Məhkəmə qərarları › İş №2(107)-1259/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1259/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1259/2024 10.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: akt əsasında hesablanmış məbləğin silinməsi, kənar qoşulma) X1 (sədrlik edən və məruzəçi), Məcidov X5 Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2(014)-678/2024 nömrəli qətnaməsindən iddiaçı/cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 141,14 (bir yüz qırx bir manat, on dörd qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4354,56 (dörd min üç yüz əlli dörd manat, əlli altı qəpik) manat, cəmi 4495,70 (dörd min dörd yüz doxsan beş manat, yetmiş qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 64,96 (altmış dörd manat, doxsan altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 4561,06 (dörd min beş yüz altmış bir manat, altı qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin X10 istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində Cavabdeh məxsus mənzilində XS-15-02729/23 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********02020 saylı qaz hesabında ödənilməmiş 4495,70 manat borc vardır. Tələb olunan borcun 141,14 manat hissəsi sayğac göstəricisinə və 4354,56 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 141,14 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı 11436299 nömrəli sayğacın 12610 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbdə göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 2280,92 manat məbləğində borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən mənzilində həmin dövrdə istismarda olan G-4 markalı 11436299 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ- nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 11436299 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, həyətyanı sahədən keçən yerüstü qaz xəttini deşərək zədələməklə, həmin qaz xəttinin üzərinə sac qoyaraq təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri qanuni olaraq sayğacdan kənar qoşulma üzrə foto və video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 32 kv kombinin maksimal saatlıq qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 36288 m3 (və ya 4354,56 manat) həcmində müəyyən edilmişdir.

3. Eyni zamanda, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Ədil qızı 23 dekabr 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Lakin daimi olaraq həmin evdə yaşamadığından nə işıq sayğacını, nə su sayğacını, nə də qaz sayğacını adına keçirə bilməmiş və sayğaclar evin əvvəlki sahibi X6 adında qalmışdır. 03 fevral 2023-cü il tarixində Cavabdeh məxsus olan fərdi yaşayış evinin kənarındən keçən qaz xəttində qarşılıqlı iddia üzrə cavabdeh olan Ağdaş Rayon Qaz İstismar sahəsinin nümayəndələri sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar etmişlər. 13 fevral 2023-cü il tarixində isə gəlib Cavabdeh və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinə qazın verilişini dayandırmışlar və aşkar olunmuş sayğacdan kənar qeyri-qanuni birləşmə ilə əlaqədar akt tərtib etdiklərini və Cavabdeh 4354,56 (dörd min üç yüz əlli dörd manat, əlli altı qəpik) cərimə etdiklərini, qaz təsərrüfatı Cavabdeh tərəfindən adına rəsmiləşdirilməyənədək qazın verilişini bərpa etməyəcəklərini bildirmişlər. Sonradan Cavabdeh aaraşdırması nəticəsində məlum olmuşdur ki, aşkar olunmuş qeyri-qanuni birləşmə ümumiyyətlə ona məxsus olan fərdi yaşayış evinə getmir və Cavabdeh böhtan ataraq qazın verilişini dayandırmışlar. Cavabdeh əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair ərizə ilə Ağdaş rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. dım. Məhkəmə baxışından aydın olmuşdur ki, qaz sayğacı evin əvvəlki sahibi, X6 adında olduğundan mülki işin həlli mümkün deyil və Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin baxılmamış saxlanılması barədə Məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh 28 dekabr 2023-cü ildə qaz təsərrüfatını öz adına keçirmiş və əsassız cəriməni üzərinə götürdükdən sonra Ağdaş Rayon Qaz İstismar sahəsinin nümayəndələri gəlib 29 dekabr 2023-cü il tarixdə qazın verilişini bərpa etmişlər. Ona atılmış böhtan nəticəsində Cavabdeh və ailə üzvləri 13 fevral 2023-cü il tarixindən 29 dekabr 2023- cü il tarixədək 10 aydan artıq müddətdə qazsız qalmışlar. Həmin müddət ərzində onlar evlərini odunla qızdırmışlar, odunu əldə etmək məqsədi ilə onlar öz bağlaından 10 ədəd bar verən xurma ağacını kəsmişdir. Xurma ağacının bar verməsi üçün 5 il tələb olunur. Hər bir ağac bir ilə 50 manat fayda verir. Beləliklə 2500 manat fayda əlindən çıxmışdır. Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən qaz sayğacına (abonent kodu **********02020) əsassız olaraq borc kimi yazılmış olan 4354,56 manatın Ağdaş rayon qaz istismar sahəsi tərəfindən silinməsi və ona dəymiş olan 5000 manat miqdarında zərərin, həmçinin 10 ədəd bar verən xurma ağacları kəsildiyindən Cavabdeh əlindən çıxmış olan fayda dəyəri 2500 manat, ümumilikdə 7500 manatın cavabdeh Ağdaş rayon qaz istismar idarəsi tərəfindən tutulub Cavabdeh verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına iştirakları olmadan baxılmasını və ilkin iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək və ərizədə qeyd olunanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, 2023-cü ilin fevral ayında İddiaçı İstehsalat Brirliyin əməkdaşları qaz sayğacına baxış keçirdikdən sonra qazın verilməsini dayandırmışlar. İki il onlar qazdan istifadə edə bilmədiklərindən həyətyanı sahələrində olan xurma ağaclarını kəsərək odun kimi istifadə etmişlər. Dəfələrlə İddiaçınə müraciət etsələr də qazın verilməsini təmin etməmişlər. Lakin qeyd olunan borcu üzərlərinə götürdükdən sonra qazın verilməsi təmin olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin edilərək hesablanmış borcun silinməsini, 5000 manat məbləğində məvəzi zərərin, 2500 manat isə xurma ağacların kəsilməsi səbəbindən əldən çıxmış olan faydanın əvəzinin İddiaçındən alınaraq onlara verilməsini, ilkin iddianın isə təmin edilməməsini xahiş etmişdir.

7. Ağdaş Rayon Məhkəməsinin (hakim A.Mürsəlova) 06 avqust 2024-cü il tarixli, e- 2(014)-678/2024 nömrəli qətnaməsi ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən 141 (bir yüz qırx bir) manat 14 (on dörd) qəpik, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 362 (üç yüz altmış iki) manat 88 (səksən səkkiz) qəpik borc tutularaq cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilməsi, ilkin iddia üzrə iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin X10 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh **********02020 nömrəli abonent koduna yazılmış 3991 (üç min doqquz yüz doxsan bir) manat 68 (altmış səkkiz) qəpik manat borcun silinməsi, iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 59 (əlli doqquz) manat 92 (doxsan iki) qəpik dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlamada 13 fevral 2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evinə baxış zamanı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu, həyətyanı sahədən keçən yerüstü qaz xəttini deşərək zədələndiyi, aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparıldığı, keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edildiyi və qaz cihazlarının inventarizasiyası aparıldığı, qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 32 kv kombinin maksimal saatlıq qaz sərfi 3.4m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 14 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 36288 m3 (və ya 4354,56 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sayğaca qanunsuz qoşulması videogörüntü və iş materialları ilə öz təsdiqini tapır, lakin itirilmiş qazın bərpası üçün aparılmış hesabat ağlabatan deyil. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və 13 fevral 2024cü il tarixli akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Odur ki, məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalıdır və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən 141,14 (bir yüz qırx bir manat, on dörd qəpik) manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 362.88 (üç yüz altmış iki manat, səksən səkkiz qəpik) manat pul tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilməlidir.

10. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “«borcun silinməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB- nin X10 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh **********02020 nömrəli abonent koduna yazılmış 3991.68 (üç min beş doqquz yüz doxsan bir manat, altmış səkkiz qəpik) manat borc silinməlidir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qazın verilməsinin dayandırılması nəticəsində ona 5000 manat məbləğində maddi ziyanın dəyməsini, həmçinin qazın verilməməsi səbəbindən həyətyanı sahədən ağacları kəsərək odun əvəzi istifadə etməsinin heç bir əsası yoxdur və həmin faktları təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

11. Həmçinin məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 59,92 (əlli doqquz manat, doxsan iki qəpik) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1 maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnаmədən nаrаzı qаlаn iddiaçı/cavabdeh İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.

15. xx.xx.2023-cü il tarixdə İddiaçı İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G4 markalı 11436299 nömrəli qaz sayğacına xidməti yoxlama zamanı baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar olaraq təbii qazdan qeyri-qanuni istifadəyə görə, qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023- cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Belə ki, mənzildə istismarda olan qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 32 kv kombinin maksimal saatlıq qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 36288 m3 (və ya 4354,56 manat) həcmində müəyyən edilmişdir.

16. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfdindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır.

17. İstehlakçı hazırkı vəziyyətdə sayğacdan kənar qeyri- qanuni olaraq qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur.

18. Göründüyü kimi ilkin iddia üzrə cavabdehin zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində ilkin iddia üzrə iddiaçıya dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçının iddia tələbini tam təmin etməmişdir.

19. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İlkin iddia üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində ilkin iddia üzrə iddiaçıya dəymiş zərər qiymətləndirilərək, ilkin iddia üzrə cavabdehə aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdı.

20. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı isə inventarizasiyanın aparılmasına dair xx.xx.2023-cü il tarixli ******* saylı aktı imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, ilkin iddia üzrə iddiaçının tələbinin təmin edilməsi üçün əsaslar olduğu halda ilkin iddia üzrə iddiaçının iddia tələbinin tam təmini barədə qətnamə çıxarmamış, heç bir əsaslı səbəblər olmadan ilkin iddia üzrə iddiaçının iddia tələbi qismən təmin edilmişdir.

21. Birinci instansiya məhkəməsi, ilkin iddia üzrə iddiaçının iddia tələbinin tam təmin edilməsinə, həqiqətə nail olmaq üçün isin hərtərəfli, tam və obyektiv həllinə lazımi sərait yaratmayaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli səkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmis, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.

22. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

23. Lakin birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.

24. İlkin iddia üzrə cavabdeh tərəfdən, qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün ilkin iddia üzrə iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir.

25. Sayğacda qüsur aşkar edilməzdən əvvəlki dövrlə qüsur aradan qalxdıqdan sonrakı dövrdə abonent saldosu üzrə qaz sərfinin müqaisəsi zamanı sonradan sərfiyyatın kəskin artması məhkmənin diqqətindən yayılnmışdır.

26. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həmdə ona görə əsassızdır ki, sayğacdan kənar qeyriqanuni qaz xəttinə qoşulmağa istehlakçının maddi marağı olmuş və istehlakçının həmin müdaxilənin onun tərəfindən yox kənar şəxsin təsiri nəticəsində olması barədə söylədikləri özünü müdafiə və maddi məsuliyyətdən yayınma xarakteri daşıyır. Bu səbəbdən də cavabdehin sayğaca müdaxilə etmədiyi barədə söylədikləri iş materialları ilə öz təsdiqini tapmır.

27. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, ilkin iddia üzrə cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ, ilkin iddia üzrə cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

28. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(014)-678/2024 saylı qətnaməsinin qismən, "Azəriqaz” İstehsalat Birliyinin ilkin iddia tələbinin təmin edilməyən və X4 qarşılıqlı iddiasının təmin edilən hissəsində ləğv edilərək, ilkin iddia üzrə iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

33. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2(014)-678/2024 nömrəli qətnaməsini qismən, yəni ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində mübahisələndirmişdir.

39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən 13 fevral 2023-cü il tarixdə cavabdehin fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılması zamanı cavabdehin ünvanında sayğacdan kənar qeyriqanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən Cavabdeh Ağdaş XS-nin abonent bazasındakı **********02020 nömrəli abonent koduna 36283 m3-4354,56 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı İB-nin X10 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 14 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğundan həmin tələbnaməyə əsasən cavabdehin yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq, qaz işlədicələrindən 1 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m³/saat, günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün və 1 ədəd 32 kv kombinin maksimal saatlıq qaz sərfi 3.4 m³/saat, günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmış qazın bərpası üçün (0.8x24x360=6912m3) və (3.4x24x360=29376m3) cəmi 36288m³ dəymiş ziyan müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası iddiaçı/cavabdeh İddiaçı İB-nin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

44. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin sübutlara qiymət verməməsi, ilkin iddia üzrə iddiaçının tələbinin təmin edilməsi üçün əsaslar olduğu halda ilkin iddia üzrə iddiaçının iddia tələbinin tam təmini barədə qətnamə çıxarmaması, heç bir əsaslı səbəblər olmadan ilkin iddia üzrə iddiaçının iddia tələbinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin isin hərtərəfli, tam və obyektiv həllinə lazımi sərait yaratmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli səkildə araşdırmaması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməməsi, təqdim edilmiş aktlar, saldo və digər sənədlərin sübut qismində düzgün araşdırılmaması, onlardan istifadə edilməməsinə dair dair dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

45. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına kənar qoşulma halı ilə bağlı Cavabdeh hər hansı bir məsuliyyətə cəlb edilməsinə dair heç bir sənəd əlavə edilməməklə yanaşı, iddiaçı təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da heç bir sübut təqdim edilməmişdir.

46. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Göründüyü kimi, sayğacdan kənar qoşulma halı üzrə iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsi halı sübut olunmur.

48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sayğacda qüsur aşkar edilməzdən əvvəlki dövrlə qüsur aradan qalxdıqdan sonrakı dövrdə abonent saldosu üzrə qaz sərfinin müqayisəsi zamanı sonradan sərfiyyatın kəskin artmasının məhkəmənin diqqətindən yayınmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan abonentin saldosuna diqqət yetirildikdə qüsürün aradan qaldırılmasından sonra əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə qaz sərfində kəskin artım müəyyən edilməmişdir.

50. Yuxarıda qeyd edirlənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır.

51. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı/cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(014)-678/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh/iddiaçıdan tutulması yol verilməzdir.

52. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2(014)- 678/2024 nömrəli qətnaməsi iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı/cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2(014)-678/2024 nömrəli qətnaməsi iddiaçı/cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar