nə ilə əsaslandırdığını qeyd etmir.

43. Məhkəmə əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibliyini də diqqətdən kənarda qoyur. Bununla belə məhkəmə qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 394, 568, 647-cı maddələrinə istinad edir. MM-nin 568-ci maddəsinin tələblərinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. İş materiallarından da görünür ki, cavabdeh üç ildən artıqdır ki, uşaqları ilə kirayədə yaşayır və xx.xx.2022-ci il də alqı-satqı müqaviləsini bağladıqdan sonra mənzilə Reyestr xidmətindən çıxarış almasına baxmayaraq iddiaçı ilə ünsiyyət yaratmamış, mənzili qəbul etməyə cəhd göstərməmiş, əksinə həmin mənzildə İddiaçı, yaxını Cavabdeh3 və ilkin nikahdan olan qızı Mehriban Rəcəb qızı bir ilə yaxın müddətdə yaşayırlar. Bu onu deməyə əsas verir ki, alıcı olan Cavabdeh1 satıcıdan mənzili təhvil almamış, İddiaçı isə mənzilin dəyəri olan 20000 manatı almamışdır. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin formal xarakter daşıdığı mənzilin 20000 manat dəyərində qiymətləndirilməsindən və pulun satıcıya verilməməsindən irəli gəlir. Belə ki, həmin mənzil bazar giymətlərinə görə 60000-650000 manat dəyərindədir. Məhkəmə mənzilin belə aşağı qymətlə dəyərlindirməsini müzakirə etməmiş və bu hala qiymət verməmişdir. Öz növbəsində iddiaçı bankdan pulu alıb verərkən miqdarı barədə məlumatı olmamış və pulu saymamışdır, ona görə ki, bu pulu alan zaman ona demişlər ki, sahibi olan Zahid Allahverdiyevə verməlidir. Yuxarıda qeyd olunanlardan görünür ki, MM-nin 568-ci maddəsinin tələblərinə əməl olunmamış iddiaçının mülkiyyət hüquqları pozulmuşdur və nəticədə Cavabdeh1 60000-650000 manat dəyərində mənziliələ keçirməklə əsassız varlanmışdır.

44. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İddiaçı Cavabdeh1 tərəfindən aldadılması yolu ilə alqısatqı müqaviləsi bağlaması müəyyən edilmir. Belə ki, alqı-satqı müqaviləsi bağlanan vaxt Cavabdeh1 atası X19 adlı tanışı tərəfindən 20.000 manat pulun Cavabdeh1 verilməsini, Cavabdeh1 isə həmin məbləğdə pulu notariat ofisinin depozit hesabına yatırmasını, İddiaçı isə həmin pulu çıxarıb Zahid adlı şəxsə qaytarmasını ona bildirmişdir. İddiaçı mənzilin həmin qaydada satılması ilə razılaşmış və həmin şərtlər daxilində Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Bu hallar İddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş və şahid qismində dindirilmiş X6 tərəfindən təsdiq olunmuşdur. Göründüyü kimi İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada Cavabdeh1 satmaqla sərbəst iradəsini ifadə etmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, İddiaçı niyyəti mülkiyyətində olan mənzili Cavabdeh1 əvəzsiz olaraq bağışlamaq olmuş, lakin doğum şəhadətnaməsi ilə bağlı çətinlik olduğuna görə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt İddiaçı Cavabdeh1 tərəfindən ona mənzilin dəyəri olan pul vəsaitinin verilməyəcəyini bilmişdir. Qeyd olunduğu kimi İddiaçı Cavabdeh1 həmin vaxt pul tələb etmək niyyəti də olmamışdır. Onun əsas məqsədi mülkiyyətində olan mənzilin Cavabdeh1 əvəzsiz olaraq mülkiyyətinə keçməsindən ibarət olmuşdur. Ona görə də İddiaçı etiraz etmədən alqı-satqı müqaviləsini bağlamışdır.

45. Məhkəmənin bu qənaəti mülahisə xarakter daşıyır faktlara və işin materiallarına söykənmir. Yuxarıda qeyd olunan məhkəmə qənaətinin, yəni alqı-satqı müqaviləsi bağlanan vaxt Cavabdeh1 atası X19 adlı tanışı tərəfindən 20.000 manat pulun Cavabdeh1 verilməsini, Cavabdeh1 isə həmin məbləğdə pulu notariat ofisinin depozit hesabına yatırmasını, İddiaçı isə həmin pulu çıxarıb Zahid adlı şəxsə qaytarmasını ona bildirmişdir. İddiaçı mənzilin həmin qaydada satılması ilə razılaşmış və həmin şərtlər daxilində Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Bu hallar İddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş və şahid qismində dindirilmiş X6 tərəfindən təsdiq olunmuşdur hissəsi məhkəmədə sübut olunmamışdır. İddiaçı verilən suala ki, belə şərtlərlə müqavilə bağlayacağını bildiyin halda müqaviləni bağlayardınmı o, rədd cavabı vermişdir. Bu təqdirdə məhkəmə MM-nin 339.2-ci maddəsində nəzərdə tutulan şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir tələbini diqqətə alıb əqdin aldatma olmadan bağlana bilməyəcəyinə istinad edərək iddianı təmin etməli idi. Digər tərəfdən aldatma yolu ilə alqı-satqı nəticəsində Rəcəb Əlievin evsiz və pulsuz qalaraq ağır vəziyyətə düşməsi MM-nin 339-cimaddənin tələbləri ilə əhatə olunduğundan və bu halların nəzərə alınmaması məhkəmənin İddiaçı iddia tələbinin təmin edilməməsinə dair qətnaməsini qanunsuz və əsassız hesab etməyə hüquqi əsas verir.

46. Daha sonra məhkəmə öz qənaətini əsaslandıraraq bildirir ki, bununla yanaşı, nəzərə alınmalıdır ki, İddiaçı niyyəti mülkiyyətində olan mənzili Cavabdeh1 əvəzsiz olaraq bağışlamaq olmuş, lakin doğum şəhadətnaməsi ilə bağlı çətinlik olduğuna görə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt İddiaçı Cavabdeh1 tərəfindən ona mənzilin dəyəri olan pul vəsaitinin verilməyəcəyini bilmişdir. Qeyd olunduğu kimi İddiaçı Cavabdeh1 həmin vaxt pul tələb etmək niyyəti də olmamışdır. Onun əsas məqsədi mülkiyyətində olan mənzilin Cavabdeh1 əvəzsiz olaraq mülkiyyətinə keçməsindən ibarət olmuşdur.

47. Bu halda da məhkəmə mülahizə yürüdür. İddiaçı əvvəldən bildirir ki, bacısı qızına vəsiyyətnamə vermək niyyəti ilə notariusa getmişdir. İddiaçı niyyətinin məhz mənzili bağışlamaq, əvəzsiz vermək kimi, məhkəmə tərəfindən müəyyən edilməsi qəbul olunmazdır. Niyyət anlayışı şəxsin şüur altında formalaşan psixoloji proses olmaqla və yalnız özü tərəfindən sözlə və ya hərəkətlə ifadə olunduqda bəlli olur və İddiaçı israrla deyəndə ki, o, mənzilinin vəsiyyət edilməsinə razılıq vermiş, notariusda nəyə imza atması və niyə imza atdığını ona izah etməmişlər. Alqı-satqı müqaviləsinin ən vacib elementlərindən biri də pulun alınmasıdır ki, həmin məsələ aralarında müzakirə predmeti olduğu halda həmin müqavilənin bağlanmasından İddiaçı imtina edə bilərdi. Bu səbəbdən İddiaçı niyyətinin məhz mənzili bağışlamaq, əvəzsiz vermək kimi, məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Məhkəmə düzgün olaraq qeyd edir ki, alqı-satqı müqaviləsini tənzimləyən mülki hüquq normaları imperativ xarakterlidir. Bu səbəbdən qarşı tərəfin alqı-satqı müqaviləsi üzrə pulun digər tərəfə verilməməsi halı həmin əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasdır. Bununla da birinci instansiya məhkıəməsi MPM-nin 218-ci maddəsinin tələblərini pozmuşdur.

48. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1092/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılaraq iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi haqda qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

50. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

51. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

52. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

53. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh X17 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

54. İddiaçı (cavabdeh) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

55. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X15, cavabdehlər Cavabdeh2 və X17 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili X15 məhkəmə kollegiyasına göndərdiyi teleqramında həmin tarixdə başqa məhkəmə prosesində iştirak etmək məcburiyyətində olduğundan məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də digər proses tərəfləri məhkəmə kollegiyasının iclasında iştiraklarının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

58. Apellyasiya şikayətindən görünür ki, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1092/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılaraq iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi haqda qətnamə qəbul edilməsini xahiş edir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

60. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

63. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı (cavabdeh) İddiaçı cavabdeh (iddiaçı) Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə notariat ofisində daşınmaz əmlakın alqısatqına dair müqavilə bağlamışdır. Belə ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 2 otaqlı mənzili Cavabdeh1 20.000 manata satmışdır. Ondan sonra Cavabdeh1 mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Alq-satqı müqaviləsinin bağlanmasından bir müddət sonra İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmış, Cavabdeh1 isə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında aldığı mənzildən İddiaçı, Cavabdeh2 və X10 çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Ona görə də hesab edir ki, şikayət təmin edilə bilməz.

65. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin etibarsız sayılması üçün əsas olan halların dairəsinə daxil deyildir.

66. Belə ki, apellyasiya şikayətinin İddiaçı bacısı qızına evi vəsiyyət etmək niyyətində olması, evində ömürlük yaşamaq şərti ilə anlaya bilmədiyi sənədlərə imza atması, niyətinin mənzilin özündə saxlanmasına yönəlməsi, bunun mənzilin alqısatqısının aldatma yolu ilə baş verməsinə dəlalət etməsi, tərəflərin müqaviləni icra etmələri, yəni İddiaçı daşınmaz əmlakı cavabdehə təhvil verməsi, Cavabdeh1 isə müqavilədə göstərilən dəyəri tam şəkildə ödəməsi fikrinin işin faktiki hallarına uyğun gəlməməsi, İddiaçı mənzilin dəyəri olan 20000 manat pulu almaması və mənzili Bahar Hcıyevə təhvil verməməsi, evinin vəsiyyətnamə etmək bəhanəsi ilə notariusda alqı-satqı etdirilib ələ keçirilməsi, cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyəri müqabilində 20000 manat pulun verilməməsi, kassa məxaric qəbzindəki Rəcəb Əlievin pulun alınmasına dair imzasının formal xarakter daşıması, birinci instansiya məhkəməsinin iddiaçının aldadılmasını, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırmadan, iradə ifadəsinin zədələnməsini nəzərə almadan MPM-nin 88, 218,-ci maddəsinin tələblərini pozmaqla qanunsuz qətnamə qəbul etməsi, məhkəmənin tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin hansı şəraitdə bağlanmasını, notariat ofisində iddiaçıya müqavilə bağlanmasınin mahiyyətinin notarius tərəfindən izah olunubolunmamasının aydınlaşdırılmalı olması, notariusda nəyə imza atmasının və niyə imza atdığının ona izah edilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı satqısına dair AN-İ ******* nömrəli, reyestrdə 4Ə-1725 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 44.18 kv.m, yaşayış sahəsi 30.93 kv.m, yardımçı sahəsi 13.25 kv.m olan 2 otaqlı mənzili alıcı Cavabdeh1 20000 manata satmışdır.

67. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin 20-ci bəndindən göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568-ci, 646-cı və 647-ci maddələrinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquq və nəticələr notarius tərəfindən “Satıcı” və “Alıcı”ya izah edilmişdir.

68. xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin 11-ci bəndində göstərilmişdir ki, “Satıcı” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə aşağıda göstərilən tarixdən Alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür: -Satıcı İddiaçı xx.xx.2022 tarixinədək Alıcı Cavabdeh1.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş, tərəflərin notariat əməliyyatının aparılmasında şəxsən iştiraklarına dair fotoşəkilləri müqaviləyə əlavə edilmiş, fotoşəkillərin aşağı hissəsindəki qeyddə satıcı “oxudum razıyam” yazısını icra etməklə yanaşı müqavilə şərtləri ilə razılığını imzası ilə təsdiq etmişdir.

70. İşdə olan 27 avqust 2022-ci il tarixdə "xxxx" ASC-nin Mingəçevir şöbəsi tərəfindən verilmiş kassa orderindən görünür ki, Cavabdeh1 tərəfindən 1678 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı verilməsi ilə bağlı 20.000 manat pul vəsaiti ödənilmişdir.

71. İşdə olan "xxxx" ASC-nin Mingəçevir şöbəsinin ödəniş sənədindən görünür ki, alqı-satqı ilə bağlı 20000 manat pul vəsaiti 27 avqust 2022-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir.

72. Apellyasiya şikayətinin hal-hazırda bazar dəyəri 60000-65000 manat olan mənzilin nə səbəbdən 20000 manata qiymətləndirilməsinə məhkəmənin diqqət yetirməməsi, müzakirə etməməsi, bu hala qiymət verməməsi, nəticədə aldatma yolu ilə tərtib edilən qanunsuz alqı-satqı müqaviləsinə qətnamədə haqq qazandırması, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin formal xarakter daşımasının mənzilin 20000 manat dəyərində qiymətləndirilməsindən və pulun satıcıya verilməməsindən irəli gəlməsinə dair dəlillərini də əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, işdə olan satıcı İddiaçı ilə alıcı Cavabdeh1 Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə birgə yazdıqları 27 avqust 2022-ci il tarixli ərizələrində onlar göstərmişlər ki, “biz İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin (1/1 hissə 44,18 kv/m) 20000 manat 00 qəpik qiymətə satılması barədə razılığa gəlmişik”. Həmin ərizə həm satıcı İddiaçı, həm alıcı Cavabdeh1 tərəfindən imzalanmışdır.

73. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin tələbindən də göründüyü kimi fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

74. Beləliklə əşyanın real dəyərinin yüksək və yaxud aşağı olmasından asılı olmayaraq, mülkiyyətçinin onu iradəsinə uyğun qiymətə təklif etməsi onun hüququdur. Tərəflər müqavilə şərtlərini, satılan əmlakın qiymətini özləri sərbəst şəkildə müəyyənləşdirməklə, qarşılıqlı razılığa gəlməklə 27 avqust 2022-ci il tarixli müqaviləni imzalamışlar. Alıcı müqavilə öhdəliyinə əməl etməklə aldığı əmlakın dəyərini ödəmiş, satıcı İddiaçı isə satdığı əmlakın dəyərini qəbul edərək, satdığı əmlakı 27 avqust 2022-ci il tarixdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də bu öhdəliyinə əməl etməmişdir.

75. Bu baxımdan apellyasiya şikayətinin cavabdehin xx.xx.2022-ci il də alqı-satqı müqaviləsini bağladıqdan sonra mənzilə Reyestr xidmətindən çıxarış almasına baxmayaraq iddiaçı ilə ünsiyyət yaratmaması, mənzili qəbul etməyə cəhd göstərməməsinə dair dəlilini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, satdığı mənzili razılaşdırdıqları xx.xx.2022-ci il tarixdə alıcıya təhvil verməməklə həmin müqaviləni mübahisələndirməsi, bu səbəbdən də alıcının mənzildən çıxarılmaya dair iddia tələbini irəli sürməsi işin mübahisəsiz halıdır.

76. Eyni zamanda işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********50-05101- 093032 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.18 kvadrat metr olan mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

77. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.18 kvadrat metr olan mənzili Cavabdeh1 satmış və mübahisə predmeti olan mənzil sonuncunun adına qeydiyyatdan keçirilmişdir. Hazırda sözügedən əmlak Cavabdeh1 xüsusi mülkiyyətindədir.

78. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Mülki iş materiallarında olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-1725 nömrə ilə reyestrdə qeydə alınmış, daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, mübahisə tərəfləri arasında bağlanmış əqd yuxarıda qeyd edilən şərtlərə cavab verir, yəni bağlanmış əqd qanuni olmuş, qanunvericiliyin tələblərinə uyğun gəlmişdir.

79. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Yəni İddiaçı öz iradəsi əsasında xx.xx.2022-ci il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.18 kvadrat metr olan mənzili Cavabdeh1 satmışdır.

80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə iddiaçı-cavabdeh İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatının məhkəmə tərəfindən təhrif edilməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(051)-1092/2023 saylı qərardadından görünür ki, İddiaçı vəkili X15 tərəfindən məhkəmə iclas protokollarına qeyd verilsə də həmin qeydlər əsaslı olmadığından rədd edilmişdir.

81. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin və iddiaçının izahatları arasında olan ziddiyətlərin araşdırılmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu baxımdan tərəflərin baxılan mübahisə barədə fərqli mühakimə yürütmələri onların hüququdur, çəkişmənin mahiyyətidir. İşə baxan birinci instansiya məhkəməsi sübutların tədqiqində tərəflərin izahatları ilə kifayətlənməmiş, tərəflərin təqdim etdikləri və məhkəmənin əldə etdiyi sübutların müqayisəli tədqiqatını aparmış və qiymətləndirmişdir.

82. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1092/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar